"Qarabağ" - "Braqa" matçı sonrası Qurban Qurbanovun mətbuat konfransı | CANLI YAYIM

Поділитися
Вставка
  • Опубліковано 21 лют 2024
  • "Qarabağ" - "Braqa" matçı sonrası Qurban Qurbanovun mətbuat konfransı | CANLI YAYIM
    “Bu gün zəfər çalmaq daha ləzzətli oldu”.
    Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
    52 yaşlı mütəxəssis ümumi hesabda 6:5 qalib gələrək (ilk oyunda 4:2) tarixlərində ilk dəfə avrokubokların 1/8 final mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib:
    “Futbolçularıma, möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Bir azərbaycanlı kimi, birliyimizi görəndə çox sevinirəm. Xalqımı çox sevirəm. Onların həmişə xoş gününü görmək istəyirəm. Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra Ali Baş Komandanımızın bir yumruq kimi möhkəm olmaq kimi çıxışları olurdu. Müharibədən sonra daha möhkəm olmuşuq. Bu sözlərdən həmişə istifadə edirəm, bu, mənə böyük motivasiya verir. Bu gün meydançada xalqın layiqli komandası var idi. Bizim etdiyimiz şəhidlərimizin, qazilərimizin etdiyinin 1 faizi deyil. Onlar elə miras qoyublar ki. Amma bu gün sanki döyüş var idi meydanda. Başda prezidentimiz olmaqla, qazilərimizi, müharibə veteranlarını təbrik edirəm. Hər kəsin sevincini görürdüm və qürur duyurdum. Prezident seçkilərindən bir gün sonra“Braqa”nı səfərdə məğlub etdik. Bugünkü qələbəmiz isə təbriki tam etdi”.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    "Qarabağ" - "Braqa" matçının nəticəsi ilə bağlı mətbuat konfransı | CANLI YAYIM
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #qarabağ #braqa #matç #mətbuatkonfransı #qarabağoyunu #braqaoyunu #futbol #idmanxəbəri #futbolxəbəri #canlıyayım #qurbanqurbanov #uefa #avroliqa #qarabağfk #braqafk #qarabağazarkeşləri #bakutvxeber #bakutvxəbərlər #bakutvxəbər #bakutvxeberler #bakutvsonxeberler

КОМЕНТАРІ • 319

  • @nizamisfrov8840
    @nizamisfrov8840 4 місяці тому +229

    65 yaşım var..amma uşaq kimi sevinirem. Sağ ol Qurban!! Sağ ol "Qarabağ"!!❤❤❤

    • @tamerlanbhruzzad3001
      @tamerlanbhruzzad3001 4 місяці тому +19

      Sevin dayı can, bu gün bütün Azərbaycan sevinir🇦🇿♥️🐺💪

    • @fxm7502
      @fxm7502 4 місяці тому +2

      ❤❤❤❤

    • @AGA_Si
      @AGA_Si 4 місяці тому +3

      Allah omur versin bizde senin kimi usag kiki sevindik heyecan kecirtdik

    • @user-xe5nw5vb2x
      @user-xe5nw5vb2x 4 місяці тому

      Dayı Allah sizə can sağlığı versin ! Dəli şeytan deyir bu şərəfə Təzə cavan arvad alasan !
      ❤❤❤😂😂😂❤❤❤

    • @nizamisfrov8840
      @nizamisfrov8840 4 місяці тому

      @@Rako_Vasmoyski Get o öyüdü nesiheti atana ver. Əgər varsa. Yazdığından da küçe uşağına oxşayırsan. Terbiyesiz bicbala.

  • @vusalmemmedov2897
    @vusalmemmedov2897 4 місяці тому +149

    Təşəkkürlər Qurban Qurbanov əsl futbol həyəcanını bizlərə yaşaddığın üçün. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qalib xalqa qalib komanda yaraşır. QARABAĞ AZƏRBAYCANDIR 🇦🇿🇦🇿❤

  • @ZiKoMaGa
    @ZiKoMaGa 4 місяці тому +90

    Nə həyəcanlar keçirdik onu bir Allah bilir. Budur Qurban Qurbanovun yetişdirmələri. 200 milyonluq kluba qarşı 15 milyonluq klubla həmdə 10 nəfərlə dərs keçdi. Allah uğurlarımızı daim etsin. Sizin göz yaşlarınız inanın ürəyimizi silkələdi Qurban məllim. Var olun

    • @O.L.H.
      @O.L.H. 4 місяці тому +2

      Qurban müellim orda ağlayırdı biz burda ağlayırdıq

  • @babekmemmedov2879
    @babekmemmedov2879 4 місяці тому +9

    Halal olsun Qurbanov, Halal olsun Qarabağ, Halal oısun AZƏRBAYCAN!!!!!!!! HAMINI TƏBRİK EDİB, YENİ QƏLƏBƏLƏLİN NƏSİB OLMASINI ARZULAYIRAM, İNŞAALLAH !!!!!!!!!!!!!

