Salyan sakini tullantılardan yeni musiqi aləti düzəltdi

Поділитися
Вставка
  • Опубліковано 24 сер 2024
  • Salyan sakini tullantılardan yeni musiqi aləti düzəltdi
    Uşaqlıqda atasının bağışladığı köhnə gitara onu musiqiyə bağlayıb. El şənliklərində, televiziyada səslənən mahnıları elə həmin gitara ilə ifa edən Natiqin arzusu universal, müasir bir musiqi alətinə sahib olmaq olub.
    Hər hansı bir musiqiyə qulaq asmaq kifayət edir ki, Natiq onu dərhal ifa etsin. O, düzəltdiyi alətdə əsasən xalq və milli musiqilərimizi ifa edir.
    “Hazırda yeni alət üzərində çalışıram. İnanıram ki, musiqiçilərin hamısı həmin aləti alıb toylarda istifadə edəcəklər”, - Natiq Meybullayev deyib.
    Həm də adi taksi fəaliyyəti ilə məşğul olan Natiqi sosial şəbəkə vasitəsilə xarici ölkələrdən də izləyən kifayət qədər insanlar var. Hətta onu bir çox ölkələrə də dəvət edirlər.
    Natiq daha mükəmməl musiqi alətinin hazırlanması üzərində çalışır. Amma bu o qədər də asan deyil. Tələb olunan avadanlıqlar baha olduğundan hələ də həyata keçirə bilmədiyi bir uşaqlıq arzusunu dilə gətirir: fabrik istehsalı olan ən müasir və virtuoz bir gitaraya sahib olmaq.
    Abunə ol ☛ / @bakutv
    ❂❂❂❂❂
    • QARABAĞ XRONİKASI
    • ARZUNUN VAXTI
    • SONUNCU ŞAHİD
    Salyan sakini tullantılardan yeni musiqi aləti düzəltdi
    ❂❂❂❂❂
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ❂❂❂❂❂
    2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

КОМЕНТАРІ • 8