Video çox faydalı oldu. Kaş sizə də vaxtında düzgün yol düzgün məsləhət verən olardı. Amma yenə də nə isə təzədən başlanaq öyrənmək sizin üçün heç də gec deyil.
Salam video nəinki hüquq oxuyanlara ,o cümlədən mənədə(abituriyentəm) faydalı oldu,hüquq oxuyanlara baxıb həvəslənmişdim,çünki hüququn çox prestijli, cool nəbilim belə peşə olduğunu düşünürdüm.Əvvəlki hüquq haqqında videonuza baxmışdım və anladım ki, hər şey internettə göstərilən kimi deyil..Hüququ seçməyəcəm bu dəqiqdir lakin,müəllimlik də oxumaq istəmirəm,xaricə oxumağa getmək istəyirəm lakin müəllimliyi,hüququ çıxanda 3-cü qrupda bir ixtisas tapmıram özümə,gələcəkdə biznes qurmaq fikrim var….başım çox qarışıqdı,hansı ixtisası seçməliyəm,nə etməliyəm,bu barədə tam ərtaflı məlumat verən isə yoxdur….kaş hər məktəbdə ixtisas seçimi,və bu kimi məsələlərə kömək edən müəllim olsaydı,indi əziyyət çəkməzdim(k)..🥲Videonuza isə söz ola bilməz!🙂
Bəyəndiyinizə çox sevindim! Sizə uğurlar arzu edirəm və bir məsləhət vermək istəyirəm ki, əgər xaricə getmək istəyirsinizsə qrup falan söhbətlərini boş verin. İxtisaslara fokuslanın, qruplara yox. Maliyyə və ya İqtisadiyyat ya da İT falan da oxuya bilərsiniz. Yeri gəlmişkən, ixtisas seçimi ilə bağlı kanalda bir video olmalıdır. Ona da baxmağınızı tövsiyə edirəm.
Bu videonu indi gördüm,çox faydalı video oldu və mən 600 bal toplayan biri olaraq hüquq ixtisasın seçməyi düşünürəm,inşəAllah qəbul olub təhsil aldıqdan sonra sizin məsləhət gördüyünüz yolla getməyi düşünürəm.Birdə vaxtım olduqca oxuduğum müddətdə İT üzrə biliklər əldə etməyə çalışacam.Çox sağ olun video üçün.
Məlumatlandırıcı gözəl bir video idi Düzü BDU ADA DİA kimi universitetlərdə hüquq təhsilinin nə qədər keyfiyyətli olduğu haqqında məlumatım yoxdur Amma mən hal hazırda Türkiyədə təhsil alıram və müəllimlərin ilk sözu “sizə qanunu əzbərləmək üçün yox öyrətmək üçün gəldik” və həqiqətən bu müəllimlər öz sözlərinin üstündə dururlar Məsələn videoda cinsi zorakılıq haqqında dərslərin keçilmədiyi haqqında dediniz Məncə burada tələbələrdən ziyadə müəllimin də çox böyük işi var. Əgər o özünə güvənmirsə dərsdə uşaqların gülüşü ilə tez sönəcəyini bilirsə böyük problem var P.S Hüququn xaricdə oxunulması gözəldir tək problem nostrifikasiyadır🙃
Kaş sizin İT nin prestijli olduğunu keçən il 10 cu sinifdə öyrənə bilərdim.Qrup seçimi edəndən beynimə yeridiblər ki hüquq ən prestijli ixtisasdır. Ancaq sizin videonuzdan görürəm ki çox da belə deyil
Xaricdə qrup falan söhbəti yoxdur, ixtisaslar var. Əgər işdir-şaiyətdir humanitar ixtisasa girsəniz, sonradan hansısa xarici universitetə müraciət edib yenidən bakalavr oxuya bilərsiniz. Yəni məsələn 2-ci kursda hüquqdan çıxıb təzədən 1-ci kursdan İT-yə başlayırsınız, amma xaricdə
Hələ ki, çox da təsirli olacağını düşünmürəm (yəni növbəti 5-10 il ərzində). Amma lap uzaq gələcəkdə isə məhkəmə qərarlarını belə süni intellekt verə bilər))
@@khayalasadzade1019 cox sagolun amerika kanadani bilirem yas limiti yoxdu ama avropani bilmirdim ona gore soruwdum sizden polsa yoxsa litvani meslehet gorerdiz rus dilin temiz bilirem men gelmey isdiyirem insallah
@@maqamedsafarov9272 o dillərdən heç biri məncə rahat deyil. Ələlxüsus da polyak dili. Sadəcə Litvada rus dilində danışanlar çoxdur. Özüm orda qısa bir müddət yaşamışam ona görə bilirəm.
Əmoğlu vəkil idi neçə il hazırlaşdı neçə il imtahan verdi hakimliyə keçdi. Hazırlaş unverstetə gir ,hazırlaş magistraturaya gir oxu, hazırlaş vəkilliyə keç, hazırlaş hakimliyə keç. Çox çətindi.
Elə videoda da dediyim kimi, magistratura oxusanız belə xaricdə hüquqşünas kimi iş tapmaq çətindir. Karyeranızın istiqamətini dəyişməli olacaqsınız böyük ehtimalla
Məsələn öz təcrübəmdən deyim ki, mən AML/KYC sahəsinə keçdim. Sonra da ordan İT sahəsinə keçdim. İndi də data sahəsində işləyirəm. Siz də özünüz baxın hansı sahəni istəyirsiniz.