  • @Respect-un8mr
    @Respect-un8mr 4 місяці тому +53

    Вітаю вболівальників Карабаха з перемогою , молодці . Привіт з України 👍

    • @rustamcavad4962
      @rustamcavad4962 4 місяці тому +3

      Дякую брат!

    • @Rashad.Mehdiyev
      @Rashad.Mehdiyev 4 місяці тому +2

      дякую

    • @xzr5188
      @xzr5188 4 місяці тому +4

      🤝🇹🇷🇺🇦🇦🇿🤝

    • @Rako_Vasmoyski
      @Rako_Vasmoyski 4 місяці тому +5

      СЛАВА АЗЕРБАЙДЖАНУ. СЛАВА
      УКРАИНЕ ! И ГЕРОЯМ СЛАВА !!!!!

  • @user-we7nk9dz2e
    @user-we7nk9dz2e 4 місяці тому +11

    Ты уже герой Азербайджана, господин Гурбан гардаш. Тебриклар. Салам Ватана Талышдан Хабаровский крайдан.

  • @zaminaasadova187
    @zaminaasadova187 4 місяці тому +81

    Qurban Qurbanov bir daha sübut etdi ki, bir iş Peşəkara həvalə olunursa, o yerdə mütləq Qələbə olacaq. Qurban müəllim nəinki Peşəkar Məşqçi, həm də mükəmməl İnsan obrazıdır. Xalqımızın Sizin kimi Oğlu olduğu üçün çox şanslıyıq Qurban müəllim. Qələbələriniz sonsuz olsun Qurban Qurbanov, Qarabağ!

  • @VusalMeherremov-pc6jn
    @VusalMeherremov-pc6jn 4 місяці тому +14

    Dünən axsham sevincimdən ağlamışam.Halal olsun sənə Qurban Müəllim.sən Qəhramansan.bezmishdiy başqasına azərkeshlik etməkdən.Axirki öz doğma Azərbaycanımızın Klublarına Azərkeshlik edirik.Allah bütün Shəhidlərimizi Rəhmət eləsin.Həqiqətəndə Ölkə başçımızın Futbola böyük dəstəyi var.🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @user-nh5ow3yk3b
    @user-nh5ow3yk3b 4 місяці тому +4

    Təbriklər 50 yaşlm var axşam sevindiyimdən agladlm buna görə Qurban bəyə borcluyuq❤🇦🇿

  • @qabilfndiyev1617
    @qabilfndiyev1617 4 місяці тому +13

    Qurban müəllim sizin əlinizdən öpürəm, qeyrətli Azerbaycan oğlu, gözəl futbolcu, gözəl insan, gözəl məşqçi. 35 yaçim var futbolculuğunuzu da izləmişəm. Allah sizi ve millətimizi qorusun var olasiz.

  • @IlkinSubhanAbdullayev
    @IlkinSubhanAbdullayev 4 місяці тому +10

    Sən bizimsən bizimsən durduqca bədəndə can,Yaşa-yaşa çox yaşa ey şanlı Azərbaycan

  • @user-yi9eh6bz5r
    @user-yi9eh6bz5r 4 місяці тому +62

    Гурбан Гурбанов, этот человек, Брэнд, он самый умный,и крутой тренер, на планете Земля ❤

  • @mrah_nihat8437
    @mrah_nihat8437 4 місяці тому +33

    men bu gun Masini ezdirim
    masini yolda atib oyuna getdim Her seyden cox ne qeder ziyana getsemde mene sevinc goz yawlari getiren Qarabag tesekur edirem Var olun sizinle fexr edirem
    Azerbaycanli oldugum ucun fexr edirem

    • @Kamran_Huseyn
      @Kamran_Huseyn 4 місяці тому +1

      Gelin atişaq maşini temir edek qaqaşin

  • @kamalsefiyev
    @kamalsefiyev 4 місяці тому +13

    Xarici meşqcilerin danişigina yorum yazanda 10 min 20 min beyenme olur bizde neden olmasin? Haydi dostlar beyenin xatire qalsin. Qarabağ Azerbaycandir!!!

  • @user-ze9vr1gs5n
    @user-ze9vr1gs5n 4 місяці тому +7

    Imperator Qurban Qurbanov bu az budceyle dunyaya ses saldıq Azerbaycanı Qarabagı hamı tanıdı👍🇦🇿Tesekkurler GARABAg

  • @pervizmammadlii6699
    @pervizmammadlii6699 4 місяці тому +15

    Bu insana halal olsun 10 nəfərlə vəziyyətdən çıxdı hər məşqçinin işi deyil bu halal olsun 👍

  • @xaverhuseynova5102
    @xaverhuseynova5102 4 місяці тому +6

    Qarabağın adına paxıllıq edirlər.Var ol Qarabağ, var ol Azərbaycan!

