Aşıq Hüseyn Saraçlıın ifasında bir neçə mahnı

Поділитися
Вставка
  • Опубліковано 26 лют 2017
  • Aşıq Hüseyn Saraçlı 1916-cı ildə Bolnisi rayonunun Saraçlı kəndində Borçalının məşhur şəxslərindən olan Qurban kişinin ailəsində doğulub. Atası 1931-ci ildə kolxoz quruculuğu dövründə rus bolşevikləri tərəfindən güllələnib.
    Natamam orta təhsilini Saraçlı məktəbində alan Hüseyn onu sözün əsl mənasında şöhrətin zirvəsinə qaldıran, adını bütün Qafqazda, Türkiyə və Orta Asiyada dillər əzbəri edən aşıqlıq sənətinə hələ lap gənc yaşlarından başlayıb. Saz tutmağı Saraçlıda Aşıq İsmayıldan öyrənib, Aşıq İbrahim Quşçunun və Sarvan Bayramın yanında püxtələşib. Borçalının məşhur söz ustaları Faxralı Şair Nəbinin və Şair Ağacanın Allah vergisi ilə yoğrulmuş istedadından bəhrələnib.
    Aşıq Hüseyn Saraçlı boy-buxunu, oturuşu-duruşu, söz-söhbəti ilə yanaşı, həm də əxlaqı, yüksək mənəviyyatı ilə əsl ozan idi. Aşıq, yetişdirib ərsəyə çatdırdığı şəyirdləri Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Sədi Ulaşlı, Nurəddin Qasımlı və başqaları ilə birlikdə dağlı-aranlı Borçalını at belində diyar-diyar dolaşar, dəvət olunduğu ellərdə ağır-ağır toylar edər, məclislər yola verərdi.
    Aşıq Hüseyn Saraçlı həm də yaradıcı aşıq idi. Dillər əzbəri olmuş şeirlərin, bir neçə dastanın, "Qürbəti-Kərəm", "Bağdad dübeyti" kimi saz havalarının müəllifi olan Aşıq Hüseyn Saraçlının çıxışları neçə-neçə bədii və sənədli filmin, televiziya verlişlərinin yaraşığı olmuşdur. "Tütək səsi" filmində onun ifa etdiyi "Ruhani" havası isə tamaşaçını əfsunlayan möhtəşəm bir sənət nümunəsi kimi əbədi yaşam qazanmışdır.
    Hüseyn Saraçlı Azərbaycan aşıqlarının II və III qurultaylarının, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün fəal iştirakçısı olmuşdur.
    Onun haqqında çoxlu şeirlər, məqalələr yazılıb, qısametrajlı film çəkilib. Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bu böyük ozan haqqında yazırdı: "... Hüseyn Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusən Aşıq Ələsgərin Gəncə səfərini ustad elə bədii və obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayiət edəni də. Eyni zamanda o, həm libretto müəllifidir, həm də bəstəkar".
    Aşıq Hüseyn Saraçlı 1980-ci ildə Gürcüstan SSR-nin Əməkdar mədəniyyət xadimi adına layiq görülmüş, bədii əsərlərindən ibarət toplu 1992-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuşdur. Xalq şairi Zəlimxan Yaqub onun həyatı və sənət fəaliyyəti ilə bağlı "Hüseyn Saraçlı dastanı"nı yaratmışdır.
    Ustad aşıq 1987-ci ildə vəfat etmişdir. Məzarı Saraçlı qəbristanlığındadır. Doğma kəndində aşığın büstü qoyulmuşdur.
    Hüseyn Saraçlının ifasında xeyli mahnı Gürcüstan radiosunun Qızıl fondunda qorunub saxlanılır. İndi onun pərəstişkarlarının marağını nəzərə alaraq həmin lent yazılırını saytımıza yerləşdiririk.
    Hörmətlə: Mirzə Məmmədoğlu

КОМЕНТАРІ • 96

  • @skinmmmdova8229
    @skinmmmdova8229 2 роки тому +10

    Allah rəhmət etsin ustada. Borçalımızın unudulmaz sənətkarı. Var olsun Borçalımız. Azərbaycanımız

  • @mahmudismailov3213
    @mahmudismailov3213 4 роки тому +19

    ALLAH QƏNİ-QƏNİ RƏHMƏT ELƏSİN!!!! Bu şəkilin əsli məndədir.1980-ci il iyul ayında QARABAĞDA 1941-1945 -ci il memorial fonunda çəkilib.RUHUN ŞAD OLSUN HÜSEYİN DAYI!!!!

