Qax rayonu və Qaxlılar haqda bilmədiyiniz 25 FAKT

Поділитися
Вставка
  • Опубліковано 7 жов 2024
  • #qax #qaxrayonu #kendheyati
    Turizm bölgəsi kimi tanınan, görməli yerləri ilə məşhur olan, girsi, xingalı ilə sevilən, paytaxt Bakıdan 345 kilometrlik məsafədə, dağların qoynunda yerləşən 92 yaşlı Azərbaycan şəhəri -Qax
    Yerin Qulağı UA-cam kanalı Qax və qaxlılar haqda ən maraqlı 25 faktı təqdim edir:
    1. Qax rayonu 1930-cu il 8 avqust tarixində qurulub. 1963-cü ildə Zaqatala rayonunun tərkibinə daxil edilsə də, 1 il sonra yenidən inzibati rayon statusunu geri qaytarıb.
    2. Rayonda 1 şəhər 58 kənd vardır. Rayonun inzibati mərkəzi Qax şəhəridir.
    3. Qax rayonu ilə Bakı arasında olan məsafə - 345 kilometrdir.
    4.Respublikamızın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir.
    5. Əhalisi 57.4 min nəfər olmaqla 59 yaşayış məntəqəsini(1 şəhər, 58 kənd) özündə birləşdirir. 82.51 %-ni azərbaycanlılar, 13.98 %-ni ingiloylar, 1.89 %-ni saxurlar, 0.48 %-ni ləzgilər və 1.14 %-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər və 58 kənd vardır.
    6. Qax - bu ad haqqında bir neçə fikir söylənib. Söylənən fikirlərin ən başlıcası odur ki, “qaq” tayfası bu ərazinin ən qədim tayfalarından biri olub. Sonralar bu söz “qax” kimi işlənərək bu günümüzə qədər gəlib çatıb.
    Qax adı V əsr hadisələri ilə əlaqədar gürcü mənbələrində xatırlanır. VIII əsrə aid gürcü mənbələrində Qaxin indiki ərazisi Qax-Ubani, yəni Qax obası adlanırdı. Qax adına başqa xalqların toponimiyasında da rast gəlinir: Dağıstanın Qunib dairəsində Qax kəndi, Avar dairəsində Qax kəndi. Faktlar göstərir ki, qaxlar Balakən-Şəki zonasında qədim alban tayfalarından biri olub. Azərbaycanın filologiya elmləri namizədi Rəşid Təhməz oğlu isə Qax sözünün iki kökdən ibarət olduğunu qeyd edir. Yəni “qa” - yaşayış yeri, “ax” - çay yeri, çay məskəni kimi ifadə etməklə ilkin adının “Qaax” olmasını mümkün hesab edir.
    7. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olub. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir.
    8. Dini tərkibi sünni müsəlmanlar, xristianlar təşkil edir.
    9. Nəqliyyat kodu 34-dür.
    10. Görkəmli şəxsləri arasında Danyal Sultan, Müslüm Maqomayev (bəstəkar), Niko Pirosmanaşvili, Pyotr Babayev, Dəmir Hacıyev, Mose Canaşvili, Hətəm Əhmədov, İmam Mustafayev, İsmayıl Dağıstanlı, Aynur Sofiyeva və Amin Babayevi qeyd etmək olar.
    11. Qax öz mətbəxi ilə də sevilir. Belə ki, onun sürhüllü, xingili, gırs (ala gırsı,ət gırsı,çürümtək kırsı), kimi ləziz təamları var. Qaxın bu 3 milli xörəyinin hamısı xəmir əsaslı olsa da,dadları tamam fərqlidir.Yeməyin yanındakı əlavələr çətin həzm olunmanın qarşısını alır. Əsasən, Qaxın mərkəzində, Ağçay, Sarıbaş, İlisu kəndlərində daha dadlı, spesifik sürhüllü, xingili, qırs yeyə bilərsiniz. Rayona bir dəfə gəlib bu təamları yeyən ikinci dəfə də gəlməyi arzu edir.
    12. Turizm çox inkişaf edib. Turistlər üçün qiymətlər də münasibdir. İstirahət mərkəzlərində günlük qiymətlər 40-50-100 manat arası dəyişir.
    13. Gələk rayonun gəzməli, görməli yerlərinə. Qaxın turizm obyektləri, görməli yerləri çoxdur. Bunlardan ən maraqlılarından biri də İçəri bazardır. İlusu kəndi, İlusu şəlaləsi, Sumuq qala, İlusu dövlət qoruğu, Ləkit şəlaləsi, Müslüm Maqamayevin babasının dəmirçi sexi, Qaçqaçay kəndində yerləşən Buz Bulaq, Kürmük Məbədi, Ulu Körpü, Qalaça və ya Şamil Qala, Ramramay şəlaləsi, Mamırlı şəlalə, Səngər Qala, Ayı dərəsi və. s.
    14. Şamil Qala - Qalaça: İnşa tarixi XIX əsrin ortalarına aid edilən bu abidə İlisu kəndini əhatə edən dağlardan birini, Yezlidağın üstündə tikilib. Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça yerli əhali arasında həm də Şamil qalası kimi də tanınır və maraqlı tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
    16.Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir.
    17. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılıb. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