  • @elxanqasimov8484
    @elxanqasimov8484 4 місяці тому +5

    Həqiqətən çox sevinirəm. Çox sag ol Qurban Müəllim. Çox sağ ol Qarabag

  • @fariznanaev8508
    @fariznanaev8508 4 місяці тому +7

    Мой поздравления Азербайджан курбан курбанов из Грузии

  • @user-ue7yc4ui3x
    @user-ue7yc4ui3x 4 місяці тому +19

    Nəriman qolu vuranda ağladım lap sona qədər uğurlar İNŞALLAH Qarabağ🤲🏻

    • @rasimagozan3671
      @rasimagozan3671 4 місяці тому +3

      Təbriklər👍👍👍🇦🇿🇦🇿 futbolumuzün qalib sərkərdəsi ❤❤❤

  • @nurlanmemmedov8758
    @nurlanmemmedov8758 4 місяці тому +28

    Sən də "Qsrabag"zəfərinin sərkərdəsi sən. Səndə ali baş komandanın qenerallarından birisən! Eşq olsun sənə və komandana! Ən böyük bir arzumuz var gün o gün olsun ki , komandanın bütün tərkibi Azərbaycanlı olsun! Gör onda sevincimiz nolar da.

  • @sawabagirov4989
    @sawabagirov4989 4 місяці тому +13

    Heykeline beton yetmez
    Qurban bey Efsanedi❤

  • @user-qz6tf2cs8o
    @user-qz6tf2cs8o 4 місяці тому +9

    Cox saqol Reyis qurban Qurbanov ureysen ❤️ ugurlar Qarabagim ❤️ ❤️ ❤️ yawasin Azerbaycan 🇦🇿 ❤️🇦🇿❤️🇦🇿❤️❤️❤️

  • @vuqarzeynalov3552
    @vuqarzeynalov3552 4 місяці тому +38

    Mənim fikrimcə Qurban müəllimə Allaha şükürləri hər zaman uğura aparır və aparacaq.Əsil vətəndaş

  • @user-kf8ws5fy8e
    @user-kf8ws5fy8e 4 місяці тому +15

    Gurban müəllim mənimdə 48 yaşim var və uşag kimi göz yaşlarimi saxlamadim ve heç saxlamagda istəmədim🎉Bizə galib xalgi sevinçi yaşatan Şəhidlərimiz və Gazilərəmizə vəÜmumiyyətlə AZƏRBAYÇAN Ordusuna və Xalgina təşəkkür edirəm bütün VƏTƏN SEVƏNLƏRƏ❤❤❤🎉

    • @Rako_Vasmoyski
      @Rako_Vasmoyski 4 місяці тому +2

      Qurban hoca sizdən böyükdüyee,
      çünki Qurban hoca 52 yaşdadır !

    • @user-kf8ws5fy8e
      @user-kf8ws5fy8e 4 місяці тому

      @@Rako_Vasmoyski məgsədinizi anlamadim....no....nə isə...Allah Amaninda!

    • @Rako_Vasmoyski
      @Rako_Vasmoyski 4 місяці тому +1

      @@user-kf8ws5fy8e
      Elə yazmısan ki : mənim də 48 yaşım var
      Kim sənə dedi ki, Qurbanın 48 yaşı var ?

  • @nofelmemmedev3608
    @nofelmemmedev3608 4 місяці тому +3

    Dərin təşəkkürlər yaşa qarabağ yaşa QURBAN QURBANOV çox sağolun bütün Azərbaycan xalqı sizinlə fəxr edirik Allah qorusun bütün Azərbaycanımızı Allah bəd nəzərdən qorusun sizi

  • @adilnuri6791
    @adilnuri6791 4 місяці тому +3

    Sualların çoxu eşidilmir...😮😮😮
    Eşq olsun Qarabağ.. Təbriklər.. Təşəkkürlər. Uğurlar Qurban Qurbanov... 🌹🕋📗🤲❤️🇦🇿🇹🇷🇺🇿⚽🏆❤️

  • @mmtexno
    @mmtexno 4 місяці тому +8

    Mən Qarabağın Bütün Oyunlarna Qatiliram ama əsl sözlə nəfəs kəsən oyun oldu ünidlə sona kimi kamandamizin yaninda olduq və kamandamiz bunun nəticəsin çox gözəl verdi Braqaya Dərs verdik Sağol Q.Qurbanov Təşəkkürlər QARABAĞ 😢😢

  • @elyarzeynalov4563
    @elyarzeynalov4563 4 місяці тому +3

    Çox sağolun Gurban məlim ruhunuz şad olsun şəhidlərimiz amin

  • @samirmehdiyev1903
    @samirmehdiyev1903 4 місяці тому +3

    Təşəlkür QARABAĞ. Kimki öz işini ləyaqətlə və əzmlə yerinə yetirirsə bu özü vətənpərvərlikdi.

