İşsiz və sosial yardım ala bilməyən vətəndaş nə etsin? - APA TV

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • #APATV #Sosialyardım #Sosialmüdafiə #aynurqara #ailə #problem #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
    Bir işsiz vətəndaş düşünün. İş tapmaq ümidi ilə Dövlət Məşğulluq Agentliyinə müraciət edir. Ona təklif edilən işlər isə ya bacaracağı iş olmur, ya da yaşadığı ərazidən çox uzaqda yerləşir. Həmin işə görə təklif edilən maaş yolpulunu güclə qarşılayır. Vətəndaş əlacsız qalıb ünvanlı sosial yardım almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edir. Ordan isə bildirirlər ki, ailədən mütləq kiminsə rəsmi işi olmalıdır. Ailədə isə rəsmi işi olan kimsə yoxdur.
    Bu vəziyyətdə qalan vətəndaş nə etməlidir?
    Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, sosial yardım işsizliyə görə deyil, aztəminatlılığa görə təyin edilir. Ailənin əmək qabiliyyətli üzvü müvafiq qanunvericiliklə nəzərdə tutulmuş səbəblər istisna olmaqla, digər səbəblərdən işləmədikdə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina verilir.
    DSMF sualımızın bu qədərinə cavab verdi. Odur ki, əsas sualımızı başqa cür təkrarlayaq: Əmək qabiliyyəti olan, lakin heç bir işi olmayan vətəndaş nə etməlidir? İqtisadçı ekspert Allahverdi Aydının sözlərinə görə, ünvanlı sosial yardım ilə bağlı əsas problərdən biri qanunvericilikdə olan boşluqlar və məntiqsizliklərdir. Bu çatışmazlıq ünvanlı sosial yardımın təyinatında daha əhatəli qərar qəbul edilməsinə imkan vermir.
    Qeyd edək ki, hazırda 250 minə yaxın vətəndaş işsiz kimi qeydiyyatdadır. Ekspert bildirir ki, onların təxminən 40 mini Bakıda, böyük əksəriyyəti isə rayonlarda yaşayır. Ünvanlı sosial yardım üçün həmin işsiz şəxslər quruma müraciət edəndə, onların adına torpaq sahəsi olub olmamasına baxırlar.
    Ekspert bildirir ki, torpaq üzərindəki gəlir real gəlir üzərindən hesablanmalıdır. Bundan başqa, Dövlət Məşğulluq Agentliyi hər bir müraciətə fərdi yanaşmalıdır. Yəni, burada iş yerinin məsafəsi, əmək haqqı, ixtisas və s. kimi amillərə həssas yanaşmaq lazımdır.
    Məsələ ilə əlaqədar Dövlət Məşğulluq Agentliyindən bildirildi ki, ötən ildən etibarən qurum fəaliyyətini yeni konsepsiya əsasında davam etdirir. Belə ki,
    məşğulluq orqanlarında qeydiyyatda olan işsiz və işaxtaran şəxslər ilk növbədə məşğulluq imkanlarının qiymətləndirilməsi sorğusuna cəlb olunur. Sorğununu nəticəsinə uyğun olaraq vətəndaşlar üçün fərdi məşğulluq proqramı tərtib edilir.
    Sözügedən məsələ ilə bağlı mövcud qanunvericilikdəki boşluqları parlament səviyyəsində qaldıracağını deyən millət vəkili Vahid Əhmədov isə bildirdi ki, gerçəkləşdirilən bütün layihələrə baxmayaraq, ölkəmizdə işsizlik problem olaraq qalmaqdadır.
    Millət vəkili bildirir ki, hazırda sosial yardımın verilməsi üçün müraciətlərə onlayn formada baxılır. Amma buna baxmayaraq, yenə də əliəyrilik halları ilə rastlaşırıq.
    Vahid Əhmədov deyir ki, problemi kökündən həll etmək üçün ilk növbədə normal maaş verən iş yerlərinin sayı sürətlə artırılmalıdır. Belə olsa, əhalinin də ünvanlı sosial yardıma ehtiyacı qalmaz.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

КОМЕНТАРІ • 142

  • @resadgeraybeyli2578
    @resadgeraybeyli2578 Рік тому +37

    Çətin bir is yoxdu burda sadəcə UŞAQ PULU VERİN !!!!!!!