КОМЕНТАРІ • 89

  • @yeringulagi
    @yeringulagi  Рік тому +6

    Salamlar olsun. Bu dəfəki videomuz Qax rayonu ilə bağlıdır. Qaxla bağlı fikirlərinizi şərhə yazmağı unutmayın. Başqa hansı rayonlarımız haqda video hazırlamağımı istəyirsiz?

  • @elmiraisayeva8479
    @elmiraisayeva8479 Рік тому +3

    Qaxda olmamışam☝️
    Sizin sayənizdə anlayışım oldu👍Təşəkkürlər gözəl insan🤲

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      Mütləq gedilməli bölgələrimizdən biridir. Qismət olar sizə də

    • @elmiraisayeva8479
      @elmiraisayeva8479 Рік тому +1

      @@yeringulagi Amin🤲İnşəAllah🤲

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 Рік тому +2

    Qax çox gözəl yerdi. Salamlar olsun

  • @zakirkerimov5127
    @zakirkerimov5127 3 місяці тому +1

    Məlmat üçün təşəkkür

    • @yeringulagi
      @yeringulagi  3 місяці тому

      Salam. Siz də sağolun diqqətiniz üçün

  • @sebinehuseynova1525
    @sebinehuseynova1525 Рік тому +3

    Azərbaycanın ən gözəl qüşəsi.səni çox sevirəm,Qaxım.

  • @mtkt8784
    @mtkt8784 2 місяці тому +2

    Gelmeleri gorunce gitmetler galzir

  • @tranabdullayeva3128
    @tranabdullayeva3128 Рік тому +4

    Ata baba yurdum Qaxın İlisu kəndi.

  • @mtkt8784
    @mtkt8784 2 місяці тому +1

    😮kurmuk kilsesi mugeddes giorgi adinadi gurcu kilsesidir bunu kamran razmovar cox gozel anlatir

    • @yeringulagi
      @yeringulagi  Місяць тому

      Salamlar olsun. Çox sağolun məlumat üçün

  • @akifmemmedov4605
    @akifmemmedov4605 21 день тому +1

    👍👍👍🥰❤

  • @BakuBaku-i6w
    @BakuBaku-i6w Рік тому +2

    Qax çox gözəldir!

  • @ramilsuleymanov6864
    @ramilsuleymanov6864 Рік тому +4

    Qaxin bir nomreli taninmish insani. Nizami gencevi. Nizami gencevi qaxin qum kendinde anadan olub.

  • @natikyusifov7582
    @natikyusifov7582 11 місяців тому

    Sağ olun. Vətənimi köstərdiniz. Kanadadan salamlar ❤

    • @yeringulagi
      @yeringulagi  11 місяців тому

      Salam. Kanadaya salamlar. Xoş oldu, diqqətiniz üçün sağolun

  • @zakirkerimov5127
    @zakirkerimov5127 3 місяці тому +1

    Qax ilahinin ölkəmizə təmənnasız hədiyyəsidir,onu qorumaq ,bəhrələnmək lazımdır

    • @yeringulagi
      @yeringulagi  3 місяці тому

      Salamlar olsun. Eşq olsun

  • @SevincSmdov
    @SevincSmdov 2 місяці тому +1

    SALAM ZƏHMƏT OLMASA QAXDA AİLƏVİ KAMP ÜÇÜN MƏSLƏHƏTLİ , TƏHLÜKƏSİZ YER BİLƏN VARSA YAZINDA

    • @yeringulagi
      @yeringulagi  2 місяці тому +1

      Salam. Kamp deyərkən piknik nəzərdə tutursuz yəqin ki. Ən uyğun yer İlisu kəndidir. İlisuya qalxan yolda çoxdur elə yerlər, həm sakit, həm də təhlükəsiz, insanları da çox mehriban. Qalmaq üçün evlər də çoxdur orda, hamısı da deyərdim məsləhətli.

