UŞAQ ŞEIRLƏRI 📖 ( Məstan pişiyim, Mən balaca deyiləm)

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025
  • Məstan pişiyim
    Solmaz Şirin
    Özüm kimi körpədir
    Mənim Məstan pişiyim.
    Yedirdirəm doyunca
    Həm çəkirəm keşiyin.
    Beli ala-buladır,
    Sinəsi ağ qar kimi.
    Gəzir həyət-bacanı
    Mənimlə səyyar kimi.
    Hər nə desəm, anlayır,
    Gəl deyəndə tez gəlir.
    Harda yumşaq yer görsə,
    Xumarlanır, dincəlir.
    Çox sevir o özünü -
    Təmizləyir, yalayır.
    Ətrafımda fırlanıb
    Quyruğunu bulayır.
    Gülzar İbrahimova
    Mən balaca deyiləm
    Səhər tezdən dururam,
    Əl-üzümü yuyuram.
    O qədər böyümüşəm,
    10-a qədər sayıram!
    Kuklamı çimdirirəm,
    Qəşəng geyindirirəm.
    O qədər böyüyəm ki,
    Bağçaya da gedirəm!
    Ad günümdə hamı mənə,
    Qəşəng hədiyyə alacaq.
    Deməyin mənə balaca,
    Mənim beş yaşım olacaq!
    Böyüyəm mən, böyüyəm
    Görün necə, böyüyəm.
    Sevinirəm ay uşaqlar,
    Kuklamdan da böyüyəm!

КОМЕНТАРІ •