  • @ulkuurek8277
    @ulkuurek8277 Рік тому +29

    Azərbaycanda sosial yardımıda milyonerlər deputatlar alır dəhşətdi, biz yazıq kasıblar yaşamırıq ee sürünürüg. Çox pis zamanədi. Böyük Allahım bütün kasıblara kömək olsun İnşəAllah.

    • @sabinaasker3650
      @sabinaasker3650 4 місяці тому +1

      Amin.Qoy alsinlar.Allah burnunnan gətirəcək hamisini

  • @user-fq3vr2cc6s
    @user-fq3vr2cc6s 10 місяців тому +20

    Ay hökümət heç olmasa bu uşaqlara uşaq pulu ver ki heç olmasa onlar desin ki bu dövlət nəsə edib onlara

  • @user-fq3vr2cc6s
    @user-fq3vr2cc6s 10 місяців тому +8

    Min bir gecə nagılı 41 yaşım var bu günə qədər bu dövlətdən bir qəpik belə görməmişəm 2 il işsiz qaldım məşqulluq idarəsinə hər gedəndə utanırdım insanı yaxşı azdırmaqları var

  • @ulka1201
    @ulka1201 Рік тому +13

    Bu sosialı yığışdırıb camaatı işnən təmin eləmək lazımdı,uşaqpulu vermək lazımdı,acınnan ölənlər,5,6 uşağı olanlar qalıb,hər yerdən gəliri gələnlər alır bu sosial yardımı

  • @seidhaciyev5731
    @seidhaciyev5731 Рік тому +17

    4 nəfərlik ailəmiz var tək bir ailə üzvümüz fəhlə işləyir dövlətdən heç bir yardım görmürük varlı dövlətin kasıb əhalisindənik

    • @minesmahmudov7678
      @minesmahmudov7678 11 місяців тому +2

      İnanın 8 basa 300 6 manat alıram yldsım da xsdədi 80 manat vrlər dlndra bilmirəm indi msdgda apardım dlna bilmirik sqrtin ala bilmirəm

  • @Mehmanberdeli-xr8np
    @Mehmanberdeli-xr8np Рік тому +39

    Mesqulluq hec kime is vermir mesqulluqun adi var ozu yoxdur millet iwsizdikden kasibciliqdan qirilib batir hami bu bohrana goz yumur

  • @user-lz7kl2fe9p
    @user-lz7kl2fe9p 10 місяців тому +7

    Sosiyalı almaq mümkün deyil yaxşı olardı sosıyal ləğv edilib uşaq pulu verilməlidi

  • @aissirliyeva9870
    @aissirliyeva9870 Рік тому +7

    Biz getdik sosial yardım almağa cox sağ olsunlar dedilər siz və yoldasınız maaş karti ilə is yeriniz olmalıdır ki sizə yardım düşsün dedim ay qardaş bizim kartla işimiz olsa burda nə gəzirdik 😂😂

  • @esmiraalemdust
    @esmiraalemdust Рік тому +13

    Onu bilirəm ki elə adamlar o pulu düzəldib alırlar ki qəşəng imkanları da var... Kasıb kusub isə oturub qıraqdan izləyir...Biri elə mən tək anayam uşağın 2 yaşı olanda müraciət etdim Orda oturan bir şəxs mənə dedi ki cavansan get işlədə...Onu deyim o vaxt is yeri olub olmadığı önəmli deyildi Mənə bir şey çatmır rəsmi iş yeri istəyirlər Rəsmi iş yeri olan adama sosialı verərlər Onu imkansız iş yeri olmayan bir ailəyə ver...Son zamanlar deyirlər ki gəlib evi yoxlayan adamlar o qədər mız çıxarırlar ki imtina edilir... Fikrimcə düzgün deyil...

