Tərbiyə nədir? | Uşaqlara necə tərbiyə verməliyik? | Söhbətgah | Münasibət #5

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 254

  • @nurlanagayev7934
    @nurlanagayev7934 3 роки тому +95

    Təmənnasız olaraq cəmiyyətə verdiyiniz töhfələrə görə təşəkkür edirəm.

  • @curiousignorant1554
    @curiousignorant1554 3 роки тому +38

    İlk növbədə məsələyə oradan başlamaq lazımdır ki, bizim valideynlərimiz özləri böyüyüblərmi?! Yaşın artması böyümək, yetkinləşmək demək deyil. Çox sevdiyim türk yazarlarından Doğan Cüceloğlunun "Yetişkin çocuklar" deyə bir kitabı var. Bu kitabı hər bir Azərbaycan valideyninin oxuması gərəkdiyini düşünürəm. Bizim valideynlərimiz əksərən özləri özlərini tanımadan, saf-çürük etmədən yarımçıq olaraq yaşlanırlar. Məsələn, heç uzağa getməyərək öz atamdan misal gətirə bilərəm. Bircə xatirəm belə yoxdur ki, mən bu insanla oturub uzun-uzadı bir-birimiz haqqında danışdığımızı xatırlayam. Bu insanın nəyi bəyənib-bəyənmədiyini, nələrdən nifrət etdiyini, hansı məsələlərin onlar üçün qırmızı xətt olduğunu, hansı istəklərin gerçəkləşdirə bilmədiklərini, geriyə dönüb, nəyi dəyişdirmək istədiyini bilmirəm. Eləcə də onun mənim haqqımda bunlar haqqında zərrə qədər fikri belə yoxdur. Amma yeri gələndə əgər mən tərəfdən hər hansı bir soyuqluq yaranırsa, bunu enən uşaq kimi öz içinə salacaq. Buna görə deyirəm ki, hərçənd ki artıq demək olar ki, 60 yaşı var, əslində mənim atam özü belə hələ tam yetişməmiş bir uşaqdır.

  • @afaqmustafayeva
    @afaqmustafayeva 3 роки тому +84

    Çox gözel meqamlara toxundunuz. Mence bu podkastı bütün valideynler dinlemelidir. Teşekkür edirem ki, bele bir mövzunu gündeme getirdiniz. Teessüf ki çoxları bu saatlarda oturub uşaqlarıyla seriala baxır. İnşallah ki, çox insana çatar mesajlarınız.

    • @xaliqmirzezade
      @xaliqmirzezade 2 роки тому

      @@Sohbatgah
      Mən hər şeirdən sonra ağlayıram
      Əli Xəyyam

  • @turanaaliyeva699
    @turanaaliyeva699 2 роки тому +35

    "Qarni tox,ruhu ac usaqlar olduq" 😔

    • @Aminaİş-y1g
      @Aminaİş-y1g Рік тому +2

      Hamın qarnı tox deyildi və elə bundan ötəridir ki, indi bir çoxumuz qıtlıq inancından qurtula bilmirik. Çoxumuz ən sadə ehtiyaclarımız dilə gətirməkdən çəkinirdik, qorxurduq. Bilirdik ki, “yox” cavabı alacayıq.

  • @Fidanazizova22
    @Fidanazizova22 3 роки тому +61

    Zövq alıram sizi dinləməkdən.Həyatımda çatışmayan savadlı ünsiyyət və dinləmək əskikliyini, boşluğunu sizi dinləməklə doldururam.❤️

  • @shebnem273
    @shebnem273 3 роки тому +23

    Normalda çox hövsələm çatmır hər hansı bir kontenti sona qədər dinləməyə və ya izləməyə,ancaq bu söhbət çox axıcı və maraqlıdı,bəlkə də baxış bucağı və maraqlar üst-üstə düşdüyünə görədir)
    Sondakı Halil Cibranin sevdiyim fikirləri idi.Ermiş (türkçe) kitabı möhtəşəm əsərdi.

  • @ayguntaghili3047
    @ayguntaghili3047 2 роки тому +17

    Bu cür maarifləndirici bir podcastin olması çox sevindiricidir. Bu proqramı youtube dan TV-yə daşımaq lazımdır mənə görə. Yaşlı nəsillər belə izləyib nəticə çıxarmalı proqramdır. Çox təşəkkür edirəm.

  • @OrkhanRahmanli
    @OrkhanRahmanli 3 роки тому +19

    Sadəcə, bu və Özgür ilə olan podkast şəxsən məni çox, çox yuxarılara qaldırdı, vallah. Və, bu, müzakirə belə başqa olduda… Ruhumla baxmışam vallah ) Şair, “bizim adamdır”, “bizdəndir” anlayışı var idiye - çox bizdən oldu bu söhbət. Çox eyni ruhdan baxdım, bu gün, biləsiz. Əjdahasız! RESPECT !