Salam ilkin olaraq çox saqolun faydalı məlumatlar verdiniz. Mən də hüquq isdəyirəm ancaq ailəm və yaxınlarım mənə deyir ki, sən oxuyandan sonra işləmək üçün çox pul lazımdı. Siz bu hakda nə düşünürsüz həqiqətən işə girmək üçün pul lazımdı??
Salam. Əgər HMO-da işə düzəlmək istəyirsinizsə, bunun üçün dövlət imtahanları var. Vəkillik üçün də dövlət imtahanları var. Yəni başqa sözlə əgər ixtisasınızı yaxşı bilirsinizsə, demək ki, hər yerdə sizə yol açıqdır.
Salam video əladı çox faydalı oldu.Amma size bir sualım var.Sizcə Azerbaycanda hüququ oxusam geleceyim parlaq ve maaşım yaxsi olar yoxsa beynelxalq munasibetler(diplomatiya)ixtisasını?Cavab versez çox sevinerem
Salam.Melumatlandirici videonuza gore cox sag olun.Gelecekde heyatimi xaricde davam etdirmek arzumdu.Sadece buna hansi fakulte daha uygundur onu bilmirem.Sizce dovlet ve ictimai munasibetler daha yaxsidir karyera baximindan (hem Azerbaycanda hem Avropa olkelerinde) yoxsa beynelxalq munasibetler?Melumatiniz varsa deyerdiz zehmet olmasa.
Salam. Məncə bütün humanitar ixtisaslar xaricdə lazımsızdır. Birincisi ona görə ki, hər ölkədə özünəməxsus bir siyasi və hüquqi sistem var. İkincisi də ki, özlərində belə ixtisasları oxuyan doludur. Öz adamlarını qoyub Azərbaycandan gələn birini işə götürən deyillər. Mən özüm SQL, Excel, Python öyrənməyə məcbur oldum ki, Estoniyada iş tapım.
Salam men 633 bal toplamıșam etrafimdakì her kes hüququ seçmeyimi söyləyir men isə iş tapmamaqdan qorxuram ingilis dili müəllimliyi ile hüquq arasında qalmışam sizcə hüququ seçmeliyem?
Salam mən kimyani bitirmişəm amma uşaqlıqdan hüquq oxumaq istəmişəm indidə özümü tapa bilmirem düşünürəm ki Almaniyada 0 dan hüquq təhsili alım orda işləyim sizcə buna dəyər? Gedəcək illərimə, əziyyətimə,maddiyatıma
salam mən ADA'da oxumaq istəyirəm, amma fakülte məsələsində biraz tərəddüdlüyəm bu videodan sonra , sizcə ADA HÜQUQ yoxsa ADA DÖVLƏT VƏ İCTİMAİ MÜNASİBƏTLƏR ?
Salam. Dövlət və ictimai münasibətləri oxuyacağınıza, elə hüquq oxuyun. Bu videoda mən daha çox hüququ IT və Maliyyə tipli ixtisaslarla qarşılaşdırdım.
@@khayalasadzade1019 IT tehsili üzre məlumat verersiz zəhmət olmasa, hüququ bitirdikten sonra IT tehsili ala bilerem komputer təhlükəsizliyi üzre ya da maliyə?
Salam mən dövlət və ictimai münasibətlər ixtisasını 3 kurs telebesıyəm, lakın hüquq arzum olub sizce 4 kursda mən yenıden DİM in imtahanını verıb 2 ci bakalavr təhsili alım yoxsa dövlət qulluqu öz ixtisasım üzrə? Ikıncı alı təhsildə gecikmiş sayılıram iş imkanları az olacaq deyır ətrafım (20 yaşım var) cavablandırsaz sevınerem fıkırlerım çox garısıgdı
Salam. Məncə elə dövlət qulluğuna getsəniz daha yaxşı olar. Təzədən bu vaxtı durub hüquq oxumaq sizə bir şey verən deyil. Yox əgər çox istəyirsinizsə, məncə oxuya bilərsiniz. Yenidən DİM qəbul imtahanını verin və hüquqa girin.
Salam Huququ ingilis dili uzre oxumaq yoxsa azerbaycan dili uzre oxumaq yaxsi olar Xaricde oxumaq yoxsa Azerbaycanda oxumaq yaxsidir Birdeki maaslar ne qeder olar sizce?
Salam mən hal hazırda ixtisas seçimi edirəm sizcə hansı üniverstetdə hüquq təhsili almalıyam? Xahiş edirəm tez cavab yazın son 8 günüm var ada ndu yoxsa bdu? Mən adaya daxil olmağı çox istəyirəm amma atam razı deyil yəni sizcə bunun üçün dirəşməyə dəyər yoxsa elə fərqi yoxdu
3-cü qrup üzrə hazırlaşıram gələn il artıq imtahan verəcəm inşAllah . Xaricdə təhsil almaq istəyirəm görürəm ki, " Vəkil" xaricdə oxumaq elə də asan deyil, düzü asan heç nə yoxdu amma indi həyatımızda var , yaşamalıyıq ən azı. Filologiya və psixoloq kimi ixtisasları özümə yaxın görürəm sevdiyim üçün. Xaricdə bəs bunlara tələb var sizcə ? Ən azı filologiya? Yaxşı bir universitet və karyera cəhətdən .
