Dəstəmaz almağın qaydası | tövbəzamanı ibadət
Вставка
- Опубліковано 9 лют 2025
- Dəstəmazın müxtəsər təlimi. Dəstəmaz almağa başlayarkən “Bismilləh” deyilir. Əllər yuyulur. Sağ əl ilə ovuca su alınır və ağız-buruna eyni vaxtda su çəkilir. Ağız yaxalanır, burundan isə su çıxarılır. Bunu etməyə çətinlik çəkən ağıza suyu ayrı, buruna da suyu ayrı ala bilər. (bir, iki və ya üç dəfə).
Üz, alın daxil olmaqla saç çıxan hissədən başlayaraq çənənin alt hissəsi daxil olmaqla bir, iki və ya üç dəfə yuyulur. Barmaqların ucundan başlayaraq əllər, dirsək də daxil olmaqla bir, iki və ya üç dəfə yuyulur. (əvvəl sağ qol, sonra isə sol qol).
Yaş əl ilə başın ön hissəsindən arxasına qədər, sonra da əlləri başın önünə qaytarmaqla bir dəfə məsh edilir. Şəhadət barmaqları ilə qulaqların içinə, baş barmaqla qulaqların arxasına bir dəfə məsh edilir. Ayaqlar barmaqların ucundan topuqlar da daxil olmaqla əvvəl sağ sonra isə sol ayaq bir dəfə yuyulur. Ayaq barmaqlarının arasını və topuqların arxasını yumağa diqqət verilməlidir. Bu hissələrə su bəzən yaxşı çatmır.
Dəstəmaz alarkən ayaq yuyulduqdan sonra corab geyinilərsə, corab çıxarılmadığı müddətcə 24 saat müddətində corabın üzərinə məsh çəkmək mümkündür. Məshi isə barmaqların ucu ilə ayağın ön hissəsindən yuxarı hissəyə qədər nəm əl ilə bir dəfə çəkmək lazımdır (hər ayağa). Səfərdə isə coraba məsh çəkməyin müddəti 72 saata qədərdir.
Namazın qılınma qaydası
• Namazın qılınma qaydas...
Niyə namaz qılmırsan? Allaha niyə inanmalıyıq?
• Niyə namaz qılmırsan? ...
Niyə namaz qılmırsan? Namazı tərk edənlər
• Niyə namaz qılmırsan? ...
Ölüm həqiqəti! Hazırsanmı?
• Ölüm həqiqəti! Hazırsa...
Amerika: Zindanlarda İslam
• Amerika: Zindanlarda İ...
Ayıb olsun, ata! Əxlaqsız filmə baxan atanın tövbəsi
• Ayıb olsun, ata! Əxlaq...
Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
Sayt: sunna.az
UA-cam: tovbezamani.com
Instagram: / tovbezamani
Facebook: / tovbezamanicom
Telegram: t.me/tovbezamani
#TövbəZamanı #TövbəZamanıİbadət
Hörmətli izləyicilər! Suallarınız olarsa şərh bölümündə verə bilərsiniz. Suallar ilahiyyatçılarımız tərəfindən cavablandırılacaq. Münasib olmayan sözlərdən istifadə edənlərin şərhləri silinərək, şərh yazmasına qadağa qoyulacaqdır.
Qüsl nece alınar?
@@turkmen3393
Qusulun iki növü vardır.
Birinci nov: cenabet qüsulu. Həyat yoldaşı ilə yaxınlıq etdikdən sonra, heyz və ya nifasdan təmizləndikdən sonra alınan qusuldur. Əvvəlcə əllər yuyulur sonra övrət yerləri yuyulur. Daha sonra əl təmizləndikdən sonra dəstəmaz alınır. Sonra isə başa suyu üç dəfə tökməklə bütün bədən yuyulur.
Bu kamil qusuldur.