  • @xanimhesenova6492
    @xanimhesenova6492 Рік тому +4

    Allah sizə rəhmət eləsin Atamın əziz qonağı,hər bizə gələndə səhərə qədər calıb oxuyub dastan danışardı kecmişi yadıma salıb məni kövrəltdiniz

  • @user-yq5br9nh7p
    @user-yq5br9nh7p 3 роки тому +10

    Аллах рахмат еласин уста АШЫГ бела охуяр атам ядыма душур биз да АШЫГ аиласинданик.

  • @feridinkanal2133
    @feridinkanal2133 3 роки тому +14

    İndi oxuyan da çoxdu , saz çalan da. Ama bu rəhmətliyə qulaq asanda elə bilirəm ki 400-500 il əvvələ qayıtmışam , özü də Çənlibeldəyəm. Çənlibeldə qaya başında durub gələn yollara baxan Qoç Koroğlu gəlib dayanıb gözümün qabağında. İndi heç bir oxuyan - çalan məndə bu hissi yarada bilmir. Rəhmətliyin üz-gözündən kişilik yagır.

  • @hecermahmudova9136
    @hecermahmudova9136 3 роки тому +6

    Əvəzsiz SƏNƏTKAR! Allah rəhmət eləsin. Yaxşı ki, bu dünyaya bir Hüseyn Saraclı gəldi-keçdi, dünyanı gözəlləşdirdi. Sevinirəm ki, yazıları qalıb. Paylaşan insanlara minnətdarlığımı bildirirəm.

  • @khidirkaralov8630
    @khidirkaralov8630 2 роки тому +3

    Allah rəhmət eləsin,böyük və unudulmaz sənətkar! Ruhun şad olsun!!!

  • @elnarmamedov1661
    @elnarmamedov1661 2 роки тому +2

    Allah sizə rəhmət eləsin Usdad bir kənddən olduğumuz üçün ququrluyam yerin cənnət məkan olsun Amin

  • @user-cc5zq8zj4h
    @user-cc5zq8zj4h 2 роки тому +4

    Аллах рехмет елесин торпагы нурла долсун

  • @furkan6931
    @furkan6931 5 років тому +11

    Allah rehmet elesin boyuk senekara mezarin nurla dolsun

  • @user-lx7zy7bt4q
    @user-lx7zy7bt4q 3 роки тому +6

    АЛЛАХ СИЗИ РАХМАТ ЕЛАСИН АМИН РАББАЛАЛАМН.

  • @user-gs5ed7xx3s
    @user-gs5ed7xx3s 7 років тому +14

    Torpagin Nurla Dolsun ustad. Mahnilarin sezleri menalidir. Galdi oxumagina ve caz calmagina cez yoxdur. Asiglar coxdur angag ustadlar azdir.

  • @mamednebiyev8672
    @mamednebiyev8672 7 місяців тому +1

    Allah rehmet elesin Aşıq Hüseyin saraclıya. İnsanı cox uzaqlara aparır. Hüseyin saraclı hem aşıqdı hemde aktuyoridi. Aşıqlıq seneti bunlarla getdi. Yeri behişt olsun.

  • @vidadividadi8537
    @vidadividadi8537 6 років тому +27

    Allah Rəhmət eyləsin.Bax belə oxuyarlar.Ustad Aşıq belələrinə deyirlər.

    • @-diii--1208
      @-diii--1208 6 років тому +2

      варолсун борчалы махалы

  • @kelbecerli5666
    @kelbecerli5666 4 роки тому +5

    Allah rehmet elesin evez edimez dahi senetkarimiza

  • @user-ik2pr8el5e
    @user-ik2pr8el5e 4 роки тому +5

    АЛЛАХ РАХМАТ ЕЛАСИН АШЫГ БЕЛА ОЛАР.

  • @AskFarukErdogan
    @AskFarukErdogan 2 роки тому +2

    Allah rahmet eylesin Hüseyin Saraçli ustaya, ruhu şad olsun. Dastan sandığı dahi usdat🤲🏻🇹🇷🇦🇿

  • @user-xl6dm5mt6m
    @user-xl6dm5mt6m 3 роки тому +2

    Аллах рехмет елесин бойук сенеткара кечмише гайытым

  • @vaqifliyev8756
    @vaqifliyev8756 2 роки тому +3

    Qebrın nurla dolsun ay ustad

  • @Hgigt-ji2jv
    @Hgigt-ji2jv 8 місяців тому

    ALLAH RƏHMƏT ELƏSİN.DÜNYASINI DƏYİŞƏN AŞIXLARIMIZA. QƏBİRLƏRİ NURLA DOLSUN. AMİN. LA İLAHƏ İLƏ İLLƏLAH MÜXƏMMƏDİN RƏSÜL ALLAH.