  • @user-en3lj1ph5j
    @user-en3lj1ph5j Рік тому +7

    Camaatı zülümə qoymusuz. Uşaq pulu verin.10 dəfə sənəd vermişik min bahənə edirsiz4 ildir almırıq😒

  • @tunzalequliyeva9309
    @tunzalequliyeva9309 11 місяців тому +4

    Cox gozəl olarki sosyal dayansin usaq pulu verilsin usaqlarmizi boyudə bilmirik

  • @user-zu9ul7ue3y
    @user-zu9ul7ue3y 11 місяців тому +5

    ÜNVANLI devlet sosyal yardlm ERMENLERE VERIN ONLARI BESLİYİN CÜNKİ BU XALK ÖLÜB HAQINI TELEB EDE BİLMİR.

  • @sabinaasker3650
    @sabinaasker3650 4 місяці тому

    Allah versin bizə öz lutfu öz kərəmiylə.Amin.Haqq Allahdi.

  • @lana_0909
    @lana_0909 Рік тому +6

    Emek qabiliyyeti olmiyan, yataq xestesiyem, elilikde vermirler. Mənə bacım baxır, oda gedib işliyə bilmirəm məni buraxa bilmir. Az yaşlı evladım var, əlil qardaşım birdə. Yoldaşım rəhmətə gedib, üstəlik kirədə qalırıq. Qardaşımın pensiyası və oğluma aldığım yetim pulu bizi görmür. Heç yerdən yardım yoxdu. Nə edək, nə yeyək içək?

  • @melisrzayeva2028
    @melisrzayeva2028 Рік тому +7

    Ne olarki yoxlasnlar iw quveti yoxdusa nezere alb versinler

  • @user-gq7eh4gz5y
    @user-gq7eh4gz5y 10 місяців тому +2

    Ay millət yalandı....mənim ən böyük uşağımın 6 yaşı var,heç yerdə işləmirəm və pay torpagım dav,ama mənə vermirlər ki, "sən işləmirəm"deyirlər.

  • @tayabdullayeva3213
    @tayabdullayeva3213 Рік тому +7

    Deyir Yasin çoxdu mən sənə nə iş verim,yaşına uyğun iş yoxdu,pensiya yaşına da hələ 9 il var,acından ölüm?

  • @elimemmedov3356
    @elimemmedov3356 9 місяців тому +2

    Mümkün deyilki dövlət orqanlarında işləyən yüksək vəzifəli məmurlar bu yorumları oxumasınlar.Vətəndaşlar heç bir halda sosial yardım istəmirlər.İstədikləri ancaq uşaq puludu.Buna isə məhəl qoyan yoxdu.Bunu ləğv edində.Səbəbi isə sosial alan bir kasıb yoxdu Sosial yardımın verilməsi rüşvətxorluğa gedən yoldur.

  • @EsmaEsmamesma-ul3qp
    @EsmaEsmamesma-ul3qp 10 місяців тому +2

    Toprak var ekine hec bir imkan yoxdu. Adam toprakmi yemelidi. Bele teleble kimae sosial alamaz.

  • @hikmetesgerov4362
    @hikmetesgerov4362 Рік тому +5

    Bu millət 99 fayizi kasıblığla sürünür

  • @fikretfikret6890
    @fikretfikret6890 11 місяців тому +2

    Salam sosyalı almaq uçun asanıt yolu ,3,ayı imkanlar verir alır biz kasblarda senet yıx tuletnde çekir untazda

  • @elminqurbanov8639
    @elminqurbanov8639 8 місяців тому

    Sosial yardim legv olsun Usaq pulu verilsin

  • @millikanal1492
    @millikanal1492 Рік тому +5

    Salam kimə şikayət edilir baxılmır sosial yardım işliyənə verlir açıx desinlər papruzim çıxışlar edlir dilənçlik halına düşlüb

  • @bayramkerimov3037
    @bayramkerimov3037 Рік тому +2

    Çox doğru rü.vət baş alıb gedir düzgün yerinə çatmır. Ən yaxşı variant uşaq pulu versələr yax.ı olar

  • @mubarek6908
    @mubarek6908 Рік тому +3

    Allah halalla kifayətləndirib harama möhtac etməsin. Minimum əmək haqqı artırılsın, sayından asılı olmadan uşaq pulu verilsin məsələ həll olunacaq !!!Bunu bilməyə nə var? Sadəcə narazılıq salmaq istəyənlərə sərf etmir. Vətənini, millətini sevən narazılıq yaradarmı? Qəhrəman xalqımız dilənməyə layiq deyil. Allahım !Bizim günahlarımızı bağışla, doğru yola yönəlt, gücümüz çatmayan yüklə yükləmə!

