Bəxtiyar Vahabzadə - "Aclardan toxlara"

Поділитися
Вставка
  • Опубліковано 4 жов 2024
  • "ACLARDAN TOXLARA"
    Zər-ziba içində alışıb yanır
    Sərdabə, döşəmə, tavan sərasər;
    Neçə yüz ildir ki, burda saxlanır
    İmamın adına gələn nəzirlər.
    Məscid başdan-başa bir xəzinədir,
    Yatır İmam Hüseyn daş-qaş içində.
    Əgər imam haqsa, bu bəzək nədir?
    Bəzəyə möhtacmış, imam da, din də...
    Bu busat, bu cəlal kimin üçündür?
    Bayırda əl açıb dilənir millət.
    Ey imam övladı, de bu nə gündür,
    Məsciddə var dövlət, küçədə zillət!
    İmam üçün gələn bu dövlət, bu zər,
    Nə verdi imama yalvaranlara?..
    Yerə endirmədi bir tikə göylər
    Yerə gecə-gündüz baş vuranlara.
    Dünyanın qəribə təzadları var:
    aclardan toxlara düşərmiş nəzir...
    Daş-qaş içindədir ölü imamlar,
    Diri övladları lüt-üryan gəzir...
    Bəxtiyar Vahabzadə Dekabr 1959, Kərbəla
    #bachzadeh #bextiyarvahabzade #allah #şeir #şeirlər #şeirler #retromusic #retroazerbaijanmusic

КОМЕНТАРІ • 4

  • @r.a3976
    @r.a3976 Рік тому +2

    Rəbbim razı olsun.Neçə vaxdı bu bidyonu axdarırdım🙏

  • @Emineislamova
    @Emineislamova Рік тому +3

    Möhtəşəmm

  • @zohrabmustafa5069
    @zohrabmustafa5069 Рік тому +2

    Bravo, Allah rəhmət eləsin sənə şair

  • @olmamak5122
    @olmamak5122 Рік тому +2

    "Daşqaş içindədir ölü imamlar
    Diri övladları lüt-üryan gəz"
    İnsanlar bəzən kimə ibadet etməli olduqlarlnı qarışdırırlar.