Bu duanı et və səbirli ol Allah köməy edər - Hacı Şahin - Səbirli Ol Və Tələsmə!

Поділитися
Вставка
  • Опубліковано 22 сер 2024
  • 🔔Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    ✏️Bu duanı et və səbirli ol Allah köməy edər - Hacı Şahin - Səbirli Ol Və Tələsmə!
    Quranda səbirli olmaq üçün 50-ə yaxın tövsiyə var. Bu ayələr insana səbirlilərin sifətləri və onun şərtlərini açıqlayır:
    1-Səbrə o insan yiyələnə bilər ki baş verən hadisələrin fəlsəfəsini, səbə və hikmətini anlaya bilsin. Deməli birinci növbədə insan hadisələrin hikmətini anlamalıdır ki, o baş verdikdə səbrli ola bilsin.
    Kəhf surəsinin 68-ci ayəsində buyurulur: “Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?”
    2-Quranda Allahın bəzi sünnətləri qeyd olunur. Məsələn “İmhal” və “İstidrac” və “Əcəli-Müsəmma” kimi. İmhal Allahın insanlara bu dünyada verdiyi nemət, İsridrac isə günaha başlayanların tədrici şəkildə mənəvi həlaka uğraması deməkdir. İnsan bu sünnətləri bildikdə anlayar ki, Allah ona möhlət verib. O bu vəziyyətdən çıxa bilər.
    Amma insan əzabın dərhal gəlməməsindən arxayın olub günahlara davam etməməlidir. “Əcəli-Müsəmma”ya gəldikdə isə bu Allahın əzab və ölüm günlərinin çatdığı zamana deyilir.
    İnsana dərhal əzab verilmir və ya insana bir bəla baş verdikdə onun həyatının və xoşbəxtliyinin bitməsi anlamında deyil. Onun şansı var. Səbr edib, öncəki məğlubiyyətlərini körpü edib, yeni uğurlara çata bilər.
    İnsan Allahın bəşər üçün nəzərdə tutduğu bu sünnətləri anlamalıdır. Bundan əlavə insan anlamalıdır ki Allah sabiq tayfalara məhdud möhlət verdi, elə isə yenidən möhlətin olacağı məlum deyil.
    3-Qurana görə səbirli olmaq üçün insan özü qərarlı və iradəli olmalıdır. Hədəfində süst olan biri o amal yolunda səbr də edə bilməz. Ali-İmran surəsinin 186-cı ayəsində buyurulur: “Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz.
    Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.”
    4-Səbri insana aşılayan əməllərdən biri də istiğfar etmək, Allahdan bağışlanmağı istəməkdir. Mömin olan bəndə həmişə Allahdan bağışlanmağını istəməlidir. Bu hər gün olmalıdır. Bu olsa bəlalar kəsilər, rəhmət və nemət nazil olar. Bu isə səbirli olmağa yardım edər. Ali-İmran surəsinin 17-ci ayəsində buyurulur: “Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır).
    5-Quran buyurur ki qiyamətə etiqad bəsləmək insanı səbirli edər: Bu amil digər amillər arasında ən təsirlisidir. Bəqərə surəsinin 45-46 cı ayələrində buyurulur:
    “(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir. Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər.
    6-Məaric surəsinin 19, 20, 22, 32 -ci ayələrinə əsasən səbrli olmağa kğmək edən amillərdən biri də əmanətdar olmaq və eləcə də səbri özünə aşılamaq səbirli olduğunu bildirmək və bunu açıq-aşkar şəkildə bəyan etməkdir.
    7-Allahın imtahanları qarşısında çox duran adamın səbri də çox olar. (Ali-İmran,186)
    8-Allahın yardımına inam (Yusif, 83)
    9-İnfaq etmək insanı səbirli edər (Məaric 19-24)
    10-Bəqərə surəsinin 155 və 156-cı ayələrində deyilir: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”- deyirlər.” Bu ayələrə əsasən Allaha inanlar daha çox səbr edə bilərlər.
    11-Allahın verəcəyi əzabdan qorxub, çəkinmək insanı səbirli etməyə vadar edər.
    12-İnsan səbirli olmamağın yəni qəzəbli olmağın və tələskənliyin acı nəticələrini xatırlamalı və göz önünə gətirməlidir (Qələm, 48-49)
    13-Taha surəsinin 130 və İnsan surəsinin 24-26 cı ayələrin əsasən gecənin bir qismini oyaq qalıb ibadətə sərf etmək insanda misilsin inam, özünəarxayınlıq, səbr və dözüm verər. Belə bir insan baş verən hadisələrə digərlərinin kimi baxmaz daha ucadan baxar. Belə olan halda o daha yaxşı səbr edə bilər.
    ✅ Rəsmi İnstagram linkimiz: bit.ly/39BPBD0
    ✅ Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    ✅ Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    ✅ Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    ✅ Rəsmi Instagram səhifəsi: / hacishahinh. .
    ✅ Mənbə: UA-cam Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    ✏️Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    ✆Admin Whatsapp +994-070-878-72-62
    ✅ISLAM TV Official
    🔔Abunə ol bit.ly/2uR7dZv