Salam. Dediyiniz ixtisaslar xaricdə çox da tələbatda deyil və ciddi deyirəm ki, gəlib oxusanız nəsə yeni bir bacarıqlar öyrənməyə məcbur olacaqsınız (öz sahənizdən kənar - Proqramlaşdırma dilləri və s.).
@@lonelywolf_alfa hüquq üzrə nəsə etmək olar. Onun üçün də gərək dilini və hüququnu bildiyiniz ölkəyə gedəsiniz. Əgər 3-cü qrup ixtisaslarına, başda da hüquq olmaqla, çox marağınız varsa, məsləhətim budur ki, elə bakalavrı gedib xaricdə oxuyasınız. Belə olan halda daha çox imkanlarınız yaranır ki, yerli şəraitə uyğunlaşasınız.
Salam. Dövlət və ictimai münasibətlər ondan da pisdir. Əgər xaricdə yaşamaq istəyirsinizsə, daha yaxşı ixtisas IT və ya Maliyyə tipli ixtisaslar ola bilər.
Salam, mən 3 gün sonra ixtisas seçimi edəcəm. 680.3 bal toplamışam III qrup üzrə. Bdu eng, DİA, ADA bu üç univeristet arasında qalmışam. Sizcə hansını seçim? Beynim çox qarışıqdır. Xahiş edirəm mənə cavab verin
Salam. Yaxşı tələbə həyatı üçün - BDU. Ortalamanızın yüksək olması üçün DİA. Yaxşı təhsil və karyera irəliləyişi üçün - ADA. Amma ADA deyəsən pulludur. Tam dəqiq bilmirəm. O vaxtı pullu idi.
@@khayalasadzade1019bəli, pulludur. İlliyi 8000. Birillik güzəştə düşürəm balıma görə. Foundation təhsil də almalıyam orda həmçinin ingilis dili sertifikatım olmadığı üçün. O qədər pulu verməyə dəyərmi bilmirəm
Sizcə politoloq yoxsa hüquq? Mənə deyirlər hüquq oxusan iş tapmayacaqsan irəli gedə bilməyəcəksən belə deyirlər. Sizcə gələcəkdə politoloq daha lazımlıdı yoxsa hüquqşünaslıq?
@@AleksandraSara-xl5oc Onu sizə kim deyibsə, deyəsən dünyadan aləmdən xəbəri yoxdur. Politologiyada iç tapmaq olmur. O sahə ölü sahədir. Hüquqda isə var. Yaxşı hüquqşünasa hər yerdə yer var.
@@khayalasadzade1019 salam,mən bu il 11əm, qalmışam bdu hüquqa gedim,ya polis akademiyasına ?əslində hüquq istəyirəm,amma iş tapmaq derdine göre deyrem gedim polise,siz necə fikirləşirsiz?
Salam. Mən aşağı siniflərdən hüquq oxuyacam deyirdim amma son 1-2 ildə hüquqa marağım öldü. Sadəcə oxuyacam dediyim üçün məcburiyyətdən ciddi hazırlaşdım imtahana. Indi balım hüquqa çatır, tc ilə də imtahana girmişdim beynəlxalq münasibətlərə də balım çatır. Hüququn dezavantajlarını nəzərə alaraq dil və ya bm oxumağı da düşündüm. Amma ətrafımdakı hərkəs bu balla hüquqdan başqa heçnə seçmə deyir. Mən gələcəyimi düşünərək peşə seçmək istəyirəm siz də fikrinizi deyə bilərsiz? Və əgər hüquq oxusam tədris azerbaycan dilinde yoxsa ing dilində tövsiyə edərdiz? Magistraturanı xaricdə oxumaq fikrim var amma hüquq oxumuş qohumumuz deyir ki ing dilində oxusan sənin üçün çox çətin olacaq az dilində oxu. Biraz uzun oldu ama oxuyub cavablandırsaz çox sevinərəm
@@HuseynEynullayev- çünki 6 il özüm hüquq oxumuşam. Bilmirəm videonu sona qədər izləmisiniz yoxsa yox. Amma dediyim kimi hüquq oxumaqda bir problem yoxdur. Amma ambisiyalarınız xaricə gəlib yaşamaqdırsa və işləməkdirsə, bunun üçün daha yaxşı ixtisaslar var.
Salam. Əvvəlcə təşəkkür edirəm, maraqlı və faydalı video üçün) Bir mövzu haqda məsləhət almaq istəyirəm. Bu il bdunun hüququna daxil olmuşam.amma heç vaxt özümu bu ixtisasda fikirləşməmişəm. Az dili müəllimi olmaq istəyirdim sadəcə balım hüquqa çatdı deyə hüquq oxuyuram. Anlayışım yoxdu hüquq ixtisası haqda, gələcəkdə hansı sahədə çalışacağımı belə seçməmişəm. Məqsədim yoxdu eyni zamanda hüququ oxumağa həvəsim yoxdu. Kiməsə bunu deyəndə reaksiya ları bu olur "prestijli ixtisasdır nə istəyirsən?" Hal hazırda özümü konkret olaraq məcbur edirəm dərs oxumağa təbii ki məcburiyyət ugur gətirmir. Nə məsləhət verə bilərsiniz? Dərs oxumağa həvəs yaratmaq üçün? Və zəhmət olmasa hüquq sahələri, peşələri haqda ətraflı video çəkə bilərsiniz?