  • @aykhanrizvanmammadli1000
    @aykhanrizvanmammadli1000 3 роки тому +30

    Əladan da əladı, davamlı olsun. Var olun.

  • @CavidanDadashov
    @CavidanDadashov 3 роки тому +13

    Tərbiyə mövzusunda çox sevdiyim bir söz var, amma təəssüf ki müəllifini unutmuşam, deyir ki: " Siz övladlarınızı tərbiyə etməyə çalışmayın, siz özünüzü tərbiyə edin, çünki onusuzda sonda sizə bənzəyəcəklər".

  • @isfndiyarliyev3645
    @isfndiyarliyev3645 3 роки тому +6

    Mənə kitabı oxumağı atam sevdirib. Gözümü açıb evdə kitab görmüşəm. 5 ci sinifə qədər Atam oxuduğu kitabları mənə danışıb. Mən kitab oxumağa başlayanda bir çox yazıçıları və qəhrəmanları tanıyırdım. Bir də küçəmizdə atasından qorxmayan, atası tərəfindən döyülməyən, hərşeyi atası ilə danışa bilən uşaqlar da biz idik. Əla podcast idi, hər ikinizə təşəkkür edirəm. Faydalanıram. Ətrafımdakı insanlara tövsiyyə edirəm. Çoxsağolun

  • @ЭлданизАмрахов
    @ЭлданизАмрахов 10 місяців тому +1

    Hər ikinizə uzun ömür və can sağlığı arzulayıram...Belə söhbətlərə c
    əmiyyətimizin çox böyük ehtiyacı var....

  • @afaqmustafayeva
    @afaqmustafayeva 3 роки тому +7

    Canlı izlemek super👍

  • @curiousignorant1554
    @curiousignorant1554 3 роки тому +11

    Uşaq tərbiyəsi ilə bağlı populyar kitabları vərəqlədikcə, orada uşağa sevginin və güvən ortamında davranmanın fiziki ehtiyaclardan nə qədər vacib olduğunu anlayırsınız. Bu yöndə çox məşhur bir nümunə də var. Ruminyada Çauşesku dönəmində o, məcburi olaraqhər hər bir ailənin uşaq sahibi olması gərəkdiyi haqqında qanun gətirir. Və diktator devrildikdən sonra, ölkədə uşaq evlərinə atılmış minlərlə uşağın xəbəri qərb mətbuatında geniş yayılır. Bu yüzlərlə uşaq ana sevgisindən, güvənli ortamdan məhrum olaraq, böyüyürlər. Hətta səhv etmirəmsə, Kanadadan bir neçə ailə bu uşaqlardan bəzilərini övladlığa götürürlər. Bu yöndə ixtisaslaşan alimlər bu iki uşaq qrupunu müşahidə edirlər. Məlum olur ki, bəlli bir yaşa qədər(səhv etmirəmsə 3 yaş) övladlığa götürülən uşaqlar digərlərindən fərqli olaraq böyüdüklərində travma almamış olurlar. Ümumiyyətlə, bizdə uşağa say olaraq yanaşırlar. İzah edə bilmirsən ki, bu uşaq bir şəxsiyyətdir. Sən buna yetərincə zaman, diqqət, sevgi ayıra bilməyəksənsə, onu həyata gətirib, bədbəxt edirsən. Sonra bu yarımçıq fərdlərdən yaranan toplum da elə ala-yarımçıq olur....

  • @salehvalehoglu
    @salehvalehoglu 3 роки тому +8

    Var möhtəşəm mövzu, var mövzunu möhtəşəmləşdirmək. Söhbətgahda ikincini edirsiz. Möhtəşəmsiz

  • @cavidcan7672
    @cavidcan7672 3 роки тому +8

    Cox sag olun. Mohtesemsiniz Tural bey siz xususi ile . Qulagimin pasi silindi. Uzun zamandi bele sohbete qulaq asmamisdim.Bele sohbetlere cox ehtiyac var. Isterdim butun atalar sizin kimi dusuncede olsun.Tesekkurler ruhum qidalandi.

  • @gunelhesenova5117
    @gunelhesenova5117 2 роки тому +4

    Bizim iki mübarizəmiz var; həm özümüzü sağaltmalıyıq, həm də övladlarəmızı sağlam böyütməliyik.

