Peyğəmbərin ﷺ həyatı #31: Peyğəmbərin ﷺ vəfatı | Vüqar Qurbanov

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 17

  • @Elmvefayda.
    @Elmvefayda. Рік тому +6

    Allah bərəkətli etsin Vüqar müəllim

  • @Elmvefayda.
    @Elmvefayda. Рік тому +4

    Cəzakllahu xayran

  • @YunisCeferov-u1d
    @YunisCeferov-u1d Рік тому +3

    SALAM ALEYKUM QARDAŞLARIM ALLAH BÜTÜN TƏLƏBƏLƏRƏ XEYİR BƏRƏKƏT VERSİN VÜQAR MÜƏLLİMƏ DƏ XEYİRLİ ÖMÜR VERSİN

  • @NİHATRRAENEE
    @NİHATRRAENEE Рік тому +1

    Əsslamu aleyküm mənim 15 yaşım var Vüqar məllim siz mənim axtardığım ən doğru bir əhli sünnə məllimisiniz sizin sayənizdə dini ən gözəl şəkildə yaşayacağıma inaniıram sizin ən birinci videonuzu izləyə izləyə sonuncu videonuza qədər izləyəcəm və dərslər öyrənəcəm Allah sizdən razı olsun

    • @QurbanovVuqar
      @QurbanovVuqar  Рік тому +1

      Va aleykum salam va rahmətullahi va barakatuhu. Allah sənin üçün faydalı etsin sənin!

  • @abubakrsiddikumarusmanalia2492

    Салам алейкум рехметулахи баракату Саратов Маш Аллах

  • @ОмарЕдмундо
    @ОмарЕдмундо Рік тому +2

    Allah razi olsun gozel qardasim Allah elmine,malina,ehline,devetine bereket versin Allah alimlik zirvesine ucaltsin seni Amin 🤲🤲🤲Vallahi sizler basa dusenler ucun bir neymetsiniz sizleri bizlere bexs eden Allaha sonsuz hemd senalar olsun!!!

  • @vuqarmamedli5452
    @vuqarmamedli5452 Рік тому +2

    Allah elminizə bərəkət versin

  • @elnurazizov801
    @elnurazizov801 Рік тому

    Salam aleykum Vüqar qardaş.Allah senden razı olsun.Vallahi gözlərim doldu qulaq asdıqca.Ən çox da Abu Bakr r.a və Omar r.a danışığı.

    • @QurbanovVuqar
      @QurbanovVuqar  Рік тому +1

      Va aleykum salam va rahmətullahi va barakatuhu. Allah faydalı etsin

  • @ElmarQurbanov-ej2oq
    @ElmarQurbanov-ej2oq 4 місяці тому

    Mene maraglidi Qardaw Əziz Peyğəmbərimiz son anlarinda deyirki kağiz gətirin vəsyət eliyim niyə görə Ömər deyirdiki bizə Quran bəs eliyər.bu 1cisi Peyğəmbərin sözunnen cixmaqdi bu 2sidə Sevgili Peyğəmbərimiz bilmirdi me danişirdi əlbətdə Quran bəs eliyər ama deməli nəsə muhum sozu varimisda.Ömərdə bunu təxmin elədiyi ucun imkan vermədi o vesyetin ən 1cisi məncə Xilafət məsələsiydi yəni Öz yerinə Hz.Əlini təyin eliyəckdi.ALLAHu Alam

