MaşaAllah.Nə gözəl məclis... Allah Sizləri hifz eləsin inşaAllah. Hacı Nuhbala başqa bir aləmir.Sağ ol ay qərdeşim.Allah elminə,ömrünə bərəkət versin inşaAllah.Allah Hacı Zülfüqar qardaşımı da gözəl surətdə müjdələsin inşaAllah.Allah bütün iştirakçıları salamat eləsin inşaAllah.Seyyidin də ruhuna salavat deyək.
Allah bu cür məclislərin bərəkətini daimi eləsin. Gözəl insanların faydalı söhbətlərindən ruhumuz dincəlir. Hac Nuhbala qardaşımın gözəl nitqi beytin şərhindən daha çox moizə xarakteri daşısa da hər düyündən bir düyün açır. Seyid Əzim Şirvanin zahirən küfr kimi görünən şerlərinin batinində bir açar var. Gərək o açar tapılsın. Rümuzi- şerimin dərk etməmiş mənasını, Seyyid, Gedib meyxanələrdə laubalı meyküsar olma. Ehtimal ki, sözü gedən beytdə " surəti- insan" dedikdə həm sözün bənzərliyi həm də mənası baxımından sanki bizə " sureyi- insan" ( insan surəsi) - nin 1 ayəsini işarə verir.
Seyyid, özünnən başlayaraq Allaha doğru yüksələn bir yol tutur və bu yolda qət etdiyi hər zirvəni yenidən gəldiyi " mülkü cahan" sayır ( bir silsiləli dağ kimi təsvir etsək, qalxdığımız hər zirvəni geridə buraxdığımız dağa baxaraq yeni bir Aləm sayarıq). Onun üçün insanlar həyatlarında neçə dəfə və necə yaşayıblarsa vəfat etdikdən sonra da o qədər yad edilirlər
"Seyyid, neçə yol gəlmiş idim mülki-cəhânə, Sədşükr tapıb surəti-insan, yenə gəldim." Beytin birbaşa mənası açıqdır. Şair ona görə şükr eləyir ki, surəti insan tapıb, yenə gələ bilib. Yəni surəti insan tapmasaydı, gələ bilməzdi.
Şərh çox uzandı, Bütöv əsaslı cavab olmadı, amma əlamətlər, işarələr qeyd edildi, Yəni maraqlı yanaşmadır, yaxınlaşma var. Fikrimcə Seyyid Əzim yaradıcılığını, beyninin məhsulunu, əsərlərini ümumi analiz edib sonra bu qəzələ yaxınlaşmaq lazımdır açması isə Qurani Kərimdəndir. Ona görə Qurani Kərimi yaxşı bilən və Seyyidşünas buna daha lokanik və sonra detallı əsas gətirə bilər. Şeirdə ümumi mövzu aydındır Allaha doğru ucalmaq, kamilləşmə, Allah hüzuruna canı ilə qəlbi ilə gəlmək, İlahi eşqdir. Amma hər beyt üçüm detallı şərh çox güman ki, dini tarixi hadisələrdən Qurandakı hikmətlərdən doğur. Maraqlı söhbət idi, zəhmət çəkmisiniz sağ olun.
Cəfəngiyat olaree, ta bu qədər də yoxdəə. Nəsiminidə nə qəşəng yozursuzeee. Guya deyib Allahın qüdrətinin təzahürüyəm. Nəsiminin dili pəltək olub ki, ənəl həqq yerinə, ənəl məzhər əl həqq deyə bilməsin.
Xeyr.qardaş yenə açılmadı o beytin sirri.Niyə axı biz mütləq dini ayələrə istinad etməliyik?.Şairdir də, bunu yazanda məsələn reinkarnasiya barədə fikirləşib Seyid Əzim..Nə olsun?Günahdır bəyəm? Şair bir gündə min fikrə düşə bilər. Biz istəyirik ki,klassiklərin yazdığını ancaq Qurana ,kitaba,hədisə filana bağlayaq.Qardaş.bunlar da insandır,öz fikirləri,ürəklərində öz təbəddülatları ola bilər.....Siz sadəcə ümumi danışırsız,və sübut edə bilmədiz.Ona görə də Seyid Əzimin qəzəlini telefondan oxuyub,istədiyiniz kimi yozmayın. :Seyid Əzimin,Füzulinin tədqiqatçıları olan savadlı alimlərimiz var ki,ömürlərini onların yaradıcılığına həsr ediblər..Ona görə də bildiyiniz işdən danışın.Klassiklərin əsərlərini ora -bura yozub kontekstindən çıxarmayın.Təzə trend düşüb e valla.Molla,Axund.seyid qalmayıb hamısı olub Seyid Əzim.Füzuli bilicisi..
ŞAİR BU BEYTDƏ AÇIQ AŞKAR : ŞÜKÜRLƏR OLSUN Kİ BU CAHANA YENƏ İNSAN KİMİ GƏLDİM"-- DEYİR. BƏZƏN ÖZÜMÜZ QƏZƏLLƏRƏ ŞƏXSİ DÜŞÜNCƏLƏRİMİZƏ, HİSSLƏRİMİZƏ ARXALANARAQ ƏLAVƏ ŞƏRH VERİRİK HANSİ Kİ ŞAİR DAHA AÇIQ ŞƏKİLDƏ YAZIR.