  • @mehemmedomarov8306
    @mehemmedomarov8306 4 місяці тому +6

    Sagol Zaqatalanin igid balasi Qurban Qurbanov .Zaqatala seninle fexr edir.

  • @fuadali2570
    @fuadali2570 4 місяці тому +6

    1 ci qoldan sonra baxa bilmədim sonra hesaba baxdım inanın ki göz yaşlarımı saxlaya bilmədim. Nə yaxşı ki bu hissləri bizə yaşattız. Sizinlə və futbolçularla nəgədər fəxr etsək azdı çox sagolun 😢😢😢😢😢😢😢😢😢😢😢 yazıram sevinc göz yaşlarını saxlaya bilmirəm əhsən❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Türk_oğlu-5
    @Türk_oğlu-5 4 місяці тому +53

    Braqanın qatarı getdi İrəli Qarabağ irəli Azərbaycan yolumuz Avropa yoludur 🇦🇿🇹🇷🇪🇺

  • @nahidhuseynzad8782
    @nahidhuseynzad8782 4 місяці тому +54

    Qırmızı vərəqə olmasaydı,Qarabağ hegemon idi.Şükür,yenə qələbə bizimdir✊️

    • @sukurliyev4200
      @sukurliyev4200 4 місяці тому +7

      Qaqas qirmizi olmasaydı qarabağ ordakı güne qoyacaydı bu komandanı

    • @ceyhunmeherremov9519
      @ceyhunmeherremov9519 4 місяці тому

      ​@@sukurliyev4200qırmızı olmasaydı deşik deşik edəcəkdi Bragani ama Bragada zəif deyildi .maraqlı oyun getdi

    • @nahidhuseynzad8782
      @nahidhuseynzad8782 4 місяці тому

      @@sukurliyev4200 hə e

  • @elminaxundzade1388
    @elminaxundzade1388 4 місяці тому +31

    Basda Gurban Muellim olmagla Ehsen Uşaglar!Yeni zirvelere İNŞALLAH!CANİM AZƏRBAYCANIM GARABAG FK❤

  • @akifulker9431
    @akifulker9431 4 місяці тому +17

    Helal olsun gardaşım Türk Azerbeycan kardeşlerim allahu akber akıllı olun aklınızı alırız topunuz gelin 🫡🦅🇹🇷🇦🇿🇹🇷🇦🇿🌹🤲😘❤️🕊️🦅

  • @nazimqocamanlsair1066
    @nazimqocamanlsair1066 4 місяці тому +4

    Millətimizə Sizin kimi ləyaqərli insanlar çox lazımdır,Sizinlə qürür duyuruq Qurban müəllim. Biz ğözəl xalxıq və həqiqətən xöşbəxt olmağa layiqiq.Qarabağ Azərbaycandır!!!❤❤

  • @turalimamquliyev8158
    @turalimamquliyev8158 4 місяці тому +29

    Canlı Əfsanə QURBAN QURBANOV
    AZƏRBAYCAN XALQI SIZINLE QARABAG AILESI ILƏ FEXR ELIYIR 😊

  • @seyyareamrahova6560
    @seyyareamrahova6560 4 місяці тому +3

    Sevincden goz yawlarina bogulduq. Var olun mohtewem kamandamiz Qarabagimiz

  • @mehrimustafayeva1137
    @mehrimustafayeva1137 4 місяці тому +14

    Çox dramatik oyun oldu, son saniyəyə qədər mübarizə və layiqli, tarixi qələbə!
    Hakimə görə, Bolqarıstan üçün qazın qiymətini qaldırmaq lazımdır.

  • @user-it5ek4ly4g
    @user-it5ek4ly4g 4 місяці тому +3

    Sevincimdən ağladım təbrik edirəm uğralarınız bol daimi. Olsun sizin bu nailiyyətləri götürmüyəyiniz hər bir Azərbaycanılının fəxrdir hər yerdə sizlərlə qurur duyurq

  • @ramalyadigarli1724
    @ramalyadigarli1724 4 місяці тому +3

    Halal olsun sizə Qurban bey. Bu sevinci bizə yaşatdıgınız üçün.🎉

  • @user-wm5go2md3d
    @user-wm5go2md3d 4 місяці тому +3

    Молодцы ребята. Молодец Карабах в лице главного тренера

  • @ofelyaabdullayeva2815
    @ofelyaabdullayeva2815 4 місяці тому +1

    Qələbəəəəə vətənim sənə zəfərlər yaraşır.Həmd olsun Allaha həqiqətən hər zaman şadi oluruqki bizim dayağımız Allah olduqca bizə vurulan zərbələr edilən haksızlıqlar bizə yalnız güc verər,və bizi Rəbbimə dahada bağlar.Hakimin ədalətsizliklərnə rəğmən bizə qələbə bəxş edən Rəbbimə həmnd olsun.Hsbin Allah-Allah bizə yetər.Qələbən mübarək Azərbaycanım qələbən mübarək Qarbağım.Axşamkı yalvarmalarmız dualarmız qəbul oldu gözmüz aydın.Bütün meydanlarda vətənimə,xalqıma zəfərlər bəxş et Allahım.Amin✊☝