Bunu kafi formada isə belə almaq olur: övrət yerlərini yuyduqdan və ağız və burunu destemazdaki kimi yaxaladiqdan sonra başdan ayaga hər yerə suyun dəymədi şərti ilə suyu tökürsən. Bu kamil qusul olmasa da kafidir.
İkinci nov: cümə qüsulu. Cümə namazından əvvəl alınan qusuldur. Gün çıxandan cüməyə gedəne qədər almaq olar. Ən yaxşı vaxtı evdən məscidə çıxmazdan əvvəlidir. Cenabet qüsulu ilə eynidir.
SalamuAleykum siz hansi meshebe tabesiz
@@sadiqaliyev4965 Ehli Sunne
@@asqa_ bunu Kim deyib ki, 3 defe yumaq haramdi ?
Bi defe yumaq vacib, 3 defe yumaq ise sunnetdi. Wie alimleri peygemberin sunnesine muxalif olmaq ucun 3 defe yumaga haram hokmu verirler.
Yoxsa ki sehih bir delil getire bilmersen bununla bagli
Bende namaza basladim cok sukur Allah her kesin namazini kabul etsin🤲
Bu kanaldanmı öyrendin?
@@C1..G1destemaz hakkinda evet ilk bu kanala bakdım.
@@wellww845 ehsen
TabarakaAllah
Cox lazimli videodu xususile namaza baslamaq niyyeti olan qohumlarla paylasmaq ucun
Çox sağ olun Dünyadan Ən çox yaxşı başa Düşdüyüm dini Namazı❤
Allah Sübhənə və Təala dəvətinizə bərəkət versin və gördüynüz bu xeyirli işlərə görə sizə çoxlu əcr versin!
Allah razi olsun deyerli ilahiyyatcilar
Azərbaycanda gördüyüm ən yaxşı dini youtube kanalı❤👍
Çox gözəl kanaldi
Düppədüz
Əhsən
*MəşəAllah.Bu videoda əməyi keçən hər kəsdən Allah razı olsun*
*Allah Subhənəhu təalə ölkəmizdə hər bir kəsə bu şəkildə kamil dəstəmaz almağı nəsib etsin.Əmin*
Kamil destemazda ayaglari yumag haramdir.
@@blfessadiq1587 haram olmayan bir şeyə haram demək Allah təalanin adından yalan danışmaqdır və böyük günahdır ayaqi yumaq yumaq vacibdir (su olduqda) məs isə yalnız xof nasqi dəri ilə suyun arasında maneə nasqi xof hettda ayaq sindiqda gips ves olduqda məs çəkilir
@@Elshen_ sen bu fetvani hardan tapdun? Qurandanmi? Izunden fetva verme. Ayaga mesh edin deyildiyi zaman sen ne bawa duwursen? Yu bawa duwursen ya keci derisinin ustunden mesh cek bawa duwursen?
@@blfessadiq1587 يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قُمۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ فَٱغۡسِلُواْ وُجُوهَكُمۡ وَأَيۡدِيَكُمۡ إِلَى ٱلۡمَرَافِقِ وَٱمۡسَحُواْ بِرُءُوسِكُمۡ وَأَرۡجُلَكُمۡ إِلَى ٱلۡكَعۡبَيۡنِۚ وَإِن كُنتُمۡ جُنُبٗا فَٱطَّهَّرُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُم مِّنۡهُۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجۡعَلَ عَلَيۡكُم مِّنۡ حَرَجٖ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمۡ وَلِيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.
-Sura Al-Ma'idah, Ayah 6
@@Elshen_ sen motereze icerisinde olan yu sozunu yazma. Mesh sozunu yumag menasinda iwletmiyin. Bu ayeti yaxwi bilirem men. Bawa ve ayaglara mesh edin deyilir. Bawa mesh ayagi yu deyilmir.