  • @salamsal4456
    @salamsal4456 9 місяців тому +1

    Sosial yardımı ləğv etsinlər,çünkü ehtiyacı olan yox,adamı olan alır.

  • @user-yc5db1ij9z
    @user-yc5db1ij9z 8 місяців тому +1

    Men işe getim mene dediler bir ayda deyeceyik helde gözleyirem xeber yoxdur

  • @taksikerem9020
    @taksikerem9020 Рік тому +6

    İŞSİZ QALAN VETENDAŞ NE ETSİN... .?........RUS-UN OLENLERİNE REHMET OXUSUN..... İNGİLİSİN VE ONLARA XİDMET EDENLERİN VAR- YOXUN SOYSUN...

  • @user-yc5db1ij9z
    @user-yc5db1ij9z 8 місяців тому +1

    Sosyal deyiller ama emel elemiller

  • @tunzalequliyeva9309
    @tunzalequliyeva9309 Рік тому +2

    Mən sosyal yardim dayansin usaq pulu verilsin .sosyalida adami olan basi cixanlar alib yeyir

  • @mahuraelekberova3379
    @mahuraelekberova3379 7 місяців тому

    Verilməlidi dolanmaq mümkün deyil özümüz gelmemişik ki ozumuzdə gedək yaşda əl vermir işləməyə

  • @user-jd3cp4xb2d
    @user-jd3cp4xb2d 10 місяців тому +1

    Men evde tek iwleyirem usda iwleyirem orda burda az yawli uwak var kirayede qaliram sosiyal ala bilmirem cetin bolaniram

  • @zzzzzzzz9760
    @zzzzzzzz9760 10 місяців тому +1

    İsim var amma imtina verilir . Ən azi 1 il staj olmali

  • @Nurlan_047
    @Nurlan_047 Рік тому +3

    AY BAŞI XARAB TƏRSƏ MƏSSƏBLƏR PULU İŞŞSİZƏ VERİNDE YA İŞ VERİN İŞLƏSİN YADA İŞSİZE PUL VERİN

  • @renahesenova3977
    @renahesenova3977 10 місяців тому +1

    Tek anyam 15 yaşnda qızım var helede ala bilmrem yaşamağmda gören olsa ağlayar eh bulara inanmram

  • @user-lh4rx1ih1r
    @user-lh4rx1ih1r 10 місяців тому +1

    4 aydir muraciet etmisem eve baxis yoxdyr sebebu bilinmir

    • @Ahli-Tauhid
      @Ahli-Tauhid 9 місяців тому

      Salam, size sosiyaldan yoxlanış geldi?

    • @user-lh4rx1ih1r
      @user-lh4rx1ih1r 9 місяців тому +1

      ​@@Ahli-Tauhidhe 4 aydan sonra geldi

  • @srxanibrahimov1343
    @srxanibrahimov1343 Рік тому +2

    Salamalkum mən müraciyət etmişəm babamın zaksı olmadığı üçün düşmədi😂

  • @XudakerimAlekberov-k9h
    @XudakerimAlekberov-k9h 22 дні тому

    Ailəmiz altı nəfərdən ibarətdir .Evdə mən pensiya alıram .Oğlumun da rəsmi iş yeri yoxdu .Başlama uşaq bir yaşındadır .Evimiz yox qeydiyatimiz da yoxdur .Kirədə yaşayırıq.. Biz nə etməliyik heç nəyimiz yoxdur
    Xahiş edirəm bizə sos yardım almaq üçün.məsləhət verərdiniz

  • @elizaquluyeva6544
    @elizaquluyeva6544 10 місяців тому +1

    Hogga cixardiirl ar vermemeyin derdinden

  • @user-yc5db1ij9z
    @user-yc5db1ij9z 8 місяців тому +1

    Kime deyim ne eliyim bile bilmirem

  • @user-lh4rx1ih1r
    @user-lh4rx1ih1r 10 місяців тому +1

    4 aya gedir sosial vurdurmuşam evə yoxlaniş gəlmir 142 zəng vura qalmisam bunlar fikirləsmirki bu insan 4 aydir nə yeyir azyasli usagim var

    • @Ahli-Tauhid
      @Ahli-Tauhid 9 місяців тому

      Salam size sosiyaldan yoxlanış geldi?

