Qarabağ üsulu dadlı Yarpaq Xəngəli - Xəngəl necə hazırlanır 💯✅ ( Resept açıqlamada )

Поділитися
Вставка
  • Опубліковано 23 сер 2024
  • Resepti yazmamışdan əvvəl kanalımıza abunə olub,videolarımızı paylaşdığınız üçün hər birinizə təşəkkür edirəm ! 😊
    Sizlərin dəstəyi sayəsində bacardıqca daha çox yemək və şirniyyat hazırlayıb,resepti ilə birlikdə sizlərə təqdim edəcəm 😊
    Resept:
    500 qram çəkilmiş ət
    500 qram soğan
    100 qram yağ
    Duz-istiot zövqə görə
    Xəmir üçün:
    1 kq un
    1 yumurta
    1 xörək qaşığı duz
    Aparan qədər su
    Hazırlanması:
    Öncə soğan doğranıb qovrulur. Qovrulduqdan sonra ət qatılır tam hazır olana qədər qovrulur.
    Sonra xəmir yayılıb,kündələrə bölünüb yayılır. Yayılı formada bir neçə dəqiqə gözlədilir. Bu müddət ərzində qazanda su qaynadıb,qaynara düşdükdə 4 xörək qaşığı su qatılır. Daha sonra yaydığımız yuxaları dördkünc formada kəsib qaynayan suya atırıq. Xəmirlər üzə çıxana qədər qaynayır. Sonra isə süzüb üzərinə əridilmiş yağ,qovurduğumuz soğan və ət əlavə edilir. Zövqə görə sarımsaq qatıq da əlavə edə bilərsiniz.
    Nuş olsun ! 😊
    Digər videolarımızı izləmək və yeni videolardan xəbərdar olmağınız üçün,kanalımıza abunə olmağı unutmayın ☺️

КОМЕНТАРІ • 3

  • @lmali2405
    @lmali2405 3 роки тому +1

    Masallah

  • @shafakilyasova
    @shafakilyasova 3 роки тому +1

    Bəh bəh nə gözəl ellerine sağlıq

  • @lacinlibalasi4141
    @lacinlibalasi4141 8 місяців тому

    QARABAĞLILARIN YEMƏKLƏRİ ƏLA OLUR HƏMDƏ MƏŞHURDUR !QARABAĞ MƏXBƏĞİ🤘🏻💪🇦🇿🇹🇷🇺🇦🇵🇰🇹🇲🇹🇳🇪🇭🇯🇵🇰🇼🇨🇨🇲🇷🇲🇻🤘🏻💪