Allah sizden razi olsun, devetiniz bereketli olsun,Allah butun baci ve qardaslari qorusun, onlara tukenmez elm, mukemmel can sagliqi,uzun omur amin
Assalamu aleykum. Cox gozel hazirlanib. Allah sizi bereketlendirsin. Xususi diqqet vereceyimiz meqam elleri yuyanda barmaqlardan dirseye kimi yumaqdir. O da qeyd olunub. Cox insan bu nuansda bilekden dirseye kimi yumaqla diqqetsizlik edir.
duzdur o duzgun deyil
Allah Razı Olsun
*çox sagolun ALLAH razi olsun sizlerden bele gozel dini paylasimlariniza gore☺😊🙇*
Allah razi olsun mende baxa baxa oyrene oyrene namaza baslayiram sukur
MaşəAllah
Allah sizi Özünə yaxın olan qullarından etsin
@@İzmir6840 Amin
🤲🤲🤲allahim sen ozun namaz qilanlarin namazini mende icinde olmaqla qebul et gunahlarimizi baģsla Yar Ebbim 🤗
Allah teale sizden razi olsun ve devetinize bereket versin
Salam xanim.
AMİNNN
AMİNNN
AMİNNN❤️🤲🏻❤️🤲🏻❤️🤲🏻🕋🕌🕋🕌🕋🕌
Allah razi olsun, Amin.
Əməyi keçən hər kəsdən Allah razı olsun
Amin
Amin
ay ne gözel Allah razi olsun gözel izah
Allah devetimize bereket versin.gozel izah edir
ALLAH razı olsun sizdən, əmin❗
Allah bereket versin
Allah size bereket versin
بارك الله فيكم
Allah razi olsun sizden.
ALLAH razı olsun.☝🏼
Allah baxanlar ucun faydalı etsin
Allah razi olsun
ALLAH Razi Olsun Sizden insaALLAH🤲🤲☝️☝️
MAŞAALLAH. BƏRAKALLAHU FİK
Allah razi olsun bu gece basliyacam insallah.
Uca Allah sizi sabit eləsin
MəşəAllah
Allah səni sabit etsin. Şeytandan Allaha sığın.
Allah razı olsun
Allah barakat versin
Allah razı olsun sizdən
*Allah təalə baxanlar üçün faydalı etsin.Əmin*
Əmin
Əmin
Allah hamımızı qorusun. Amin 👐👐
Cəzakallahu xayran
Allah sizdən razı olsun. Qüdul alma qaydasında bu şəkildə öyrətsəniz çox yaxşı olar...
ua-cam.com/video/ogChPjrsJwE/v-deo.html
Buyur bax qardaşım
Uca Allah sizlere neyim cennetini nesib edsin,in wa Allah.
@@УрфанКафвров əmin gözəl qardaş sizə də
@@УрфанКафвров bir qeyd edim qardaş fayda olmaq üçün edəcəyin bir iş haqqında İnşəAllah de .dua etdikdə ehtiyac yoxdu İnşəAllah deməyə
Maşa Allah
Teşekkürler çox sağolun aydın başa düşmek olur
MəşəAllah
Mende bele aliram aynen . Bawqa cur destemaz meni qane etmir. Dunen bir vidioya baxdi valla orda temizlikden sohbet gede bilmezdi. Namaz dediyin temizlik pakligi sever. Allah haminin ibadetini qebul etsin mende onlarin icinde
Əssəlamu əleykum.
Səhih olanı budur. Dəlilləri ilə sabitdir. Allah sizə bərəkət versin.
