Bibəriyyə bitkisinin insan orqaniziminə faydaları və istifadə qaydası

Поділитися
Вставка
  • Опубліковано 11 вер 2024
  • Bibəriyyə o qədər faydalı bir bitkidir ki, təsirləri saymaqla tükənmir.
    Bibəriyyə güclü iltihab əleyhinə təsirinə görə revmatizm xəstəliyi zamanı çox faydalıdır. Bədənin immun müqavimətini artırır, bu məqsədlə bibəriyyə çayı həftədə 1-2 dəfə içilir. Güclü əsəb sakitləşdirici təsiri var, xüsusən axşam yuxuya getməkdə çətinlik çəkənlər, əsəb gərginliyi və stresə məruz qalanlar üçün faydalıdır. Saç köklərini dərinləşdirir, kəpəklənməni götürür, bununla da saç tökülməsinin qarşısını alır. Saçlar yuyulduqdan sonra onların uzunluğundan asılı olaraq 1-2 xörək qaşığı bibəriyyə 1-2 stəkan suda dəmlənir və saçlar bu su ilə yaxalanır.
    Dəri səpgilərində, qaşınmalarda, diatezlərdə bibəriyyə dəmləməsi ilə islatma qoyulur. Baş ağrısı zamanı isə həmin dəmləmə ilə boyun, saç dibləri, qulaq arxası masaj edilir.
    Bibəriyyə 15 əsrdir ki, xalq təbabətində istifadə olunur. Sübut olunmuşdur ki, 2-3 gündən bir bibəriyyə çayı içən adamlarda skleroz və Alsheymer xəstəliyi olmur. Arıqlamaq istəyənlər üçün faydalıdır, belə ki, bibəriyyə başqa arıqladıcı vasitələrdən fərqli olaraq işlədici təsir göstərmir, yalnız iştahanı zəiflədir.

КОМЕНТАРІ • 4