Це відео не доступне.
Перепрошуємо.

Quba-Qonaqkənd yolu görənləri heyrətə saldı

Поділитися
Вставка
  • Опубліковано 6 гру 2021
  • Quba rayonunun Quba-Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik avtomobil yolunun yenidən qurulması yekunlaşıb.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, icra olunan iri miqyaslı yol infrastrukturu layihəsi vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgədə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olub.
    Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.
    Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdir.
    Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.
    Yol boyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Bundan başqa “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb. Bunun üçün əsasın alt və üst layı müvafiq olaraq qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilib. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton qarışığı döşənib.
    Avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılıb. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edib. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4 metrdən 10 metrə kimi genişləndirilib.
    Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, həmçinin yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində müvafiq olaraq 126 və 80 metr uzunluğa malik yeni körpülər inşa edilib. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.
    Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
    Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradır, rayonun turizm imkanlarını genişləndirir.
    / ictimai.tv
    / ictimaitv.official
    itv.az/
    #İTV
    #İTVXəbər
    #ictimaitv #video #televiziya #baku #videolar #itv

КОМЕНТАРІ • 62

  • @firdovsiorucov8107
    @firdovsiorucov8107 2 роки тому +14

    Allah dövlətimizi qorusun 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷

  • @mammadli114
    @mammadli114 2 роки тому +10

    Əhsən çox gözəl iş alınıb. İnşallah Azərbaycanımızın hər qarışı belə gözəl və abad olsun amin 🇦🇿

  • @user-xz2fp4oo4h
    @user-xz2fp4oo4h 2 роки тому +5

    Coox teshekkur edirik Cenab Prezidentimize yollarln cekilishine gore. Allah Can sagllgl versin. Yol medeniyyetdir, inkishafdlr, yol her sheydi, Prezidentimizle qurur duyuruq. Ugurlar arzulaylrlq.

  • @vahidlalayev2369
    @vahidlalayev2369 2 роки тому +20

    Quba-Bakı yolunu ağırtonnajlı maşınlar bərbad günə qoyub..

    • @ali_mahmudov
      @ali_mahmudov 2 роки тому +1

      Peredok yiğdirmaqdan Zara gəlmişik

  • @mhmmdgames7810
    @mhmmdgames7810 2 роки тому +14

    Xeyirli uğurlu olsun İNŞALLAH

  • @sureyyatahir3362
    @sureyyatahir3362 2 роки тому +10

    Vauuuu gözəl Qubam❤️

  • @firdovsiorucov8107
    @firdovsiorucov8107 2 роки тому +4

    Cənab prezidentə məmurlarımız kömək etsələr ölkəmiz hər diyarı cənnət məkan olar

  • @nonamenolife3904
    @nonamenolife3904 2 роки тому +6

    GÖZƏL. 🇦🇿❤💪💪💪☝️

  • @omrmahmudlu7890
    @omrmahmudlu7890 2 роки тому +6

    Bir ZAQATALALI olaraq, Yollarımız həqiqətəndə bərbad gündədir‼️ Bizim icra başcımız Yatıb‼️ Nədənsə bizim icra başçımıza nəzarət edən YOXDUR‼️ Allah bizə səbir versin.

    • @elcanallahverdiyev4123
      @elcanallahverdiyev4123 2 роки тому +4

      Amim qardaw mende zaqataladanam inanmiram bizim berbad yolumuz qeder harasa ele olar..... allah bize sebr versin ne qeder daniwsanda zaqatalani ewiden yoxdu qardaw....

  • @xayyamseydayev9211
    @xayyamseydayev9211 2 роки тому +2

    Quba Qonaqkənd yolu düzəlib .Hamı istəyirki istirahət günlərində gözəl Azərbaycanın səfalı mənzərəli yerlərini gedib gəzsin.Təəssüfki Quba Bakı magistral yolunu çox hissəsi bərbad gündədi.Bakıya qayıdanda adamın gözündən gəlir.Kim çip alıbsa həmin yolda test dryav edə bilər.o yolu gələnin böyrəklərində daş olmur.İnşaAllah bu yolda düzələr.

  • @furqanhaqqbatildnayran7365
    @furqanhaqqbatildnayran7365 2 роки тому +1

    Masallah

  • @user-nh1up2zp9z
    @user-nh1up2zp9z 2 роки тому +9

    Беле гозелийи горенде фехр дуйурсан.хемише Гозел инкшаф ет меним Ветеним угурлар.

  • @teymurlngteymurlng2906
    @teymurlngteymurlng2906 2 роки тому

    Yaşasın Prizdentimiz.!
    Alibaş Komandan.

  • @turkturk6508
    @turkturk6508 2 роки тому +4

    Baki quba yolu baki istiqameti berbad gundedir

  • @user-gx2zg1lv9x
    @user-gx2zg1lv9x 2 роки тому

    GOZEL!!! UGURLU OLSUN!