  • @vusalvaqif1909
    @vusalvaqif1909 Рік тому

    Həsən Bəsri deyirdi ki, camaatın taleyini iki nəfər zay etdi. Birincisi, Əmr ibn Asdır ki, Siffeyn savaşında Quran səhifələrini nizələrin ucuna taxmağı Müaviyəyə məsləhət gördü. Nəticədə xəvaric tayfası meydana çıxdı, həkəmeyn hadisəsi baş verdi və qiyamət gününə kimi bunun ziyanını çəkəcəyik. Ikincisi isə, Müğeyrə ibn Şöbədir ki, Müaviyəyə özündən sonra Yezidi vəliəhd etməyi məsləhət gördü. Müğeyrə Kufə valisi idi. Müaviyə ona məktub yazıb vəzifədən azad etdiyini bildirdi. Müğeyrə də Müaviyənin qəzəbini soyutmaq və vəzifədə qalmaq üçün bu hiyləni fikirləşdi, Şama gəlib Müaviyəyə məsləhət verdi ki, hakimiyyəti əldən buraxmamaq üçün camaatdan Yezidin adına beyət alsın. Müaviyə soruşdu ki, sən özün bu işə rəhbərlik edə bilərsənmi? Müğeyrə razılığını bildirdi və həqiqətən bu işin öhdəsindən uğurla gəldi. Həsən Bəsri deyirdi ki, məhz bu hadisədən sonra hakimiyyətin atadan oğula keçməsi adət halına keçdi və şura ənənəsi yaddan çıxdı (Süyuti. Tarixül-xüləfa, səh. 164).
    hicri 63-cü ildə Yezid ona qarşı qiyam qaldırmış Mədinə əhalisini amansızlıqla cəzalandırdı. Mədinəlilər Şama nümayəndə heyəti göndərmişdilər ki, sarayda baş verən hadisələri izləyib xəbər gətirsinlər. Onlar Şamda olduqları müddətdə Yezidin və əlaltılarının dindən uzaq bir adam olduqlarını müşahidə etdilər, Əməvilər soyunun hakimiyyətə layiq olmadığı qənaətinə gəldilər. Şəhər əhalisi Hənzələ qəsilül-məlaikənin (yəni mələklərin qüsl verdiyi Hənzələnin) oğlu Abdullaha beyət etdi. Abdullahın atası Hənzələ Ühüd savaşında cənabətli halda şəhid olmuşdu. Peyğəmbər onun şəhadətindən sonra buyurmuşdu ki, indi behiştdə mələklər Hənzələnin cənazəsinə qüsl verirlər.
    Abdullahın başçılığı altında mədinəlilər Yezidin valisini şəhərdən qovdular. Yezid hadisədən xəbər tutan kimi Müslim ibn Əqəbə adlı sərkərdəni böyük qoşunla Mədinə üzərinə yolladı. Şəhər kənarındakı Hərrə adlı daşlıq məkanda tərəflər arasında toqquşma baş verdi. Mədinəlilər şücaətlə savaşsalar da, qüvvələrin qeyri-bərabərliyi döyüşün taleyini həll etdi. Qalib gəlmiş Şam qoşunu Mədinəyə daxil oldu. Müslim ibn Əqəbənin əmri ilə Mədinə şəhərindəki hər şey - sakinlər də daxil olmaqla - əsgərlərə halal elan edildi. Tarixçilər yazırlar ki, Şam qoşunu Mədinədə misli görünməmiş qətlü qarət törətdi. Öldürülənlərin sayını minlə on min nəfər arasında qeyd edirlər. Hətta Peyğəmbər məscidinə pənah gətirənlərə də aman verilmədi. Qətlə yetirilənlərin arasında 700-dən artıq elm əhli və Quran qaresi vardı ki, bunların bir hissəsi səhabə idi. Peyğəmbərin əmisi oğlu Abdullah ibn Cəfəri-təyyarın iki oğlu, Peyğəmbərin əmisi Əbu Ləhəbin oğlu Abbas, Peyğəmbərin digər əmisi Harisin nəslindən olan bir neçə nəfər, o cümlədən, səksən nəfərə yaxın səhabə bu faciə zamanı şəhid oldular. Ibn Kəsir, Ibn Qüteybə kimi məşhur tarixçilər yazırlar ki, vaxtilə Bədr savaşında iştirak etmiş qocaman səhəbələrin hamısı Hərrə faciəsində qətlə yetirildilər. Əsgərlər Mədinə camaatını ya öldürür, ya da işgəncəyə məruz qoyurdular. Əbu Səid Xüdrinin evinə soxulan Şam ordusunun əsgərləri ələ keçirmək üçün qənimət tapa bilməyəndə qəzəblənib bu möhtərəm səhabənin saqqalını yolmuşdular.
    Müslim ibn Əqəbənin əsgərləri Mədinədə üç gün rüsvayçıdıq etdilər. Qadınların və qızların namusu tapdalandı.
    Sonra Yezidin əmri ilə Hüsayn ibn Nümeyrin başçılığı altında qoşun Məkkəyə sarı istiqamət aldı. Onun məqsədi Məkkədə hakimiyyət sürən və Yezidə meydan oxuyan Abdullah ibn Zübeyri məğlub etmək idi. Məkkəlilər şəhərə çəkilib müdafiə olunmağa başladılar. Şam qoşunu Məkkə kənarındakı Əbu Qübeys dağının üzərində mancanaqlar quraşdırdı. Bu mancanaqlardan şəhərə iri daşlar atmağa başladılar. Ucu yandırılmış oxlar da müqəddəs şəhəri hədəfə götürdü. Mancanaqlardan atılan daşlar Kəbənin divarlarına dəyib Allahın evini uçurdu. Kəbənin üzərindəki kisvə (örtük) yandı. Əgər bu minvalla davam etsəydi, Məkkədə daş üstə daş qalmayacaqdı. Ancaq bir neçə gündən sonra Şamdan Yezidin ölüm xəbərini gətirdilər. Qoşun Məkkənin mühasirəsindən əl çəkib Şama qayıtdı.
    Ibn əl-Cövzi bunları nəzərdə tutaraq deyirdi: "Nə deyim bir adamın barəsində ki, üç il hakimiyyət sür¬müş, birinci il Hüseyn ibn Əlini qətlə yetir¬miş, ikinci il Mədinə əhalisini qorxudub ca¬maatın qanını halal elan etmiş, üçüncü il də Allahın evini mancanaqlardan daşa tutmuş¬dur?" (Sibt ibn əl-Cövzi. Təzkirətül-xəvass, səh. 291-292).

  • @Əlinari
    @Əlinari Рік тому

    Onlar kitab daşımış ulağa bənzərlər