Osmanın xadimi Humran deyir ki, Osman ibn Affan (Allah ondan razı olsun) dəstəmaz almaq üçün su gətirməyi əmr etdi sonra dəstəmaz almağa başladı, ilk olaraq əllərini üç dəfə yudu, sonra ağzını yaxalayıb, burnuna su aldı, sonra üzünü üç dəfə yudu, sonra sağ əlini dirsəyə qədər üç dəfə yudu, sonra sol əlini də elə yudu, sonra başına məsh etdi, sonra isə sağ ayağını topuqlara qədər üç dəfə yudu, sonra sol ayağını da elə yudu və dedi: Mən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) mənim aldığım dəstəmaz kimi dəstəmaz aldığını gördüm. Sonra Rəsuləllah (salləllahu aleyhi və səlləm) belə dedi: “Kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb artıq heç bir şey düşünmədən (tam xüşu vəziyyətində) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar”. İbn Şihab deyir ki, bizim alimlərimiz belə deyərdilər: Namaz üçün alınası ən yaxşı dəstəmaz budur.(əl-Buxari, 1/266,№: 164; Muslim, 1/204,№: 226. və hədis də onun tərtibatında əsasən verilmişdir. Əbu Davud, 1/180, №: 106; ən-Nəsai, 1, №: 64). (istinad Feqih.com)
Allah razi olsun sizden🤲🤲
Allah sizi sabit etsin
Əlhəmdulilləhi. RABBİL ələmin.islam olduğu kimi yeniliklərsiz və uydurmalarsız.
ALLAH RAZI OLSUN QARDASLAR
Allahu əkbər
Allah köməyin olsun
BerekAllah
Xırdalıqlara getməklə dini darlaşdırmaq lazım deyil. Din yalnız namazdan ibarət deyil. İnsan bilməlidir ki, belə xırdalıqlarla cənnəti qazanmaq olmaz. Onu qabaqda namazla bərabər həm də başqa vacib əməllər - Allahın başqa hökmləri ; yaxşılıqlar etmək ; davranış və danışıqlarında, mənəviyyatında, xasiyyətində islahatlar aparmaq və s. - gözləyir.
Belə xırdalıqlara getməklə isə insan yalnız namaza köklənir və bununla da dini bitmiş hesab edir və özünü cənnətdə görür. Başqa heç bir şey dəyişmək istəmir. Belə xırdalıqlarla həm də insanları dindən uzaqlaşdırmaq mümkündür. Bu isə yolverilməzdir.
Nə bilim hansısa, deşiyə neçə dəfə su tökmək, hansısa, yeri neçə dəfə yumaq və s. və i. a. Olmaz belə şeylər !
Uca Allah dini bizim üçün asanlaşdırır, insan övladı isə, əksinə, çətinləşdirir. Nəfsi kənara qoymaq lazımdır. Allah dəstəmazın necə olmağını Quranda açıq - aydın göstərib.
Ən əsası sən əxlaqıvı təmizləyəsən. Bunun üçün çalışmalısan. Çətindirmi? Əlbəttə ki. Ona görə də bunun üçün çalışmalısan. Bu vaxt insan özündə dəyişiklik hiss edəcək və dinin gücünü biləcək. Özünün islah olunduğunu görəcək.
*Dəstəmaz alarkən Allahın bizdən qəbul edəcəyi şəkildə almaq, yəni bizə göndərilən Peyğəmbərimizin sallallahu aleyhi və səlləm necə dəstəmaz aldığını bilərək, bu şəkildə də dəstəmaz almağa çalışmaq namaza ən doğru şəkildə hazır olmaq deməkdir.*
Allaha həmd olsun
Çox gözəl. Səhih dəlillər ilə.
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dir-səklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun). (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz. Maidə surəsi 6 ayə.