    • @SevincSmdov
      @SevincSmdov 2 місяці тому

      @@yeringulagi 10 GÜN QALMAQ İSTƏYİRİK ÇADIRDA HƏR CÜR ŞƏRAİTİNİ DÜŞÜNMÜŞÜK.SADƏCƏ OLARAQ AYI FALAN ÇIXAR DEYƏ TƏHLÜKƏSİZ YER AXTARIRIQ.YENƏDƏ ÇOX TƏŞƏKKÜR EDİRƏM CAVABLANDIRDIĞINIZ ÜÇÜN 🙏

  • @saiqsixmirov1380
    @saiqsixmirov1380 11 місяців тому +1

    Bütün şəlalələrin şəklinə ləkitdəki mamırlı şəlalənin qoyulması mükəmməlliyi dmdkdldkkd

    • @yeringulagi
      @yeringulagi  11 місяців тому

      salamlar olsun, Qaxla bağlı ayrıca videom gedib

  • @yeqanahuseynova3540
    @yeqanahuseynova3540 Рік тому +1

    Çox hörmətli professor Saleh Qocayevin adını niyə çəkmirsən? ADNSU nun rektoru olub

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Tanımırdım, yoxsa qeyd edərdim məmnuniyyətlə. Sağolun diqqətiniz üçün

    • @camilfaziloglu9411
      @camilfaziloglu9411 4 місяці тому

      neft -kimya institununun 20 il rektoru olmuş bir şəxsiyyətinin adını institutun 100 -illiyində rektorlar siyahısında qeyd etmədilər.onun dövrundə inistut daxilində intizam moskva dövlət universitetindən daha guclu olub.

  • @mehbubesalmanova78
    @mehbubesalmanova78 5 місяців тому +1

    Yaxşı olardı Şehidlerinde adı çekilerdi Heç olmasa 44 günlük müharibenin Şehidlerinin Xalqımızında rayonumuzunda en görkemli şexsleri Şehidlerdi 🇦🇿 ....

    • @yeringulagi
      @yeringulagi  5 місяців тому +1

      Salamlar olsun. Çox sağolun. Qaxla çox videom gedib, hər dəfə çalışıram fərqli məlumatları paylaşım

    • @mehbubesalmanova78
      @mehbubesalmanova78 5 місяців тому +1

      @@yeringulagi Sizede salamlar olsun Sağ olun eziyyet çekmisiz .

    • @yeringulagi
      @yeringulagi  5 місяців тому +1

      çox sağolun@@mehbubesalmanova78

    • @sadiqatayev7238
      @sadiqatayev7238 4 місяці тому +1

      Niye mehz 44 gunluk muharibe şehidleri 92 ci ilde şehib vermeyib Qax rayonu?

    • @yeringulagi
      @yeringulagi  4 місяці тому

      @@sadiqatayev7238 salam, var təbii ki

  • @DunyaDunya-t5g
    @DunyaDunya-t5g 3 місяці тому +1

    Celair ❤

    • @yeringulagi
      @yeringulagi  3 місяці тому +1

      Salamlar olsun. Kənd adıdır?

    • @DunyaDunya-t5g
      @DunyaDunya-t5g 3 місяці тому +1

      He. Qax. Celair kendi

    • @yeringulagi
      @yeringulagi  3 місяці тому +2

      @@DunyaDunya-t5g adını ilk dəfədir eşidirəm. Maraqlı adı var. Zaqatala tərəfdə yerləşir yoxsa?

    • @DunyaDunya-t5g
      @DunyaDunya-t5g 3 місяці тому +1

      @@yeringulagi Гах. Село Челаир

    • @yeringulagi
      @yeringulagi  3 місяці тому

      @@DunyaDunya-t5g Qaxla bağlı növbəti videolarımda gərək nəzərə alım

  • @mehbubesalmanova78
    @mehbubesalmanova78 5 місяців тому +1

    Müslüm Maqomayevin eslinin Qaxlı hemde doğma kendim Qaşqaçaylı olduğunu indi bildim Çoxda tessüf etdim O boyda nüfuzlu böyuk şexsiyyet doğma yurdu üçün hecne etmiyib Fikrinde olsaydı Qaxda konservatoriya ne bilim böyük musiqi mektebi açdıra bilerdi Ne ise 😒...