  • @MurselAliMuhtar
    @MurselAliMuhtar 4 місяці тому +3

    Heyatimda bele sevinmemiwdim ve sevincden agladim bu 32 yawimda ilk defe oldu cox sagol bu sevinci verdiyin ucun boyuk Rebbim Sagol Qarabag. Galatasarayin uduzmagi bele qoymadi mene

  • @O.L.H.
    @O.L.H. 4 місяці тому +3

    Salam Qurban müellim siz tarix yazdız 10 nəfərnən oynadığımız maçta qalib gəldik sevinc göz yaşlarımızı hələdə saxlaya bilmirik çox sağ olun bu böyük sevinci bizə yaşatdız.❤

  • @nicatkerimli4567
    @nicatkerimli4567 4 місяці тому +5

    Sevincden belede yata bilmirem ,goz yashlarina boguldug🎉🎉🎉🎉

  • @AgalarNqiyev
    @AgalarNqiyev 4 місяці тому +4

    Ağa
    Mənim 69 yaşım var şadam ki qurbanov kimi məşqçimiz var
    Var ol Qurban
    Halal olsun

  • @user-ye9qx2md7r
    @user-ye9qx2md7r 4 місяці тому +2

    Бу бирлик дамир йумурукдур..халалдыр сиза угурлар олсун бела ойуна баханда лазат едир..чох саголун...❤✊️✊️✊️✊️❤

  • @Sasi_diano
    @Sasi_diano 4 місяці тому +12

    Qarabağdan gözlənilməz gözəl oynalındı halal olsun Qarabağ oyunçularına ama hakim çox cındır idi buna rəğmən Qarabağ qələbə qazandı. ✊🇦🇿

  • @CfrliCsart
    @CfrliCsart 4 місяці тому +5

    👏Təbriklər, “Qarabağ”!
    Təbriklər, Azərbaycan!🇦🇿

  • @mahammadumrayev8205
    @mahammadumrayev8205 4 місяці тому +34

    Qalatasaray məğlub oldu . Ama Qarabağ bizi çox qürurlandırdı

    • @SineriasCoaching
      @SineriasCoaching 4 місяці тому

      Beşiktaşlıyam,amma söhbət euro'dan gedirsə mən bütün türk və azərbaycan komandalarını sevirəm.
      Etiraf etməliyik,sparta praq oyunu udmağa layiq idi.

  • @muradatlxanov8628
    @muradatlxanov8628 4 місяці тому +15

    Qarabağ galatasaraydan güclü komandadı. Tebrik edirem hamını qarabağın bütün heyəti qəhramandır

    • @ilhamkazimov3460
      @ilhamkazimov3460 4 місяці тому

      100%,meb de hemise demisem

    • @ruslan-pe3wx
      @ruslan-pe3wx 4 місяці тому +3

      Sparta Qalatasaray oyununun bir hissəsinə baxdım. Hər ikisi çox zəifdir. Qarabağ bir qırağa, Braqa belə onların hər ikisini diri-diri udar.

    • @Rako_Vasmoyski
      @Rako_Vasmoyski 4 місяці тому +1

      Yalan deyəni söyə bilərsən mi❔️
      Ay "müdriklər", Sparta Praqa-nın
      indiki Braqa-dan güclü olduğunu
      axı necə, niyə anlamırsız❔️ 🤔👌🏻

    • @muradatlxanov8628
      @muradatlxanov8628 4 місяці тому

      @@Rako_Vasmoyski mən komandaların tarixini zadı demirem hal hazırki veziyyeti deyrem. O cür heyətnən praganı dağıtmalı idi o. Ṣexsen Qarabağ spartanı udardı

    • @Rako_Vasmoyski
      @Rako_Vasmoyski 4 місяці тому +1

      @@muradatlxanov8628
      Qarabağ yalnız qaz Braqanı uda bilərdi ki,
      onu da uddu. Başından yuxarı tullanma !!!
      ☝🏻🤫 👇🏻
      Sparta Praqa sizin üçün Braqa deyil, qaqa

  • @mirzahirsultanov8109
    @mirzahirsultanov8109 4 місяці тому +2

    Qurban müəllim əsl vətənpərvər,gözəl insandır..Fəxr edirəm ki,Azərbaycanın belə oğulları var.Təbrik edirəm,başda Qurban müəllim olmaqla"Qarabağ"cameəsini,doğma qalib xalqımı.