  • @cinarallahverdiyeva1570
    @cinarallahverdiyeva1570 10 місяців тому +1

    İs de vermiller dogru duzgun

  • @erdixannovruzov9827
    @erdixannovruzov9827 4 місяці тому

    UŞAQLARIN HAQQINI VERİN. NEFT ÖLKƏSİNDƏ YAŞAYAN UŞAQLARIMIZIN HAQQIN YEYƏNLƏRƏ HARAM OLSUN.

  • @ArifaSerxanova
    @ArifaSerxanova Рік тому +2

    Bu pirezdentimiz goresen fikirewmirki menim dovletimde niye uwaq pulu verilmir.Kasib bir olke deyilik axi catrmaq olmur.uwaq pulu verilsin .Millet belke uwaqini istedyi kimi boyude yedrde nolardiki guya istese evde bilmezki

  • @settarislahzade8161
    @settarislahzade8161 10 місяців тому +1

    Usaq pulu verin sosiali varlilsr alir kasiblar yox😡😡😡

  • @muradabdullayev-vo9xx
    @muradabdullayev-vo9xx 10 місяців тому +1

    İnanmənə hər yola eləmişik verklmi evimiz yoxdu çəti vəzyətəyəm torpaq sahəmiz var amma qismən yararlı suvarlmır düşmür adamı olan adama olana düşür

  • @fikretfikret6890
    @fikretfikret6890 11 місяців тому +1

    Kençede 1000,nede yada. Uçaylıq verisen sosyal alırsan

  • @samirdadasov9184
    @samirdadasov9184 9 місяців тому

    Mene cox maraqlidi deyirler aylede resmi is olmalidi .is varsa nwynirik usaq pulunu ve ya sosyal pulynu . Hara baxir bu

  • @rasimqasimov925
    @rasimqasimov925 10 місяців тому +1

    Mənim oğlumun 3 a, yaşlı uşağı var böyük üşağının 8 kiçik üşağı isə 8 aylıqdır oğlum hərbidə işləyir 700 manat maa. Alır ancaq sosial yardım ala bilmir çünki hərbiçilərin maaşı sistemə vurulmuş belə aiələr nə evlidir ki ünvanlı sosial yardım ala

  • @erdixannovruzov9827
    @erdixannovruzov9827 4 місяці тому

    Uşaqpulu verilsin. Sosial hamısı boş şeydi. Çox kasıblar var ala bilmirlər sosial

  • @AdemMirzeyev-mv8tq
    @AdemMirzeyev-mv8tq 2 місяці тому

    Uşaq pulu vəssalam

  • @user-yc5db1ij9z
    @user-yc5db1ij9z 8 місяців тому +1

    Men getim meşğuluğa dediler 30 gun erzinde deyileceq

  • @NigarQusarl.
    @NigarQusarl. 10 місяців тому +1

    Xeyr çatmır .Allah bilir kimin cibinə gedir. 8 nəfərlik ailəyik 3 körpə saxlayıram .deyən yoxdu ki 3 körpə daş yeyir torpax yeyir.

    • @sgerbacisiQULYEV
      @sgerbacisiQULYEV 10 місяців тому

      Ay nigarim bele niye edirsen ki hamida bilir ki varliar 3 adini veririr olar alir kasiblarda qiraxda baxir bizde eleyik

    • @NigarQusarl.
      @NigarQusarl. 10 місяців тому

      @@sgerbacisiQULYEV Allah görsün layiqli cəzasını o versin.

  • @Vuqar_alman
    @Vuqar_alman 9 місяців тому +1

    EE DUURUN !!, 🤣🤣 bildiz de hara 😅😅

  • @samaddinaliyev6721
    @samaddinaliyev6721 10 місяців тому +1

    Sahil babayana çatır ünvan ordadı

  • @kamalhmidov3704
    @kamalhmidov3704 Рік тому +2

    Salam.zəhməd olmasa acıqlama verin.şirkət maşını idarə edirəm.ailədə 5 nəfərik.o şirkətdə avtomobili mənə sürmə ehtibarnaməsiylə veriblər maaşımda 364 manatdır .mənə deyirlər sosiyal yardım düşmür sənə.