Salamlar. Təşəkkür edirəm şərhinizə görə. Bu videoda aşağı-yuxarı müəyyən qədər hüquq sahələri və peşələri barəsində danışdım. Yenə bu barədə bir video çəksəm biraz təkrarçılıq ola bilər. Ona görə də qısa olaraq məsləhət verim ki, biraz maraq yaratmaq istəyirsinizsə, ən yaxşısı vəkillik, hüquq-mühafizə orqanlarında müstəntiq-prokuror, eyni zamanda akademik hüquq peşələrini araşdırın. Bu barədə filmlərə və seriallara baxın. Məsələn, bizimkilər axırıncı dəfə "Əqrəb Mövsümü" adlı çox gözəl serial çəkiblər. Ona baxandan sonra hətta mənim belə müstəntiqliyə (ümumiyyətlə, cinayət təqibinə) çox böyük marağım yarandı.))
Çox sağ ol ki, şərhimi nəzərə alıb belə uzun video çəkmisən. Hələ tam baxmamışam, amma əməlli-başlı "insight"-lar verəcəyinə əminəm. Var ol.
Buyur qardaş. Buyur bax. Ümid edirəm ki, sənə və sənin kimi hüquq tələbələrinə faydalı olacaq.
Video çox faydalı oldu. Kaş sizə də vaxtında düzgün yol düzgün məsləhət verən olardı. Amma yenə də nə isə təzədən başlanaq öyrənmək sizin üçün heç də gec deyil.
Onsuz da belə də edirəm. Çox sağolun!
Salam video nəinki hüquq oxuyanlara ,o cümlədən mənədə(abituriyentəm) faydalı oldu,hüquq oxuyanlara baxıb həvəslənmişdim,çünki hüququn çox prestijli, cool nəbilim belə peşə olduğunu düşünürdüm.Əvvəlki hüquq haqqında videonuza baxmışdım və anladım ki, hər şey internettə göstərilən kimi deyil..Hüququ seçməyəcəm bu dəqiqdir lakin,müəllimlik də oxumaq istəmirəm,xaricə oxumağa getmək istəyirəm lakin müəllimliyi,hüququ çıxanda 3-cü qrupda bir ixtisas tapmıram özümə,gələcəkdə biznes qurmaq fikrim var….başım çox qarışıqdı,hansı ixtisası seçməliyəm,nə etməliyəm,bu barədə tam ərtaflı məlumat verən isə yoxdur….kaş hər məktəbdə ixtisas seçimi,və bu kimi məsələlərə kömək edən müəllim olsaydı,indi əziyyət çəkməzdim(k)..🥲Videonuza isə söz ola bilməz!🙂
Bəyəndiyinizə çox sevindim! Sizə uğurlar arzu edirəm və bir məsləhət vermək istəyirəm ki, əgər xaricə getmək istəyirsinizsə qrup falan söhbətlərini boş verin. İxtisaslara fokuslanın, qruplara yox. Maliyyə və ya İqtisadiyyat ya da İT falan da oxuya bilərsiniz.
Yeri gəlmişkən, ixtisas seçimi ilə bağlı kanalda bir video olmalıdır. Ona da baxmağınızı tövsiyə edirəm.
Çox sağ olun! Faydalı məlumatlar verdiniz.
Kömək edə bildimsə xoşdur
Bu videonu indi gördüm,çox faydalı video oldu və mən 600 bal toplayan biri olaraq hüquq ixtisasın seçməyi düşünürəm,inşəAllah qəbul olub təhsil aldıqdan sonra sizin məsləhət gördüyünüz yolla getməyi düşünürəm.Birdə vaxtım olduqca oxuduğum müddətdə İT üzrə biliklər əldə etməyə çalışacam.Çox sağ olun video üçün.
@@KenanMehdizade-tf7oi bəyəndiyinizə sevindim! Sizə bol-bol uğurlar!
@@khayalasadzade1019 çox sağ olun
14:09 cinayətin tərkibindən danışanda demişdi(cinayət hüququ fənni üçün).
Çox əla məsləhətlər 😊
@@İsa_Qasımov-k3b çox sağolun! 😉
Məlumatlandırıcı gözəl bir video idi
Düzü BDU ADA DİA kimi universitetlərdə hüquq təhsilinin nə qədər keyfiyyətli olduğu haqqında məlumatım yoxdur
Amma mən hal hazırda Türkiyədə təhsil alıram və müəllimlərin ilk sözu “sizə qanunu əzbərləmək üçün yox öyrətmək üçün gəldik” və həqiqətən bu müəllimlər öz sözlərinin üstündə dururlar
Məsələn videoda cinsi zorakılıq haqqında dərslərin keçilmədiyi haqqında dediniz
Məncə burada tələbələrdən ziyadə müəllimin də çox böyük işi var. Əgər o özünə güvənmirsə dərsdə uşaqların gülüşü ilə tez sönəcəyini bilirsə böyük problem var
P.S Hüququn xaricdə oxunulması gözəldir tək problem nostrifikasiyadır🙃
Şərhiniz üçün çox sağolun. Maraqlı məsələlərə toxunmusunuz.
Nostrifikasiyadan isə heç danışmağına dəyməz. Cəhənnəmə döndəriblər o məsələni(((
Super video ❤️👏🏻 inşallah məndə hüquqşünas olacam.