@@Eldar7.7.7 Ayədə ayaqları yuyun deyir. həmcinin sunnədə gələn hədislərdə də ayaqları yumaq gəlib
@@Eldar7.7.7 yalın ayağa mesh cekmek olmaz cunki bidetdir. Mesh cekilir ayaqqabıya, məstliyə və coraba
@@Eldar7.7.7 Əhli sunnədə varid olan hədislərə görə yalın ayaqlar yuyulur, məsh məstlik uzərinə cəkilir, yalın ayaqa yox. dəlil: Osmanın xadimi Humran deyir ki, Osman ibn Affan (Allah ondan razı olsun) dəstəmaz almaq üçün su gətirməyi əmr etdi sonra dəstəmaz almağa başladı, ilk olaraq əllərini üç dəfə yudu, sonra ağzını yaxalayıb, burnuna su aldı, sonra üzünü üç dəfə yudu, sonra sağ əlini dirsəyə qədər üç dəfə yudu, sonra sol əlini də elə yudu, sonra başına məsh etdi, sonra isə sağ ayağını topuqlara qədər üç dəfə yudu, sonra sol ayağını da elə yudu və dedi: Mən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) mənim aldığım dəstəmaz kimi dəstəmaz aldığını gördüm. Sonra Rəsuləllah (salləllahu aleyhi və səlləm) belə dedi: “Kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb artıq heç bir şey düşünmədən (tam xüşu vəziyyətində) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar”. İbn Şihab deyir ki, bizim alimlərimiz belə deyərdilər: Namaz üçün alınası ən yaxşı dəstəmaz budur.(əl-Buxari, 1/266,№: 164; Muslim, 1/204,№: 226. və hədis də onun tərtibatında əsasən verilmişdir. Əbu Davud, 1/180, №: 106; ən-Nəsai, 1, №: 64).
@@Eldar7.7.7 Sahabeler namaz ve destemaz barede ixtilaf etmemişdiler, sahabeler namaz ve destemazda hemfikir olublar. lakin bu ixtilaf sonradan cıxıb. Bugun biz namaz ve destemazda hem fikir deyilik.
@@Eldar7.7.7 Bu ixtilafı çözmək üçün əqidənin doğruluğunu isbatlamalıyıq.
Allah qebul etsin
Abdullah ibn Zeyd (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəstəmazını başqalarına öyrədəndə demişdir: “O, ağzını və burnunu birlikdə bir ovucdan yudu və bunu üç dəfə təkrarladı”. (Müxstəsər Səhih Muslim: №: 125. Muslim: 1/210, №: 235).(istinad Feqih.com)
Əlhəmdulilləh
Təşəkkürlər
Əbu Hureyrə (Allah ondan razıolsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: “Əgər ümmətimə çətinlik yaratmasaydım, onda onlara hər dəstəmazla bərabər misvakdan istifadə etməyi əmr edərdim”. (Hədis səhihdir. Səhihul Cami: 5316. Əhməd əl-Fəth ər-Rəbbani: 1/294/ 17).(istinad Feqih.com)
Salam Aleykum Misvak nədir
Cox saqolun bu vidyoya gore,Allah razi olsun,bir sual verim,qadinla kiwinin destamaz almasi eynidir?
İster namaz isterse də dəstəmazları eyni cürdür. Bu videoda ən doğru şəkildə öyredilir.
Allah böyükdür
Əla
Namaza baslamaq isteyirem,ancaq tek sualim olacaq men seher namazı(sübh) qilmağa başlamadan evvel el üzümü normal seher yuyulma seklim ile yuyub quruladiqdan sonra dəstəmaz ala bilərəm?
Bəli xanım.edə bilərsiz
Elhemdulillah esl quran be hedislere uygundir
Salam Aleykum Quranda ağız,burun,qulaglari yuyun demir!! Bu səfdir və artiq olduguna görə dəstəmazi batil edər .
Islami bele izahli bawa salan, namaz destemaz ve onlarin rukunlarini tam yerli yerinde izah etdiyinize gore size minnetdaram. Duzdu islam yawadiqca, sirari musteqimde olan muselmanlar olduqca bidet ehli onlari beyenmiyecekler. Amma Allah vedine xilaf cixmaz. ALLAH (Ona) iman edenlerin dostudur. Onlari zulmetden cixardib iwiga(nura) teref yonelder.
Allah butun muselmanlardan razi olsun. Bidet ehline, muwriklere ve kafirlere de olum gelmemiwden qabag tovbe edib iman etmeyi nesib etsinki, Allah onlara qezeb etdiyi halda Allahin dergahina getmesinler.
