Sürət, Rahatlıq yoxsa Yürüş Məsafəsi? | Yeni Elektromobil erası!

Поділитися
Вставка
  • Опубліковано 8 чер 2024
  • Son illər Azərbaycan bazarında elektromobil brendləri alıcılarını təəccübləndirməyi bacarırlar. Hər yeni model keyfiyyət və dizayn cəhətdən, seqment üzrə rəqiblərinə meydan oxumağa qadirdir.
    Bu buraxılışımızda aparıcılarımız ölkəmizdə gündən-günə artan elektromobil modellərindən olan "Xpeng", "Avatr" və "Tesla" avtomobillərini sınaqdan keçirdilər. Aparıcılarımız ən bəyəndikləri elektromobili seçib, onların bütün göstəricilərini sınaqdan keçirmək üçün Baku Bus Test Training Mərkəzinə yola düşdülər. Sınaq zamanı müxtəlif maraqlı hadisələr baş verdi. Hansı brend yeni eranın avtomobili olacaq? Bu sualların cavabını bilmək üçün videonu sona kimi izləyin.
    #elektromobil #tesla #avatr #xpeng #avtomobil
  • Авто та транспорт

КОМЕНТАРІ • 40

  • @ramaa_44
    @ramaa_44 20 днів тому +16

    Kefinə düşəndə video paylaşan kanal

  • @sabittagiyev1429
    @sabittagiyev1429 20 днів тому +10

    Oktyabr ayındandı elektrik avtomobil (Hyundai İoniq 5) sürürəm, çox razıyam, amma yalnız şəhər ici sürməyə yarayır, eyni zamanda 2020 ci ildən Haval H9 varımdı, Çin avtomobilləri çox keyfiyyəti zəifdi

  • @tural9975
    @tural9975 20 днів тому +13

    İndiki dövrdə elektirikli avtomobil almaq düzgün deyil. Ən əsası da Çin istehsalı. Çünkü Çin avtomobili alan istər elektirik istər normal benzinli qəza zamanı ehtiyat hissəsi tapmaq çox çətin olur . Ehtiyat hissələrinin qiyməti olduqca bahadır. Qəza zamanı avtomobil sahibləri aylarla gözləməli olurlar. Məsələn Türkiyədə TOGG sahibi ön tərəfdən qəza edir demək olar ki maşının ( Lanjron ) dediyimiz hissəsinə heçnə olmur sadəcə ön tərəfdə olan ( gücləndirici təmir ) əzilir. Bufer, faralar və ön ekran hissə alınır. Servisdə maşının təmiri üçün 400 min TL təxminən 21 min manat pul istəyiblər. Çox maraqlıdır 21 min manat nəyə istəyiblər. Başqa bir Citreon C3 elektirik avtomobil qəza zamanı sol qanad sol iki qapı və sürücü Airbagı açılır. Servis ( 400 min TL + 70-80 min TL işçilik ( 25 min manat ) pul istəyiblər. Elektirikli avtomobillərin sığortası belə 50% normal maşınlardan bahadır.
    Son olaraq elektirik maşınlarının mənfi tərəflərini ayzıram
    1: Məhdud diapazon: Elektrikli nəqliyyat vasitələri adətən bir şarjla təxminən 300-400 kilometr məhdud məsafəyə malikdir və bu, uzun yol səfərlərini çətinləşdirə bilər.
    2: Doldurma vaxtı: Bəzi elektrikli avtomobillər tez doldurula bilsə də, bir çoxları tam doldurmaq üçün bir neçə saat tələb edir ki, bu da avtomobillərindən tez-tez istifadə etməli olan insanlar üçün əlverişsiz ola bilər.
    3: Yüksək ilkin qiymət: Elektrikli nəqliyyat vasitələri tez-tez benzinlə işləyən həmkarlarından daha bahalıdır, bu da onları bəzi istehlakçılar üçün daha az əlçatan edə bilər.
    4: Məhdud doldurma infrastrukturu: Doldurma infrastrukturu yaxşılaşsa da, o, hələ də yanacaqdoldurma məntəqələri qədər geniş yayılmayıb və bu, bəzi ərazilərdə doldurma məntəqələrinin tapılmasını çətinləşdirir.
    5: Batareyanın davamlılığı ilə bağlı narahatlıqlar: Elektrikli avtomobil akkumulyatorlarının uzunmüddətli davamlılığı və istifadə müddəti ilə bağlı narahatlıqlar var ki, bu da onların ümumi performansına və dəyərinə təsir edə bilər.
    6: Resursların çıxarılması və utilizasiyası: Elektrikli avtomobil akkumulyatorlarının istehsalı və utilizasiyası ətraf mühitə mənfi təsir göstərə bilən əhəmiyyətli miqdarda resurs və enerji tələb edir.
    7: Səs-küyün çirklənməsi: Elektrikli nəqliyyat vasitələri ümumiyyətlə benzinlə işləyən avtomobillərdən daha səssizdir, bu da səs-küyə güvənən bəzi insanlar üçün yolda potensial təhlükələr barədə xəbərdarlıq etmək üçün çatışmazlıq ola bilər.
    8: Şəbəkə elektrik enerjisindən asılılıq: Elektrikli avtomobillər şəbəkədən elektrik tələb edir, bu, çox vaxt qalıq yanacaqlar tərəfindən yaradılır və digər enerji mənbələri kimi təmiz və ya davamlı olmaya bilər.
    9: Məhdud model seçimləri: Keçmişdən daha çox elektrik avtomobil modeli mövcud olsa da, benzinlə işləyən avtomobillərə nisbətən hələ də daha az seçim var.
    10: Bərpaedici əyləc məhdudiyyətləri: Bəzi elektrikli avtomobillərin məhdud regenerativ əyləc imkanları var ki, bu da onların ümumi səmərəliliyini və effektivliyini azalda bilər.

