Qaraciyər saflaşdırıcı 9 VASİTƏ

Поділитися
Вставка
  • Опубліковано 13 вер 2024
  • Kanalımızda sizlərə faydalı olacaq reseptlər, tibbdə baş verən yeniliklər, bir çox xəstəliklərin yaranma səbəbi və onların müalicə üsulları ilə gündəlik olaraq paylaşılan videolarda tanış ola bilərsiniz.
    Diqqət! Bu məlumat sizə informasiya məqsədi ilə verilir! Videoda göstərilən texnikaları, ənənəvi müalicəçilərin təcrübəsi, həmçinin qidaların toplanması və s. həkimlə məsləhətlətləşdikdən sonra tətbiq edin.
    Bu videoda göstərilən bütün təcrübələr, məsləhətlər, reseptləri, özünüzün şəxsi iradəsi altında öz üzərinizdə tətbiq olunur və məsuliyyəti tam sizə aiddir.
    Təklif və iradınızı, eləcə də reklam yerləşdirmək üçün bizə yazın.
    #baxbele #baxbelə
    ---
    Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır. Hesablamalara görə, qaraciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir. Ona görə də qaraciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. Qaraciyərin fəaliyyətinin pozulması bir çox hallarda ciddi problemlərə səbəb ola bilər. Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qaraciyər kimi regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil. Bu orqanın 3/4 hissəsini xaric etdikdən sonra belə, bir neçə həftə ərzində özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir. Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi təsiri nəticəsində özünübərpa funksiyasının öhdəsindən gələ bilmir. Bu halda qaraciyərin müxtəlif xəstəlikləri inkişaf etmiş olur. O xəstəliklər arasında ən çox yayılanları hepatitlər, qaraciyər piylənməsi, sirrozu və xərçəngidir.
    İlkin mərhələlərdə heç bir əlamət verməyən qaraciyər problemləri sonrakı zamanlarda qarında şişkinlik, dırnaqlarda mat rənglilik, dəri rənginin sarıya dönərək damarların üzə çıxması kimi əlamətlərlə ortaya çıxır.
    Göbələk zəhərlənməsi və ya toksiki dərmanlara məruz qalmaq bu göstəriciləri daha da artıra bilər.
    xroniki qaraciyər xəstəlikləri ilk zamanlar özünü biruzə vermir.
    Bəs qaraciyər xəstəliklərinin əlamətləri nədir?
    Qarında maye toplanması
    Bulantı
    İştahsızlıq
    Şüur bulanıqlığı
    Danışan zaman yavaşlatma
    Dəridə damarların görünməsi
    Yersiz antibiotikdən istifadə etmək məsləhət görülmür, Çünki dərmanlar qaraciyərə ağırlıq edə bilər. Psixiatr dərmanları da bəzən bu nəticəyə gətirib çıxara bilər.
    1. Gündə ən azından 1 saat yeyin-yeyin gəzin.
    2. Həftədə 2 dəfə, ildə 1 dəfə 1 ay oruc tutun. bu toksinlərdən təmizləmək üçün əladır.
    3. Alaqanqal toxumu ildə 1 dəfə 300 qram alın gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı tozunu ağıza atıb üstdən 1stəkan su için.
    4. Şahtərə dəmləməsi qaraciyərin bütün xəstəliklərində əla təsir göstərir. 2 xörək qaşığı 3 stəkan suda dəmləyib gündə üç dəfə yeməkdən əvvəl 1 stəkan için.
    5. Dəmirhindi meyvəsi qaraciyəri təmizləmək xolesterin və səlıflərini aşağı salmaq üçün əla bir vasitədir. 3 xörək qaşığı meyvəni 5 stəkan suda 10 dəq qaynadın ilıq olanda süzüb 2 xörək qaşığı bal qarışdırıb gün ərzində için.
    6. Alma sirkəsi. Sirkənin tam təbii olmasına diqqət edin 2 xörək qaşığı təbii sirkəni 3 stəkan suya qarışdırıb suyunu gün ərzində içmək lazımdı. Təzyiqi aşağı olanlar 1 -2 xörək qaşığı bal qarışdıra bilərlər. Qaraciyəri şlak və piylənmədən təmizləmək üçün əla bir vasitədir.
    7. Bal yemək qaraciyərin işini çox rahatlaşdırır. Bal bədəndə yandırma reaksiyalarını sürətləndirir, piyləri və piylənməyə səbəb ola biləcək böyükölçülü yağ hüceyrələrini yandıraraq damarlara hopmasının qarşısını alır.
    8. Hicama. Bədənin müxtəlif yerlərindən edilmiş hicama bədəndəki əsasəndəki qan damarlarını təmizləyərək qaraciyərin işini rahatlaşdırır. Qaraciyərin üstündən edilmiş hicama isə qaraciyəri daha çox işlədərək öd istehsalını artırır.
    9. Zəli. Zəli qoydurmaq qanın bədəndəki dövriyyəsini dəyişdirir. Zəlidən sonra kapilyarlarda qan axımı artır kapilyarlara yığılmış tullantı maddələri qaraciyər tərəfindən təmizlənərək həm bədənin həmdə qaraciyərin rahat işini təmin edir. Qaraciyər üzərinə qoyulmuş zəli isə qaraciyəri daha çox və sağlam işlədir.
    10. Sarımsaq bal zəncəfil qarışımı. 300 qram sarımsaq 1 kq bal 300 qram təzə zəncəfil. Hamısını xırdalayaraq bala qarışdırın 10 gün soyuducuda saxlayın gündə 2 dəfə qarışdırılır. 10 gündən sonra süzmədən gündə 3dəfə yeməkdən əvvəl 1-2 xörək qaşığı 1 stəkan suya qarışdırıb için. Bunu ildə 1-2 dəfə etmək yüksək xolesterini aşağı salır damarları elastikləşdirir. Qaraciyəri tullantılardan təmizləyir.

КОМЕНТАРІ • 1

  • @AnimalsAN
    @AnimalsAN Рік тому

    Salam siz bu kanaldan gelir elde ede bilirsiz?