ELİMİNƏ BƏRƏKƏT SEYYİD..BİR ŞEY ƏLAVƏ EDİM..İNSAN 9 ALƏM KEÇİR..HAL HAZIRDA BİZ 6 CI ALƏMDƏYİK..SEYYİD ƏZİM O ALƏMLƏRDƏN DANIŞIR..M FİZULİ İSƏ 4 DƏFƏ VƏTƏNİM DEMƏKLƏ TAM BAŞQA MƏKANLARI DEYİL..FİZULİ ELƏ SAVADSIZ OLMAYIB Kİ İNSANA 4 ALƏM QƏRAR VERSİN
"Əzzəldə var idim,yenə varəm bu hal ilə, Həqdir əgər ki,sizlər üçün Quran ayəti. Ölmək dediyin eyni şeydir intiqal ilə, Xüldün nə ibtidası var,nə də yoxdur nəhayəti." Epitafiya. " Səd şükr,tapıb surəti-insan yenə,gəldim." Misrada "yenə" sözü "gəldim" sözünə aid deyil, "surəti-insan" izafətinə aiddir! Yəni,əvvəllər insan surətində gəlmişdim,yenə də insan surətində gəldim. Bu reinkarnasiya deyil. Reinkarnasiya təlimi insan daxil olmaqla başqa canlıları da nəzərdə tutur. Məqbul təlim olmasa da,bu təlimə görə əməlisaleh insan yenə insan surətində,küfr əhli isə müxtəlif heyvanlar şəklində yenidən dünyaya gəlir. Məsələnin kökü daha dərindədir. Bunu başa düşmək üçün Allahın əbədiyyət sifətini(əl-Xalid) və Qur'andakı "ulaikə əshabul-cənnəti(və ya "əshabun-nari" ) hum fiha xalidun" - ayələri üzərində düşünmək lazımdır. Burada bütün təfərrüatları yazmaq fikrim yoxdur. Nəticəni hər kəs özü çıxarmalıdır. Bu daha həzzvericidir.
@@azrqasmov7878 dəyər verdiyiniz üçün təşəkkür edirəm. Paylaşmaq asandır,inandırmaq çətin. İnamı insanın öz ixtiyarına buraxmaq lazımdır,əks halda "Ləə ikrahə fid-dini..." ayəsinə zidd getmiş olarıq. Bizim borcumuz insanı dəlillər ilə düşündürməkdir,nəticəni isə insan özü çıxarmalıdır. İnam və iman bu halda daha möhkəm,daha kamil olur.
Seyid Əzim də öz dövründə yazarkən neqtivləri yazıb, ifşa edib..eyni zamanda Qurani-Kərimdən də yararlanıb,lakin zəmanəsinin ziyalısı olub,kafir olmayıb cahil olmayıb,heç dindar da olmayıb
Bir cümlə yazdın amma saz yazdın. 😄 Qardaş deyir ki, bu ya həmin mərhələlərdir ya da elə ruhunun yaradılış mərhələsidir ki, ruh elmi haqqında Quranda da göstərildiyi kimi Allahın buyurduğu kimi insanda çox məlumat yoxdur.
@@almir5836 Başa düşdüm dediklərini qardaşin.Amma cavabindan qane olmadim.istədim belə yazmaqla, ruhlar aləmində özümə yaxin olan ruhlarla taniş olum dünyada.Ruhlar aləmində hər bir ruh Allahin cagirişina səs verir,Allahi təsdiq edir.Belə təsəvvür elə ki,müharibədən əvvəl hami asib kəsir amma müharibə başlayanda coxu döyüşə getməkdən qacir.İmam Huseyn ə.s deyir,,mömünlərin sayi cox olar,elə ki imtahan gəldi saylari azalar.Allah quranda buyururki,siz istəyirdiz cihadi.indi niyə qacirsiz cihaddan?.Bax ruhlar aləmi ilə dünya aləmi bu misaldadi.Yaniki biz ki,Allahi ruhlar aləmində təsdiqlədik görəsən bizə imkan verilsə dünya aləmindədə təsdiqləyəcəyikmi.Dünyaya da bizim ruhlar yaşamaq ücün,dediklərimizi təsdiq etmək ücün mütləq insan surətində gəlməliyik.Eynən göyə cixmaq ücün kosmonavtlarin paltarin geyməliyik ki,kosmosda yaşaya bilək.Dünya bizim ruhumuz ücün imtahan yeridir.Ruhlar aləmindəki dediklərimizi gərək dünyada təsdiqləyək.Əgər bir mömün Allahina şükür edərsə ki, insan formasina salib məni dünyaya göndərdinki ,orda dediyimi burda təsdiqləyim,buna görədə cox şükürlər olsun.Yəniki burda təəccüblü hecnə yoxdu.Seyyiddə həmən gəlişi və imtahandan üzü ag cixmagini qələmə alib.))