  • @efsanenamaz6009
    @efsanenamaz6009 3 роки тому +22

    Allah sizi qorusun..şükür edirəm sizi "tapdığıma".
    əməyinizə qüvvət🤲

    • @efsanenamaz6009
      @efsanenamaz6009 3 роки тому +4

      Bir də istərdim bir gün mövzunuz "mütaliə" olsun

  • @letiflazimzade6840
    @letiflazimzade6840 3 роки тому +7

    Bir sözlə MÖHTƏŞƏMSİNİZ💛. Hər dəfə müxtəlif programlar açıb izləmək həvəsi gəldikdə, öz dilimdə izləyə bilmədiyimə görə çox pis olurdum. Çünki, Azərbaycanda sizin kimi modellər yox idi, yaxşı ki, varsınız, sükanı belə saxlayın, heç dəyişməyin

  • @nuraddinkhalilov8184
    @nuraddinkhalilov8184 3 роки тому +10

    23 yaşım var. Tural və Əli kimi insanlardan həyat təcrübəsi alıram. Öz dilimizdə də keyfiyyətli podcast yaratdılar adamlar. Özümnən daha gənclərə səslənirəm: Bax bu insanlar role model'dirlər. Amandır, özünüzə nəsə qatın onlardan

  • @ilahasaidva
    @ilahasaidva 3 роки тому +9

    Möhtəşəmsiz

  • @firidunguliyev2105
    @firidunguliyev2105 3 роки тому +10

    Möhtəşəmsiz. Belə davam edin. Cəmiyyətin düşünən kütləsi üçün çox faydalı iş görürsünüz. Evdə, avtomobil idarə edəndə də Sizin podkastlara qulaq asıram.

  • @Abd1837s
    @Abd1837s 2 роки тому +1

    Əla,Tural qardaşın fikirləri çox yerində oldu,dərin düşünmək üçün fəlsəfəni oxumaq lazimdir....və uşaqlara kitablara qarşi sevgini aşalamaq...peyğəmbərimiz(əss)demişdi "uşaqlariniza kiçikkən qayğıkeş,yeniyetməykən müəllim ,böyüdükdən sonra isə dost olun..."ən gzl model bizim üçün peyğəmbərdir..əleyhi sələm..uşaqlardan çox şeyi öyrənmək olar çünki fitrələri güclüdür,onlari dinləmək və istiqamətləndirmək vacibdir...çox ağilli insanlarsiz, zövq aldım sizi dinlərkən

  • @lkbrmmmdov8289
    @lkbrmmmdov8289 3 роки тому +12

    Münasibət olan gün dəhşət sevincli oluram,Çox Çox sağolun💚💙

  • @savalan89
    @savalan89 3 роки тому +3

    Dəyərli fikirlər bölüşdüz. Çox sağ olun ki, cəmiyyətin formalaşması üçün əziyyət çəkirsiz.

  • @fidans
    @fidans 3 роки тому +2

    Ofisde qulaq asa-asa ishlemek cox yaxshi alinir. Davam edin!

  • @gunelhesenova5117
    @gunelhesenova5117 2 роки тому +2

    Özümüz hislərimizi yaşamadığımız kimi övladlarımıza da hislərini yaşamaq şansı tanımırıq.

  • @panahyusibov
    @panahyusibov 3 роки тому +2

    İlk dəfədirki bir verlişi televiziya və yaxud burda sona qədər izlədim. Təşəkkürlər!

  • @ilkinmmmdov8271
    @ilkinmmmdov8271 3 роки тому +3

    Mükəmməl mövzudur!
    Sağ olun.

  • @calalbalacayev4323
    @calalbalacayev4323 Рік тому +2

    Cox alqislayiram sizi cox vacib movzulara toxunursuz👍👍👍

  • @AMGpro1992
    @AMGpro1992 3 роки тому +14

    Çox gözəl mövzuya toxundunuz, təşəkkür edirəm növbəti belə maraqlı söhbətiniz üçün! Davamlı olsun! Uğurlar!

  • @sevincrzaxanova8013
    @sevincrzaxanova8013 3 роки тому +1

    Möhtəşəm müzakirə idi.Hamıya faydalı olacaq məsləhətlər üçün çox saqolun

  • @SamirBahram
    @SamirBahram 3 роки тому +5

    Cox sagolun Tural ve Eli bey

  • @turalferzizade3104
    @turalferzizade3104 3 роки тому +1

    Hər gün qulaqcığı taxıb işləyərək dinəyirəm. Qısa müddət ərzində ilk videodan bura qədər izləmişəm. Bütün mövzuları çox ətraflı izah edirsiniz və çox şeyin həlli yolunu göstərirsiz. Mən də uşaq yaşlarımda saysız travmalar almışam və o travmaların izləri hələ də özünü göstərir.

  • @gunelhesenova5117
    @gunelhesenova5117 2 роки тому +3

    Və fərqində olmalıyıq ki, övladlarımız bizim içimizi görür nə qədər saxlamağa çalışsaq da...Ona görə də biz özümüzü yetişdirməliyik...

