İrəvan Bakının rəyini almadı, cavab belə olacaq

Поділитися
Вставка
  • Опубліковано 19 бер 2024
  • Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Avropa Birliyinin müşahidə missiyasını dəvət edir. Bu, onun effektivliyinə şübhə yarada bilər.
    Baku Press xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
    "Məsələ müşahidənin predmetinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır. Mən şübhə edirəm ki, orada belə bir mandat anlayışla qarşılanacaq. Bu, İrəvanın birtərəfli qərarıdır. Belə bir missiyanın potensial effektivliyini şübhə altına almağa dəyər”, - deyə o bildirib.
    Qeyd edək ki, bu gün Ermənistan parlamenti İrəvanla Avropa Birliyi arasında Azərbaycanla sərhəddə AB-nin mülki müşahidə missiyasının statusu haqqında razılaşmanı ratifikasiya edib.

КОМЕНТАРІ • 2