@@seyyidhasimi1287 razıyam. Elə sənin də, mənim də , qardaşın da dediyində ortaq məqam var. İnsan surətində bu aləmə gəlməmişdən qabaq ruhi mövcudiyyatda Seyid də öz sözünü deyib, indi də təsdiq üçün bu cismani həyatda Allah yolunda , İlahi eşqdə həqiqəti bəyan edib, can verməyə, sözünü deməyə hazırdır və buna çox şükür olsun. Yəni sən demiş burda təəccüblü, müəmmalı mürrəkkəbləşdirməli məsələ yoxdur. Əsas məna , qayə göz qabağındadır, məsələyə asand sadə yanaşmaq lazımdır. Cihad, sınaq- imtahan məqamını çox yaxşı qeyd elədin, tamamlayır elə bu fikri. 👍
@@almir5836 Bu məsələnin birinci səhifəsi.Məsələnin birazda qəlizinə gedək.Daxil olaq səninlə daha həqiqi mənalara.Necəki Sədi Şirazi Gülüstan bagini seyr edib Gülüstan əsərin yazib.Demək belə, Quran ayəsində belə bir hadisə haqqinda məlumat var.Allah cəmi insanlardan əhd almaq ücün onlari Adəm əleyhisəlamin belindən ,sülbündən cixarir və deyir.Mən sizin rəbbiniz deyiləmmi?hami deyir bəli Sən bizim rəbbimizsən.Burada biz Allahla dialoqa giririk,həmdə müşahidə edirik Allahi.Bir sual ortaliga gəlir əgər biz bu hadisəni görüb müşahidə etmişiksə niyə ruhumuz bunu xatirlamir?.Bu suali İmam Cəfər Sadiq ə.s verende buyururki,,Allah müşahidəni bizə unutdurub,iqrari isə saxlayib.yəniki Quranda Allah buyururki onlara denən sizi kim yaradib onlar Allah deyə cavab verəcəklər.demək iqrar bizdə saxlanilib,müşahidə isə yaddaşimizdan silinib.İmam bunuda qeyd edirki bəzi ruhlar müşahidəni xatirlaya bilər əgər zəhmət cəksə.Biz hardan bilə biləriki müşahidəni xatirlayan ruhlar zamanimizda yaşayir .Allah dostlari hər zaman var olub olacagda.Yalniz İbrahim ə.s dost secməyibki Allah.Bəlkə Seyyid müşahidəni xatirlayib, bəsirəti aciq olub hardan bilək.Qəzəllərində buna işarə edir.
Seyyid həmin məqtə beytində say göstərmir, əvvəlki necəliyini də yəni necə hansı formada gəlib nəyə çalışıb bu yolda onu göstərmir. Cəm də hesab, riyaziyyatda 2 dən çox sayılır, 3dən çox və ya 4 olmaya da bilər. Hərənin bir dərki, fikri var. Mənim yanaşmam belədir, əvvəlki şairlərin də fikri ilə də uzlaşır Seyidin bu ifadəsi (Nəsimi, Xətai və s) Belə ki, mən ta əzəldən var idim, həqiqət kimi, məna hikmət kimi, Allahı bilib tanıyan, ona can atan, car çəkən , Allahı işarə, əlamət verən kimi, haqq səsini həqiqəti bəyan edən kimi yəni məna, ruh, əməl kimi . Bəs bu necə olur ? Məndən əvvəlkilərin manasında. Yəni, o seyid nəslindən idi, peyğəmbər irsindən idi hətta dərinə gedəndə Adəm peyğəmbərdən bəri olan yayılan məna , hikmət, ruh formasında, lap dərinə gedəndə Allah ağıl, ruh, şüur, idrak,dərk, məna, həqiqət dəryasını yaradandan bəri. Yəni bu məqtə beytində bu irfani məna varsa, hansı ki, bu mənanı Əli ə.s. da bəyan edib (Əvvəl mənəm, axır mənəm ..) onda Seyid çox böyük, Fizuli, Nəsimi kölgəsinə yaxın bir şair alim, həqiqət bəyançısı, davamçı olub. Sonra da deyir ki, çox şükür ki, bu aləmə bu dəfə insan yəni öz insan surətimdə, simamda gəlib həqiqəti, İlahi eşqi yenə bəyan edirəm.
Salam aleykum qardaş.Ruh haqqinda bizə az bir şey məlum oldugu ücün, bəzən fəlsəfi fikirlərlə məlumatimizi artirmaq istəyirik.Mən bu misrada bir fikir deyim bəlkə təfəkkür edib nəsə əldə edəsən.Qurani Kərimin Qədr surəsində mələklərin və ruhun həmən gecə yerə gəlmələrindən söhbət gedir.Bu ayədəki ruh təfsirlərə görə Cəbrayil ə.s ola bilər və ya xüsusi yaradiliş olan bir varligdi.Adı ruh kimi cəkilir ayədə.Bəlkə Seyyid həmən ayəyə işarə edir qəzəlində.Bəlkə dünyaya insan kimi gəlməyən ruhlar hər il Qədr gecəsində ruh kimi gələrlər yerə biz hardan bilirik.Daha sonra insan kimi dünyaya gəlir.Seyyid bu ayəyə işarə edərək bəlkə fəlsəfi fikir irəli sürmək istəyir?.Cünki qəzəlin əvvəlində dünyada baş verən hadisələri qeyd edir.Cünki hər Qədr gecəsində əmrlər yerə endirilir.Bu həmən əmrləri ruh halinda bilirdi.Amma kömək etmək səlahiyəti olmadigi ücun əlindən hecnə gəlmirdi.Sadəcə can atanlardan,kömək etmək istəyənlərin cərgəsindən sayirdi özün.İmkan verilən kimi, dünyaya insan kimi geldiyi ücün şükür edir.Oxudugun ücün sagol.cavab gözləyirəm))
@@seyyidhasimi1287 Aşağıdakı rəylərinə görə sağ ol, bəyəndim fikrimi, cavabımı yazdım, hiss olunur zəhmət çəkmisən araşdırmısan, zaman sərf etmisən və bizimlə də bölüşürsən. Sağ ol. Fikrin aydın oldu, ortaq məqamları kitaba istinadən gördüm. Şükür olsun Allaha ki, bizlərə ağıl bəxş edib, Kitabı bəxş edib , araşdırıb bu mənaları aça bilirik. Oxuduqca, öyrəndikcə əvvəlcə bizə qəliz görünən, çox dərin görünən məqamları həmd olsun Allaha Kitabımızdakı hikmətləri analiz etməklə asand açırıq və sonra da düşünürük ki, burda elə bir təəccüblü məqam yoxdur Allah Kitabında bunu buyurub, göstərib. 👍 Şairlərimiz isə poetik fəlsəfi üslubda, gözəl söz sənətində bu hikmətləri bir daha bizim yadımıza salır, xoş edir.
