Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrində ixtisas toplantısı keçirilir

Поділитися
Вставка
  • Опубліковано 25 бер 2021
  • Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrində ixtisas toplantısı keçirilir - VİDEO
    Vətən müharibəsində iştirak etmiş Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrinin heyətləri döyüşlər zamanı düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Orduda tank əleyhinə bölmələrlə keçirilən ixtisas toplantısında Vətən müharibəsində iştirak etmiş heyətlərin döyüş təcrübəsi öyrənilir və praktiki atışlar icra edilir.
    İxtisas toplantısının birinci mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğuları üzərində praktiki atışlar keçirilib.
    Şəxsi heyətin taktiki, texniki və ixtisas hazırlığının yüksəldilməsi, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən toplantının ikinci mərhələsində isə heyətlərin səhra bacarıqları yoxlanılıb.
    Hazırda davam edən toplantılarda heyətlərin tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutması, tank əleyhinə dəzgahlı qumbaraatanlardan düzünə və yarımdüzünə tuşlama ilə yaxın və uzaq məsafələrdə hədəfləri məhv etməsi vərdişləri praktiki atışlarla təkmilləşdirilir.
    mod.gov.az/az/...
    Həmçinin bax,
    Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin həqiqi hərbi xidmətə və işə qəbulunu elan edir: mod.gov.az/az/...
    Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlərin nəzərinə: mod.gov.az/az/...
    Copyright © Azərbaycan Müdafiə Nazirliyi
    Rəsmi internet səhifəsi - mod.gov.az/
    Facebook - / wwwmodgovaz
    Instagram - / azerbaijan_mod
    Twitter - / wwwmodgovaz
    UA-cam - / azerbaijan_mod

КОМЕНТАРІ •