@@AleksandraSara-xl5oc amin! Uğurlar sizə!
@@khayalasadzade1019 🌹🙏🏻
@@khayalasadzade1019 Çox sağolun
Video çox faydalı oldu təşəkkürlər ✨
Arzusunda olanlara qismət🤗
Kömək edə bildimsə, minnətdaram! Siz də hüquq oxumaq arzusundasınız?))
@@khayalasadzade1019bəli)✨
@@khayalasadzade1019 bəli)💫
@@Xumarmusazade sizə bol bol uğurlar!😉
@@khayalasadzade1019təşəkkürlər)
Salam. Hüquqşünası hansı ölkədə oxumaq daha yaxşıdır?
Kaş sizin İT nin prestijli olduğunu keçən il 10 cu sinifdə öyrənə bilərdim.Qrup seçimi edəndən beynimə yeridiblər ki hüquq ən prestijli ixtisasdır. Ancaq sizin videonuzdan görürəm ki çox da belə deyil
Xaricdə gedib oxuya bilərsiniz İT-ni. Hələ də gec deyil
@@khayalasadzade1019 Necə yəni? Magistraturanı?
@@eldarliyev-os6mv bakalavrı. Sadəcə yenidən başlayacaqsınız təhsilə.
@@khayalasadzade1019 Deyirsiniz qrupumu dəyişim?
Xaricdə qrup falan söhbəti yoxdur, ixtisaslar var. Əgər işdir-şaiyətdir humanitar ixtisasa girsəniz, sonradan hansısa xarici universitetə müraciət edib yenidən bakalavr oxuya bilərsiniz. Yəni məsələn 2-ci kursda hüquqdan çıxıb təzədən 1-ci kursdan İT-yə başlayırsınız, amma xaricdə
Moskva
Çox sağ olun , Video çox faydalı oldu.Amma mənimdə ağzımın üstünə sanki yumruq vuruldu.
Təşəkkür edirəm bəyəndiyiniz üçün.
Niyə belə düşünürsünüz?
Sizcə AI (Süni intellekt) gələcək üçün nə dərəcədə hüquq üzərində təsirli görünür?
Hələ ki, çox da təsirli olacağını düşünmürəm (yəni növbəti 5-10 il ərzində). Amma lap uzaq gələcəkdə isə məhkəmə qərarlarını belə süni intellekt verə bilər))
Avropa olkelerinde bakalavr tehsilinde yas limiti var ? Meselen polsa litva estoniya 27-28 yasinda gelib bakalavr oxumaq olar ?
Bakalavr oxumaq üçün məncə yoxdur. Amma təqaüd almaqda yaş limiti var
@@khayalasadzade1019 cox sagolun amerika kanadani bilirem yas limiti yoxdu ama avropani bilmirdim ona gore soruwdum sizden polsa yoxsa litvani meslehet gorerdiz rus dilin temiz bilirem men gelmey isdiyirem insallah
@@maqamedsafarov9272 Rus dilinin işlənilməsinə görə deyirsinizsə, Litva daha yaxşıdır. Amma nəzərə alın ki, gənc əhalinin çoxusu rusca danışmır.
@@khayalasadzade1019 hem rus diline gore hemde polyak dili daha rahatdi yoxsa litva sizce ?
@@maqamedsafarov9272 o dillərdən heç biri məncə rahat deyil. Ələlxüsus da polyak dili. Sadəcə Litvada rus dilində danışanlar çoxdur. Özüm orda qısa bir müddət yaşamışam ona görə bilirəm.
Salam xahiş cavan verin hicablıyam hüquqşünaslıq oxumaq istiyirəm iş tapa bilərəmmi ?
Salam. Niyə tapa bilmirsiniz ki?
Əmoğlu vəkil idi neçə il hazırlaşdı neçə il imtahan verdi hakimliyə keçdi. Hazırlaş unverstetə gir ,hazırlaş magistraturaya gir oxu, hazırlaş vəkilliyə keç, hazırlaş hakimliyə keç. Çox çətindi.
Elə ona görə də mən də başını buraxmışam
Men hüquqşünaslıq üzrə bakalavr təhsilini Azərbaycanda almışam. Xaricdə huquq sahesinde calismaq ucun magistratura oxusam olar?
Elə videoda da dediyim kimi, magistratura oxusanız belə xaricdə hüquqşünas kimi iş tapmaq çətindir. Karyeranızın istiqamətini dəyişməli olacaqsınız böyük ehtimalla
@@khayalasadzade1019 meselen, nece dəyişə bilerem?
Məsələn öz təcrübəmdən deyim ki, mən AML/KYC sahəsinə keçdim. Sonra da ordan İT sahəsinə keçdim. İndi də data sahəsində işləyirəm. Siz də özünüz baxın hansı sahəni istəyirsiniz.
Salam ilkin olaraq çox saqolun faydalı məlumatlar verdiniz. Mən də hüquq isdəyirəm ancaq ailəm və yaxınlarım mənə deyir ki, sən oxuyandan sonra işləmək üçün çox pul lazımdı. Siz bu hakda nə düşünürsüz həqiqətən işə girmək üçün pul lazımdı??
Salam. Əgər HMO-da işə düzəlmək istəyirsinizsə, bunun üçün dövlət imtahanları var. Vəkillik üçün də dövlət imtahanları var. Yəni başqa sözlə əgər ixtisasınızı yaxşı bilirsinizsə, demək ki, hər yerdə sizə yol açıqdır.