  • @emileyvazov972
    @emileyvazov972 3 роки тому +4

    Çox sağolun. Gözəl savab iş görmüsünüz. Ölməzlik qazanmış sənətkarları daima anmaq lazımdı.Mən canımla qanımla ozan sənətinə bağlı bir insanam. Əməllicə kövrəldim.❤️❤️❤️

  • @kolavat153
    @kolavat153 3 роки тому +3

    Ölməz ustada allah rəhmət eləsin, məkanı cənnət olsun! (((

  • @mahmudyyublu4053
    @mahmudyyublu4053 5 років тому +12

    Allah ustad aşığa rəhmət eləsin.

  • @pouriam2151
    @pouriam2151 7 років тому +10

    nə gözəl səsdı...

  • @askermuhammedoglu7362
    @askermuhammedoglu7362 6 років тому +9

    Bu meni 70 -ci illere apardı.rehmetlik Atam bunun plastinkasıni qoyardı.Adını de

    • @askermuhammedoglu7362
      @askermuhammedoglu7362 6 років тому

      Adını demirem elden ayıbıdır.
      Meni bu derslere salan oynasın.

    • @logmanosmanov6424
      @logmanosmanov6424 6 років тому

      Allah sənə rəhmət eləsin,ULU OZAN, ULU USTAD.Sanki adama layla çalır səsdəki məlahətə bax ilahi möcüzədi.

    • @user-yc1hk8ts9g
      @user-yc1hk8ts9g 5 років тому

      Аллах гени гени рахмат елласин.ашых бела олур,йоса hара алина саз алыр мен ашыгам,сазы hорматдан салырлар.

  • @user-gn7ii7ee7h
    @user-gn7ii7ee7h 5 років тому +8

    Устада Аллах рахмат еласин охуян бела охуяр ,,ашыг буду йохса хар Алина саз алан дейир ашыгам .

  • @user-xl8gs8pm7y
    @user-xl8gs8pm7y 7 місяців тому +2

    Это душу вынимает из тела

  • @mamedxeyrulov2474
    @mamedxeyrulov2474 3 роки тому +2

    Аллахдан рахмат дилайрам бойук усдада

  • @zaxomextiev8772
    @zaxomextiev8772 10 місяців тому

    Allah rehmet elesin bizim boyug ustatmiza rruhu sad mekani nurla dolsun.

  • @gunstv2495
    @gunstv2495 4 місяці тому

    Ey ustadlar ustadı, nə yaxşı həyatda var olubsan.

  • @samirqaraxanov5509
    @samirqaraxanov5509 6 років тому +7

    Awlq qoculu kândinâ cox gâlib gedârmiw(günlârin birinde wair xoca mehemmed bu weyri qoculu sarl kiwinin qlzl minaye xanlma yazlb) ve bir meclisde awlqa teqdim edib bu sözleri

  • @maxmudnebi7785
    @maxmudnebi7785 4 роки тому +6

    Bu asiqlardan cetin ola

  • @kcmck6094
    @kcmck6094 3 роки тому +2

    Amin!amin! Allah rehmet elesin yerin cennet elesin

  • @kamandareliquliyev2286
    @kamandareliquliyev2286 6 років тому +7

    Alah Rəhmət eləsin indiki Aşiqlar oxuyanda sözlərini başa duşmək olmur öyrənin Aşiqlarimiz oxuyanda əsas odur ki sözləri başa duşmək lazimdir nə oxudugnuzu başa duşəsən nə oxuyursunuz və ya musiqini səsni yuksək edilir oxuyanin səsi asta və başa duşmək olmur sözləri ÖRƏNİN. Usdadlardan

  • @vaqifliyev8756
    @vaqifliyev8756 2 роки тому +1

    Aııah rehmet eıəsin sene ay ustad

  • @sakirimamverdiyev9083
    @sakirimamverdiyev9083 3 роки тому +1

    Ikici belà ashig tanimiram, Allah ràhmàt elàsin !

  • @vahiterdener4864
    @vahiterdener4864 3 роки тому +2

    Ruhun şad olsun usdat destan sandığı.