  • @mhbbtmhbbt6276
    @mhbbtmhbbt6276 Рік тому +1

    Ünvanlı sosyal yardımım almaq üçün sənəddərimizi vurmuşuq.2 ay keçib çəkliş üçün gəlməyiblər.qaynar xəttə zəng edirik gələn yoxdu.əslində 15.30 gün müddətində gəlilməlidi.bu idərənin işçilərində məsuliyyət yoxdu.

    • @kerimovsahin4661
      @kerimovsahin4661 9 місяців тому +1

      ​@@Ahli-Tauhid Salamaleykum qardas bizde yoxlanış gözleyirik 2 aydı size geldiler hansı rayondansiz?

  • @srxandmirov2843
    @srxandmirov2843 11 місяців тому +1

    Məşğulluq var ki 😂😂😂😂😂😂😂

  • @fikretfikret6890
    @fikretfikret6890 11 місяців тому +1

    Qardaş resimi iş çetin tapırsan pensyenerem ara işıernde işlyirem körpe uşaqlı anadan iş telep ediler kençede uşaqların yaşı ,3,6,9,neniyek

  • @hasanova7630
    @hasanova7630 Рік тому +1

    Sosyal kaslb ücün döyül varı ücüdü

  • @lddinrzayev288
    @lddinrzayev288 11 місяців тому +1

    ÜNVANLI SOZİAL YARDIM KİM RÜŞVƏR VERMİRSƏ YOXDUR RÜŞVƏT VERƏNDƏ YARIYA YARI OLUR

  • @musamusa4172
    @musamusa4172 Рік тому +1

    Sosial senet duzaldanlar ela qazanir...guya bilmirlar.

  • @elsen5533
    @elsen5533 5 місяців тому

    ünvanina çatmayan yardilar,,,, qanunlar bizi yaşadmaq yox, süründürmək üçündü,

  • @gunaymemmedova8606
    @gunaymemmedova8606 10 місяців тому +1

    İshsiz kimi qeyd olana ish tapana kimi müavinət verməlidir onuda vermir belkede mənimsəyirlər amma vermir ishde duzeltmir onda nece,etməlidir ata ana 40 il ishleyir pensiyaya catanda rehmete gedir 40 ilin pensiya fondunda yiqilan puluda ne ovladina bolub verir nede yarisini bir defelik verir sorada deyir ki pensiya fonduna pul öde niye ve ucun kime,serf edir odu ekseri qanundan kənar olan ishlerde ishleyir bax bele bizim qanunlara bir az el gezdirilse onda kasibda olmaz eziyet cekende

  • @EsmaEsmamesma-ul3qp
    @EsmaEsmamesma-ul3qp 10 місяців тому +1

    Kresloda oturan gozel sozun arxasinda yalan destek uydurma lahiyeler oldugun bilir.

  • @user-it3pv3qn4t
    @user-it3pv3qn4t 7 місяців тому

    Butun uşaqlara azda olsa uşaq pulu verilmeldi ele adamlar var ayda 800 alir onansa her aileye ayda 200 de olsa komeyliy olmaldi torpaq sahesi olsunda vallah indi herşey bahadi çatdirmaq olmur. Uşaqlarmizi istediyim iz kimj boyude bilmiriy.

  • @hikmetesgerov4362
    @hikmetesgerov4362 Рік тому +1

    Ayallah buları bura qoyan qoyun kimidi?
    Mənim işim varsa yardlmız başıza deyin

  • @nihad352
    @nihad352 10 місяців тому +1

    Salam zəhmət olmasa diyerdiniz hansısa kasmetika firmasına yazılsam sosial düzeldende prablem olarmı?