Xalid ibn Sədanın (Allah ondan razıolsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir nəfərin namaz qıldığını gördü. Onun ayağının üst hissəsində dirhəm böyüklüyündə yerə su dəyməmişdi. Allah Elçisi (salləllahu aleyhi və səlləm) ona, dəstəmazı və namazı yenidən etməyi əmr elədi. (Hədis səhihdir. Səhih Sünən Əbu Davud, №: 161; Əbu Davud, 1/296, №: 173).(istinad Feqih.com)
Bu qaydalari edeeken hansi sozleei deyrsen yazardiz menede evvelceden tesekkurler
Salam aleykum. Əziz qardaş, başlayarkən bismillah deyilir.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, əməllər niyətlərə görədir”. (əl-Buxari, 1/9, №: 1; Muslim, 3/1515, №: 1907; Əbu Davud, 6/284, №: 2186; ət-Tirmizi, 3/100, №: 1698: İbn Məcəh, 2/1413, №: 4227; ən-Nəsai, 1, №: 59).(istinad Feqih.com)
Salam,Dəstəmaz azanan bir almaq və yaxud azanan sonra almaq,azanan 10 dəqiqə əvvəl alsaq olar?Bunların hansı düz,hansı səhvdir.əvvəlcədən cavabınıza görə təşəkkür edirəm,bilmədiyim üçün sual verdim.
👍👍👍
Cəzəkəllahu Xayran
Salam. Dəstəmaz alıb corab geyinsək, sonra yatsaq, məsh çəkmək olar?
Aleykum salam.bəli olar.ilk çəkilən məshdən başlayaraq 24 saat boyunca olar
Salam Aleykum
1 defe uzune elene su vurmag VACIBDIR,2 ci sefer MESTEHEBDIR,3 cu defe XARAMDIR! 2 Defe her yerinize qoy su deysin!
Aleykum salam va rahmatullah.Xeyir Peygember sallallahu aleyhi ve sellem 3 defe bele yumusdur.Bu nece haram ola biler?
@@tofiqabdullayev3642 dəlil vaar??
Salam Aleykum qardaş. Başa mesh çekdikden sonra eller yuyulur?? Qulaqa mesh çekmek ūçūn ??
Aleykum salam yox qardaşım ehtiyac yoxdur başa məsh çəkib ardından qulaqları məsh edirsən
@@gunduzabbasov2654 Allah razi olsun
@@feqandadashov4274 sənnəndə gözəl qardaş
@@gunduzabbasov2654 Salam Aleykum
@@feqandadashov4274 aleykum salam va rəhmətullahi va bərəkatuhu
Selamalekum bir suala cvb isderdim zehmet olmasa bir cox vidiolara baxmışam heresinde desdemazı müxdelif cur izzah edir mene qaranlıq qalan desdemaz alarken üzü iki elle yumaq lazımdır?
Aleykum salam gözəl qardaş bir əllədə yuya bilərsən iki əllədə
Bu butun müselman baci qardaşlar üçündür yoxsa yalnız beyler üçün zehmet deyilse deyerdiniz
Peyğəmbərimiz dəstəmaz və namazı hamı yəni həm qadın həm də kişilər üçün 1 cür izah edib.
Salam Aleykum men hamisini uc defe efirem yeni mene deyiblerki 3defe yuyulmalidi ister uz ister qollar ister agiz yenu umumilikde ama burda siz 1 2 defe yuyula biler deya qeyd etmisiz tereddutde qaldim
Tərəddüddə qalmayın. Səhih hədislərdə Peyğəmbərimizdən ﷺ 1, 2 və 3 dəfə etdiyi nəql edilmişdir.
Coraba məsh çəkmək nədir😀😀😀 bunlar niyə peyğəmbərimizin dediyinə yox ömərin osmanın sözlərinə uyurlar
Peygemberin dediyidir. Sahih hadisler var.
Ömər və Osman da elə rəsulun dediyin deyirlər.