КОМЕНТАРІ • 38

  • @imanova16imanova79
    @imanova16imanova79 2 роки тому +11

    YA ALLAHIM🤲🤲🤲HƏMD olsun ALƏMLƏRİN RƏBBİ ALLAHIMA🤲🤲🤲

  • @nihatgozelov6963
    @nihatgozelov6963 2 роки тому +8

    Allah sizi qorusun

  • @necisalmanova7949
    @necisalmanova7949 2 роки тому +16

    ALLAH səbrimizi daim eləsin
    Dualarımız qəbul olsun inşa ALLAH 🤲🌹

  • @user-oo6zy3eh7s
    @user-oo6zy3eh7s 7 місяців тому

    Allah rehmet elesin .

  • @GASANOV7575
    @GASANOV7575 11 місяців тому

    Allah Rəhmət eləsin🤲😢

  • @davudmamedov7305
    @davudmamedov7305 Рік тому

    Sebr ver mene Allahim.caresizem

  • @tabutcutp4204
    @tabutcutp4204 Рік тому

    Çox sağolun

  • @necisalmanova7949
    @necisalmanova7949 2 роки тому +14

    Pis insanlardan pis əməllərden uzaq inşa ALLAH 🤲

  • @abbastagyev874
    @abbastagyev874 2 роки тому +7

    Haci Allah sizi qorusun

  • @semayeabdulzade4291
    @semayeabdulzade4291 2 роки тому +3

    ALLAH,CƏMİ BƏHDƏLƏRİN,EYİBLƏRİNİ,HƏR İKİ DÜNYADA ÖZ FƏZLI İLƏ ÖRTSÜN,GÜNAHLARINI BAĞIŞLASIN,AMİN. ALLAH,HACI,SİZİ,HƏMİŞƏ QORUSUN,AMİN,YA RƏBBƏL ALƏMİN,
    ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD.💯🕋🙏🙏🙏

  • @user-tl2sv1kt5l
    @user-tl2sv1kt5l 3 місяці тому

    ХАЖЫ Аллах Сене гени гени рехмет елесин хегигетен еллери вар ки чох темизкардыр еви супер темиздир амма ГЕЛБИ или етдийи емеллер ТЕМИЗ ДЕЙИЛ чаоышыр башгасыны еле салмага лага гоймаг ийренж АДАМ хесаб етмейе айаг алты газ ага ве чрх чаоышыр пислик етмейе ве ловгаланыр ки мен идеал адамам еви супер темиздир бурнуну йухары тутур Беле аламлар еле адамдырлар АММА ИНСАН ДЕЙИЛЛЕР ИНСАНЛЫГДАН ЧОХ ЧОХ УЗАГДАДЫРЛАР

  • @sajadrezaei
    @sajadrezaei Рік тому +2

    فتبارک الله احسن الخالقین👏👍🙏

  • @aybnizsgrova6531
    @aybnizsgrova6531 Рік тому +1

    ALLAH KÖMƏYİN OLSUN!!!

  • @vesileeliyarova5719
    @vesileeliyarova5719 Рік тому +1

    Allah hamiya komek olsun cox carezizem 😔

  • @lalehebibi6912
    @lalehebibi6912 2 роки тому +2

    Haci Sahin men hemise size qulaq asiram ve sefa tapiram daha çox Allaha siģiniram daha çox yungullesirem Allah sizden razi olsun

  • @user-kg3dw1yo6c
    @user-kg3dw1yo6c 2 роки тому +2

    Çox gözəl moizədi

  • @ehlikamal6711
    @ehlikamal6711 8 місяців тому

    Həsəd, qeybət, qurtula bilmədiyim tullantılarım😢

  • @EhlibeytAsiqleri
    @EhlibeytAsiqleri 2 роки тому +3

    Allahın salamı olsun üzərinizə.Xahiş edirik səhifəmizə daxil olaraq abunə olasınız və daha çox insanın abunəçi olması üçün kanalımızı paylaşaraq vasitəçi olasınız. Allah hər birinizdən razı olsun..