  • @fatimamusayeva275
    @fatimamusayeva275 Рік тому

    Və nəticədə demək olar ki, biz valideynlərimizi artıq dəyişə bilmərik
    Onları olduqları kimi qəbul edib öz üzərimizdə işləyərək özümüzün yaralarını sağaldaraq yola davam etməliyik. Və sağlam düşüncəli ailə qurub bizə edilən səhvləri onlara etməməliyik

  • @tehran262
    @tehran262 3 роки тому +13

    Münasibət bölümləri çox super və maraqlı alınır. Növbətini səbirsizliklə gözləyirəm. İşdə sizə qulaq asa-asa iş görürəm. Təşəkkür edirəm!

  • @qurbanquluzade8629
    @qurbanquluzade8629 3 роки тому +10

    Cox eladir.Auditoriya qarwisinda olsa daha ela olar(biz de oz suallarimizi unvanlayaq )

  • @elvino.
    @elvino. 3 роки тому +16

    Söhbət etməyə adam tapmırıq, qardaş. Tənhayıq. Tənhalığımızı doldurursuz. Siz də ki, lap kefdəsiz))

  • @nuranaimanova
    @nuranaimanova 2 роки тому +3

    Yenə həmişəki kimi möhtəşəm podkast olub. Zehninizə, ürəyinizə sağlıq. 👏👍 Dostlar, mütləq paylaşın bu kanalı, abunəçi sayı artsın, çünki baxılmağa dəyər kanaldır.

  • @latifaNasibova8
    @latifaNasibova8 Рік тому +1

    Cox sag olun, Azerbaycan dilinde maariflendirici melumatlar yox derecesindedi, amma sizin muzakirelerinizle artiq umid yaranir daha da artacaq. Cemiyyetimizi savadlandirmaq ucun bu qeder urekden eziyyet cekdiyiniz ucun size tesekkur edirem🤲

  • @konulbabayeva6214
    @konulbabayeva6214 2 роки тому

    Möhtəşəm. Çox xoşbəxtəm ki, sizin kimi insanların söhbətini sonadək izlədim.

  • @gunelhesenova5117
    @gunelhesenova5117 2 роки тому +3

    Nə qədər ürəyimdən gələn söhbət edirsiz. Bir şeyi qeyd etmək istəyirəm, müşahidələrim göstərir ki hazırda gənc valideynlərdən analar daha toleranslı və müasir tərbiyə üsulunu anlayan atalar isə daha sərt və eski üslublardan ayrıla bilməyən valideyndirlər