    • @babekcassidy
      @babekcassidy 20 днів тому +3

      Bütün bu dedikləriniz doğrudur sizlə razıyam ancaq bu prizmadan baxmaq da lazımdır:
      1. 330 km məncə bakı şəhəri üçün ideal dəyərdir. Səhər 80%-la çıxdın 330 km sürdün şarja taxdın təzdən 330 km sürdün günə 660 km edir. Bu ki yaxşı rəqəmdir Bakı şəhəri üçün. Hətta rayona da getmək olar.
      2. Sən vaxtını maşının yanında keçirəcəksənsə əlbəttə bu sənə çox sıxıcı bir proses kimi gələcək. Maşının başının üstündə durub şarj olmağını gözləmək lazım deyil.
      3. Xeyr, söhbət təzə elektromobildən gedirsə ucuzdur hətta. Əlavə olaraq bunu da deyim ki fikirləşmirsən bunu "10-15 il sürüb satacam" deyə. 8 il ömrü var onun. Məsələn 20K$-lıq bir maşın aldın çevirirsən manata 34k manat. Bunu bölürsən 96 aya. Bu da edir 354 manat. Sonda bu elektromobili utilizasiyaya verməli olacaqsan. Bu 70-80% Çin avtomobillərinə aiddir. Keçək digər məsələyə. Avropanın investisiyaları 2025-dən sonraya təsadüf edir. Ona görə onlarda büdcə elektromobili indilik görmürük. Koreya da yenidir bu sahədə orada hələ ki seçim çox deyil. Əlimizdə qalır Amerika bazarı. Amerika bazarından sağlam elektromobillər gətirmək mümkündür. Artıq Teslaların da qiyməti aşağı düşür. Hətta biz bilmədiyimiz başqa büdcə elektromobilləri də var orada.
      4. Doldurma infrastrukturu dediyiniz kimi artıq yayılmağa doğru gedir. Mən özüm Zabratda qalıram Zabrata belə gətiriblər stansiya mən görəndə dedim yox əməlli başlı inkişaf var.
      5. Bu barədə 3-cü maddədə danışdım ancaq daxiliyanma avtomobillər də artıq "odnarazvı" olmağa doğru gedir. Tək işlətməlikdir. Al-işlət-utilizasiyaya ver. Tək-tük markalar qalıb xüsusilə yapon markalarıdır onlar və koreya (heç koreya maşınları da 200k km getdikdən sonra özünü yaxşı aparmır)
      6. Bir avtomobilin 8 il işləndiyini nəzərə alsaq elə onun zərəri daxiliyanma mühərriklə bərabərləşir. Elektromobilin bu tərəfi yaxşıdır ki səs kirliliyi olmur.
      7. Bu keçici bir şeydir, məncə, ancaq yenə də haqq verirəm sizə. Zatən elektriklərdə o qədər lidar, sensor olur özləri dayanır maneə görən kimi.
      8. Bunu tam olaraq anlamadım nə yalan desəm anlamadım tam da, amma məncə nadirən yaşana bilər.
      9. Bu sualın da cavabı 3-cü bənddə var. İnvestisiyalar gələcəyə doğru yatırılıb ona görədir. Çinin indi hər cür model çıxartmağı o demək deyil başqa markalar nəsə etməyəcək.
      10. Regenerativ əyləclənmədən gələn enerji bəyəm elektromobilə ziyandır?
      Bizim özümüzdə də ID.6 olub satmışıq siz deyən səbəblərə görə. Hər bir mövzuda haqlısınız dibinə kimi. Sadəcə mən bu prizmadan da baxmağınızı istədim. İstədim ki debat tərzi olsun. Hər kəsdə o imkan yoxdur 8 il sonra maşın tullasın.

    • @mirzeyevmehemmed4234
      @mirzeyevmehemmed4234 18 днів тому

      Pisiyin eli ete catmayanda deyir miyauu)

    • @tural9975
      @tural9975 17 днів тому

      @@mirzeyevmehemmed4234 belə yazdığınıza görə yəqin ki sizin əliniz o ətə çatıp.