çılpaq ayağa cekilmelidi?ALLAH sizi islah elesin.ele bütün sehabeler için de Əli r.ə. olmaqla Peygember sallallahubaleyhi va sellüme tabe olub
sallallahu aleyhi va sellem
@@tovbezamani Ey insan niyə axı Quranda yazılanı yox uydurduğvuz dəstəmaz qaydası ilə dəstəmaz alırsız
elhemdulilleh
Əmi Salam Aleykum necəsiniz, bağışlayın mən tovbə etmək isdəyirəm etdiyim bütün pis işlərə görə zəhmət olmasa cavab yazardiniz ( nə deməliyəm,necə ətməliyəm nə vaxt)
Və aleykum salam.
Əlhəmdulilləh yaxşıyıq.siz necəsiniz can?
Əstəğfiru-llahə və ətubu ileyhi deyirsiniz.
Qəlbinizdə o günaha bir də getməməyə niyyət tutursuz
@@C1..G1 çox sağ olun Allah razı olsun sizdən
@@BayramCəfərli-r1k namaza başlamısız?
Salam qardaşım qadınlarda bu cür almalıdırmı ?
Aleykum salam. Bəli bacı. Kişi və qadının ister dəstəmaz isterse də namazında demək olar ki heç bir fərq yoxdur
@@C1..G1 çoxx sag olun ALLAH razı olsun
Size bir sual verim men namaz qilmaga teze baslamisam ve sizin dediyiniz qaydada destenamaz aldim lakin sonra qarsima basqa destenamaz almaq qaydalari cixdi 100 de 95 faizi o biriler duz cixdi
O biri videolarda birinci uz yuyulurdu axi lutfen cavab verin.🙏
Salam Anar qardas. Bizim destemaz videomuz tamamile dogrudur ve sehih hedisler uzre tertib edilib.
Birinci el yuyulur (musteheb olaraq)
Sonra agiza buruna su alinir ve cixarilir.
Sonra uz yuyulur. Sonra qollar (barmagin ucundan dirseye) qeder. Sonra basa (saca ve qulaga) mesh cekilir
Sonra ise ayaqlar yuyulur. Peygember Aleyhissalat vesselem bu formada destemaz almis ve bu formani coxsayli sehabeler neql etmisler.
Namaza basladiginiza gore cox sevindik. Allah sabit etsin seni eziz qardas. Allah ibadetlerini qebul etsin
@@tovbezamani var ol eziz Qardaş cox sagol cumlemiz cox sagol bilgilerlndirdiyin ucun Allah bunmubarek ayda seni xos bext etsin senki bele savab qazandin ele mende bu formada destenamaz aliram var ol gozel insan yaxsi Qardaş.🙏🖤
Gozel anlatdiniz cox sag olun.
Salam bilmək istərdim ki qadınlarda eyni üsulla dəstəmaz alır
Aleykum salam. Bəli
@@C1..G1 mən namaza yeni başladım möhürm yoxdu müvəqqəti möhürsüz qılsam olarmı , birdəki bütün namazları eyni surələri oxuyaraq qılıram bilmək istərdim ki başka surələr də oxumaq lazımdır yoxsa eyni qaydada qılım
@@alprhmdov9758 Allah asanlaşdırsın.əsas fatihəni oxuyun.
Amma möhürə gərək yoxdur.əksinə möhürsüz qılınır.
@@C1..G1 çox xahiş edirəm cavab verəsiniz dəstəmaz aldıqdan sonra əynimizdəki paltarla namaz qıla bilərik yoxsa dəyişməliyik
@@alprhmdov9758 bəli qıla bilərsiz.
👍
Salam süd verən qadın qüsl aldıqdan sonra süd verərsə qüsulu pozularmı??
Qeyd edimki bu qüsl qədr gecəsi üçün edilib
Bəs səfər zamanı corabı çıxartmışıqsa 72 saatlıq etibatlıq müddəti qalır ya yenidən ayaqları da yumaq lazımdır?