  • @user-gn8fj7iw4m
    @user-gn8fj7iw4m Рік тому

    Аллах Рахмет Елесин йерин ченнет олсун чаным меним

  • @senanxeyirxeberli5469
    @senanxeyirxeberli5469 6 років тому +19

    ifa bele olar yoxsaki saza balaban` qarmon` qosa naqara ve saire qosub sazin sesini oldururler

    • @lidertelekom2061
      @lidertelekom2061 6 років тому +3

      Senan Xeyirxeberli düz sözə Əhsən

    • @xaqaniqasmov8350
      @xaqaniqasmov8350 2 роки тому +1

      HƏLƏBİR SAZI DALINDA ÇALAN GƏDƏLƏR VAR. TƏSSÜF Kİ, BELƏSİNİ BƏYƏNƏNLƏR VAR

  • @ayxanquluzad9347
    @ayxanquluzad9347 3 роки тому +3

    ALLAH RƏHMƏT EYLƏSİN

  • @nefeskaleli7041
    @nefeskaleli7041 7 років тому +4

    elaaaaa saz havasi heyat dekdi

  • @debak262
    @debak262 Рік тому +2

    🖤🖤

  • @user-og3cf9sf1l
    @user-og3cf9sf1l 8 місяців тому

    Аллах рэхмэт елэсин

  • @mirvariverdiyeva629
    @mirvariverdiyeva629 2 роки тому +1

    Allah rəhmət etsin.

  • @user-wi7nc1gb9f
    @user-wi7nc1gb9f 2 роки тому +2

    Salam.Bu kanalın sahibi kimdir?Təşəkkürlər sizə.

  • @atfatf7382
    @atfatf7382 3 роки тому +1

    Sözsūz əla.sənədkardır

  • @ssami6845
    @ssami6845 4 роки тому +3

    Əəla

    • @ssami6845
      @ssami6845 4 роки тому +1

      Kaş uçaydım bu səs ilə - dağlaşaydım nəfəs ilə
      Tərlan kimi havalarda - əlvida o qəfəs ilə

  • @ahmadmirzayev8435
    @ahmadmirzayev8435 2 роки тому +1

    Yaşasın aşıq sənəti.

  • @rinatabdullayev9996
    @rinatabdullayev9996 5 років тому +13

    allah rehmət eləsin usdad! nə yaxşiki səs yazilarin var. bunla təsəlli tapiriq.

  • @lidertelekom2061
    @lidertelekom2061 6 років тому +5

    Qov qov yanundaki balabançini.Dədələr o sazi elə çalmayib.İllərin tufani batira bilmədi.Balaban batirdi sazin səsini.

  • @romabymby7746
    @romabymby7746 Рік тому

    Аллах рехмет елесин

  • @vaqifliyev8756
    @vaqifliyev8756 2 роки тому +2

    Asıq satsclı turk dunyasınım boyuk madaniyyet xDımıdir

  • @lidertelekom2061
    @lidertelekom2061 6 років тому +4

    Saz ifa edə bilməyən balaban gölgəsində yatan aşiqlardi.

  • @xaqaniqasmov8350
    @xaqaniqasmov8350 2 роки тому +3

    BAL KİMİ SƏS İNTONASİYA ÖZ YERİNDƏ
    NƏDƏNSƏ AZ. RADİO BELƏ SƏSLƏRƏ QƏNİM KƏSİLİB BÜTÜN GÜNÜ GİC GİC ESTRADA SƏSLƏNİR

  • @jebraielarami4649
    @jebraielarami4649 Рік тому

    عالی❤سلام

  • @musaarami5819
    @musaarami5819 5 років тому +14

    Aşıq Aşiq deməkdir.yəni kiməsə nəyəsə aşiq olmaq eşq də aşiq sözündəndir.15 yaşı olanda atası Qurban kişini gözünün qabağında güllələyiblər.o vaxtdan dərd əlindən Aşıq(Aşiq) olub.Qurban kişi 1931-ci ildə qurbanliq gedəndə xalqin içindən kimsə deyib a kişilər qoy bir bu kişi agzini açsin görək nə deyir axi bu insan malini pulunu kolxoza verib daha nə istəyirsiniz?sapi özümüzdən olan balta deyib yox əsla olmaz Qurban danişsa söznən daşı daş üstə qoymaz işi təcili bitirin.və Kişini güllələyirlər.bir az keçmiş artistlik eləyib tamaşa düzəldirlər rayon mərkəzindən çapar gəlir :ayə səhv elədiz gərək öldürməzdiniz. Əziz Saraçlılar inanmayın belə nagilllara.1931-ci ildə Gürcüstanda hakimiyyətə cəllad Beriya gəlmişdi və tapşiriq vermişdi ki hər yerdə düşünən beyinləri hörmətli kişiləri məhv edin ki sadə adamlari idarə etmək mümkün olsun.və belə də oldu heç oglu Aşıq Hüseynə də dəyər vermədik.Hansi ki dahi idi.İmza:Koxanin Evi Arçil

