Qusarçayda sel yolu apardı, Qubadan Rusiya sərhəddinə və Xudata gedən yol bağlandı!

Поділитися
Вставка
  • Опубліковано 16 жов 2024
  • Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolu sel suları yuyub, avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
    Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə on gündür əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar körpünün yaxınlığında, çayın içindən alternativ yol çəkilib. Amma son günlər bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel alternativ yolun bir hissəsini yuyub. Hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri istiqamətində yol bağlıdır.
    Qubada yerləşən “5 saylı Yol İstismarı MMC”-nin mühəndisi Rövşən Babayev bildirib ki, körpü yaxınlığındakı alternativ yol çayda suyun səviyyəsinin azalandan sonra bərpa olunacaq. “Hazırda çayda güclü sel müşahidə olunur. Həmin ərazidə texnikanın işləməsi mümkün deyil. Vəziyyətə nəzarət edirik. Suyun səviyyəsi azalan kimi, alternativ yol qısa zamanda bərpa olunacaq”,-deyə Rövşən Babayev bildirib.
    Qusarçay üzərindəki uzunluğu 146 , eni 10 metr olan körpünün əsaslı təmiri isə sentyabr ayında başa çatdırılacaq.

КОМЕНТАРІ • 8

  • @QUBA-RIH
    @QUBA-RIH 2 місяці тому +1

    Rayon ərazisində yağan yağışlar nəticəsində çaylardan sel keçmişdir. Sel nəticəsində bir sıra istiqamətlərdə yol infrastrukturuna ziyan dəymişdir.
    Selin fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilmişdir,. Bu istiqamətdə işlər yol sitismarı idarələri tərəfindən davam etdirilir.

  • @nadiraleskerov8020
    @nadiraleskerov8020 2 місяці тому +1

    Sizcə bu körpünün təmirini çinlilərə həvalə olunsaydı sentyabrın 15- nə kimi uzanardımı?

  • @azrbaycanazrbaycan4070
    @azrbaycanazrbaycan4070 2 місяці тому +1

    Sizə bir sual verim.Xacmaz rayonunda dənizə yaxın ərazilərdə Bakıdakı kimi güclü şimal küləyi əsir?

    • @mrelxanyusifli
      @mrelxanyusifli  2 місяці тому

      Bəli Xaçmaz rayonun dənizkənarı kəndlərində də şimal küləkləri əsir. Amma Bakıdakı ilə müqayisədə güclü demək olmaz.

  • @lababababababab09
    @lababababababab09 2 місяці тому +1

    😂

  • @husniyyeismayilova385
    @husniyyeismayilova385 2 місяці тому +1

    Ay eşşey yararsız nedi ekede yum ax deyirki denen kiii yolyoxdu daha sek yuyub aparıb

    • @mrelxanyusifli
      @mrelxanyusifli  2 місяці тому +6

      Bərəkallah sizə tərbiyə verən valideynlərə. Maşallah cox əxlaqlı övlad böydblər. İnsanlara müraciət formanızdan hər şey məlum olur. Halaldır.

    • @elcinibrahimov3922
      @elcinibrahimov3922 2 місяці тому +2

      Çox sağ olun məlumatiniz üçün ​@@mrelxanyusifli