@@almir5836 Bəzi mövzulari gərək hədislərin işigi ilə aydinlaşdiraq.Bütün suallarin cavabi Quranda olsada bizim təfəkkürümüz ora kimi qalxa bilmir.İmam Sadiq ə.s buyurubki biz hədisləri o qədər süzgəcdən kecirib sizə təqdim edirikki sizə anlaşilsin hədislər.Amma onuda deyimki hədislərin üzərindədə gərək təfəkkür edək.Əli ə.s deyirki Allah biz Əhli Beyti insan cildində yaradibki siz bizi başa düşəsiz.Onlarin məqamini Allahdan və özlərindən başqa kimsə bilə bilməz.Biz seyyidin bir kəlməsini təfəkkür edib nə demək istədiyini bilmək istəyirik amma unuduruqki,Əhli Beytin dediyin təfəkkür eləsək Qurani başa düşərik.Cünki Peygəmbərimiz deyibki mənim hədislərimi Quranla tutuşdurun ,əgər bir birini tamamlasa mənim hədislərimdi yox əgər Quran o sözü təsdiqləməsə mənim sözüm deyil.
Hem Hacinin,hem de her iki qardasimizin yanasmalari aglabatandir,mentiqidir.Amma Seyid Ezimi sonadek anlamaq ucun bizim hamimizin bilgileri kifayet etmir.Agilli yozumlar hele cox olacaq.Nesimi "Bu qus dilidir,ani Suleyman bilir ancaq" deyende gorunur ele Seyidi de nezerde tutub.Ruhlari sad olsun.Allah (c.c.) sizlerden de razi olsun. P.S.Zennimce Haci "elest meclisinin"yerini deyisik saldi.
Salam Fazil. Hələ qulaq asıram qəzəlin şərhinə. Burdan rəylərə nəzər elədim. İradnızıda nəzər alıram şərhədə baxıram. Yekunda sizə cavab yazıcam. Ya həm fikirik ya zidd. 😄😄. Mən hələki bu videonun adı ilə razı deyiləm.
Fazilcan. Həyifki 16dəqiqəlik söhbət açıqlama olmadı. Yanaşma oldu və təəssüfki söhbətin əvvəli sonunda bağlanmadı. Bəlkə videonun ardı var. Belə ümumən pis deyil. Hacıda təkrarən bu beytə təkrar nəzər verib sadəcə biraz geniş olsun deyə quran ayələrinə çox toxunur. Amma yenədən beytin batininə daxil olmur. Bir söz deyim fazilcan. Şairin misrasının qəzəlinin batini,şairin batinindədi. Bunlar beytə yanaşırlar sadəcə. Hacı məncə qəzəl yazmır. Yəni bu halda 50faiz şərh edə bilər. Hər halda pis deyil var olsunlar əzyət çəkiblər. Amma çox uzandı biraz yorucudur.
Məndə sizinlə razıyam. Hətda deyərdim ki,bizə beytin mənası və açılışı lazəm idi. Düzdürki heç kim aça bilməz əslini sadəcə nəzəri yanaşma ola bilər.Əsli isə şairin özündədi,bu heç. Ama burda elmi göstərmək uzun uzadı danışmaq lazım deyildi. Seyyid kənarda qaldı bu verlişdə. Bu kimi müazirəni mən hər gün bir saat 2saat danışa bilərəm.
@@agamehdibedelov4735 Danışan qardaş məsələyə mollasayağı yanaşır. Yalnız ona görə ki, islamda reinkornasıya tanınmır. Əslində isə bu beytə şərh verməyə dəyməz. Çünki, reinkornasiya ideyası yalnız bir beytdə deyil, qəzəlin hər bir beytində vardır. Bir beyti ayrıca götürüb təhlil edəndə nəticə yanlış ola bilir. Uzun illər Ərəbistanda din təhsili almış böyük alim Seyyid Əzim nə yazdığını bilmirdi? Görünür ki, ömrü boyu mollaların, axundların basqısı altında yaşamış Seyyid daha çox şey bilirdi, ancaq onları açıq deyə bilmirdi və bildiyinin bir azını bu qəzəllə bizə çatdırmışdır.
Qəşəng, sonda başda oturan ağsaqqalın şeri lap yerinə düşdü.
Mawallah olsun deyerli ziyalimilarimiz,ki bele dahileri anib ve bele meclisler tewkil edirler.
AllAH seni qorusun Əmim oğlu Hacı Nuxbala
Amin inşallah
Qardaş bunu bütöv elə də!sənə qurban,söhbətin ən gözəl yerində kəsibsən.incitmə də gecə vaxtı məni..
Allah əzizimiz hacı Nuhbalanın elminə güvvət versin 🤲🤲🤲
əhsən əhsən birdə əhsən.
Allah razı olsun HacıNuhbaladan.
Nərdəran kəndinin yetirməsi Allah ölənlərinin ruhunu şad eləsin. Sənin kimi qərdeşlərimizə uzun ömürlər versin
Amin inşaAllah Amin
Allah canvi sag elesun Allah seni qorusun Haci qerdewi Allah elmine bereket versun
Eviz abad bah bah Allah razi olsun bunun ardi yoxdu na gözal söhbat gedirdi heyif ardi olsa yaxşi olar ❤❤❤❤❤❤❤❤
Allah omur versin bele deyerli heqiqi hacilarimiza👏👏
Sağ olun Hacı, Allah sizi hifz eləsin.