  • @ES-gp1jw
    @ES-gp1jw 2 роки тому

    Maşallah olsun 👏👍🤲😍

  • @nikoabbasli4757
    @nikoabbasli4757 2 місяці тому

    saq eli ismayilli qebele yolunun basina orada INSALLAH gozle olacaq

  • @azerqhrmanov2412
    @azerqhrmanov2412 2 роки тому

    Əladı.İnşallah növbəti mərhələdə yol Şamaxı rayonuna çəkilər və Quba rayonundan Şamaxı rayonuna gedən yolun uzunlugu280 km dən 110 km ə çatar.

  • @hesretqeniyev5108
    @hesretqeniyev5108 2 роки тому

    MAŞALLAH

  • @alik0395
    @alik0395 2 роки тому +2

    Baki - QUBA YOLUN CEKIN GOSTERIN E MASININ ALTI QALMAYIB

  • @etibarkarakaya5621
    @etibarkarakaya5621 2 роки тому +3

    HE NE OLSUN. SADECE DÖVLETİN BÜDCESİNİN TAR - MAR OLUNMASI EMELİYYATI BAŞ TUTUB. XAHİŞ EDİRİK BİZİ ALDATMAYIN BİZ LOX DEYİLİK.

  • @zulmetgece6029
    @zulmetgece6029 2 роки тому +1

    Sonra bezi agzi goycekler deyirki prezdent ehaliye gun aglamir her sey goz qabagindadi bunun kimi ne qeder işler görulur.

  • @nofelziyadoglu9934
    @nofelziyadoglu9934 2 роки тому +1

    Xahiş edirik Gence Qazax avtomaqistral yolunu çekib gösterin bele şey olar neçe ildi yol çekilir helede davam edir. Asfatı tökürler 1-ay keçir qazırlar birde temiz bezdiribler. Nezaret yoxdu bezmişik.

  • @gulagarefiyev2643
    @gulagarefiyev2643 3 місяці тому

    O gün olaydı Quba-Şamaxı yolu tikilərdi. 54 km tikilməyən yolun tikilişini hələ də gözləyirik

  • @cavadmemmedov8029
    @cavadmemmedov8029 2 роки тому

    İşləmişəm bu yolda

  • @user-ss1vw4pr5q
    @user-ss1vw4pr5q 2 роки тому

    Hallaldir prezidentimizi allah qorusun.

  • @rahimanureddinova213
    @rahimanureddinova213 2 роки тому +2

    Не оларды бу йол ужгар Дерк кендинеде гедиб чыхса Гонагкедден о терефе 4- 5 кенд йолсузлугдан чох езийет чекир онлардан бириде Дерк кендидир.

    • @yasaazrbaycan3628
      @yasaazrbaycan3628 2 роки тому +1

      " Çəkilib " , xəbəriniz yoxdu , kağız üzərində , indidə hər il təmir edirlər.
      Azərbaycanda 150 ildən çox neft , qaz çıxır hələ o ucqar kəndlər mavi qaz görməyib.Çox bərbad gündədi Dərk kəndi.Kənd demək olar boşalır , hamı kənddən qaçır rayon mərkəzinə yada Bakıya.

    • @rahimanureddinova213
      @rahimanureddinova213 2 роки тому +1

      Йол йохлугундан гпдир адамлар ягыш яганда чвя су гелир гедиш гелиш тамам кесилир о дибден дагы газыйыб йол ачмаг о гедерде пул арармаяжаг.жамаатмыза языгым гелир дуз дейирсиз газда йохду кенд чох барбад везийетде аллах инсаф версин иш башында отуранлара о кендлериде фикирлешсинлер.

  • @jeyhunmammadov41
    @jeyhunmammadov41 2 роки тому +3

    yol görənləri heyrətə salıb!? yazzıqlar 🤣🤣🤣 Maraqlısı budur ki, Qubadan Bakıya qayıdanda necə qayıdacaqlar o yol görməyənlər ? sürət həddini 70 salıblar amma yenədə o bərbad yolda hərəkət etmək olmur

  • @my_happines_bts
    @my_happines_bts 2 роки тому

    Hə vallah dəhşətdi fısqırıqdı. Adama deyəllər ac qarnına yol getmək olar ?

  • @Novıymirtv
    @Novıymirtv 2 роки тому +1

    1 İLDƏN SONRA ÇALA ÇUXURLU YARARSIZ HALA DÜŞƏÇƏK ...ÇÜN Kİ YOLA AYRILAN PULUN ÇOX HİSSƏSİNİ BƏRİ BAŞDA OĞURLAYIRLAR ... AZƏRBAYCAN DA BÜTÜN SAHƏDƏ RÜŞVƏT BAŞ ALIB GEDİR...

    • @mehdi3404
      @mehdi3404 Рік тому

      Noldu? Nə vəziyyətdədi yox indi?

