Elvin Babazadə - Biri

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2024
  • Elvin Babazadə - Biri
    SÖZLƏR:
    Biri dərd, biri dərdimə dərman
    Biri mən, biri məndən də yaman
    Sevirəm, bir-iki günlük amma
    Sonsuzluğadək kimdir mənə qalan?
    İşığını üzümə salır gecə ay tam güzgüdən
    İçimdəki ölkə üsyan içindədi, paytaxt tüstüdə
    Özümü xəyallara daşıma günüm
    İçimdəki uşaq öz yaşıma gülür
    Çəhrayı həyatım başıma dönür
    Bulanır ürəyi, qaytarır üstümə
    Mən ən güclü, mən ən düşən
    Mən özümə uzaqdan gəlmişəm
    Xəyallarım ürəyimlə tən düşər
    Ona görə yoxdur heç bir əndişəm
    Mən aslılıq və vərdişəm,
    Üzərimə düşən işıq həmişə
    Gözlərimdə qalır, bunu görür hamı,
    Ona görə ürəyimcə tapa bilmirəm yarı
    Axı mənə
    Biri dərd, biri dərdimə dərman
    Biri mən, biri məndən də yaman
    Biri sərt çəkər ürəyimə dağlar
    Biri məni çəkə-çəkə üzərinə bağlar
    Biri dərd, biri dərdimə dərman
    Biri mən, biri məndən də yaman
    Sevirəm, bir-iki günlük amma
    Sonsuzluğadək kimdir mənə qalan?
    Xəyal edib yatdığım onla olan neçə gecə, neçə yuxu var
    Axı sevgi ovçusunun ürəyimə atılıb qırılan neçə oxu var
    Amma artıq dəyişib hər şey, bu sevgi girməz daha yuxuma
    İndi onun nəyi vardısa, məndə ondan qat-qat
    Daha çoxu var
    Atıb hər şeyi üzərimə, çıxıb aradan
    Necə seçə bilmədim mən ağı qaradan
    Almaz ki, canını uca yaradan
    Bunu yaşatmadan, yaşatmadan
    Bax, yeni sevgi qoxusu gəlir havadan
    Gizlənirəm, tapır axı məni haradan
    Varsa gəlsin eşq, amma sonradan
    Yenə yalan dolanlar olmadan
    Biri dərd, biri dərdimə dərman
    Biri mən, biri məndən də yaman
    Biri sərt çəkər ürəyimə dağlar
    Biri məni çəkə-çəkə üzərinə bağlar
    Biri dərd, biri dərdimə dərman
    Biri mən, biri məndən də yaman
    Sevirəm, bir-iki günlük amma
    Sonsuzluğadək kimdir mənə qalan?
    Varsa gəlsin eşq, amma sonradan
    Yenə yalan dolanlar olmadan
    Bizim Kanallar :
    Xəzər Media ► goo.gl/aZkV2v
    Xəzər Music ► bit.ly/2Cp9QoT
    Xəzər Film ► goo.gl/v7cuIF
    Xəzər Xəbər ► goo.gl/2ChtjL
    Dalğa TV ► goo.gl/HzZz6T
    #xezermedia #xezermusic #ElvinBabazade

КОМЕНТАРІ • 5

  • @user-xd6kg5fw5p
    @user-xd6kg5fw5p 3 місяці тому +1

    Elvin Babazadə sizi çok sevirem 😘💐🇹🇲🙋🏻‍♀️🥰😍💋❤️

  • @-Nurlan_music
    @-Nurlan_music 5 місяців тому +1

    Səsi çox gozəldir.Nurlan Təhməzli ile duet olsa super olar❤❤ sesleri yarasar.mence

  • @Medinequluyeva9316
    @Medinequluyeva9316 5 місяців тому +2

    Mahnılarııı superrr❤❤❤ çoxx sevirəmmm elvinn babazadəniii❤❤❤

  • @WalehY
    @WalehY 5 місяців тому

    Бомбады👍

  • @user-ty2nl8ml4i
    @user-ty2nl8ml4i 5 місяців тому +1

    Pozetiv biridi