Xumar Qədimova ft. Ülvi Qılınc - Məhəbbət Nəğməsi (Rəsmi Audio)

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • Xumar Qədimovanın yeni mahnısı "Məhəbbət Nəğməsi" UA-cam'da yayında.
    Musiqi: Valeh Rzayev
    Söz: Məhəbbət İbrahimova
    (Bənd 1: Xumar Qədimova)
    Nəğmələr söyləyən bir bülbüləm mən
    Mənə ilham verən bil ki sənsən, sən
    Sənsiz nəğməm bitib lal olmuşam mən
    İnləyən, sızlayan kaman kimiyəm
    Gəl mənə ruh verən, gülüm, gülzarım
    Duy, sənə yetişsin bu ahuzarım
    Bizi ayırmasın qoy Uca Tanrım
    Dolmuşam, yağacaq bulud kimiyəm
    Dolmuşam, yağacaq bulud kimiyəm
    İnləyən, sızlayan kaman kimiyəm
    [Nəqərat]
    Yetirsin nəğməmi sənə küləklər
    Sənsiz fəğan edən bülbül kimiyəm
    Gəl, qayıt geriyə, gəl mənim yarım
    Gəl, suyu qurumuş çaylar kimiyəm
    Yetirsin nəğməmi sənə küləklər
    Sənsiz fəğan edən bülbül kimiyəm
    Gəl, qayıt geriyə, gəl mənim yarım
    Mən suyu qurumuş çaylar kimiyəm
    Gəl, suyu qurumuş çaylar kimiyəm
    Dolmuşam, yağacaq bulud kimiyəm
    İnləyən, sızlayan kaman kimiyəm
    [Bənd 2: Ülvi Qılınc]
    Gülüm, gözlərinin qurbanı ollam
    Sənin həsrətinlə sarallam, sollam
    Sən getsən dünyada mən yalnız qallam
    Nəvazişə möhtac uşaq kimiyəm
    Ruhumu oxşayan ətirli gülsən
    Sən mənim qəlbimə axan bir nursan
    Dodağımda donan segahsan, şursan
    Yerində kül qalan ocaq kimiyəm
    Yerinə kül qalan...
    Yerində kül qalan ocaq kimiyəm
    Nəvazişə möhtac uşaq kimiyəm
    [Nəqərat: Xumar Qədimova]
    Əllərin əlimdə olduğu zaman
    Dərd - kədər yox olur, yox olur tamam
    Sən mənim yanımda olduğun zaman
    Fəzada sayrışan ulduz kimiyəm
    [Ülvi Qılınc]
    Əllərin əlimdə...
    Eşqi badələrə...
    Mənimlə yanaşı...
    Səmaya ucalan qartal kimiyəm
    [Xumar Qədimova]
    Əllərin əlimdə olduğu zaman
    Dərd - kədər yox olur, yox olur tamam
    Sən mənim yanımda olduğun zaman
    Fəzada sayrışan ulduz kimiyəm
    [Xumar Qədimova - Ülvi Qılınc]
    Fəzada parlayan ulduz kimiyəm
    Səmaya ucalan qartal kimiyəm
    Fəzada parlayan ulduz kimiyəm
    Fəzaya ucalan...
    ➤Instagram: / xumarxuxu
    ➤TikTok: / xumarqedimovaofficial
    ➤Apple Music: apple.co/42og5Et
    ➤Spotify: spoti.fi/3SmP4wL
    ➤Deezer: bit.ly/3ufOwR5
    ➤Amazon Music: amzn.to/3SpiTwE
    ➤Shazam: bit.ly/42jRalB
    Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
    Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
    #XumarQədimova #Xumar #MəhəbbətNəğməsi

КОМЕНТАРІ • 14