@@khayalasadzade1019 çox saqolun Allah razı olsun
Salam video əladı çox faydalı oldu.Amma size bir sualım var.Sizcə Azerbaycanda hüququ oxusam geleceyim parlaq ve maaşım yaxsi olar yoxsa beynelxalq munasibetler(diplomatiya)ixtisasını?Cavab versez çox sevinerem
@@M_myjenryr salam. Hüquq oxuyun
@@khayalasadzade1019salam , beynəlxalq münasibətlər pis ixtisasdırki?
Salam.Melumatlandirici videonuza gore cox sag olun.Gelecekde heyatimi xaricde davam etdirmek arzumdu.Sadece buna hansi fakulte daha uygundur onu bilmirem.Sizce dovlet ve ictimai munasibetler daha yaxsidir karyera baximindan (hem Azerbaycanda hem Avropa olkelerinde) yoxsa beynelxalq munasibetler?Melumatiniz varsa deyerdiz zehmet olmasa.
Salam. Məncə bütün humanitar ixtisaslar xaricdə lazımsızdır. Birincisi ona görə ki, hər ölkədə özünəməxsus bir siyasi və hüquqi sistem var. İkincisi də ki, özlərində belə ixtisasları oxuyan doludur. Öz adamlarını qoyub Azərbaycandan gələn birini işə götürən deyillər. Mən özüm SQL, Excel, Python öyrənməyə məcbur oldum ki, Estoniyada iş tapım.
Salam men 633 bal toplamıșam etrafimdakì her kes hüququ seçmeyimi söyləyir men isə iş tapmamaqdan qorxuram ingilis dili müəllimliyi ile hüquq arasında qalmışam sizcə hüququ seçmeliyem?
@@JaləBabayeva hüququ seçin. Amma vizyonunuz da olsun.
Eger maraginiz ve hevesiniz yoxdusa huquqa ingilis dili muellimliyi secun
Salam mən kimyani bitirmişəm amma uşaqlıqdan hüquq oxumaq istəmişəm indidə özümü tapa bilmirem düşünürəm ki Almaniyada 0 dan hüquq təhsili alım orda işləyim sizcə buna dəyər? Gedəcək illərimə, əziyyətimə,maddiyatıma
Salam. Vallah, deyə bilmərəm dəyər ya yox. Məqsədlərinizə bağlıdır. Elə axırıncı cümləni gözünüzün qabağına gətirin və qərarınızı verin.
salam mən ADA'da oxumaq istəyirəm, amma fakülte məsələsində biraz tərəddüdlüyəm bu videodan sonra , sizcə ADA HÜQUQ yoxsa ADA DÖVLƏT VƏ İCTİMAİ MÜNASİBƏTLƏR ?
Salam. Dövlət və ictimai münasibətləri oxuyacağınıza, elə hüquq oxuyun. Bu videoda mən daha çox hüququ IT və Maliyyə tipli ixtisaslarla qarşılaşdırdım.
@@khayalasadzade1019 IT tehsili üzre məlumat verersiz zəhmət olmasa, hüququ bitirdikten sonra IT tehsili ala bilerem komputer təhlükəsizliyi üzre ya da maliyə?
@@aimerien xeyr. Estoniyada IT Law oxuya bilərsiniz ancaq.
@@khayalasadzade1019 almaniya da mümkün olar?
@@khayalasadzade1019 almaniyada mümkündür ?
Qardaşım salam mən sizə yazmıdim cavab vermədiniz
Xahiş edirəm zəhmət olmasa yazarsınız maşın ustasına görə
Talinə gəlməyi planlaşdırıram
Salam. Məlumatım yoxdur
@@khayalasadzade1019 təşəkkür edirəm
Salam mən dövlət və ictimai münasibətlər ixtisasını 3 kurs telebesıyəm, lakın hüquq arzum olub sizce 4 kursda mən yenıden DİM in imtahanını verıb 2 ci bakalavr təhsili alım yoxsa dövlət qulluqu öz ixtisasım üzrə? Ikıncı alı təhsildə gecikmiş sayılıram iş imkanları az olacaq deyır ətrafım (20 yaşım var) cavablandırsaz sevınerem fıkırlerım çox garısıgdı
Salam. Məncə elə dövlət qulluğuna getsəniz daha yaxşı olar. Təzədən bu vaxtı durub hüquq oxumaq sizə bir şey verən deyil. Yox əgər çox istəyirsinizsə, məncə oxuya bilərsiniz. Yenidən DİM qəbul imtahanını verin və hüquqa girin.
cinayət hüququ oxuyub vəkil olsam iş taparam?ortalama təxmininizcə nə qədər maaş alaram pul taparam?
Vəkillər məncə maaş almır 😁 nə qədər pul qazanmağınız da öz təcrübənizdən və işlərinizdən asılıdır.
@@khayalasadzade1019 aydaa gecələri deyəsən başım çatmır mənim😀🫡təcrübəni də ümid eləyirəm tez qazanaram çünki başqa işə marağım yoxdu
Salam
Huququ ingilis dili uzre oxumaq yoxsa azerbaycan dili uzre oxumaq yaxsi olar
Xaricde oxumaq yoxsa Azerbaycanda oxumaq yaxsidir
Birdeki maaslar ne qeder olar sizce?