  • @fridcfrova8552
    @fridcfrova8552 3 роки тому +1

    Nə gözəl sözlər.. maarifləndirici söhbətiniz üçün çox sağolun

  • @KamilEhedov-
    @KamilEhedov- 14 днів тому

    Həqiqətən bu bölümün mənə çox böyük təsiri oldu. Hamımızın bildiyi, yaşadığı, amma birimizin belə dilə gətirə bilmədiyi lokal problemlərimizi əməlli başlı ortaya qoydunuz və çox gözəl də tənqid etdiniz.
    Son vaxtlar çox doluyam, həqiqətən hara baxıram ancaq mənə neqativ təsir edən şeylər görürəm. Amma heç birinə səsimi çıxara bilmirəm, heç birinə etiraz edə bilmirəm, heç birini kiməsə deyə bilmirəm. Çünki sizin də çox dediyiniz o qorxu var. Normalda qorxunu belə məqamda işlətdikdə dırnaq arasında yazardım amma burada dırnaqlıq bir şey yoxdu, biz həqiqətən də qorxaq bir cəmiyyət yetişdirmişik və yetirdirməyə davam edirik. Mən xüsusilə son 1-2 aydı çox iyrənc bir perioddan keçirəm, təklikdə qaldıqda elə bil hönkür-hönkür ağlamaq istəyirəm, içimi boşaltmaq istəyirəm amma tək, qaranlıq bir otaqda belə ağlamağa cəsarət edə bilmirəm. Niyə? Çünki mən qorxağam, qorxaq böyüdülmüşəm.
    (İzlədikcə hər mövzudan danışdığınızda istəyirdim ağlıma gəldikcə düşüm qısa qeydlər kimi yazım ki, yaddan çıxmasın amma nəyisə yadımda qalanlarla davam edim)
    Ağlaya bilmirəm, içimdəkiləri deməyə adam tapa bilmirəm. Ancaq çıxış yolu kimi özümlə danışıram, onda da özümü dəli kimi hiss edirəm, elə vaxt olur ki, artıq qeyri-ixtiyarı özüm özümə danışmağa başlayıram. Başqalarına deyə bilmədiklərimi özümə deyib özümü elə "demiş" kimi hiss edirəm. Təsəvvür edin ki, o qədər heç kimə nəsə deyə bilməmişəm, yığılmışam ki, gəlirəm burda yazıram, çox güman heç kimin qarşısına da çıxmaz bu, ki çıxmamağı daha yaxşıdı.
    Deməli mən 16-17 yaşındayam və bir neçə ay sonra guya həyatım üçün əhəmiyyətli 2 imtahana girəcəyəm. Halbuki bunlar ölüm qalım məsələsi deyil amma hər nəysə, əsas problem başqadı. Artıq 3-4 aydı ki, gücləndirilmiş rejimdə 5 əsas fənn üçün hazırlaşıram və çalışdığım qədər artıqlamasıyla dərslərimi eləməyə çalışıram ki, yaxşı nəticə verim. Amma oturub fikirləşirəm, həqiqətən dəyərmi bütün bunlara? Dəyərmi, öz əyləncəmə, mütaliəmə, idmanıma ayıra biləcəyim vaxtın əhəmiyyətli hissəsini, sırf toplam 360 dəqiqəlik imtahan verəcəyəm deyə xərcləməyə? Düzdü, universitetçün hazırlaşmadan öncə də kifayət qədər idmana, mütaliəyə, hətta əyləncəyə belə vaxt ayırmırdım. Bunun üçün də həddindən çox peşmanam. Kaş mənim valideynlərim də məni idman, kitab sevgisiylə böyütsəydi. Bir müddət sonra bu sevgi idmana tam olmasa belə kitaba gözlənilməz məqamda artdı.
    Hər nəysə, bunu da bu qədər dedimsə bəsdi. İndi keçim bu istədiyini deyə bilməmək məsələsinə davam edim.
    Mən videoda qeyd etdiyiniz "pah, ağıllı uşaq, qızıl uşaq" dedikləri kimi böyümüşəm. Mənə öyrədiblər ki, böyük şəxs, bu, məktəb müəllimləri, valideynlər, qohumlar, qonşular ola bilər, gördükdə onlara qarşı çıxma, hər dediklərinə "baş üstə!" de... Hər nəysə bunun axırını vacib yerlərə gətirəcəkdim amma görürəm ki, mən davam eləsəm dayanmayacağam. Odu ki, gedim yenə zəif işıqlı otağımda tək, divarla, kitablarla və qələmlə baş başa qalım, riyaziyyatımı yazım. Axı guya onun mənə xeyri, indi yazdığım problemlərin həllindən daha vacib, əhəmiyyətlidi.

  • @magamedseidov8815
    @magamedseidov8815 Рік тому

    Allah sizden razi olsun . Her gun sizi izleyirem. Caliwiram ki , her bir cekiliwinize baxim 👍

  • @bilalaliyev7
    @bilalaliyev7 3 роки тому +1

    Bu podcastdan özüm üçün kitab,film,cizgi filmi qeydləri götürdüm. Yaxşı ki, varsınız. Təşəkkürlər.

  • @ЗейдПро
    @ЗейдПро 3 роки тому +3

    Subhanallah Azerbaycanda hansisa verilisi axira qeder diqqetle hevesle dinlemek mumkun imis,usaqlarla bagli daha cox podskaz hazirlayin da,hetta psixoloqlar devet etsez cox faydalanariq🌹

  • @BeyazFazilzade
    @BeyazFazilzade 4 місяці тому

    Muellimem. Hem mene oyretdiyiniz ucun, hem usaqlari size yönlendire biləcəyim ucun teşekkürler.

  • @samiraismayilzada1991
    @samiraismayilzada1991 Рік тому +1

    Kaya Yanar adinda bir Türk komedyen var Özü Isvecrede sef etmiremse yasayir alman diin super bilir ve neyniyir müsahide edir meselen hindistanlinin, cinlinin , Rusun , Türkün dialektinde Almanca danisiqlarin teqlid edir Almanyaya Cox gelir cünki Almanya Multi Kultireldi bütün milletlerden var Oma görede onlarin Yasamda isde o qeder gözel vede düz teqlid edirki Almanyada Cox sevilir . Deyerli vaxtiniz ücün Cox sagolun . Bu günde geleceyim ücün Yeni usaqlarim ücün maraqli melumatlar öyrendim .