Yenidən ayaq yuyulur qardaş.
Salam qadınlardada dəstəmaz almaq qaydası belədir?
Aleykum salam. Bəli bacı eyni dəstəmazdır
😍
bes qadinlar nece ?
Eyni dəstəmazdı
Salam. Qadınlara da aiddir bu?
Və Aleykumussalam və Rehmətullah.
Bəli Xanım. Qadın və Kişi üçün həm namaz həmdəki dəstəmaz eynidir.
❤❤❤👍👍👍
Sırası da,belə olmalıdır?
ALLAH RAZİ OLSUN
Bəli
İndicə başqa kanalada da dinlədim tam fərqlidir kimə inanaq
Xanım, ən doğrusu bu qaydadır. Siz tövbə zamanı kanalına üzv olaraq qüsl dəstəmaz namaz və başqa ibadətləri kanaldan öyrənə bilərsiz.
Siz şeytanın vəsvəsələrinə baxmayın.namazı öyrənin çox asandır.
salam xanım burda göstərilən namaz tam olaraq peyğəmbərimizin salləllahu aleyhi və səlləmin qıldığı namazdı və bu namaz bizə doğru insanların vasitəsilə gəlib çatıb.tam arxayın olaraq başlayın namaza
@@muhmmdhsn2365 salam mən heç bilmirəm sünnüyəm ya şiyəyəm ürəyimnən namaz qilmaq keçir amma bilmirəm sünnü namazı qılım yoxsa şiyə
@@СевилМусаев aleykum salam xanım özümüzə müsəlman desək bəs edir elə bu namazı başlayın Allah peyğəmbəri bu cür namaz qılıb və müsəlmanlarada bunu əmr edib. şiə namazı deyilən bir anlayış yoxdu .Namaz bir cürə qılınır o da peyğəmbərimizin salləllahu aleyhi və səlləmin öyrətdiyidir. Bismilləh başlayın namaza nə çətinlik olsa yazarsız inşəAllah
Бас дастам аланда на демак лазымды?
Bismilləh deyib başlayırsan dəstazs
@@imameli6655 salam aleykum.Dəstnamaza baslayanda "bismilləh" yəni Allahın adı ilə deyib başlayırsız
Salam aleykium qardaş dəstəmaz alarkən hər hansısa sözlər ayelər işledilmir
Aleykum salam. Başlayanda bismilləh deyirsən və dəstəamazı alırsan və dəstəmazı tamamladəqdan sonra şəhadəti deyirsən
@@gunduzabbasov2654 yaza bilərsiz bura deyliş qaydasını
@@maqaquluyev6687 bax qardaşım bismilləh dedin başladın dəstəmaz almağa və dəstəmazı tamamladıqdan sonra bunu deyirsən /əşhədu əllə iləhə illəllah vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu.
@@maqaquluyev6687 qardaşım nə çətinlik olarsa yazarsan İnşəAllah
@@gunduzabbasov2654 çox sagolun qardaş Allah razı olsun sizi kimi qardaşdardan
Bu destamaz formasi həm qadın həm də kişilerçün eynidir?
Bəli . Həm kişi həm də xanım üçün dəstəmaz və namaz eynidir.
Agiza buruna suyu almaq vacibdimi ?
Bəli. Oruc olduqda boğaza getməməsinə diqqət etmək lazımdır.
@@C1..G1 tesekkur ederim Allah razi olsun
Mohurnen namaz qilmaq duzgundur?
Salam qardas. Peygemberimiz (aleyhissalat vessellem) mohurle qilmayib. Buna yeqin ola bilersiz. Ona gore de mohursuz qilin
@@tovbezamani allah razi olsun☝
Bu şekildə dəsdəmaz almaq qadınlarada aiddi?
Bəli qardaş heç bir fərq yoxdur. Qadınlarda bu cür dəstəmaz alır