Amin
Sagol haci can nardaranin yetirmesi bele olmaldir yawa ay heci sene ehtiyacmiz var
Əhsən sizlərə,belə gözəl,məntiqli izahata görə,mən çoxdan bu qafiyənin məntiqini axtarırdım! Seyid Əzim kimi dahi, bir daha çətin gələ bu dünyaya!🤔
Var olsunn NARDARANIM
MaşaAllah.Nə gözəl məclis...
Allah Sizləri hifz eləsin inşaAllah.
Hacı Nuhbala başqa bir aləmir.Sağ ol ay qərdeşim.Allah elminə,ömrünə bərəkət versin inşaAllah.Allah Hacı Zülfüqar qardaşımı da gözəl surətdə müjdələsin inşaAllah.Allah bütün iştirakçıları salamat eləsin inşaAllah.Seyyidin də ruhuna salavat deyək.
Allah sizlərdən razı olsun
Allah bu cür məclislərin bərəkətini daimi eləsin. Gözəl insanların faydalı söhbətlərindən ruhumuz dincəlir. Hac Nuhbala qardaşımın gözəl nitqi beytin şərhindən daha çox moizə xarakteri daşısa da hər düyündən bir düyün açır. Seyid Əzim Şirvanin zahirən küfr kimi görünən şerlərinin batinində bir açar var. Gərək o açar tapılsın.
Rümuzi- şerimin dərk etməmiş mənasını, Seyyid,
Gedib meyxanələrdə laubalı meyküsar olma.
Ehtimal ki, sözü gedən beytdə " surəti- insan" dedikdə həm sözün bənzərliyi həm də mənası baxımından sanki bizə " sureyi- insan" ( insan surəsi) - nin 1 ayəsini işarə verir.
Allah sizə can sağlığı versin
ULU TANRIM HACIYA ÖMÜR VERSİN.
Amin inşaAllah
Aycan aycan. Allah ömür versin sizə
MAŞALLA❤
EVIN ABAD❤
Allah sizlərə can sağlığı versin
ALLAH Sizdən Razı olsun Həci..!!
Seyyid, özünnən başlayaraq Allaha doğru yüksələn bir yol tutur və bu yolda qət etdiyi hər zirvəni yenidən gəldiyi " mülkü cahan" sayır ( bir silsiləli dağ kimi təsvir etsək, qalxdığımız hər zirvəni geridə buraxdığımız dağa baxaraq yeni bir Aləm sayarıq). Onun üçün insanlar həyatlarında neçə dəfə və necə yaşayıblarsa vəfat etdikdən sonra da o qədər yad edilirlər
Allah sizə can sağlığı versin inşaAllah.
SƏHV İZAHDIR..MƏRHƏLƏ BAŞQADI ALƏM BAŞQADI..DİZ DEYƏN MƏRHƏLƏ VƏ SƏVİYYƏDİR.NECƏKİ TƏHSİLİN MƏRHƏLƏSİ VƏ SƏVİYYƏSİ VAR
"Seyyid, neçə yol gəlmiş idim mülki-cəhânə,
Sədşükr tapıb surəti-insan, yenə gəldim." Beytin birbaşa mənası açıqdır. Şair ona görə şükr eləyir ki, surəti insan tapıb, yenə gələ bilib. Yəni surəti insan tapmasaydı, gələ bilməzdi.
Ölürəm belə məclis üçün
180 il bağlı qalan beyt yenə bağlı qaldı.
Şərh çox uzandı, Bütöv əsaslı cavab olmadı, amma əlamətlər, işarələr qeyd edildi, Yəni maraqlı yanaşmadır, yaxınlaşma var. Fikrimcə Seyyid Əzim yaradıcılığını, beyninin məhsulunu, əsərlərini ümumi analiz edib sonra bu qəzələ yaxınlaşmaq lazımdır açması isə Qurani Kərimdəndir. Ona görə Qurani Kərimi yaxşı bilən və Seyyidşünas buna daha lokanik və sonra detallı əsas gətirə bilər.
Şeirdə ümumi mövzu aydındır Allaha doğru ucalmaq, kamilləşmə, Allah hüzuruna canı ilə qəlbi ilə gəlmək, İlahi eşqdir. Amma hər beyt üçüm detallı şərh çox güman ki, dini tarixi hadisələrdən Qurandakı hikmətlərdən doğur.
Maraqlı söhbət idi, zəhmət çəkmisiniz sağ olun.
Cəfəngiyat olaree, ta bu qədər də yoxdəə. Nəsiminidə nə qəşəng yozursuzeee. Guya deyib Allahın qüdrətinin təzahürüyəm. Nəsiminin dili pəltək olub ki, ənəl həqq yerinə, ənəl məzhər əl həqq deyə bilməsin.
Yaxşı şərh verir maşallah
Ələst aləmi əsla ruhlar aləmi deyil. Ata belindən ruh keçməz.
Bah bah evun avad qardaş
"Mülki cahan" ifadəsi Vaqifdə də var, "dünya" deməkdir. "Mən cahan mülkündə mütləq doğru halət görmədim..."
Ədəbiyyat literatura deyil!
Ədəbiyyat Seyyiddi Nəsimidi Füzulidi.Allah rəhmət eləsin Zəlimxan Bəxtiyar deyil.
