Pezeşkianın həll etməli olduğu əsas məsələ | İranın siyasətində nələr dəyişir?

Поділитися
Вставка
  • Опубліковано 9 лип 2024
  • Pezeşkianın həll etməli olduğu əsas məsələ | İranın siyasətində nələr dəyişir?
    “İranın xarici siyasəti ayətullah Əli Xamenei və kəşfiyyat bölmələrinin səlahiyyətindədir. Pezeşkianın bu məsələlərin yumşaldılması istiqamətindəki səyləri isə məhdud, hətta qeyri-kafi olacaq”.
    Bu barədə iraqlı analitiklər Pezeşkianın prezidentliyi dövründə İranın regional siyasətinə münasibət bildirərkən deyiblər.
    İraqlı siyasi analitik Əhməd Yasiri Pezeşkianın Qərblə yenidən müzakirələrə başlaya biləcəyini, bunun üçün sabiq xarici işlər naziri Cavad Zərifi məsləhətçi təyin etdiyini qeyd edib:
    “Pezeşkian İran siyasətinin dəyişdirilməsində önəmli ünsür olaraq qarşımıza çıxacaq. Ancaq ümumi anlamda İranın xarici siyasətində təhlükəsizlik və hərbi məsələrdən prezident yox, İnqilab Keşikçiləri, o cümlədən Xamenei məsuldur. Pezeşkianın siyasi gedişləri isə İranın bölgə üçün aldığı qərarlara sadəcə təsir edə bilər. İran Pezeşkianla Qərbə daha çox yaxınlaşacaq. Bu da Tehranın Qərbdən uzaqlaşmasından zərər çəkən İraq, Suriya, Livan və Yəmən üçün vəziyyəti yumşaldacaq. Çünki İran-ABŞ münasibətləri gərginləşdikcə, İraqda da münaqişələr bir o qədər artır”.
    İraqlı siyasi şərhçi Mücaşi Təmimi isə islahatçı prezidentin daxildə iqtisadi böhran, xaricdə isə risklərlə mübarizə aparmaq məcburiyyətində qalacağını bildirib:
    “Pezeşkian ölkə daxilində işsizlik problemi ilə mübarizə aparacaq. İranın bu dönəmdə xarici siyasətində də çətinliklər yaşayacağı gözlənilir. Tehranın İraqla bağlı siyasəti Pezeşkianın yox, məhz Xameneinin əlində olduğu üçün bu istiqamətdə ciddi dəyişiklik olacağını düşünmürəm. İran İraqda və regionda “müqavimət qüvvələri”ndən əl çəkməyəcək və gərginlik davam edəcək. Tramp yenidən ABŞ prezidenti seçildiyi halda isə İran-ABŞ münasibətləri istər birbaşa, istərsə də İranın bölgədəki proksi qüvvələri vasitəsilə yeni formada gərginləşəcək. Aydındır ki, İran islahatçını prezident seçməklə öz siyasətində çevik mövqe nümayiş etdirmək istəyir. Problemini İran-region məsələsindən İran-İsrail səviyyəsinə endirmək istəyə bilər. Ancaq unutmaq olmaz ki, Tehran ABŞ-də həm demokratlar, həm də respublikaçılar tərəfindən hələ də “yaramaz dövlət” kimi qəbul edilir”.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Pezeşkianın həll etməli olduğu əsas məsələ | İranın siyasətində nələr dəyişir?
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #iran #pezeşkian #xamenei #siyasət #pezeşkiyan #əlixamenei #məsudpezeşkian #iranprezidenti #reels

КОМЕНТАРІ • 6

  • @obiyektivfikir3105
    @obiyektivfikir3105 17 днів тому +4

    Həqiqətən ,yaramaz devlətdi.

    • @slonfil8882
      @slonfil8882 16 днів тому

      Yegane oldugum dövletdir ki Sheytan Iblis ordan qacib qacanda da bulara deyib ALLAHDAN qorxun

    • @TenhaKurt-
      @TenhaKurt- 16 днів тому

      ​@@slonfil8882sənin elə boynuvu yerə soxum

    • @TenhaKurt-
      @TenhaKurt- 16 днів тому

      Allah qiyamət günü amerikalılarla məhşur eləsin in şəə Allah amin