Azərbaycan vətəndaşları üçün TƏHLÜKƏ - İran yeni məkrli metodlara əl atır

Поділитися
Вставка
  • Опубліковано 1 чер 2023
  • copyright © News Press
    Sayt: newspress.az/​​​​​​​​​​​​​​​​​..
    .Facebook: www.faceb
    ook.com/NewsPressAz@
    #iran #azerbaijan #feridseferli
    #qarabağ Molla rejimi Azərbaycana qarşı qərəzli və məkrli siyasətinə davam edir. Azərbaycanlı tələbə Fərid Səfərlinin İranda casusluq ittihamı ilə həbs olunması bu rejimin mahiyyətini bir daha ortaya qoydu.Öncə məlumat üçün qeyd edək ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 26 yaşlı Fərid Səfərli bu il fevralın 20-də sevgilisini görmək üçün Tehrana səfər edib. Martın 5-də Almaniyaya qayıtmalı olsa da, onunla əlaqə itib. Martın 4-dən etibarən onun telefonu sönüb.Məsələ ilə bağlı Azərbaycan dövləti zamanında hərəkətə keçib və Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.İran isə öz məkrli siyasəti naminə susub və 3 ay müddətində Fərid Səfərli İranda itkin düşmüş sayılıb.Lakin təbii ki, Azərbaycan tərəfindən müraciətlərə son qoyulmayıb və Rəsmi Tehran məsələ ilə bağlı cavab verməyə məcbur edilib. Nəhayət, 3 ay sonra İran Fərid Səfərlinin İranda “casusluqda ittiham edilərək” həbs olunduğu cavabını verib.Eyni zamanda İran tərəfi iyunun 1-də Fərid Səfərlinin anası Dilarə Əsgərovaya oğlunun “casusluqda ittiham edilərək” həbs olunduğunu bildirib. Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qohumlarının onunla danışması və görüşməsi üçün İranın uyğun qurumlarına müraciət edib. İran tərəfi isə bunlara heç bir reaksiya verməyib. Yalnız 3 ay sonra məlumat yayıb ki, guya Fərid Səfərli casusdur və həbs olunub.Heç şübhəsiz ki, bu müddət ərzində onlar Fərid Səfərliyə qarşı işgəncələr veriblər, onun simasının həmin vəziyyətdə görünməsini istəməyib, Fəridi itkin kimi təqdim ediblər. Bu, İranın illərdir təkrarlanan və dəyişməz çirkin oyunlarından biridir. Ümumiyyətlə, zaman göstərir ki, molla rejimi İrana səyahət edən xarici ölkə vətəndaşlarını dərhal nəzarətə alır.
    Onların xüsusi xidmət orqanları fürsət güdürlər ki, həmin şəxsləri agentlərinə çevirsinlər. Bu plan baş tutmadıqda isə müxtəlif ittihamlarla şəxsi həbs etməyə çalışırlar.Oxşar hadisələr ABŞ, Böyük Britaniya, Kanada, Fransa və başqa ölkələrin vətəndaşlarının da başına gəlib. İran təkcə vətəndaşlarımıza qarşı bu cür davranışları ilə düşmənçiliyini ortaya qoymur, siyasi meydanda da vəziyyət oxşardır.

КОМЕНТАРІ •