  • @fikretfikret6890
    @fikretfikret6890 11 місяців тому +1

    Çatmır yoxlanşın özude yoxlanmaldı hetda oların mudurlerde yoxlanmaldır deyiler heriniz haradır kedin

  • @user-jo4if5fg8t
    @user-jo4if5fg8t 7 місяців тому

    Salam mən Ağsu rayon sosial yardım almaq üçün müraciət edən mənə çox sənəd istəyilər ayağımda torpağa var yoldaşı ayağa var iki uşağı var

  • @user-xd9so5lb2z
    @user-xd9so5lb2z Рік тому +2

    Mənim rayonda ata evimdə adıma 30 sot torpagım var idi.ama özüm ailəliyəm şəhərdə qalıram.o torpaga görə sosial yardım vermirdlər.o torpaqdan mənə nə gəlir gəlirki?ay dövlətin D.S.M.F.un rəhbəri?

  • @user-po1mb3nb4g
    @user-po1mb3nb4g 7 місяців тому

    Cenab prezidentimiz ilham eliyev komek edin usaq pulu verin! Ermenistan bile usaq pulu verir bizim olkeden qat qat kasib ola ola

  • @zulfiyecelilova
    @zulfiyecelilova 11 місяців тому +1

    Menim yoldaşim herbi qulluqçudu 750 manat geliri var 3 uşaqliyam ucude oxuyur mende evdar qadınam qayınanam qaynatam pensiya almır özumde bir iş tapabilmirem bize sosyal düşmürmü

    • @iradememmedova7666
      @iradememmedova7666 10 місяців тому

      Düşür

    • @zulfiyecelilova
      @zulfiyecelilova 10 місяців тому

      @@iradememmedova7666 biz naxçıvanda yaşıyırıq ekinecek torpağın bele olsun deyirler senin adında mülk var olmaz

    • @sgerbacisiQULYEV
      @sgerbacisiQULYEV 10 місяців тому +1

      Ay xanim bele deyek da 750 nedir ki 7 nefere da menece dusur da

    • @zulfiyecelilova
      @zulfiyecelilova 10 місяців тому

      @@sgerbacisiQULYEV düsür ama kimler yeyir o pulları bilmirem gelip bize çatmır vallah

    • @sgerbacisiQULYEV
      @sgerbacisiQULYEV 10 місяців тому

      @@zulfiyecelilova vallah Papa gilde ele bir deyir evde qalmirsan bir deyir ana Antanan qalirsan papa gil hc baba gilin evin yanjnda olmur nlm. Vallah insalah duzeler

  • @namiqagasyev1088
    @namiqagasyev1088 3 місяці тому

    Kül bunların başına.Bir bəhanə ilə yardimı vermir Gözunə girsin yardım sənin.iş yeri olsun işləsinlər.ali təhsilli övladlarımiz qalıb işsiz

  • @fuadalesgerov6069
    @fuadalesgerov6069 9 місяців тому

    Oxuyun bunlari ey korlar karlar oxuyun

  • @aidagayeva7145
    @aidagayeva7145 6 місяців тому

    Xəstə adam torpaqda işləyə bilmirsə torpaq yeməlidir 30 il işlə sonrada onkoloji xəstəiən 2 qurup al 5 ildən sonra sağalmısan deyib pensiya kəsilsin qal işsiz.sosial pensiyada ala bilmə .yaşda 62 işdə yox tək kimsəsiz.yaşa .3 dəfədə apiratsa keçirmişəm

  • @elvinisayev6711
    @elvinisayev6711 Рік тому +1

    Adı var özü yoxdu

  • @user-bj3ru3zq2k
    @user-bj3ru3zq2k 11 місяців тому

    Елеси вар имканлыдыр. Пулла дузелдир. Айда 800р алыр. Амма касыбын пулу йохдур оформит етсин. Пулнан дузелдирлер.

  • @OrxanHuseynov-o4p
    @OrxanHuseynov-o4p 18 днів тому

    Azərdaycandasosialya

  • @vaqifeliyev9763
    @vaqifeliyev9763 Рік тому +1

    Bu sosyal yardım o qədər sənət isteyilerki milet özü imtina edir o yardimdan

    • @ruhanelekberli3668
      @ruhanelekberli3668 10 місяців тому

      Salam senetleri hazirlamak cox asandi bugun 1 saata hell etdim

    • @user-yq6mg4sm7r
      @user-yq6mg4sm7r 4 місяці тому

      ​@@ruhanelekberli3668Salam.Hansi sənədləri hara təqdim etməliyik?