Salam. Maaşlar barəsində bir şey deyə bilmərəm çünki Azərbaycanda artıq 5 ildir ki, yaşamıram. İngilisdillidə oxuyun, və alınırsa xaricdə oxuyun.
@@khayalasadzade1019 cox sagolun
@@khayalasadzade1019Salam mən də xaricdə beynəlxalq hüquq oxumaq isteyirem diplum taninmasi ücün deyirler imtahan vermelisen(hüquqdan)
Azərbaycanda qadın olaraq hüquqşunas olmağa dəyər? (İşləyə bilmək işə girmək v s)
@@dinara003 Azərbaycanda elə qadınlar yaxşı hüquqşünas ola bilir)) gedirlər HMO-da şüvənlik salırlar hamı da onlardan çəkinir))))
Salam mən hal hazırda ixtisas seçimi edirəm sizcə hansı üniverstetdə hüquq təhsili almalıyam? Xahiş edirəm tez cavab yazın son 8 günüm var ada ndu yoxsa bdu? Mən adaya daxil olmağı çox istəyirəm amma atam razı deyil yəni sizcə bunun üçün dirəşməyə dəyər yoxsa elə fərqi yoxdu
Salam. ADA yaxşıdır. Mən başa düşmürəm ki, atanız niyə razı deyil. Təhsil haqqı çoxdur?
Bəli əslində tələbə krediti var dedim razı sala bilmədim ndunu seçdik bu gün inşallah magistr orda davam etdirəcəyəm
@@LeylaAllahverdiyeva-e1i uğurlar sizə!
3-cü qrup üzrə hazırlaşıram gələn il artıq imtahan verəcəm inşAllah . Xaricdə təhsil almaq istəyirəm görürəm ki, " Vəkil" xaricdə oxumaq elə də asan deyil, düzü asan heç nə yoxdu amma indi həyatımızda var , yaşamalıyıq ən azı. Filologiya və psixoloq kimi ixtisasları özümə yaxın görürəm sevdiyim üçün. Xaricdə bəs bunlara tələb var sizcə ? Ən azı filologiya? Yaxşı bir universitet və karyera cəhətdən .
Salam. Dediyiniz ixtisaslar xaricdə çox da tələbatda deyil və ciddi deyirəm ki, gəlib oxusanız nəsə yeni bir bacarıqlar öyrənməyə məcbur olacaqsınız (öz sahənizdən kənar - Proqramlaşdırma dilləri və s.).
@@khayalasadzade1019 Salam , 3-cü qrup üzrə tələbat olan ixtisas belə görürəm yoxdur xaricdə o zaman . Təşəkkür edirəm cavablandırdığınız üçün.
@@lonelywolf_alfa hüquq üzrə nəsə etmək olar. Onun üçün də gərək dilini və hüququnu bildiyiniz ölkəyə gedəsiniz. Əgər 3-cü qrup ixtisaslarına, başda da hüquq olmaqla, çox marağınız varsa, məsləhətim budur ki, elə bakalavrı gedib xaricdə oxuyasınız. Belə olan halda daha çox imkanlarınız yaranır ki, yerli şəraitə uyğunlaşasınız.
@@khayalasadzade1019 minnətdaram, çox sağ olun
Salam siz hüququn artıq öldüyünü dediniz,bəs xaricdə təhsil almaq ,orda yaşamaq üçün dövlət və ictimai münasibətlər fakültəsi necədi?
Salam. Dövlət və ictimai münasibətlər ondan da pisdir. Əgər xaricdə yaşamaq istəyirsinizsə, daha yaxşı ixtisas IT və ya Maliyyə tipli ixtisaslar ola bilər.
Salam, mən 3 gün sonra ixtisas seçimi edəcəm. 680.3 bal toplamışam III qrup üzrə.
Bdu eng, DİA, ADA bu üç univeristet arasında qalmışam. Sizcə hansını seçim? Beynim çox qarışıqdır. Xahiş edirəm mənə cavab verin
Salam. Yaxşı tələbə həyatı üçün - BDU. Ortalamanızın yüksək olması üçün DİA. Yaxşı təhsil və karyera irəliləyişi üçün - ADA. Amma ADA deyəsən pulludur. Tam dəqiq bilmirəm. O vaxtı pullu idi.
@@khayalasadzade1019bəli, pulludur. İlliyi 8000. Birillik güzəştə düşürəm balıma görə. Foundation təhsil də almalıyam orda həmçinin ingilis dili sertifikatım olmadığı üçün. O qədər pulu verməyə dəyərmi bilmirəm
Mənim də ADA barədə çox da dərin məlumatım yoxdur. Amma eşitdiyimə görə çox yaxşı təhsil verilir.
@@khayalasadzade1019artıq seçimi etdim. Seçimim ADA oldu, görək necə olacaq
@@themis8210 uğurlar sizə!
Sentyabrda görəsən olacammı o universitetdə🥲
Olacam
Amin inşallah. Uğurlar sizə!
@@khayalasadzade1019 Çox sağ olun.Hələ də videonu izləməyə davam edirəm çox qəşəng danışmısız.Sizə də uğurlar !
@@Studywithgulu minnətdaram!
Necə oldu
@@TayyubaRustamova Fikrimi dəyişdim və dəyişdiyim ixtisas və uniyə düşdüm
IT öyrənmək sənin üçün də hələ ki gec deyil axı..