    • @rsadrustemli3143
      @rsadrustemli3143 4 роки тому +1

      Salam deməliyəm hər yerdə eyni ssenari olub bizdə də yəni Yırğançay kəndində də belə olub güllələyəndən beş dəqiqə sonra rayondan atlı gəlib ki bəs bağışlanılıb amma artıq gec olub. Demək qardaş bu oyunlara doxsan ildi hamı inanıb

    • @musaarami5819
      @musaarami5819 4 роки тому

      @@rsadrustemli3143 Bəli əziz qardaş yoxsa bir ovuc zalim yüzminlərlə insani necə idarə edə bilər.Çox yox min nəfər hücum edib Stalinin Kremldə bogazini çox rahat şəkildə üzə bilərdi.Amma yox vahimə və qorxu sistemi insanlari qorxaraq yaşamaga məcbur edirdi və onlar etiraz edə bilmirdi

    • @mucahitelfaruki1159
      @mucahitelfaruki1159 2 роки тому

      Bu cür insanı qədrini niyə bilmədi ki Saraçlılar. Belə insanlar 300 milyonluq türkün tarixidir, taleyidir, mədəniyyətidir, sazıdır sözüdür danışan dilidir belə bir insanın Saraçlıdan çıxması o torpağa o xalqa eləcə də Borçalı ya şərəf idi qürur idi. Heyif ki belə insanların dəyəri öldükdən sonra anlaşılır

    • @muradxanhesenov4064
      @muradxanhesenov4064 Рік тому +1

      Salam qardaş siz Hansı Arçilsiniz sizi tanımaq olarmı
      Mən Saraçlıdanam.

    • @musaarami5819
      @musaarami5819 Рік тому

      @@muradxanhesenov4064 əleykə salam.Doxdur Musanin nəvəsi

  • @rinatabdullayev9996
    @rinatabdullayev9996 5 років тому +4

    mansiri havasi əvəssizdi! onun sözlərini qammayana yaziq

  • @MuradVeliyev11
    @MuradVeliyev11 3 роки тому +1

    Laçınım mahnısı var bunun sizdə

  • @natevanmemmedova11
    @natevanmemmedova11 Рік тому +1

    Azerbaycan ozani oxuyan bele oxuyur.Balaman gucune deyil oz gucune oxuyur.İndikiler quyrugna balaman soxur.Adlarni asiq qoyublar.

  • @yegane2014
    @yegane2014 3 роки тому +1

    Çox gözəl əlim dəydi onu yazdı sesi eladir

  • @yegane2014
    @yegane2014 3 роки тому

    Thigh

  • @ferhadahmedov3554
    @ferhadahmedov3554 10 місяців тому

    Indiki asiqlarin coxu telxekdiler sazinan hoqqa cixardillar esil asiq bele olar

  • @user-bh3xe2oy1e
    @user-bh3xe2oy1e 2 роки тому

    الله سنه غنی غنی رحمت ایلسن

  • @user-fn9mc1rj4b
    @user-fn9mc1rj4b 11 місяців тому +1

    الله رحمت ایلسین آشیق حسین ساراشلی دنیا بوی آشیق سازوسوز صعنتینین کتوی وریشسیدی بیردنیدی تایسیسزدی بیر بویوک استاد وادبیات یدی هم داستان دیمسی هم ادب ومعرفتی بیر بویوک عالمیدی اونا تای بیری داها گلمییب گلمز مکانی جنت اولسون

  • @user-km2gb1hp5q
    @user-km2gb1hp5q Рік тому

    Юююююъюююъюдююдь

  • @eliyevmamed7335
    @eliyevmamed7335 2 роки тому

    2фх

  • @nikogame4678
    @nikogame4678 2 роки тому

    W^

  • @user-sz5xj5fx3j
    @user-sz5xj5fx3j Рік тому

    Бизим евде чох олублар.Меним Минайе махнысындан хошум гелирди ону охуйардылар.. Аллах устадлара рехмет елесин.

  • @Elmar-td1bv
    @Elmar-td1bv 2 місяці тому

    Mahnı yox, hava