    • @turqayiminov8430
      @turqayiminov8430 13 днів тому

      Cox gozel ve etrafli melumat vermisiz oxudugca cox mariflendim. Sagolun Vallah heqiqeten cox deyerli melumat verdiz. 😊❤

  • @ADEMARASOLU
    @ADEMARASOLU 19 днів тому +3

    XPeng G9 BMW-NİN X7 Madeleine oxşayır 👍

  • @vasifkerimov5452
    @vasifkerimov5452 18 днів тому +1

    Uğurlar arzulayıram

  • @Cografiya_Aydin.S.Elizade
    @Cografiya_Aydin.S.Elizade 20 днів тому +4

    Rəsmi servisin olmağı hər şey demək deyil.Servisi olduğu halda zəif təminat ucbatından əziyyət çəkən çox insan var və onlar çin avtomobili aldığına peşmandır.AVATR isə yaxın vaxtlarda rəsmi təqdim olunacaq.Görəy onun servisi necə olacaq.

    • @MuradOyundaMurad
      @MuradOyundaMurad 20 днів тому +2

      Sr group goturur avatr brendini resmi olarak 1,2 hefteye teqdim olunacag

  • @azerjoker4325
    @azerjoker4325 20 днів тому +2

    Əvvəlki komanda əla idi

  • @ismyloov
    @ismyloov 6 днів тому

    cox qeseng alinib keyifle izledim😅

  • @swayexpress6577
    @swayexpress6577 6 днів тому +1

    Xpeng!

  • @anarmansurov9768
    @anarmansurov9768 20 днів тому +5

    Tesla bunlarin yaninda badumcan taksilərinə oxsayir😂😂

  • @a.aliev13
    @a.aliev13 19 днів тому +1

    Duzunə benzin)))

  • @byhabiboff
    @byhabiboff 10 днів тому

    Video maraqlı alınıb. Yalnız reklamını etdiyiniz avtomobillərin kifayət qədər qiyməti var və hərkəs bunu əldə edə bilmir. Məsələn tesla almaq üçün 50K $ civarı yada yuxarısında bir məbləğ ödəyib 10 il sürmək məntiqli deyil.

  • @azerihit
    @azerihit 2 дні тому

    Ela olardıki bu kanal ingilis dilindədə olsun qlobala çxsın

  • @anarnamaz
    @anarnamaz 18 днів тому

    Alanda ancaq rəsmi servisi, rəsmi zəmanəti olan elektrikli avtomobillər almaq lazımdır. Yoxsa ki hansısa bir Əhməd kişinin salonundan yox

  • @nazimqasimov22
    @nazimqasimov22 15 днів тому

    Ən çox range hansı maşın verir? Bu barədə məlumat olmadı.

  • @YasrIbrhimov
    @YasrIbrhimov 20 днів тому

    Ela🎉🎉🎉🎉

  • @firuddinahadov9930
    @firuddinahadov9930 14 днів тому

    Avatr avtomobilinde sadalanan fuksialar (ister karaoke, ister kamin ve s) hamisi Teslada coxdan var 😉

  • @KenanM087
    @KenanM087 12 днів тому

    Cox maraqli versil oldu 😂

  • @valehmemmedli9986
    @valehmemmedli9986 13 днів тому

    Xpengin yan şüşələrinin qiragi xrom olsaydi lap super gorsenerdi

  • @aliabbasov9960
    @aliabbasov9960 20 днів тому

    Planlı deyəndə men moskvaya getmək istəyirəm əziyyət çəkəcəyimi bilmirəm

  • @ghostbenz4349
    @ghostbenz4349 18 днів тому

    G9 seviyyedi tesla ne olur olsun sade qutuya benzeyir ona gorede bizlik deyil

  • @shamsiqadirli
    @shamsiqadirli 16 днів тому

    Absurd olsada Azerbaycanda Toyotadan Hundaydan basqa masin surmek cetine salir adami.. esasda ehtiyat hissesi baximindan

  • @elchin571
    @elchin571 19 днів тому

    Avtomobil yalnız Alman və Yapon, qismən də Amerika qalanları zir zibildir

  • @ilkinbagirov4998
    @ilkinbagirov4998 19 днів тому

    Menim secimim tesladi
    Cunki praqram teminati daha gucludu daha yaxsidi

  • @Metleb.Muradzade
    @Metleb.Muradzade 17 днів тому

    Xpeng G9

  • @sadiq7305
    @sadiq7305 20 днів тому +1

    Amerikani , Çini qoyduğ qiraga xoş geldiz hövsana

  • @bagirovuqar
    @bagirovuqar 20 днів тому +1

    Avatrdansa dusunurem ki Voyah free olmaliydi bunlarin arasinda

  • @kerimimanli
    @kerimimanli 8 днів тому +1

    3 dənə elektrikli tozsoranı çıxardıb maşın kimi tanıdırlar.

  • @a_o_channelallahmanov954
    @a_o_channelallahmanov954 18 днів тому

    reklamlar

  • @cavidallahverdiyev5457
    @cavidallahverdiyev5457 18 днів тому +2

    Ay aparicilar butun dunya amerika avropa heyda yaponiya, elektro mobil masinlardan imtina edirler. Size qalmisiz kecmisde. İndi Hybrid masinlarinin ustunde isleyirler ve istehsalini coxaldirlar. Elektro mobiller almayin elinizde qalacaq bu masinlar