Tez də deyil)
Sizcə politoloq yoxsa hüquq?
Mənə deyirlər hüquq oxusan iş tapmayacaqsan irəli gedə bilməyəcəksən belə deyirlər. Sizcə gələcəkdə politoloq daha lazımlıdı yoxsa hüquqşünaslıq?
@@AleksandraSara-xl5oc Onu sizə kim deyibsə, deyəsən dünyadan aləmdən xəbəri yoxdur. Politologiyada iç tapmaq olmur. O sahə ölü sahədir. Hüquqda isə var. Yaxşı hüquqşünasa hər yerdə yer var.
@@khayalasadzade1019 Çox sağolun ❤️
@@AleksandraSara-xl5oc buyurun
@@khayalasadzade1019 salam,mən bu il 11əm, qalmışam bdu hüquqa gedim,ya polis akademiyasına ?əslində hüquq istəyirəm,amma iş tapmaq derdine göre deyrem gedim polise,siz necə fikirləşirsiz?
Salam. Mən aşağı siniflərdən hüquq oxuyacam deyirdim amma son 1-2 ildə hüquqa marağım öldü. Sadəcə oxuyacam dediyim üçün məcburiyyətdən ciddi hazırlaşdım imtahana. Indi balım hüquqa çatır, tc ilə də imtahana girmişdim beynəlxalq münasibətlərə də balım çatır. Hüququn dezavantajlarını nəzərə alaraq dil və ya bm oxumağı da düşündüm. Amma ətrafımdakı hərkəs bu balla hüquqdan başqa heçnə seçmə deyir. Mən gələcəyimi düşünərək peşə seçmək istəyirəm siz də fikrinizi deyə bilərsiz? Və əgər hüquq oxusam tədris azerbaycan dilinde yoxsa ing dilində tövsiyə edərdiz? Magistraturanı xaricdə oxumaq fikrim var amma hüquq oxumuş qohumumuz deyir ki ing dilində oxusan sənin üçün çox çətin olacaq az dilində oxu. Biraz uzun oldu ama oxuyub cavablandırsaz çox sevinərəm
@@miina_h Salam. Hüququ seçin amma məsləhətim bu olar ki, elə Azərbaycanda qalıb karyera qurasınız. Xaricdə biraz çətin olacaq.
@@khayalasadzade1019 çox sağolun
Salam.Mende de eyni sizin kimi veziyyetdir.Dovlet ve ictimai munasibetleri istemirsiz?
DTX YAXŞIDIR YOXSA HÜQUQ VƏ NİYƏ XAHİŞ EDİRƏM CAVAB VERİN😊
İstəyinizdən asılıdır 😁
Siz Vəkilsiz?
Xeyr.
@@khayalasadzade1019 bəs nə?
@@HuseynEynullayev- Data Steward 😁
@@khayalasadzade1019 bəs niyə hüquq haqqında qorxutucu sözlər deyirsiz?
@@HuseynEynullayev- çünki 6 il özüm hüquq oxumuşam. Bilmirəm videonu sona qədər izləmisiniz yoxsa yox. Amma dediyim kimi hüquq oxumaqda bir problem yoxdur. Amma ambisiyalarınız xaricə gəlib yaşamaqdırsa və işləməkdirsə, bunun üçün daha yaxşı ixtisaslar var.
Salam. Əvvəlcə təşəkkür edirəm, maraqlı və faydalı video üçün)
Bir mövzu haqda məsləhət almaq istəyirəm. Bu il bdunun hüququna daxil olmuşam.amma heç vaxt özümu bu ixtisasda fikirləşməmişəm. Az dili müəllimi olmaq istəyirdim sadəcə balım hüquqa çatdı deyə hüquq oxuyuram. Anlayışım yoxdu hüquq ixtisası haqda, gələcəkdə hansı sahədə çalışacağımı belə seçməmişəm. Məqsədim yoxdu eyni zamanda hüququ oxumağa həvəsim yoxdu. Kiməsə bunu deyəndə reaksiya ları bu olur "prestijli ixtisasdır nə istəyirsən?"
Hal hazırda özümü konkret olaraq məcbur edirəm dərs oxumağa təbii ki məcburiyyət ugur gətirmir. Nə məsləhət verə bilərsiniz? Dərs oxumağa həvəs yaratmaq üçün?
Və zəhmət olmasa hüquq sahələri, peşələri haqda ətraflı video çəkə bilərsiniz?
Salamlar. Təşəkkür edirəm şərhinizə görə.
Bu videoda aşağı-yuxarı müəyyən qədər hüquq sahələri və peşələri barəsində danışdım. Yenə bu barədə bir video çəksəm biraz təkrarçılıq ola bilər. Ona görə də qısa olaraq məsləhət verim ki, biraz maraq yaratmaq istəyirsinizsə, ən yaxşısı vəkillik, hüquq-mühafizə orqanlarında müstəntiq-prokuror, eyni zamanda akademik hüquq peşələrini araşdırın. Bu barədə filmlərə və seriallara baxın. Məsələn, bizimkilər axırıncı dəfə "Əqrəb Mövsümü" adlı çox gözəl serial çəkiblər. Ona baxandan sonra hətta mənim belə müstəntiqliyə (ümumiyyətlə, cinayət təqibinə) çox böyük marağım yarandı.))