  • @nihatgozelov6963
    @nihatgozelov6963 2 роки тому +3

    Gozel sozler

  • @yuskahuseynzade6352
    @yuskahuseynzade6352 2 роки тому

    ALLAH SIZI BIZLERE COX GORMESIN . Allahima ancaq inanib dayanmisam 🥰

  • @nerminibrahimli7796
    @nerminibrahimli7796 2 роки тому +1

    🤲🤲🤲🤲

  • @nazeninabbaszade5638
    @nazeninabbaszade5638 2 роки тому +2

    👍

    • @EhlibeytAsiqleri
      @EhlibeytAsiqleri 2 роки тому

      Allahın salamı olsun üzərinizə.Xahiş edirik səhifəmizə daxil olaraq abunə olasınız və daha çox insanın abunəçi olması üçün kanalımızı paylaşaraq vasitəçi olasınız. Allah hər birinizdən razı olsun..

  • @tebessumagayeva2076
    @tebessumagayeva2076 2 роки тому +3

    Salam olsun her kese.Hacı men Cox şükür 15 ildir Allahlm nesib edir namazımı,orucumu ibadetimi vaxtı-vaxtinda edim min şükür menim 31 yaşım var amma bütün cetinliklerde mene qismet olur men hardasa yanlışmı edirem ibadetimde nese yanlışmi olur bilmirem çox xahiş edirem mene komey edin ...

    • @vesileeliyarova5719
      @vesileeliyarova5719 Рік тому

      Salam Allah sevdiyi bendelerine ezab verer hemiwe mende dine qulluq edrem 1 baci kimi sizden meslehet isterdim namazimda fikrim dagilir xecalet cekirem 😔

    • @LalaAbdurahmanova-qb2mn
      @LalaAbdurahmanova-qb2mn 8 місяців тому +1

      Salam. Hacı yoxdur ama mən fikir bildirmek isterdim. Allah sevdiyi bəndələrini çətinliklərlə imtahan edər. Eğer sene ezab verirse demeli nəzəri var sende. Böyük möhtəşəm bir sebr gosdersez eğer inanın ki ən gözəl yardıma çatan Allahdı. O sizi tək qoymaz. Sebr edin və ona təvəkkül edin. Ona gözəl bir şekilde yonelsez size ele bir yerdən qapı açar ki özünüzde meetel qalarsiz. Quranı oxuyun, sebr edin, dua edin və her halınıza şükr edin. Allah Quranda buyurur ki "Və Allaha sarılın. O ne gözəl dost, ne gözəl yardımcıdır". Və yenədə başqa bir ayəni misal gətirmək isdiyrem. Bəqərə surəsi 153- cu ayədə buyurur ki "Sebr ve namazla Allahdan kömək diləyin. Çünki Allah sebr edenlerledir". Bax belə gözəl insan. Allah köməyindi, Allah dayagindi sebr ele. O senin derdin en sixintinnan xəbərsiz deyildir. Səbr et, üsyan etme

  • @gulgezislamova2150
    @gulgezislamova2150 2 роки тому +2

    Əlhəmdulillah Ya Rəbbal Aləmin 🤲🏻💚.Tam hissəsinə necə baxa bilərəm?

    • @EhlibeytAsiqleri
      @EhlibeytAsiqleri 2 роки тому +1

      Allahın salamı olsun üzərinizə.Xahiş edirik səhifəmizə daxil olaraq abunə olasınız və daha çox insanın abunəçi olması üçün kanalımızı paylaşaraq vasitəçi olasınız. Allah hər birinizdən razı olsun..

  • @sudabeelekberova5157
    @sudabeelekberova5157 2 роки тому +1

    Sehfəm yenidir şəhidlər haqda paylaşlmlarldi fikri yazlram beyenilker baxışda yoxfu abunə olun

  • @gulzarlutfi2147
    @gulzarlutfi2147 2 роки тому +2

    Salam xahiş edirəm İmam Hüseyin 40 mərasimln tarixin yazasız öncədən təşəkkür

  • @faridbey23
    @faridbey23 2 роки тому +1

    Salam Hacı. Biz Allaha yaxınlaşa bilmirik.Hardan başlamalı.

  • @user-ox8fq1hb2q
    @user-ox8fq1hb2q 2 роки тому

    Халгын яшайышыны елинден алан руhлар коресен беле соhбетлере гулаг асыр

  • @elsevali230
    @elsevali230 2 роки тому +1

    Heci , yahshi olarki òzùnden bashliyasan .

  • @highlevelmusic771
    @highlevelmusic771 Рік тому

    Psixoloq