Alim Qasımov - Füzulinin Qəzəli | Basqal

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2015
  • Alim Qasımov - Füzulinin Qəzəli
    Hacı Fərəc
    Alim Qasimov
    Haci Ferec
    Basqal 2014
    Hacı Həbibin xatirəsinə həsr olunmuş ürfani məclis

КОМЕНТАРІ • 3

  • @rahmanmamedov1623
    @rahmanmamedov1623 6 років тому +2

    Senetkar var ol Allah aorusun

  • @Fettah313
    @Fettah313  8 років тому +4

    İsmin ilə başladım, ey arizular məzhəri!
    Ey olan Zatı qəni, ey gəncü-dövlət sərvəri!
    ***
    Ey səxavət mənbəyi, ey varlığı icad edən,
    Ey qədim, mülkü fənasız, ey dəyişməz gövhəri!
    ***
    Ey ümumə lütf edib şadlıq səfasın bəxş edən!
    Ey təbibi-qəlb olan, ey həll edən müşkülləri!
    ***
    Tövbə qıldı, bir günah etmişdisə qəlbim mənim,
    Bilmiş öz səhvü-xətasın, əfvi qıl bu müztəri!
    ***
    Qibləgahım, olmaram qul Səndən özgə kimsəyə,
    Tanrısan, ruzi verənsən, yoxdu Səndən digəri!
    ***
    Ən böyük bir rütbəyə yüksəldi Səndən qədrimiz,
    Səndən oldu qəlbimiz hər gizli sirrin məzhəri!
    ***
    Qəlbimi nurunla açdın, nolar ki açsan nitqimi,
    Verdiyin nemətlər olsun ta ki, dillər əzbəri!
    ***
    Nitq verdinsə, gözəl söz söyləmək də lütf qıl,
    Şerim ilə zahir olsun gizli hikmət zivəri!
    ***
    Lütfün əlası-sözün bilməkdədir mənasını,
    Həmd qıl, vermiş, Füzuli, Həqq sənə bu gövhəri!