  • @ibszd
    @ibszd 4 місяці тому +9

    Qurbanov Allah sene ve komandana can saĝliĝi uĝurlar Qarabaĝ fexrimiz Yaşasin komandamiz🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🤗

  • @aslansalahov1917
    @aslansalahov1917 4 місяці тому +8

    Allah Şəhidlərimizə rəhmət eləsin...Cox sagolun Qurban məllim Bütün Azərbaycanı təbrik edirəm 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @Yopmail_hesaplar1
    @Yopmail_hesaplar1 4 місяці тому +2

    Yaṣayin Qurban Qurbanov ve kamadaniz Heyatda iki defe çox sevinmişdimse biricisisi 22 fevral yadaşima yazildi Allah uĝurlarnizi bol elesin ❤

  • @Amideliyev2007
    @Amideliyev2007 4 місяці тому +12

    Sözlərlə ifadə eliyə bilməyəcəm ancaq oyunnun sonunda qarabağ oyunçularına baxıb kövrəldim. Sözün əsl mənasında özümüzlə fəxr edəsi kulubumuz və onların arxasında dayanan kövrək qəlbli və qalib xalqımız var. AZƏRBAYCAN TƏBRİKLƏR 🥳🥳🥳🥳

  • @firuzhaciyev1287
    @firuzhaciyev1287 4 місяці тому +1

    Bir gecede butun hissleri yasadiq.tesekurler QARABAG❤❤❤❤❤

  • @mehemmedomarov8306
    @mehemmedomarov8306 4 місяці тому +2

    Qarabag hemiwe ireli inwaAllah.Allah qorusun haminizi.

  • @Rufo.055
    @Rufo.055 4 місяці тому +1

    QARABAĞA UĞURLAR ARZULAYIRAM.TARİX TƏKRARLANIR.🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @adilabdullayev
    @adilabdullayev 4 місяці тому +8

    Təşəkkürlər Qarabağ f k-una möhtəşəmsiniz var olun

  • @user-nb2cl6wo1e
    @user-nb2cl6wo1e 4 місяці тому +6

    2000ci ildən bəri, (bugün məğlub olsa da) Qalatasarayın çempionlugundan bəri, belə həyəcan keçirməmişdim futbolda. Qələbə bir yana, bu həyəcan üçün ayrıca təşəkkür edirəm. Həqiqətən döyüşdü oyunçular! Duygulanmıyan Azərbaycanlı deyil məncə.

  • @by_axmedik
    @by_axmedik 4 місяці тому +8

    Teşekkürler Qurban Qurbanov ve Klubun butun oyunculari.Siz güzellik numayis etdirdiniz.Agladim qelebe qazanmaginiza

  • @Piping-engineering.
    @Piping-engineering. 4 місяці тому +4

    Hamımıza uşaq kimi ağlayıb sevinməyi yaşatdın,sağ ol Qarabağ kollektivi

  • @rizvanzeynalov246
    @rizvanzeynalov246 4 місяці тому +1

    Çox sağ olun , bizə həyacanlı , gözəl hisslər yaşatdınız ! Təbriklər ! On nəfərlə iki qol vurmaq çox möhtəşəmdir , qürurludur , fədakarlıqdır ! Futbolçularımız da bir az səliqəli oynasalar lap ləzzətli olar .

  • @azercellsalyan4215
    @azercellsalyan4215 4 місяці тому +2

    Qurban milli qəhraman sene heykel qoyulmalıdır❤❤❤

  • @qarasnecefov7555
    @qarasnecefov7555 4 місяці тому +1

    Azərbaycan futbolunun qeyrəti Qarabağ halal olsun 🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷

  • @aslan_azerbaijan_oglu
    @aslan_azerbaijan_oglu 4 місяці тому +7

    🥰🇦🇿🇦🇿MEN FEXR EDIREM KI - AZERBAYCANLIYAM🇦🇿🇦🇿 ALHAMDULILLAH 🇦🇿🇦🇿🇦🇿🇦🇿❤❤YAŞA TURK ORDUSU💕💗💕💗

  • @letaftrustmova2904
    @letaftrustmova2904 4 місяці тому +6

    Aqdamimin shanli futbol klubu...QARABAQ....Ne qeder sevindiyimin heddi hududu yoxdur...Cox saqolun Qurban muellim , Allah futbolcularla birlikde sizden razi olsun , Amin...🇦🇿🇦🇿🇦🇿🤲🤲🤲🧿👏👏👏

    • @Rako_Vasmoyski
      @Rako_Vasmoyski 4 місяці тому +1

      Qarabağ Ağdamın klubu deyileee,
      ☝🏻🇦🇿 👇🏻
      Bütün azərbaycanlıların klubudur !

