Fərman Kərim - Bir ümid (qəzəl)

Поділитися
Вставка
  • Опубліковано 29 вер 2024
  • Qoydum gözümün üstə səni yerlərə düşdün
    Əğyarə tərəf addım atan yerdə sürüşdün
    Məcnun oluban mən qaragün səhraya getdim
    Kimdir bu dəli söylüyərək dodağ büzüşdün
    Heç yoxdu əlamət təzə aydan, mənə bayram
    Mah surətinlə fikri xəyalımdan ötüşdün
    Düşmən kəsilib cümlə cahana sənə aşiq
    Sən sevdamızın uğruna bəs kimlə döyüşdün?
    Fərman bir ümid ölməlisən inkar eyləmə
    Bəlkə yar ilə məzarın üstündə görüşdün
    © Fərman Kərim ✒️

КОМЕНТАРІ •