Brend necə yaranır?

Поділитися
Вставка
  • Опубліковано 21 сер 2024
  • Brend necə yaranır?
    Sizcə , Starbucksda kofeyə 5-6 manat verməyimizin səbəbi nədir ?
    Gəlin Starbucksdan və adi bir Kofeşopdan kofe alan insanın alış motivlərini müqayisə edək.
    Chip Conley piramidasına əsasən müştərini ilk motivasiya edən sadəcə ilkin ehtiyacının qarşılanmasıdır.Bu isə , piramidanın ilk pilləsində qərarlaşır . Yəni , Starbucksa gedən müştərinin ilkin motivasiyası keyfiyyətli kofe içməsidir .Bu hal ,digər kofeşoplarda da eyni ola bilər ki , ora gedən insanın da ilk ehtiyacı keyfiyyətli kofe içməsidir. Chip Conley piramidasına görə , piramidanın bir üst pilləsində müştərinin tanınma və sosiallaşma ehtiyacı dayanır ki, Starbucks da insanın bu ehtiyacı barədə düşünür və addımlar atır. Heç olumu ki , dostlarınızın Facebookda halhazırda Starbucks adlı yerdədir postunu görmüsünüzmü ? İnstagramda paylaşılan adı üzərində yazılmış fincanları da yəqin ki, az görməmisiniz. Beləliklə, bu piramidanın 2-ci pilləsində olan insan özü də fərqində olmadan tanınama və sosiallaşma ehtiyacını da Starbucksda olduğu müddətcə qarşılaya bilir. Həmin insanın Starbucksdan kofe alma motivasiyası daha da yüksəlir ,yəni yalnız keyfiyyətli kofe içmək olmur . Sizcə , bu hallar adi kofeşoplarda baş verirmi ?! Chip Conleyə əsasən , həmin kofeşopda müştərinin motivasiyası bir üst səviyyəyə yüksələ bilmir və yalnız insanların fizioloji ehtiyacı olan kofe ehtiyacını ödəyir .Əlavə olaraq , Starbucks , onların məkanında əyləşən müştərilərə özlərini vacib hiss etdirməyi də hədəfləyib.Sizcə, Strabucksda sifariş götürərkən fincanların üzərində adınızın yazılması və sizin səsli olaraq çağırılmanız təsadüfidürmü?. Bu səbəblə , Starbucks müştərilərinin motivasiyası , bu piramidanın ən yüksək pilləsində olur . Digər adi kofeşoplarda isə müştərilərin motivasiyası ilk pillədə qalır, yəni məhdud olur . Müştərilərinin gözündə dəyərə çevrilən Starbucks , öz kofelərini digər adi kofeşoplardan 2-3 qat qiymətə təklif edə bilir. Çünki, artıq Sturbucks tək kofe satmır həm də insanlara sosiallaşma ,tanınma , təcrübə, brend və.s satır. Bu səbəblə, brendləşmə şirkətlər üçün vacibdir və müştəridə o şirkətə qarşı bağlılıq yaradır .
    Əgər siz , Apple telefonları ilə adi telefonları müqayisə etsəniz , bu analiz üzərindən nəyə görə Apple telefonlarının brend olduğunu və nisbətən yüksək qiymətə satıldığının fəqrində olacağsınız .Bu bizə daha yaxşı başa düşməyə imkan verir ki , nəyə görə yeni satışa çıxacaq bir üst modeli iphonu satın almaq üçün, insanlar Applestoreların qarşısında gecələyirlər.
    Qeyd edək ki , Chip Conley piramidası , Maslovun , insan ehtiyacları piramidası üzərində hazırlanıb . Maslov piramidasından da gördüyünüz kimi, inasanın ilkin ehtiyacları , fizioloji ehtiyaclardır ki , bura , su, qida , yuxu və . s aiddir. Daha sonra təhlükəsizlik ehtiyacları gəlir. Hər iki ehiyacı da ödəmək üçün , müştəri , təhlükəsiz şəkildə Starbaucsdan kofe alır və kofe içmək ehtiyacını tam qarşılamış olur .Maslov piramidasının növbəti pilləsində isə , sevgi və özgüvən ehtiyacları gəlir .Başqa sözlə hər bir insanın ailə sevgisinə , dost sevgisinə və.s ehtiyacı var .Özgüvən pilləsi isə insanın hörmət ,cəmiyyətdə statusunun olmasını və.s özündə birləşdirir . Bu pillə isə , Chip Conley Piramidasında, insanın Tanınma və sosiallaşma pilləsi ilə əvəzlənir. Starbucksla bağlı fotolar məhz bu ehtiyacı qarşılamaq üçün insanlar tərəfindən sosial şəbəkdə paylaşılır . Maslov piramidasının ən pik nöqtəsində isə , ola biləcəyinin ən yaxşısı olmaq dayanır ki , bu da Chip Conleyə əsasən , Sturbucks misalında, müştərinin Sturbucks məkanında oturub bir fincan kofe içərək, özünü önəmli insan hiss etməsi hədəflənir.
    Və sonda , siz də bu mövzu ilə bağlı öz
    Fikirlərinizi bölüşməyi unutmayın .
    Diqqətiniz üçün təşəkkürlər.
    Facebook Səhifəsi : www.facebook.c...

КОМЕНТАРІ • 30

  • @BusinessTalksAz
    @BusinessTalksAz  2 роки тому

    Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər.
    ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel)
    🌐Sayt: animators.az

  • @leonqudrt4263
    @leonqudrt4263 4 роки тому +11

    Sizi yeni kəşf etdim.Albert Eynişeydi səhifəsi sağ olsun.Uğurlar bəy.

