Lənkəran sakini həyətində nadir növ quşların zooparkını yaratmaq istəyir

Поділитися
Вставка
  • Опубліковано 12 вер 2024
  • Qəhrəmanımız müxtəlif növ nəsli kəsilməkdə olan quşları həyətində bəsləyən Lənkəran sakinidir. Hətta onun təsərrüfatında adı qırmızı kitaba düşən quşlar da var.
    Tovuzquşu, flaminqo, qırqovul, mandarinka, karalinka, sultan toyuğu, slavyana qırqovulu... Buranı kiçik quş parkı da adlandırmaq olar. Lənkəranlı Mirabbas dayı illərdir bu quşları bəsləməklə məşğuldur. Mehrini-məhəbbətini quşlara salaraq onlarla nəfəs alan Mirabbas Abbasov Lənkəran rayonunun Liman şəhərində yaşayır. Burada dünyanın bir çox ölkələrindən gətirilən quşlara rast gəlmək mümkündür.
    Quşbaz Mirabbas Abbasov: “Flaminqonu mən gətirmişəm Ukraynadan, Bildirçinin ən balacası 50 qramdır. O da Hindistandan gəlib. Amma böyük bildirçinlər Amerikadandır.”
    Mirabbas dayının kiçik zooparkında 300-ə yaxın 30 növdə müxtəlif cinsli quşlar var. Təsərrüfat sahibi quşların bəslənilməsinə xüsusi diqqət göstərir. O, gün ərzində 30 kq-a yaxın yemdən istifadə edir.
    Quşbaz Mirabbas Abbasov: “Çoxu gicitkən verirəm, qənaət oldun buğdaya deyə. Həm də o xeyirlidir quşa. Tərkibində hansı vitamini istəsən var.”
    Quşları görmək, onlarla tanış olmaq üçün təkcə Lənkərandan, ətraf rayonlardan deyil, eyni zamanda respublikanın hər bir bölgəsindən qonaqlar gəlir. Qəhrəmanımızın ən böyük arzusu zoopark yaratmaqdır.
    Quşbaz Mirabbas Abbasov: “Gələcəkdə zoopark olsa Lənkəranda yaxşı olar. Buralar abadlaşır, turistlər gəlir.”
    Həvəskar quşbaz eyni zamanda uzun illərdir quşların tədqiqatı aparır. Dünyanın bir sıra ölkələrində Yaponiya, Kanada, İspaniya, Rusiya, İndoneziya və bir çox ölkələrdə flora və fauna ilə bağlı seminar və konfranslarda iştirak edib. Mirabbas dayının zooparkında adı qırmızı kitaba düşən quşlara da rast gəlinir.

КОМЕНТАРІ • 31

  • @arzusultanova1455
    @arzusultanova1455 3 роки тому +1

    👍🏿

  • @musagaribov9757
    @musagaribov9757 4 роки тому +3

    Nəqəşəngdim Allah qorusun amin🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌

  • @rayeagayeva5755
    @rayeagayeva5755 5 років тому +4

    Halal olsun

  • @asifagayev3719
    @asifagayev3719 6 років тому +11

    Bizim evde tovuz quşu ,kral qırqovulu,kəklik,qafqazi qırqovulu,gümüşü qırqovulu,qızılı qırqovulu,muhabbet quşu,almaznı qırqovulu ve toyux,cücə,xoruz var

  • @xalidbayramli210
    @xalidbayramli210 3 роки тому +2

    Salam . Bugun col qusu tutmusam ama hansi nov oldugun bilmirem. Elaqe saxlaya bileriy sizde baxardiz ne oldugun gorun bilessiz

  • @elvingulmmmdov194
    @elvingulmmmdov194 4 роки тому +1

    İzləmək istərdim calı halda.

  • @Chemistrylove-j6q
    @Chemistrylove-j6q 2 місяці тому

    Əhsen beləsinə

  • @allahverdicebrayilov2853
    @allahverdicebrayilov2853 5 років тому +4

    Gicikkanı necə verirlər ?

  • @aminmemmedov7283
    @aminmemmedov7283 5 років тому

    Afərin

  • @salamsalamov6593
    @salamsalamov6593 5 років тому +1

    Qardaş salam xeyirli olsun zehmet. Olmasa nömrü ver. Almağ isdeyerem heresinen

  • @raminehmedli9621
    @raminehmedli9621 2 роки тому

    Mirabbas dayının nömrəsini bilən varsa zəhmət olmasa saxlasın burda.

  • @esmirarustemova6944
    @esmirarustemova6944 Рік тому

    Ела

  • @elcinclilbyli4021
    @elcinclilbyli4021 4 роки тому

    Gicitkəni necə verir?

  • @AliaskharMirzoyeff2014
    @AliaskharMirzoyeff2014 3 роки тому

    Bərəkətli olsun.
    Amma Coxda zad eləməyin..birdə gördün polis gəldi ki təzə qanun cıxıb bunlar hamısı qanunsuzdu..

  • @sebuhiaskerov4761
    @sebuhiaskerov4761 6 років тому +3

    cizisqan nədir?

  • @baltazar5330
    @baltazar5330 2 роки тому

    Mənə bu kişinin nömrəsi vacib lazımdı bilən varsa xaiş edirəm yazsin

  • @zhukzhuk6382
    @zhukzhuk6382 6 років тому +1

    bu kisinin nomresini bilen varsa yazsln zexmet olmasa

    • @sakirsariyev9610
      @sakirsariyev9610 6 років тому +1

      Zhuk Zhuk - He 9

    • @oruceyubov959
      @oruceyubov959 5 років тому +1

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😛😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😙😙😙😙😙😙😙😙😙😙😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😭😭😭😭😭😭

    • @Saidas1
      @Saidas1 4 роки тому

      @@sakirsariyev9610 qardaw nomresini bilirsizse yazin zehmet olmasa

    • @raminehmedli9621
      @raminehmedli9621 2 роки тому

      Nömrəsin bilən varsa bir zəhmət saxlayardiz burda.

  • @ceyhunbagiyev1777
    @ceyhunbagiyev1777 5 років тому

    Salam😎😁😙😉😀🎖