Gözəl buyurdunuz
Xeyr.qardaş yenə açılmadı o beytin sirri.Niyə axı biz mütləq dini ayələrə istinad etməliyik?.Şairdir də, bunu yazanda məsələn reinkarnasiya barədə fikirləşib Seyid Əzim..Nə olsun?Günahdır bəyəm? Şair bir gündə min fikrə düşə bilər. Biz istəyirik ki,klassiklərin yazdığını ancaq Qurana ,kitaba,hədisə filana bağlayaq.Qardaş.bunlar da insandır,öz fikirləri,ürəklərində öz təbəddülatları ola bilər.....Siz sadəcə ümumi danışırsız,və sübut edə bilmədiz.Ona görə də Seyid Əzimin qəzəlini telefondan oxuyub,istədiyiniz kimi yozmayın. :Seyid Əzimin,Füzulinin tədqiqatçıları olan savadlı alimlərimiz var ki,ömürlərini onların yaradıcılığına həsr ediblər..Ona görə də bildiyiniz işdən danışın.Klassiklərin əsərlərini ora -bura yozub kontekstindən çıxarmayın.Təzə trend düşüb e valla.Molla,Axund.seyid qalmayıb hamısı olub Seyid Əzim.Füzuli bilicisi..
Duzdur qardas.
Yenə gəldim sözü açardı.irfani mənası başqadı bu beytin.
ŞAİR BU BEYTDƏ AÇIQ AŞKAR :
ŞÜKÜRLƏR OLSUN Kİ BU CAHANA YENƏ İNSAN KİMİ GƏLDİM"-- DEYİR.
BƏZƏN ÖZÜMÜZ QƏZƏLLƏRƏ ŞƏXSİ DÜŞÜNCƏLƏRİMİZƏ, HİSSLƏRİMİZƏ ARXALANARAQ ƏLAVƏ ŞƏRH VERİRİK HANSİ Kİ ŞAİR DAHA AÇIQ ŞƏKİLDƏ YAZIR.
Niyə belə verlişlər az az verilir. Olmaz həftəyə 2.3 belə verliş hazırlana doymaq olmur.
İnşaAllah tez tez olacag Allahın izni ilə
Allah sene uzun omur versin inshAllah
ustad siz professor adina laiqsiz
bu sherhinizle subut etdiniz
Bilmədiyini danışma.
Özdə qəzəli belə təhlil eləmirlər. Gəldin tutdun axırıncı beytdən. Yuxarıdakı beytlər hara getdi bəs ?!
Oları nəcür yozağeee ?! Məsəl üçün ;
Bir gəlmiş idim olmadı qismət yenə getdim.
M.Füzulinin. Vətənimdir Vətənəmdir.... misrasının nə ilə əlaqəsi var idi burda? Bunu başa düşmədim.
ELİMİNƏ BƏRƏKƏT SEYYİD..BİR ŞEY ƏLAVƏ EDİM..İNSAN 9 ALƏM KEÇİR..HAL HAZIRDA BİZ 6 CI ALƏMDƏYİK..SEYYİD ƏZİM O ALƏMLƏRDƏN DANIŞIR..M FİZULİ İSƏ 4 DƏFƏ VƏTƏNİM DEMƏKLƏ TAM BAŞQA MƏKANLARI DEYİL..FİZULİ ELƏ SAVADSIZ OLMAYIB Kİ İNSANA 4 ALƏM QƏRAR VERSİN
"Əzzəldə var idim,yenə varəm bu hal ilə,
Həqdir əgər ki,sizlər üçün Quran ayəti.
Ölmək dediyin eyni şeydir intiqal ilə,
Xüldün nə ibtidası var,nə də yoxdur nəhayəti."
Epitafiya.
" Səd şükr,tapıb surəti-insan yenə,gəldim."
Misrada "yenə" sözü "gəldim" sözünə aid deyil, "surəti-insan" izafətinə aiddir! Yəni,əvvəllər insan surətində gəlmişdim,yenə də insan surətində gəldim. Bu reinkarnasiya deyil. Reinkarnasiya təlimi insan daxil olmaqla başqa canlıları da nəzərdə tutur. Məqbul təlim olmasa da,bu təlimə görə əməlisaleh insan yenə insan surətində,küfr əhli isə müxtəlif heyvanlar şəklində yenidən dünyaya gəlir.
Məsələnin kökü daha dərindədir. Bunu başa düşmək üçün Allahın əbədiyyət sifətini(əl-Xalid) və Qur'andakı "ulaikə əshabul-cənnəti(və ya "əshabun-nari" ) hum fiha xalidun" - ayələri üzərində düşünmək lazımdır. Burada bütün təfərrüatları yazmaq fikrim yoxdur. Nəticəni hər kəs özü çıxarmalıdır. Bu daha həzzvericidir.
Maşallah, elminizə bərəkət.
Verilişlər çəkib belə dəyərli fikirlərinizi paylaşsanız əla olardı.
@@azrqasmov7878 dəyər verdiyiniz üçün təşəkkür edirəm. Paylaşmaq asandır,inandırmaq çətin. İnamı insanın öz ixtiyarına buraxmaq lazımdır,əks halda "Ləə ikrahə fid-dini..." ayəsinə zidd getmiş olarıq. Bizim borcumuz insanı dəlillər ilə düşündürməkdir,nəticəni isə insan özü çıxarmalıdır. İnam və iman bu halda daha möhkəm,daha kamil olur.
Adam tapmaq asandı?Adamları göstərib gizlətmə də.durum Bakıya gəlim?varsa video,bu məclisi bütöv istəyirəm görəm.
Hamısı elə budur qardaş)
@@sabitqasim2459 heyf.buna da şükür
Seyid Əzim də öz dövründə yazarkən neqtivləri yazıb, ifşa edib..eyni zamanda Qurani-Kərimdən də yararlanıb,lakin zəmanəsinin ziyalısı olub,kafir olmayıb cahil olmayıb,heç dindar da olmayıb
Salam, Seyyid Nəcəfdə din təhsili alıb.