  • @vazehnsrli344
    @vazehnsrli344 3 роки тому +3

    Cox gözəl mövzular müzakirə olunur davamlı olsun yaxşiki varsız

  • @MIRZEYEVA3350
    @MIRZEYEVA3350 2 роки тому

    Tural beyde Eli beyde cox cox pozitiv ilk novbede savadli derin dusunceye sahib olan insanlardi .Tural beyi taniyiriq Eli beyide yeni tanidim .cox savadli insanlardi her iksi👏

  • @yeganemelikova1926
    @yeganemelikova1926 2 роки тому

    Sizi çooox diqqətlə izlədim.Kaş gənc olaydım,uşaqlarım da körpə....Amma övladlarımla qürur duyuram.🤲🇦🇿nəvələrim siz deyən kimi böyüyürlər.🤲🤲🤲👍

  • @ibrahimibrahimov13
    @ibrahimibrahimov13 3 роки тому +3

    55:44 Tural Yusifov deyirki , … heç olmasa məzmun axtaranda nəsə çıxsın . Məncə onlar yenədə Türkiyə’lilərə baxacaqlar . Onlar heç Azərbaycan dilində kontent axtarmır deyə , ölkədə Orxan Fikrətoğlu , Əli Xəyyam , Röyal Paşayev , Tural Yusifov’dan çox Barış Özcan onlara daha maraqlı gəlir .

  • @MhbubSiriyeva
    @MhbubSiriyeva Рік тому +2

    Sağolun

  • @seymurqulamov1204
    @seymurqulamov1204 2 роки тому +1

    Cox gozel,tesekkur edirik...

  • @omeotvofficial
    @omeotvofficial 3 роки тому +1

    Çox sağolun. Bu mövzuyla bağlı insanların maariflənməsinə ehtiyac çoxdur.

  • @orxanshammadli7640
    @orxanshammadli7640 3 роки тому +2

    Ela çox sağolun daimi olsun inşaAllah.Uğurlar

  • @gunelhesenova5117
    @gunelhesenova5117 2 роки тому

    Əli bəy, sizin xəbərdarlığınız vətəndaşlıq fərqindəliyidi; təbrik edirəm sizi.

  • @quluagayev1146
    @quluagayev1146 2 роки тому

    Çox sağolun. Minnətdaram Sizə. Hər zamanki kimi gözəl və maarifləndirici video oldu. Bunun üçün təşəkkür edirəm.

  • @cmalmlikzad8953
    @cmalmlikzad8953 Рік тому

    Cox gozel ..Allah sizden razi olsun.

  • @terlanaliyev6342
    @terlanaliyev6342 3 роки тому +1

    Duzdur oxşar kommenti yaziblar , təkrar edirəm, təmənnasız keçilən dərslərinizə görə minnətdaram sizə

  • @gunelhesenova5117
    @gunelhesenova5117 2 роки тому

    Bütün bu girdiyiniz, toxunduğunuz mövzuları hamısı tək tək işləmək olar...o qədər dərin və geniş mövzulardır ki...

  • @gunelhesenova5117
    @gunelhesenova5117 2 роки тому

    Supersiniz, bizim cəmiyyət üçün belə uşaqlar, fərdlər tərbiyə etdiyiniz üçün təşəkkür edirəm

  • @BabayevaRamle
    @BabayevaRamle 2 роки тому

    Salam,Tural bey,Eli bey bütün potcastlara defelerle qulaq asmişam, ve hele de dinleyirem her defe ilk defe kimi çox teşekkür edirem

  • @orhanbagirov3351
    @orhanbagirov3351 Рік тому

    Uşaqlar ne yaxşı ki varsınız!!! Halal olsun sizlərə!
    p.s. rus dilində doğurdanda çox keyfiyyətli kontent var amma ingiliscə olanın 0.1 % dir) və rus dilli əhali bunnan doğurdan əziyyət çəkir. Və tək video/audio kontent yox, kitablar, məqalələr və s.
    İşinizə görə çox sağolun!!!

  • @xaliqhuseynov9816
    @xaliqhuseynov9816 3 роки тому +3

    cox xosbextem ki azerbaycanda bele content var.24 yasim var sizden cox faydali qeydler gotururem

  • @yaqubagazade3241
    @yaqubagazade3241 2 роки тому

    Ne cox sey oyrendim sizden bezi yerlerde utandim.bezi yerlerde qurur duydum duz addim atdigima gore cox sagolun👏👏

  • @necibeabdullayeva3732
    @necibeabdullayeva3732 3 роки тому

    Mövzu çox maarifləndirici,tərbiyəedicidir.Tam axıra qədər izlədim.Bir valdeyin kimi mənim üçün çox maraqlı oldu.Övladımın tərbiyəsində buraxdığım müəyyən səhvlər olub,məcburi tələblərim olub.Çalışacam oları düzəldəm.Çox sağ olun deyirəm,minnətdaram.