  • @RevanPireliyev-tf3kf
    @RevanPireliyev-tf3kf Рік тому

    Her usaqa usaqa pulu verin hami alsin

  • @Pupgmobile55x
    @Pupgmobile55x 9 місяців тому

    Yorumlari oxuyuram bir kəs demirki alıram hamı narazıdi camahat pis gundedi bunu görmək o qeder kətindiki .Maişi olanlara sosial verillər hek maiş almıyan yaziqlar neyləsin bəs olara baxxan nəzəre alan yoxdu

  • @muslumyaraliyev3627
    @muslumyaraliyev3627 Рік тому +2

    Ay savadsızlar İş var hanı iş

  • @user-pr5mk1pi1w
    @user-pr5mk1pi1w Рік тому

    Uşak pulu verilsin

  • @millikanal1492
    @millikanal1492 Рік тому

    APA TV xahiş edrik onlar bu sualı verin

  • @ediksingarov5193
    @ediksingarov5193 11 місяців тому

    Salam sosial yardimi nece alim brat

  • @user-iv2tw7dw3o
    @user-iv2tw7dw3o Рік тому +1

    Bali catlr,o pul donub yena mamurlarln cibina girir,unvanda onlarln ciblaridi, bunu rejim talab edir

  • @sevasaliman2978
    @sevasaliman2978 11 місяців тому

    Sosial yardım şəffaf deyil, ona görə bu nazirliyə sərf edir.

  • @aftlicanova
    @aftlicanova 11 місяців тому

    Əsəbdilər əsəb.Mənim torpağım qalıb ata evimdə mən özüm ailə qurmuşam torpaqdan mənə nə yoruldum bu işin arxasınca düşməydən

  • @user-uj7bi2tp7u
    @user-uj7bi2tp7u Рік тому +1

    О дунядан справкада истаилар

  • @fuadalesgerov6069
    @fuadalesgerov6069 9 місяців тому

    Catmir cox xarab bir lahiyedir deleduzlar ancag deledizlara duzeldir masini var evi var pulida var maxinasiya edib alirlar yetim kasibda qalib baxa baxa

  • @RASKOLN123
    @RASKOLN123 Рік тому

    Sosial yardim duzəltmək istəyirsən.
    Ya deyirler 4 ay kart bizdə qalacaq
    Ya da ki deyirler 6 ay bizdə qalacaq sonra sizdə.
    belə belə islər

  • @user-bj3ru3zq2k
    @user-bj3ru3zq2k 11 місяців тому

    Иши олмайанлар чохдур. Везифесизлер? Имкансызлар таныныр.

  • @MOSSAD13.
    @MOSSAD13. 11 місяців тому

    SOSİAL YARDIM MAKLERLƏRİ CEYRANBATANDA VƏ SUMQAYITDA İTƏ TÖKƏNDİR......PULUN BİR MİQDARINI BU MAKLERLƏR YEYİR......BU RƏZALƏTDİR.......

  • @babayevsahib9755
    @babayevsahib9755 Рік тому +1

    şərəfsizlər 1 ildi məşğulluqa vermişəm sənədləri ,hələdə heçnə kömək olunmayib,fikirləşən yoxdu ki,bu nə yeyir içir,bir ildi hələ gündə bir dəfə yeməklə birtəhər yola veririk.

    • @babayevsahib9755
      @babayevsahib9755 10 місяців тому

      8 aydan sonra təlimə başlamışıq,hal hazırda təlim gedir,görək nə.olur axırı,nə vaxt verəcəklər

  • @user-dh4wu9fs1t
    @user-dh4wu9fs1t 11 місяців тому

    Sosial yardimi imkani olanlar alir cixib orda yalandan danişmayin

  • @ayanferzeli5865
    @ayanferzeli5865 Рік тому

    Unvanina catmadigini bilmirsiz ya ehaliden esitmek isteyirsiz?! Unvanli sosial yardim almaq ucun iok once ona ehtiyacin olmamalidi cunku onu duzeltmek ucun pul lazimdi😅😅😅 anlayana

  • @nostalji333
    @nostalji333 Рік тому

    Cetindi

  • @E.G134
    @E.G134 Рік тому

    Eve nece ay muddete yoxlanisa gelib baxirlar bilen var?