Adam bildiiyi seylerden danisa da.seyyidin qezelleri basdan ayaqa remzler irfani isarelerle doludur nece dindar olmayib?nesimini bir zamanlar dinsiz kimi cemiyyete siriyirdilar
Cismin yaradilişi mərhələdən kecir, Ruhu deyil qardaş.
Bir cümlə yazdın amma saz yazdın. 😄 Qardaş deyir ki, bu ya həmin mərhələlərdir ya da elə ruhunun yaradılış mərhələsidir ki, ruh elmi haqqında Quranda da göstərildiyi kimi Allahın buyurduğu kimi insanda çox məlumat yoxdur.
@@almir5836 )))
@@almir5836 Başa düşdüm dediklərini qardaşin.Amma cavabindan qane olmadim.istədim belə yazmaqla, ruhlar aləmində özümə yaxin olan ruhlarla taniş olum dünyada.Ruhlar aləmində hər bir ruh Allahin cagirişina səs verir,Allahi təsdiq edir.Belə təsəvvür elə ki,müharibədən əvvəl hami asib kəsir amma müharibə başlayanda coxu döyüşə getməkdən qacir.İmam Huseyn ə.s deyir,,mömünlərin sayi cox olar,elə ki imtahan gəldi saylari azalar.Allah quranda buyururki,siz istəyirdiz cihadi.indi niyə qacirsiz cihaddan?.Bax ruhlar aləmi ilə dünya aləmi bu misaldadi.Yaniki biz ki,Allahi ruhlar aləmində təsdiqlədik görəsən bizə imkan verilsə dünya aləmindədə təsdiqləyəcəyikmi.Dünyaya da bizim ruhlar yaşamaq ücün,dediklərimizi təsdiq etmək ücün mütləq insan surətində gəlməliyik.Eynən göyə cixmaq ücün kosmonavtlarin paltarin geyməliyik ki,kosmosda yaşaya bilək.Dünya bizim ruhumuz ücün imtahan yeridir.Ruhlar aləmindəki dediklərimizi gərək dünyada təsdiqləyək.Əgər bir mömün Allahina şükür edərsə ki, insan formasina salib məni dünyaya göndərdinki ,orda dediyimi burda təsdiqləyim,buna görədə cox şükürlər olsun.Yəniki burda təəccüblü hecnə yoxdu.Seyyiddə həmən gəlişi və imtahandan üzü ag cixmagini qələmə alib.))
@@seyyidhasimi1287 razıyam. Elə sənin də, mənim də , qardaşın da dediyində ortaq məqam var. İnsan surətində bu aləmə gəlməmişdən qabaq ruhi mövcudiyyatda Seyid də öz sözünü deyib, indi də təsdiq üçün bu cismani həyatda Allah yolunda , İlahi eşqdə həqiqəti bəyan edib, can verməyə, sözünü deməyə hazırdır və buna çox şükür olsun. Yəni sən demiş burda təəccüblü, müəmmalı mürrəkkəbləşdirməli məsələ yoxdur. Əsas məna , qayə göz qabağındadır, məsələyə asand sadə yanaşmaq lazımdır. Cihad, sınaq- imtahan məqamını çox yaxşı qeyd elədin, tamamlayır elə bu fikri. 👍
@@almir5836 Bu məsələnin birinci səhifəsi.Məsələnin birazda qəlizinə gedək.Daxil olaq səninlə daha həqiqi mənalara.Necəki Sədi Şirazi Gülüstan bagini seyr edib Gülüstan əsərin yazib.Demək belə, Quran ayəsində belə bir hadisə haqqinda məlumat var.Allah cəmi insanlardan əhd almaq ücün onlari Adəm əleyhisəlamin belindən ,sülbündən cixarir və deyir.Mən sizin rəbbiniz deyiləmmi?hami deyir bəli Sən bizim rəbbimizsən.Burada biz Allahla dialoqa giririk,həmdə müşahidə edirik Allahi.Bir sual ortaliga gəlir əgər biz bu hadisəni görüb müşahidə etmişiksə niyə ruhumuz bunu xatirlamir?.Bu suali İmam Cəfər Sadiq ə.s verende buyururki,,Allah müşahidəni bizə unutdurub,iqrari isə saxlayib.yəniki Quranda Allah buyururki onlara denən sizi kim yaradib onlar Allah deyə cavab verəcəklər.demək iqrar bizdə saxlanilib,müşahidə isə yaddaşimizdan silinib.İmam bunuda qeyd edirki bəzi ruhlar müşahidəni xatirlaya bilər əgər zəhmət cəksə.Biz hardan bilə biləriki müşahidəni xatirlayan ruhlar zamanimizda yaşayir .Allah dostlari hər zaman var olub olacagda.Yalniz İbrahim ə.s dost secməyibki Allah.Bəlkə Seyyid müşahidəni xatirlayib, bəsirəti aciq olub hardan bilək.Qəzəllərində buna işarə edir.
Seyyid həmin məqtə beytində say göstərmir, əvvəlki necəliyini də yəni necə hansı formada gəlib nəyə çalışıb bu yolda onu göstərmir. Cəm də hesab, riyaziyyatda 2 dən çox sayılır, 3dən çox və ya 4 olmaya da bilər.