  • @psg3548
    @psg3548 2 роки тому

    Quba Baki yolunun 25 illik istismar muddeti vardi hec 20 il cekmedi dagilmaga basladi.Agir tonlu yuk masinlarina dozmedi.Cunki keyfiyyetli cekmediler.Bu yol Rusiya ile baglantisi olan esas yollardan biridir.Pulu yeyib ,yolu keyfiyyetsiz cekenlerin basi islemedi ki,yuk masinlari bu yolu dagildacaq islerinin ustu acilacaq.

  • @alikgasanli3287
    @alikgasanli3287 2 роки тому

    Fısqırdım belə yolaki işsizlikdi.

  • @user-ht1uf2iu4t
    @user-ht1uf2iu4t 2 роки тому

    Йашасын Азарбайджан Халгы Ва Довлати.

  • @greatazerbaijan4736
    @greatazerbaijan4736 3 місяці тому

    Axirda vilis duz xətdi tapdaladi xebercilik kimi cixmasin

  • @user-fz1bi1bf5z
    @user-fz1bi1bf5z 2 роки тому +1

    Довлəт башчысы деjирсан бəc бу joла бахан гурум ,тəшкилат ,joл идарəcи бəc бунлар нə иш илə мəшгулдулар?

  • @mehemmed.suleymanov
    @mehemmed.suleymanov 2 роки тому

    Çiçi kəndinədə çəkilsin nə gündədi yolu

  • @sakosakayev4853
    @sakosakayev4853 2 роки тому

    Yeməli olsa idi gedib yeyerdik

  • @rdvankocaman3962
    @rdvankocaman3962 2 роки тому

    Kendin içerisini ne vaxt asvaltlanacag?2050 ci lidemi?

  • @user-jl5xw1tv1t
    @user-jl5xw1tv1t 2 роки тому

    Geresen,bu tikintide yiyinti ne geder oldu eeehhh ,dagittdilar budceni.

  • @azadeliyev8693
    @azadeliyev8693 2 роки тому

    burda heyrete dusmeli ne varki adi yoldu

  • @zuzuismayilova8764
    @zuzuismayilova8764 2 роки тому

    Bunu bildik.bes Baki Quba yolu nece?agir maşinlar yolu berbad gune qoyub. onlara ayri zolaq ayirin,ele cetindi?yollari berbad edirler,getgelis cetinlesib o bolgeye

  • @kamil_gasmv
    @kamil_gasmv 2 роки тому

    Bəs Qubaya gedən yol onuda çəkin

  • @muslimmuslim150
    @muslimmuslim150 2 роки тому

    Bu köhnə videodur 1.5 il bundan əvvəl çəkilib.))

  • @sahinbayramov1963
    @sahinbayramov1963 2 роки тому +1

    CANAB PİRİZDENT XAÇMAZDA GELİN YOLLAR BERBAD GÜNÜNDEDİR

  • @SsSs-zx3qe
    @SsSs-zx3qe 2 роки тому

    Basin yeyin eee

  • @xeyalekerimova8722
    @xeyalekerimova8722 2 роки тому

    Millet acından ölür lox deyil pulları yemek üçün edirsiz bu yolları temirleri

  • @azadazad2893
    @azadazad2893 2 роки тому

    АТАНА РЕhМЕТ ИЛХАМ .
    ОГУСАН .КИШИНИН ОГЛУ ЯРАДЫР .
    ХАЙИНЛНР ЙЕМЕСЕ

  • @elcanallahverdiyev4123
    @elcanallahverdiyev4123 2 роки тому +2

    Zaqatala rayonunan hec xeberleri yoxdue her hefte masin yigdirmaqdan bezmisik biz arasdirdiq azerbaycanda en berbad yol tek zaqataladadi cunku qaxin 90 faizi asfaltdi ve ordan balaken 95 faiz ama zaqatala 50 faiz nie ayri seckilik olur bawa duwmuruk allah haminiza hidayet versin

    • @yasaazrbaycan3628
      @yasaazrbaycan3628 2 роки тому +1

      Sən gəl Bakı - Quba yolundan keç , gör yazığ avtomobil nə hala düşür.

    • @firdovsiorucov8107
      @firdovsiorucov8107 2 роки тому +1

      Asfaltın vurulmasında rayon ictimaiyyətinin və ağsaqqalların rolu böyükdür

    • @elcanallahverdiyev4123
      @elcanallahverdiyev4123 2 роки тому

      @@yasaazrbaycan3628 sen gel birinci zaqatala.yolunu kec onda danwariq

    • @yasaazrbaycan3628
      @yasaazrbaycan3628 2 роки тому

      @@elcanallahverdiyev4123 Daha gəlməli olmadım , İnşallah yolunuz düzələndə gələrəm.

    • @elcanallahverdiyev4123
      @elcanallahverdiyev4123 2 роки тому

      @@yasaazrbaycan3628 onda qaldi gelen esire

  • @pasayevheyder6489
    @pasayevheyder6489 2 роки тому

    Burda yox gedin görün bu sadaladiqlariniz olub ya yox