Belle - Notre Dame De Paris (Azərbaycan dilində)
Вставка
- Опубліковано 4 лют 2025
- "Paris Notr-Dama ithaf” tamaşası böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında hazırlanmışdır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu səhnə əsərini bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edib.
Tamaşanın süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.
Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur.
İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Hər gün gəlib səssizcə dinləyib gedirəm
❤️ Emin Zeynallı başqa bir aləmdir Qucağımda dincəl Esmeralda deyişi. Keşişin Fəryadının musiqi ilə hiss edilməsi və qlanzimodanın gözəl ürəyinin musiqi ilə dinləyiciyə çatdırması bu bir Şah əsərdir ❤️❤️❤️
Eserden xeberi olmayan filme baxmayan biri bu teatrdan hec ne anlamaz Sadece aktyrolara adamin hayfi gelir Oyunculuq ses ifa mohtesemd8 Kesis rolundaki aktyorumuz can qoyur sehnede ama menasiz bir ssenariyada
Dur, məni tərk etmə, tək qoyma bu dünyada
Heç olmasa, mənim ol şirin röyada
Yalnız ölümdür mənə son çıxış yolu
Özün öldür xilas et əzabdan məni… ❤️🩹
Canlı gormek daha da lezzet edir
1defe baxdım hele de tamaşanın tesirinden cıxa bilmemişem her kesin emeyine saglıq🥰
Ay, nə gözəl. Bir dəfə baxmışam. Yenə də istərdim baxmaq. Supersiniz!!!!
Super tamaşa idi. Biletləri çox tez satılır. Lojada yer tapa bilmişdim ancaq)) Hamıya tövsiyə edirəm baxmağı.
4 avqust İsveç
Çox əla tamaşadır izləməkdən doymaq olmur. Əla əla
Dünən baxdım tamaşaya. Bir də gedəcəm yəqinki ❤ Əhsən əməyi keçən hər kəsə.
Bu ne zaman olub?????? men ne olub bilmemisem vayyyy. Nir de hacan olacaq ve harda?
@@leylacevik2020yeniden olacaq 18 iyul 2024 tarixinde🤍
@@yektta52harda olacaq ünvanı deyərdiz? Bilet iticket olur?
@@leylacevik2020 dövlet akademik musiqili teatrda olacaq, sehv etmiremse nizamide yerlesirdi. İticketden elde ede bilersiz biletleri
Gütdiniz ayın 18-i olan tamaşaya? Mən getdim və o qədər təsir etdi ki...
Dünən teatrda idim, çox möhtəşəm keçdi💗
Hər ay olur yoxsa necə?
@@SunShine-kh2pi bildiyim qədəri ilə hər ay oynanılır
Siz bu tamaşaya rus dilində baxmısınız?
Baxdım. Təşəkkürlər. Böyük zövq aldım.
Cox gözəl sesleri var Əla oxuyurlar BRAVO
tərif edilməz duyğuların mücəssəməsi🤍
Notre dame de Paris ən sevdiyim müzikllardan biridir və mənim üçün sevindirici haldır ki, Azərbaycanda da onun əsasında tamaşa qurulub, amma təəssüf ki, orijinal versiyadan çox - çox uzaqdır. Orijinal elə orijinaldır.
Çox zeif tamasadi
Möhtəşəm idiz, əhsən hamınıza, əməyinizə sağlıq ❤️
Möhtəşəm teatr idi
Orijinaldan ferqli amma bu da gözel
Möhtəşəm!
Bravo!
Dünən getdim 15.11.24-tarixdə. Çox möhtəşəm idi. Yenə gedəcəm
Axi bunun neyine mohtesem deyirsiz? Aktyorlar mohtesemdi sadece
Mən də baxmışam. Möttəşəm idi
Çox bəyəndim, belle ii başqa səviyəyə çıxarmısınız
15 noyabr 2024
Bizim teatr işçilərinə aktyorlara halal olsun
Aktyorlara halal olsun ama efsus ki duz emelli ssenari yoxdu
Ümid edirəm bir gün bu tamaşanı izləmək qismət olar
Cox sevdim, uğurlar❤️ kaş orijinalindan tərcümə edərdilər)
Salam, çoox gözəldir. Yaxın zamanlarda tamaşada olacaq mı?,🥺
Səbirsizliklə gözləyirəm🎉
Çox sevdim😍
Salam çox gözəldir orijinalının yerini verir. Yaxın vaxtlarda tamaşada olacaq? bilirsinizsə tarixini deyərdinizdə🥺
bəli 27may
@@bal266 Əla çox sağ olun. Yerini də deyə bilərsiniz zəhmət olmasa 🥺
@@бесчувственныйчеловек-ч7ь Buyurun xoşdur,Musiqili dram teatrındadır iticketdən əldə edə bilərsiniz bileti
Akademik Musiqili teatr
👍
Elə bil tərcümə rus mətnindən olub.. Bədheybətin səsi qəşəngdir, amma gözlənilən xırıltı yoxdur.. Orkestrin müşayiəti daha da yaxşı ola bilərdi..Ümumilikdə pis deyil.. Yəni boşluqlar aktyorlara aid deyil..
🌵
Salam, bu ay teatrda oynanılacaq? Və bileti hardan ala bilərəm? İticket azda teatr bölməsinə baxdım, tapa bilmədim
08.01.2023-də olacaq, iticket.az-a baxın
@@turalbadalov1998 indi baxdım, 8i gününə xortdanın cəhənnəm məktubları, danışan gəlincik tamaşaları var, notre dame ni tapa bilmədim
@@sareraamhm buyurun: iticket.az/events/theatre/paris-notr-dama-ithaf/82639
@@turalbadalov1998 təşəkkürlər
is there lyrics?
Hec olmasa menim ol shirin royada....
TAM VERSİYASI HARDA VAR BƏY?
Gedib teatrda izləyə bilərsiniz, hər ay oynanılır
Lap utandım,😱
Dogurdan aglamalidi .
Berbad