Hərənin bir dərki, fikri var. Mənim yanaşmam belədir, əvvəlki şairlərin də fikri ilə də uzlaşır Seyidin bu ifadəsi (Nəsimi, Xətai və s) Belə ki, mən ta əzəldən var idim, həqiqət kimi, məna hikmət kimi, Allahı bilib tanıyan, ona can atan, car çəkən , Allahı işarə, əlamət verən kimi, haqq səsini həqiqəti bəyan edən kimi yəni məna, ruh, əməl kimi . Bəs bu necə olur ? Məndən əvvəlkilərin manasında. Yəni, o seyid nəslindən idi, peyğəmbər irsindən idi hətta dərinə gedəndə Adəm peyğəmbərdən bəri olan yayılan məna , hikmət, ruh formasında, lap dərinə gedəndə Allah ağıl, ruh, şüur, idrak,dərk, məna, həqiqət dəryasını yaradandan bəri. Yəni bu məqtə beytində bu irfani məna varsa, hansı ki, bu mənanı Əli ə.s. da bəyan edib (Əvvəl mənəm, axır mənəm ..) onda Seyid çox böyük, Fizuli, Nəsimi kölgəsinə yaxın bir şair alim, həqiqət bəyançısı, davamçı olub.
Sonra da deyir ki, çox şükür ki, bu aləmə bu dəfə insan yəni öz insan surətimdə, simamda gəlib həqiqəti, İlahi eşqi yenə bəyan edirəm.
Salam aleykum qardaş.Ruh haqqinda bizə az bir şey məlum oldugu ücün, bəzən fəlsəfi fikirlərlə məlumatimizi artirmaq istəyirik.Mən bu misrada bir fikir deyim bəlkə təfəkkür edib nəsə əldə edəsən.Qurani Kərimin Qədr surəsində mələklərin və ruhun həmən gecə yerə gəlmələrindən söhbət gedir.Bu ayədəki ruh təfsirlərə görə Cəbrayil ə.s ola bilər və ya xüsusi yaradiliş olan bir varligdi.Adı ruh kimi cəkilir ayədə.Bəlkə Seyyid həmən ayəyə işarə edir qəzəlində.Bəlkə dünyaya insan kimi gəlməyən ruhlar hər il Qədr gecəsində ruh kimi gələrlər yerə biz hardan bilirik.Daha sonra insan kimi dünyaya gəlir.Seyyid bu ayəyə işarə edərək bəlkə fəlsəfi fikir irəli sürmək istəyir?.Cünki qəzəlin əvvəlində dünyada baş verən hadisələri qeyd edir.Cünki hər Qədr gecəsində əmrlər yerə endirilir.Bu həmən əmrləri ruh halinda bilirdi.Amma kömək etmək səlahiyəti olmadigi ücun əlindən hecnə gəlmirdi.Sadəcə can atanlardan,kömək etmək istəyənlərin cərgəsindən sayirdi özün.İmkan verilən kimi, dünyaya insan kimi geldiyi ücün şükür edir.Oxudugun ücün sagol.cavab gözləyirəm))
@@seyyidhasimi1287 Aşağıdakı rəylərinə görə sağ ol, bəyəndim fikrimi, cavabımı yazdım, hiss olunur zəhmət çəkmisən araşdırmısan, zaman sərf etmisən və bizimlə də bölüşürsən. Sağ ol. Fikrin aydın oldu, ortaq məqamları kitaba istinadən gördüm. Şükür olsun Allaha ki, bizlərə ağıl bəxş edib, Kitabı bəxş edib , araşdırıb bu mənaları aça bilirik. Oxuduqca, öyrəndikcə əvvəlcə bizə qəliz görünən, çox dərin görünən məqamları həmd olsun Allaha Kitabımızdakı hikmətləri analiz etməklə asand açırıq və sonra da düşünürük ki, burda elə bir təəccüblü məqam yoxdur Allah Kitabında bunu buyurub, göstərib. 👍 Şairlərimiz isə poetik fəlsəfi üslubda, gözəl söz sənətində bu hikmətləri bir daha bizim yadımıza salır, xoş edir.
@@almir5836 Səndə sag ol qardaşim.Təfəkkür insani daha dərinə aparir.
@@almir5836 Bəzi mövzulari gərək hədislərin işigi ilə aydinlaşdiraq.Bütün suallarin cavabi Quranda olsada bizim təfəkkürümüz ora kimi qalxa bilmir.İmam Sadiq ə.s buyurubki biz hədisləri o qədər süzgəcdən kecirib sizə təqdim edirikki sizə anlaşilsin hədislər.Amma onuda deyimki hədislərin üzərindədə gərək təfəkkür edək.Əli ə.s deyirki Allah biz Əhli Beyti insan cildində yaradibki siz bizi başa düşəsiz.Onlarin məqamini Allahdan və özlərindən başqa kimsə bilə bilməz.Biz seyyidin bir kəlməsini təfəkkür edib nə demək istədiyini bilmək istəyirik amma unuduruqki,Əhli Beytin dediyin təfəkkür eləsək Qurani başa düşərik.Cünki Peygəmbərimiz deyibki mənim hədislərimi Quranla tutuşdurun ,əgər bir birini tamamlasa mənim hədislərimdi yox əgər Quran o sözü təsdiqləməsə mənim sözüm deyil.
Hem Hacinin,hem de her iki qardasimizin yanasmalari aglabatandir,mentiqidir.Amma Seyid Ezimi sonadek anlamaq ucun bizim hamimizin bilgileri kifayet etmir.Agilli yozumlar hele cox olacaq.Nesimi "Bu qus dilidir,ani Suleyman bilir ancaq" deyende gorunur ele Seyidi de nezerde tutub.Ruhlari sad olsun.Allah (c.c.) sizlerden de razi olsun.
P.S.Zennimce Haci "elest meclisinin"yerini deyisik saldi.
Təəssüfki, beytə verilən yozum inandırıcı deyil.
Bunnan yaxşı şərhiniz varsa bir video da siz hazırlayın biz də dinləyək.