  • @nigarmamedova8220
    @nigarmamedova8220 2 роки тому +1

    Təsəvvür edin ki, 26 yaşım var. İxtisasca psixoloqam.. və hələ li təkmilləşdirirəm özümü. Baxmayaraq ki, bu işin təhsilini almışam amma uşaq tərbiyəsində siz deyənləri 100/100 edirəm
    2 yaşli oğlum var.. hər şey bir yana sizin kimi düşüncəyə sahib insanların fikirləri ilə üst-üstə düşdüyünə görə sevinirəm 😍 uğurlar sizə, çox vacibsiz🌷

  • @narminalili3053
    @narminalili3053 2 роки тому +2

    Yaxshi ki varsiz🙏🏼

  • @realtobe
    @realtobe 3 роки тому +3

    Elə siz özünüz rol-modelsiniz, brolar. Var olun!

  • @izuleabdullayeva5979
    @izuleabdullayeva5979 2 роки тому +1

    Əli bəyin fikirlərini daha çox bəyənirəm

  • @lady-rp2zo
    @lady-rp2zo 3 роки тому +2

    21:47 👏👏👏

  • @nigaragazada
    @nigaragazada Рік тому

    Çox faydalı kontentlər hazırlayırsınız təşəkkürlər 🙏

  • @gunelhesenova5117
    @gunelhesenova5117 2 роки тому +1

    Və sonda bir daha təşəkkür edirəm. Sizinlə söhbətin içinə o qədər daldım ki, sanki sizinlə oturub müzakirənin içindəymiş kimi hiss etdim. Çox sağ olun

  • @ramazanaliguliyev4841
    @ramazanaliguliyev4841 3 роки тому +7

    Elaaa!

  • @parvinshukurov3795
    @parvinshukurov3795 3 роки тому

    Cox tesekkur edirəm. Rol model haqda danisdiz. Populyar. Rol model olmasa da mekteb is heyatinda rol model olan insanlar çoxdur. Yeter ki insan yaxsi rol modeli secmekde agilli olsun bir terefden.

  • @Lifestyle_in_the_village
    @Lifestyle_in_the_village 2 роки тому

    Tural bəy həqiqətən çox qaranlıq məqamlara aydınlıq gətirdiniz, çox sağolun,mənim yaralı yerim,biz bir cəmiyyət kimi hələ çox geridəyik,və ona görə də uğur qazanmaq bizlərdə çox çətindir.

  • @aqshinbashirov831
    @aqshinbashirov831 3 роки тому +3

    Çox faydalı bir söhbət oldu.Tural,Əli uğurlar sizə.kaşki TV kanallarda kuxnada gözübağlı yemək adı axtaran,kiminsə şəxsi ailə söhbətlərin danışmaq əvəzinə bu formatda verliş lərə yer versələr.

  • @fidannesirova9402
    @fidannesirova9402 2 роки тому +1

    Çox sağ olun, inşallah bu işdən çox pul qazanarsiz.Biz sizinle puldan daha dəyərli şeyler qazanırıq.o qədər aclıq hissi duyurdum ki,aqilli sohbetlere,dərin məzmunlu söhbət edecek insanlar yoxdu ətrafımızda,hətta o qədər cetindi ki,vəziyyət danışmaq istəsən bele sənə ters baxırlar ki," ne olub buna"-deye, san sözünü kəsib yenə səthi mövzuya keçirsen magmunca..Davam edin çox xahiş....

  • @ulyaulya8437
    @ulyaulya8437 Рік тому

    Sadəcə TƏŞƏKKÜR.

  • @turalmubariz7576
    @turalmubariz7576 3 роки тому

    Taki yeni nasilda butun valideynlar oz ovladlarini sizin bu dayarli tofsiyyalarinizdan bahralanib tarbiyalandirardi.O zaman ideal ola bilacak ganclik getişa bilar.Var olun🙏❣️

  • @santexnikashop
    @santexnikashop Рік тому

    Gözəl mövzudur. Təşəkkürlər! Amma, "təlim", "tərbiyə" və "əxlaq" ayrı-ayrı məvhumlardır. Təlim müxtəlif mövzular üzrə ola bilər. Hədəfi əxlaq olan təlim - uşağa doğulduğu gündən 18 yaşına qədər verilməlidir. Hər yaşın öz təlimləri var. Bu barədə Həzrət İnayət Xanın "Təlim" kitabını oxumaq olar. Tərbiyə - şəxsi nümunələrlə verilir. Valideyn istəsə də, istəməsə də uşaqları valideynlərin və valideynlərin kumir kimi qəbul etdikləri kəslərin sözləri, hərəkətləri və davranışlarından tərbiyə alırlar.
    Əxlaq - Allah tərəfindən müəyyən edilmiş normativlər toplusudur ki, hər bir kəsin ruhuna yüklənib. Bu normativlərin siyahısı (cəmi 50 bənddir) imam Əli ibn Hüseynin(ə) "Risalətül-Hüquq" adı altında tanınan əsərində sadalanmışdır. Əxlaq anlayışının cəmiyyətdəki alternativi - insanlar tərəfindən icad edilən etika və mədəniyyət dediyimiz anlayışlardır ki, bunlar da heç də həmişə əsil əxlaqa uyğun deyil.

