Sevinc Çılğın - “Xatirəm”

Поділитися
Вставка
  • Опубліковано 10 вер 2024
  • Sevinc Çılğın
    ömrümü gəzirəm küncdə bucaqda
    hardasa bir kəsik xatirəm qalıb
    mənim bu dünyada iki gül balam
    bir də boynubükük Xatirəm qalıb
    qara saçlarımda sığallar ölür
    qara gözlərimdə can verir ümid
    əlimdə- ovcumda bu dar ömürdən
    üç cüt bir tək acı xatirəm qalıb
    dünyaya sığmadım, bilmirəm necə
    bir ovuc torpağa sığar bu bədən
    arxamca içində səssiz hönkürən
    Birində ömürlük xatirəm qalıb
    bir qəhvə dadında anılar adım
    bir şaqraq gülüşlə yada düşərəm
    bir bu qədər dostun, bu qədər yadın
    yadında bir sevinc xatirəm qalıb

КОМЕНТАРІ • 3