“Üç ərə getdim, üçü də öldü... Unudulmuş bəstəkardan HEYRƏTAMİZ AÇIQLAMALAR

Поділитися
Вставка
  • Опубліковано 20 жов 2024
  • Yaşadığı qəsəbəni tapmağın özü də asan olmadı, sonra da o qəsəbədə xanımın yaşadığı ünvanı. Mənə elə gəldi, dünyanın o başına gedib çıxdıq fotoqrafımızla.
    Bir-birinin içində yerləşən həyət evlərindən birində yaşayır. Həyət qapısının arxasında daş qoyulub. Özünün əvvəlcədən izah etdiyi kimi, qapını möhkəm itələyirəm, açılır. Birinci mərtəbə yaşayış üçün yaramır, uzun pilləkən qalxır ikinci mərtəbəyə. Müsahibimsə yeriyə bilmir, onurğasında xəstəlik var. Aralı qapıdan adını çağırıb, keçirəm içəri. İçəridən adamı soyuq vurur. Döşəmənin soyuğu dərhal damarlarıma işlədiyindən, ayaqqabılarımı yenidən geyinib, otağa keçirəm. Ətiqə Ələkbərovanın evindəyəm. Bəlkə bu ad-soyad oxucuya heç nə demir, amma elə bir gün olmaz ki, televiziyada, yaxud radioda “musiqisi Ətiqə Ələkbərovanın...” ifadəsini eşitməyək.
    ✅ Rəsmi saytımız: www.lent.az
    ✅ Rəsmi facebook səhifəmiz: / lentaz-369377228740
    ✅ Rəsmi instagram səhifəmiz: / lent_az
    ✅ Rəsmi twitter səhifəmiz: / lent_az
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/lent_az
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...

КОМЕНТАРІ • 2