    • @yeringulagi
      @yeringulagi  5 місяців тому +1

      Salamlar olsun. Mən də o vaxt gedib görəndə öyrəndim

    • @mehbubesalmanova78
      @mehbubesalmanova78 5 місяців тому

      @@yeringulagi Neyniye bilerik tessüf etmekden başqa Qax her yerden gözeldi Amma o boyda Qaxlılar doğma yurd üçün heçne elemiyende gelib Qebeleli Qaxa nese elemiyecekki Qaxlıların her ceheti yaxşıdı Xasiyyetleri yemekleri tebiyeti Bir ceheti pisdir bir birini tutmurlar Birde Qaxdan çıxan mehşur insanların çoxu Qaxlıyam demeye utanır Hamısı yox bezileri Qınından çıxan bağalar qınını beyemiyen kimi Amma men adi insanam Ona göre fexrle deyirem ; Ey insanlar men Qaxlıyam Men ho Qaşqaçay kendinde anadan olmuşam Horda boyuyub başa catmışam Dilimize şivemize qurban olum Rahatladım biraz Sağ olun sizde Eziyyet cekib çekiliş aparmısız ....

    • @mehbubesalmanova78
      @mehbubesalmanova78 5 місяців тому +1

      @@yeringulagi men bura fikrimi yazdım silindi Nese eybi yox canınız sağ olsun Sağ olun emek vermisiz . Amma evvel çox qeşeng şerh yazmışdım Tezeden yazmağa imkan yoxdu Qalsın gelen defeye ...

    • @yeringulagi
      @yeringulagi  5 місяців тому +1

      yutub qeyri-etik olanda brbaşa silir. Qalan halda silmirəm mən rəy. Hər kəsin etik çərçivədə fikrinə hörmətim var. Diqqət edib rəy fikir bildirirsiz. Onu necə silmək olar... Təşəkkür edirəm diqqətiniz üçün@@mehbubesalmanova78

    • @mehbubesalmanova78
      @mehbubesalmanova78 5 місяців тому +1

      @@yeringulagi Salam Yox qeyri etik yazmamışdım ☹ Biraz giley güzar elemişdim Qaxın tanınmış adamlarından Men heç vaxt pis şerh yazmaram Ancaq gileylenmişdim Yeqin texniki sehv olub Sağ olun var olun Allah razı olsun ☺ ....

  • @turanereshidova8828
    @turanereshidova8828 Рік тому +1

    Yaxşı araşdırın 92 yaşlı ne idi?

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam, Qax rayonu adı alması bu tarixdəndir

  • @FerzAliyev-dr3xs
    @FerzAliyev-dr3xs Місяць тому +1

    Qax,Zaqatala və s.1922-ci ildə Lenin hədiyyə verdi Azərbaycana...

    • @yeringulagi
      @yeringulagi  Місяць тому

      Salam. Necə yəni? Tam məlumat qeyd edin mümkünsə

    • @FerzAliyev-dr3xs
      @FerzAliyev-dr3xs Місяць тому

      @@yeringulagi axtaran tapar,axtarın..birdəki dünyada 2-3 millətdən başqa heç bir millət öz tarixi,dədə baba torpağında yaşamır.Hər bir millətin ilk yaranışı harada olub bilməlidir..indi çoxları elə ayağı dəyən torpağa özünün dədə baba,tarixi torpağı deyir..onda sual bu tarix hansı tarixdən başlayır?hər bir millət öz xeyrinə yozur..məs..Krımın ilk sakinləri ellinlər(yunanlar)olub.indi ruslar da,türklər də Krımı özlərinin dədə baba torpağı sayır,bu isə düzgün deyil.Hər kəsin öz Düzü var,ancaq Həqiqət hamı üçün birdir...

    • @nicojamaloglu7641
      @nicojamaloglu7641 5 днів тому

      ​@@FerzAliyev-dr3xsnə ağzına gələni danışıysan ə?! mən Ləkit kəndində doğulmuşam, ulu baba evim 1883-cü ildə tikilib və ev hələ də sağ-salamatdı şükür! heyif xaricdə yaşıyam, 1875-ci ərəb əlifbası ilə olan sənədləri gözünə soxardım! bəzi gürcülərin dalından uydurduğu şeydi ho, güya 1921-ci ildə verilib Azərbaycana! mən özüm milliyətcə saxuram, separatçılıq etmax istiyən pox yiyi dədə babasının ağzıyla!

  • @ferideeliyeva4022
    @ferideeliyeva4022 Рік тому +2

    Yumurta girsi .anamin bisirdiyi

  • @ramisismayilov5162
    @ramisismayilov5162 Рік тому

    Videonuza baxdım, çox təəssüflə bildirmək istəyirəm ki, Qaxın tanınmış şəxsiyyətlərinin adı çəkiləndə siz Əhməd Əhmədzadə kimi dövlət xadimini qeyd etmədiniz.

