Firəngiz (1975)

Поділитися
Вставка
  • Опубліковано 17 вер 2024
  • 12+
    Film məsul vəzifədə çalışan Firəngizin ailəsinə münasibətini və kütlə ilə ünsiyyətini göstərir.
    Raykom katibi Firəngiz qayğıkeş, tələbkar olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri "dostlarının" cinayət törətdiklərini üzə çıxarır.
    Rejissorlar: Əbdül Mahmudov, Ənvər Əbluc
    Ssenari müəllifi: Bayram Bayramov
    Operator: Fəraməz Məmmədov
    Rəssam: Kamil Nəcəfzadə
    Bəstəkar: Fikrət Əmirov
    Rollarda: Vəfa Fətullayeva ( Firəngiz), Rasim Balayev (Murad), Şahmar Ələkbərov (Feyzi), Bahadur Əliyev (Davud), Sadıq Həsənzadə (Musa)
    İstehsalçı: Azərbaycanfilm
    Janr: dram
    İlk baxış tarixi: 20 oktyabr 1975

КОМЕНТАРІ • 27

  • @nazim.musabayli
    @nazim.musabayli 2 роки тому +27

    Rasim Balayev - incəsənətimizin ən böyük aktyorlarındandır! Bu necə bir səs, necə bir duruş, necə bir baxışdır!

  • @esanesan691
    @esanesan691 Рік тому +9

    Əla film....Şahmar Ələkbərov Dahi sənətkar.

  • @sevahaji6210
    @sevahaji6210 2 роки тому +24

    Filmin ən azı 50 yaşı var, amma ekranlarda heç 5 dəfə bəlkə göstrərilməyib. İlk dəfədir seyr edirəm.

    • @zaursukuroglu5348
      @zaursukuroglu5348 Рік тому +1

      Sovet vaxtı neçe defe gösterildiyini bilmerem. Ele müsteqilliyimizin ilk illerini de deye bilmerem. Ancaq son 30 ilde heç bir defe de gösterilmediyini zennimce texmin etmek olar; axı ssenari müellifi Bayram Bayramovdur..

  • @niyazqelbinur.
    @niyazqelbinur. 3 місяці тому +1

    Ay Allah, necə də gözəl filmidir. Film başdan ayağa həyat dərsi - imtahandan bəhs edir...Allah mərhum aktyorlara rəhmət eləsin. Rasim Balayev bəyə cansağlığı arzulayıram. Rasim Balayev canlı əfsanədir...

  • @aminakerimova819
    @aminakerimova819 Рік тому +8

    Cox saq olun bu filme gore🙏
    Insanlara menali ve zovqlu teqdimata gore cox minnətdariq

  • @kinomuztv2424
    @kinomuztv2424 2 роки тому +17

    Çox təşəkkür edirəm "Azərbaycanfilm" UA-cam kanalı. Axır ki, Vəfa Fətullayevanın baş rolda oynadığı "Firəngiz" filmini internetə çıxardınız. Qaldı bircə Vaqif Mustafayevin "Nakəs" filmi baxmadığım. Heyif keyfiyyəti 360p-dir. heç olmasa 480p, 720p olaydı.

  • @beastbeast9859
    @beastbeast9859 Рік тому +4

    RESPECT!

  • @nizamimehtiyev8928
    @nizamimehtiyev8928 2 роки тому +10

    Filmin çox hissəsi Kəlbəcərdə çəkilib!

  • @elmirhsn8982
    @elmirhsn8982 Рік тому +4

    Təşəkkürlər!

  • @beimibra6174
    @beimibra6174 10 місяців тому +2

    “Eh, Murad. Söz onda deyil ki, Feyzi kimilər yalan məlumatlar verir, xəbərsiz əlavə hektarlar şumladır. Nə bilim daha nə. Söz ondadır ki, insanların qəlbinə girir, onları dəyişdirir, yalana, alçaqlığa çəkirlər. Ətrafımızda elə mənəvi uçurum yaradırlar ki, ora yaxın getmək təhlükəli olur. İnsana inam axı hər şeydən üstündür. Bu hadisə bir də ona görə dəhşətlidir ki, səni ən yaxın adamından soyudurlar.”

  • @vgr_gallery
    @vgr_gallery Рік тому +4

    👏👏👏

  • @vadimjavadzade9167
    @vadimjavadzade9167 Рік тому +7

    Ingiliscə subtitrlar olsa yaxşı olar, xarici dostlarımıza da göstərərdik

  • @glcydogru4203
    @glcydogru4203 11 місяців тому

    ALLAHIN SALAMI OLSUN HƏR KƏSƏ COX GÖZƏL FİLM İDİ BÖYÜK MARAQLA İZLƏDİM BU FİLMDƏKİ ƏR ARVAD MÜNASİBƏTİ VƏ ƏLAQƏLƏRİ İNDİKİ VAXTDA OLSA İDİ SİZ DÜŞÜNÜN Kİ CƏMİYYƏTDƏ NƏLƏR BAŞ VERƏRDİ 100%QURULAN AİLƏLƏRDƏN BƏLKƏDƏ 3 -4 % AİLƏ BİRİ BİRİNƏ SADİQ VƏ TƏMİZ BOŞANMAMIŞ QALARDI COX TƏSSÜFLƏR OLSUN Kİ , BU BİR HƏQİQƏTDİR

  • @sabinasabina1367
    @sabinasabina1367 11 місяців тому +3

    Azərbaycan incəsənətinin Brilyantları var burda! Bu cür şedevrləri televizorda göstərmirdilər o vaxt.Altda danışıq bizim dilə oxşamır…

  • @AliAliyevPolitician
    @AliAliyevPolitician Рік тому +3

    🙄🤔🚬🥃☹️😏👍🏻🎬📝....teşekkür ler film 🎞 göre ✍🏻

  • @sabinasabina1367
    @sabinasabina1367 11 місяців тому +1

    4:16 Sovet filminin heyvanlarıda indiki artistlərdən yaxşı oynayırlar 😊

  • @BrawlStars-vp4pz
    @BrawlStars-vp4pz Рік тому +7

    0:48-dəki kadrlar harada çəkilib?

  • @KODADI2015
    @KODADI2015 Рік тому +3

    Bayram Bayramovu unutdurmaqmı olar?

  • @vuqaribrahimov4573
    @vuqaribrahimov4573 2 місяці тому

    Birinci defedi qarsima cixir niye az verilib ekranlarda nese sebebi varr..??

  • @sabinasabina1367
    @sabinasabina1367 11 місяців тому

    Firəngiz xanımın ayaqqabıları eyni vaxtda gaha qara olur gah kremi )

  • @pashasoyski
    @pashasoyski 2 роки тому +6

    35:36 dakı Toy səhnəsi GÖYÇƏ mahalında çəkilib görəsən?

    • @AzerbaijanfilmStudio
      @AzerbaijanfilmStudio  2 роки тому +11

      Filmin çəkilişləri Kəlbəcərdə - İstisuda, Gəlin qayası yataqlarında, Ağdam, İsmayıllı və kinostudiyanın pavilyonunda aparılıb.

    • @aynurkhalilova690
      @aynurkhalilova690 2 роки тому +4

      @@AzerbaijanfilmStudio çox sağ olun. Elə bildim Daşkəsən, Xoşbulağda çəkmişdirlər

  • @y.ahmed.2062
    @y.ahmed.2062 2 роки тому +7

    👏👏👏👏👏