    • @letaftrustmova2904
      @letaftrustmova2904 4 місяці тому

      @@Rako_Vasmoyski O sozsuz eledir bilirem , amma men bir Aqdamli kimi bir bashqa cur qururlaniram , bunu da siz dushunun , yeqin ki hami bele fikirlesher , nece deyirler Zaqatalanin fexri Qurban Qurbanov👍🤘🇦🇿🧿

    • @Rako_Vasmoyski
      @Rako_Vasmoyski 4 місяці тому +1

      @@letaftrustmova2904
      Amma sizin ilk şərhinizdən belə məna
      çıxdı ki : Yəni kimlərsə mənim kimi nə
      Qarabağlı - Ağdamlı deyilsə, yaxud da
      Qarabağla - Ağdamla əlaqəsi yoxdursa,
      deməli onun Qarabağla qürur duymaq
      üçün 1 azərbaycanlı kimi haqqı yoxdu.
      Buna görə sizə və sizin kimi fikirləşən
      hər kəsə yeganə tövsiyəm odur ki, bu
      Vətəni bölgələrə bölməyəsiniz, çünki 1
      Vətənin başı - ayağı olmaz, Lətiş xanım

  • @sahperialiyeva1087
    @sahperialiyeva1087 4 місяці тому +2

    Futbolu 1 qram sevmirəm, amma Qarabağa görə gözümü 1 dəqiqə çəkə bilmədim oyundan. Qələbəniz axarıncı olsun,daim irəli,uğurlar

  • @zamanallahverdiyev
    @zamanallahverdiyev 4 місяці тому +1

    Bize bu qelevenj bexs eden Qurban muellim Qarabag klubu cox sagolun
    Nerimanin qolu her seyi dedi amaki Bedavi soyuqqanli sekilde o veziyyetde o cur pas atmasi Nerimanin o pasi duymasi heqiqeten halaldi usaqlar size👍👍👍

  • @anarhacikerimov792
    @anarhacikerimov792 4 місяці тому +1

    Azərbaycan futbolunun inkişafı yolunda adını qızıl hərflərlə yazdıran Qurban müəllimi təbrik edirəm,Qarabağ klubunu təbrik edirəm, Xalqımı təbrik edirəm !Daim zirvələr fət et Azərbaycanım!🇦🇿

  • @Avar.az...
    @Avar.az... 4 місяці тому +2

    Həmişə Həydər məscidində cümədə gördüyüm sadə insan Qurban Qurbanov təbriklər❤

  • @turaltural7569
    @turaltural7569 4 місяці тому +2

    Bu oyun onu gosterdiki Qarabgmiz tesadufu deyil layiqli qelebe qazandigni butun dunyaya gosterdi sagol Qarabag Sagol Qurban Muellim.Bu sevinci bu mİllete yawaydigniz ucun minnetdaram..Kisinin niyeti emelinden ustundu..Nerman sen bir top qacirdin Amma Allah seni mukafata hazirlayirdi cox sagolun Qarabag.

  • @user-ch3zt1yk4d
    @user-ch3zt1yk4d 4 місяці тому +1

    Uca Allah seni gorusun Gurban gardas.Cox Mubarek,ugurlarimiz bol olsun Insallah

  • @elyarzeynalov4563
    @elyarzeynalov4563 4 місяці тому +2

    Elvin çox əziyət çəkdi ilk topu onun hesabına vuruldu əla oynadı hər iki oyunda maşallah

  • @elmanqurbanov7719
    @elmanqurbanov7719 4 місяці тому +1

    44 GÜNLÜK QARABAĞ DÖYÜŞÜNDƏ MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIMIZIN İRADƏSİ BİZİ BİRLƏŞDİRDİ! BİR YUMURUQ KİMİ BİRLƏŞDİRDİ! BİR OLDUQ! QALİB OLDUQ! EŞQ OLSUN AZƏRBAYCAN XALQINA VƏ ONUN QALİB PREZDENTİNƏ!

  • @talehezimov7758
    @talehezimov7758 4 місяці тому +3

    Allah Bizlere daim Zefer yawatsin Allah birliyimizi əlimizdən almasin inwallah dunyani dize getireciyik 🇦🇿🇹🇷

  • @rafaelimranov4877
    @rafaelimranov4877 4 місяці тому +2

    Bir anliq butun prablemlerimi borclarimi unutdum cox sagol Qarabag meni usaq kimi sevinmeyi yasatdigin ucun