    • @BusinessTalksAz
      @BusinessTalksAz  4 роки тому +3

      Xoş gördük. Təşəkkürlər. Sizə də Uğurlar!

  • @ehmedli4987
    @ehmedli4987 4 роки тому +1

    Mənim üçün aydınladan payalşım oldu. 🥰 Sosial şəbəklər də insana görün nə dərəcədə təsir edir heyif... 😞

  • @Okeanemlak
    @Okeanemlak 4 роки тому +1

    Gözəl uğurlar, davamı gəlsin 👍🏻👍🏻

  • @bayrammursalli5393
    @bayrammursalli5393 4 роки тому +1

    Maraqlı məlumatdır. Uğurlar, müəllim!

  • @isatagyev3168
    @isatagyev3168 4 роки тому +1

    Əla👍

  • @talehrzayev8935
    @talehrzayev8935 4 роки тому +1

    Maraqlıydı uğurlar

  • @nurlanaaliyeva_
    @nurlanaaliyeva_ 3 роки тому

    Əla paylaşımdı👍🏻👍🏻👍🏻

  • @elchinmaharramli2502
    @elchinmaharramli2502 4 роки тому +3

    Insana butun bu cox "vacib" davranislari suursuz sekilde eletdiren sey icindeki daim ozunu tesdiq etmek isteyen eqosudur, ne qeder ki, onu sexsiyyet kimi susdura bilmeyir daha cox haqq qazandirmaq ucun nezeriyyeler cixacaq ve onun suursuz davranislarindan birileri mentiqli sekilde daha cox qazandiqca o mentiqsiz sekilde daha cox itirecek. Yeqin ki, 2manatliq seye 4manat vermeyi hec kim mentiqli sekilde istemez . Tibetde 7 il kinosunda bir fraqment var: "Siz qerbliler insana ancaq zirveye cixdigi ucun hormet edersiniz, ancaq biz Tibetliler eqosuna qalib geldiyinde. Hec bir Tibetli bele bir insana guvenib ozunu emanet etmek istemez"

  • @eltacabbasov3022
    @eltacabbasov3022 4 роки тому

    👍👏 tesekkurler

    • @BusinessTalksAz
      @BusinessTalksAz  4 роки тому +1

      İzlədiyiniz üçün sizə də təşəkkürlər🙂

    • @eltacabbasov3022
      @eltacabbasov3022 4 роки тому

      Business Talks men tesekkur edirem.Bir dene zehmet olmasa oyrene bilerem bele slaytla videonu hansi programla duzeldirsiniz?Maraqli geldi mene

    • @BusinessTalksAz
      @BusinessTalksAz  4 роки тому +1

      @@eltacabbasov3022 buyurun. PowerPointdə hazırlanır.

    • @eltacabbasov3022
      @eltacabbasov3022 4 роки тому

      Business Talks tesekkur

  • @cbraylmmmdov6875
    @cbraylmmmdov6875 4 роки тому

    👏👏

  • @vuqarbaxisov4235
    @vuqarbaxisov4235 2 роки тому

    Starbukcsın bu strategiyasını, korparativ Sosial məhsuliyyət strategiyası ilə necə uyqunlasdırmaq olar və ya başqa strategiyalarla. Ümumiyyətcə biznes sahəsində biznesmenin bir neçə strategiyanı necəə tətbiq etməlidirki, orda hansısa qatışılıqlıq olmasın.

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 роки тому +1

      Starbucks eyni zamanda öz məhsullarının hazırlanmasında təbiətə zərər vurmadıqlarını qeyd edirlər. Bu da korporativ sosial məsuliyyətdir. Təşəkkürlər

    • @vuqarbaxisov4235
      @vuqarbaxisov4235 2 роки тому

      @@BusinessTalksAz belə deyim bəs hər biznes sahəsinəə bir neçə strategiyaa tətbiq etmək hər zaman doğru olurmu ? Məsələn məən kasmetka və parfüm biznesində sahibkaramsaa bir neçə strategiyaa tətbiq etməm müəyyən problemlər yaradar ?

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 роки тому +1

      @@vuqarbaxisov4235 sual əslində tam aydın deyil, biraz ümumi səslənir. Söhbət əgər marketinqdən gedirsə, marketing məqəsdi , və mövqelənmə tək olmalıdır, buna çatmaq üçünsə bir neçə strategiya istifadə oluna bilər(eynii məqsədə xidmət edən).

  • @burcler.youtube
    @burcler.youtube 4 роки тому

    Məncə bu videonun adı başqa olmalıydı. Starbucks necə brenddi olsaydı uyğun gələrdi 😀

    • @BusinessTalksAz
      @BusinessTalksAz  4 роки тому +1

      Təklif üçün təşəkkür edirəm 👍🏻Təbii ki, müxtəlif adlar seçmək olardı, bu yanaşmanı bütün bizneslərə aid etmək mümkün olduğuna görə, düşündüm ki, belə bir ad olsun😊

  • @Abdullah1976-s7b
    @Abdullah1976-s7b 2 місяці тому

    bizim öz Kofelerimiz var Azərbaycanın! Sturbucksı mən neynəyirəm? eyni cinsli sevgililiyi reklam edən bir təşkilat! bizim adi basit olan Cofeleoya heç çata bilmir! kafeləri boş olur son vaxtlar