  • @cavidabbasov4261
    @cavidabbasov4261 Рік тому

    Cox semimi icden bir dialoq👏👏

  • @UlkerBayramova-m8j
    @UlkerBayramova-m8j Рік тому

    Təşəkkür edirəm 2 övlad böyüdürəm sizdən söhbətdən çox bəhrələnirən Allah razı olsun

  • @ilgara.isa.
    @ilgara.isa. 2 роки тому

    Tək sözlə - möhtəşəm!

  • @gunelhesenova5117
    @gunelhesenova5117 2 роки тому

    Valideynlərimizi bağışlasaq da özümüzü sağaltmalıyıq, bunun fərqində olmalıyıq.

  • @elvinbabayev4064
    @elvinbabayev4064 3 роки тому

    Bütün buraxlislarinizi diqetle dinledim bezilerini tekrar tekrar her sey ücün təsəkürler ugurlar

  • @vusaleabbasova2331
    @vusaleabbasova2331 3 роки тому

    Tesekurler Bu podkastıvız 👏👏👏layıqdı Allah razı olsun sızlerden

  • @turanaaliyeva699
    @turanaaliyeva699 2 роки тому +1

    Dusunurdum Mubariz I,Polad H.Adlarini cekmiyeceksiniz,ama sona dogru icimden kecenleri seslendirdiniz, Min alqish Size👏👏👏👏👏👏

  • @gunelhesenova5117
    @gunelhesenova5117 2 роки тому

    Oyyy oyyy Tural bəy və Əli bəy o qədər ürəyimiz doludu ki...

  • @rustemovafexriye2808
    @rustemovafexriye2808 2 роки тому

    MÖHTƏŞƏM👍

  • @rashadkarimov622
    @rashadkarimov622 2 роки тому

    Çox şeydə razıyam sizinlə, ama mən Moskvada yaşıyıram ve burda UA-cam trendinde siz dediyiniz yaxşı məzun çox azdır. Çoxu birinci yerlərdə olan qıç qıç bloqqerlardi... Bizde nece ki türk seriallarına baxırlar ve trende qırır, burda da amerikan seriallarına baxırlar ama Amerika serialları UA-camda yoxdur, olsaydı trende girerdi bizdə ki kimi. Əslində get gedə fərq azalır, hətta 50 ildən sonra Azərbaycanda burdan daha yaxşı yaşamaq olar. Bura çox zəifliyir hər şeydən...

  • @shanelgyv
    @shanelgyv 2 роки тому +1

    Hələdə necə səhv tərbiyə aldığımızı və bizimdə bu səhvi etməməyimiz üçün faydalı bir video.

  • @fidanrzayeva3026
    @fidanrzayeva3026 3 роки тому +6

    Həqiqətən çox vacib məqamlara toxunursunuz.Ancaq bəzi fikirlərlə tam razılaşa bilmirəm.Çünki faydalı kontentlər azda olsa var.Bunlara "Əkinçini" nümunə göstərmək olar.Ancaq baxış sayı,dəyər hədsiz azdır.Elə sizin "Söhbətgah".Sadəcə insanlarımız düşünmək,daha dərinə getmək,oxumaq istəmir.
    Vaxt var.Hər zaman var.Metroda getdikdə,piyada gəzdikdə.Əgər türk seriallarına baxmağa vaxt varsa,deməli inkişaf etməyə,oxumağa,faydalı şeylər izləməyə vaxt var.
    Uzun olduğu üçün üzrlü sayın.Münasibət ləriniz həqiqətən çox maraqlı və düşündürücüdür.Çox sağolun bunun üçün.

  • @horgu_butik_gence1407
    @horgu_butik_gence1407 2 роки тому

    Çox sağ olin, çox şey öyrəndim bu videodan

  • @leylaliyeva2828
    @leylaliyeva2828 3 роки тому

    Söhbətinizdən çox böyük zövq aldım.Uğurlar .

  • @СИГМА_ДЕВКА_ИЗ_ГАЧИ

    1 saat istirahət etdim, zövq aldım. Təşəkkür edirəm 👏

  • @vusalbkirzad3458
    @vusalbkirzad3458 3 роки тому +1

    Düşüncələrimin doğruluğunun təsdiqini sizin danışığınızda tapıram. Nəzərə alın ki, sizin həyatda uğurlu biri olmağınız mənim ya da mənim kimilərin özünə inamını artırır. Bu buraxılışları tez bitirməyin, hətta bacardığınız qədər inkişaf elətdirməyinizi xaiş edirəm. Təşəkkürlər!