Це відео не доступне.
Перепрошуємо.

Vətən (Azərbaycan)

Поділитися
Вставка
  • Опубліковано 1 кві 2017
  • Bir gözəl saray vardı. Sakinləri bu gözəllikdən zövq alıb, onun divarları arasında təhlükədən qorunurdular. Onlar öz gözəl saraylarına nəğmələr qoşur, şeirlər yazırdılar.
    Bir gün sakinlərdən biri bu gözəlliyi başqaları ilə bölüşməkdən bezdi, onu ancaq özününkü eləmək istədi. Hamını qova bilməzdi, sarayı bütünlüklə oğurlaya, ya da mənimsəyə də bilməzdi. Onda o, bu gözəllikdən kiçik bir daşı qoparıb götürdü. Gözəllik o qədər möhtəşəm, o qədər mükəmməl, o qədər böyük idi ki, bu kiçik daşın yoxluğunu heç kim nə hiss etmədi, nə də görmədi. Bunu görən digər sakin də həvəsləndi… o da bir taxta oğurladı. Yenə gözəlliyə xələl gəlmədi. Bir daş, ya bir taxta nə idi ki, bu əzəməti pozaydı!
    Artıq əksər sakinlər bu saraydan kiçik ya böyük bir hissəni qoparıb aparıb kənarda özlərinə bir ev qurmuşdular. Saraydan qopardıqları hissələr onların evlərinin bəzəyi, dəyəri idi. Ancaq bu, onların evlərinin yeganə dəyəri idi, qalan hissələr heç bir dəyər daşımırdı, çünki başqa-başqa yerlərdən toplanıb üst-üstə toplanmış şeylərdən başqa bir şey deyildi. Saraydan götürdüyü hissə isə doğma idi, onunla eyni tarix yaşamışdı, içində öz sakinlərinin mahiyyətini qoruyub saxlayırdı.
    …Gözəl saray dəlik deşik bir xarabaya çevrilmişdi. Sakinləri artıq onu bəyənmirdilər, əslində bəyəniləsi bir halı da qalmamışdı. Oxunan nəğmələr də ancaq onun keçmiş halı haqqında idi. Hər kəs ordan köçüb-qaçmaq istəyirdi. Bir vaxtlar bu saraydan qopardıqları həmin dəyərli şeyi götürüb başqa bir saraya köçməyə yol axtardılar. Bu dəyərli şey başqa saraya köçmək üçün yeganə vasitə idi. Heç kimin ağlına da gəlmirdi ki, oturduğu bu sarayı təmir etsin, heç olmasa ondan götürdüyü hissəni geri qaytarsın. Hər kəs fikirləşirdi ki, ondakı hissə bu yekəlikdə xarabanı düzəltmək iqtidarında deyil. Haqsız da deyildilər.
    Müəllif: Könül Bünyadzadə

КОМЕНТАРІ • 5

  • @cbraylqnbr8061
    @cbraylqnbr8061 2 роки тому

    Diqqətlə dinlədim və çox mənalı bir hekayədir .. AFƏRİN SİZƏ .. Oxunan nəğmələr də onun keçmiş halı haqqındaydı .. Bir gözəl saray var .. Heyif o saraydan .. Kövrəltdiz məni hörmətli xanım Bünyadzadə Könül ..🇦🇿🇦🇿🇦🇿

  • @cbraylqnbr8061
    @cbraylqnbr8061 2 роки тому

    Səsinizi təkrarən bir də dinlədim 💙🧿🎼🎵🎶🎙️🎧🎥

    • @MsGonullu
      @MsGonullu  2 роки тому +1

      Bu, mənim səsim deyil. Qiraətçi Ay Nur xanımdır.

    • @cbraylqnbr8061
      @cbraylqnbr8061 2 роки тому

      @@MsGonullu
      Elə bilmişdim Sizin səsdir .. Amma titrlarda gözümə dəymədi ..