  • @flex2724
    @flex2724 4 місяці тому +2

    Hakim çox cindirydi amma yenədə Qarabağ qalib gəldi🎉❤❤

  • @Rako_Vasmoyski
    @Rako_Vasmoyski 4 місяці тому +1

    ALLAH ALLAHVERDİ BAĞIROVA,
    BU GÜN DOĞUM GÜNÜ OLAN
    ŞƏHİDİMİZ MUXTAR QASIMLIYA
    VƏ BÜTÜN DİGƏR ŞƏHİD-LƏRƏ
    RƏHMƏT ELƏSİN ! HƏLƏ İNANA
    BİLMİRƏM QARABAĞIN QƏLƏBƏ
    ÜÇÜN ORTAYA QOYDUĞU ƏZMƏ
    VƏ 5 BOLQAR BİBƏRİNİN BİZİM
    UDUZMAĞIMIZ ÜÇÜN APARDIĞI
    "MÖHTƏŞƏM MÜBARİZƏ"YƏ ! 😒

  • @elxanquluyev5318
    @elxanquluyev5318 4 місяці тому +1

    Biz də sizə təşəkkür edirik Qurban müəllim. Əsas odur ki sizin yetirmələriniz həqiqətən əzmlə iradə ilə oynadılar. Uğurlarınız daim olsun inşallah...

  • @sardarxudiyev6976
    @sardarxudiyev6976 4 місяці тому +6

    TƏBRİKLƏR, QARABAĞ! VAR OIUN! QURBAN MÜƏLLİMƏ DƏ XÜSUSİ TƏBRİKLƏR!

  • @VidadiBayram
    @VidadiBayram 4 місяці тому +1

    Davamı daha da uğurlu olsun. Allah əziyyətinizin bəhrəsini versin

  • @kmalhsnova4588
    @kmalhsnova4588 4 місяці тому +2

    Halal olsun Azərbaycan oğullarına

  • @UlviNovruzov-de3qz
    @UlviNovruzov-de3qz 4 місяці тому +1

    Yəqin ki, Qurban Qurbanov Cənablarını, bəli Cənablarını monitordan öpən tək mən olmamışam. Hamımız həyəcandan öldük-dirildik. Allah millətimizi qorusun. Analarımız vaxtsız gözü yaşlı qalmasın. Allah Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Amin

  • @ilhamcabbarov4860
    @ilhamcabbarov4860 4 місяці тому +1

    Hörmətli Qurban müəllim mən də sizə dünən kı, kimi sevinc göz yaşları arzulayıram.

  • @ismaylmhmmdov2087
    @ismaylmhmmdov2087 3 місяці тому

    Əhsən sənə Qarabag. Əhsən sənə Qurban Qurbanov. 👏✊👍♥️🖤🇦🇿

  • @elvinkerimov7154
    @elvinkerimov7154 4 місяці тому +1

    Eşq olsun çox şükürlər bu günümüzə Təbriklər Azərbaycan Təbriklər Qarabağ Təbriklər Qurban bəy❤❤❤

  • @muradabdullayev4883
    @muradabdullayev4883 4 місяці тому +4

    Təsəkkurler Qarabag

  • @realmerealme2875
    @realmerealme2875 4 місяці тому +3

    Uğurlar Qarabağım 💙🤍

  • @user-jx1bb2jx6n
    @user-jx1bb2jx6n 4 місяці тому +2

    BUTUN MILLETIMI TEBRIK EDIREM BU QELEBE MUNASIBETI ILE,❤❤❤❤ TESSEKURLER QURBAN MUELLIM, TESSEKURLER QARABAG KOMANDASI, ASOBI TESSEKURLER YANKOVICE VE NERIMANA.

  • @salsjdfjjx5357
    @salsjdfjjx5357 4 місяці тому

    Yaşa Azərbaycan,yaşa Qarabağ,yaşa Qurban hoca,Siz və komandanız bu gün tarix yazdınız,44 günlük qələbənin davamını bütün Qarabağsevərlərə yaşatdınız,Sizi və bütün qarabağsevərləri ürəkdən təbrik edirəm!

  • @aydnbayramov5240
    @aydnbayramov5240 3 місяці тому

    Qurban Qurbanov bizə qələbə gətirə. Səhidlərimizə ugurla borcluyuq deməklə əsil vətandas movqeyi sərgilədin təsəgurlər

  • @user-sv7iz2lr1f
    @user-sv7iz2lr1f 4 місяці тому +2

    Qurban Qurbanov kiwi adamsan 💪👍

  • @___region_52___43
    @___region_52___43 4 місяці тому +1

    11-10 futbolçu ile qazandiq Maşallah təbriklər 🤝

  • @zaurbayramov7449
    @zaurbayramov7449 4 місяці тому

    Teşekürler Qurban Bey Bizlere daim qelebe yaraşar

  • @ivfteamBaku
    @ivfteamBaku 4 місяці тому +1

    cox saqolsunlar sevindirdiler bizi❤

  • @VuqarSerdarov-rl2tt
    @VuqarSerdarov-rl2tt 4 місяці тому +11

    AZƏRBAYCANIN FƏXRİ. ZAQATALA BALASÌ QURBAN BƏY QURBANOV.