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Salam. Çox sağolun diqqətiniz üçün. Zəhmət olmasa ətraflı qeyd edin, səhvimiz düzəlmiş olsun

  • @Caucasian_eagle
    @Caucasian_eagle 5 місяців тому +2

    Saxurların Ləzgilərin İngiloy ların vətəni

    • @yeringulagi
      @yeringulagi  5 місяців тому

      Salamlar olsun. Ən sevilən rayonlardan biri

    • @camilfaziloglu9411
      @camilfaziloglu9411 4 місяці тому +1

      leqlərin vətənı desəydiniz daha doqru olardı.saxurların vətəni saxur kəndidir.

    • @Caucasian_eagle
      @Caucasian_eagle 4 місяці тому

      @@camilfaziloglu9411 Leqlərdə demək olar. Leqlər Ləzgi dilindədə Ləzgi dilli xalqlara deyilir. Hətta Gürcülər belə Ləzgi dilli xalqlara Leqlər deyirlər.

    • @camilfaziloglu9411
      @camilfaziloglu9411 4 місяці тому

      @@Caucasian_eagle gurculər ilisu sarıbaş qaşqaçay ve s. lərə leq demişlər.ləzgi sözunu ruslar yaratmışlar.ləzgilər də leq tayfasındandırlar.leq nuh peyqəmbərin nəvəsinin adıdır.rusların yazdıqı tarixə inanma.

    • @freemanfreeman9430
      @freemanfreeman9430 4 місяці тому

      Azərbayçandi bura❤

  • @Kiaxar
    @Kiaxar Рік тому +1

    Deyilən hər bir fikir ilə razıyam birindən başqa. "Turizm inkişaf edib". Tamamilə yalandı. Qax kimi gözəl şəhərdə turizm sıfırdı. Qəbələ ilə müqaisə oluna bilməz. Ancaq yerli camaatın öz güclərinə tikilmiş balaca restoranlar, hostellər və sair. El resort və səngərqala- qiyməti bahadı, 40 manat nədi qardaş.

    • @yeringulagi
      @yeringulagi  Рік тому +1

      Salam. Çox sağolun diqqətiniz üçün. Mən hazırlayanda videonu qiymət bu şəkildə idi, yəqin qalxıb artıq. Qəbələ turizm sahəsində tam başqadı, məncə Qax da pis deyil, sadəcə siz demiş, daha ciddi layihələr edilməlidir

    • @elsadmustafa4418
      @elsadmustafa4418 Рік тому +2

      Tebiet olaraq Qax Qebeleden yaxşıdı

    • @yeringulagi
      @yeringulagi  Рік тому

      Bayaqkı rəyinizi gördüm, baxmısız demək əsas videoya. Necə alınıb?@@elsadmustafa4418

    • @elsadmustafa4418
      @elsadmustafa4418 Рік тому +1

      @@yeringulagi bu videonu beli

  • @mtkt8784
    @mtkt8784 2 місяці тому +1

    Ay bize gaxi.anlatan jurnalist gaxda ingiloy yasamir gurculer yasayie ingiloy zakatala balaken mose canasvili gurcu olub bunu bilmenizi istwedik

    • @yeringulagi
      @yeringulagi  Місяць тому

      Salam. O hissəni rəsmi yerdən götürmüşəm, yoxsa özümdən deyə bilmərəm, mənbələrədə elə gedir. Bəlkə də düzəldilməldiir, siz oralısızsa yaxşı bilərsiz

  • @BEQAFootball
    @BEQAFootball Рік тому

    Ingiloy yox gürcüler yaşiir orda

  • @freemanfreeman9430
    @freemanfreeman9430 4 місяці тому +1

    Yahya Kərimov yaddan çixdi

    • @yeringulagi
      @yeringulagi  4 місяці тому

      Salam, zəhmət olmasa ətraflı qeyd edin

    • @freemanfreeman9430
      @freemanfreeman9430 4 місяці тому +1

      @@yeringulagi Yahya Kərimov Şəfi oqlu professor.quqlda yazin çixaçaq

    • @yeringulagi
      @yeringulagi  4 місяці тому

      @@freemanfreeman9430 mənim üçün yox, baxmışam mən. Ümumi burda izləyənlər üçün, görənlər burda oxusun

    • @freemanfreeman9430
      @freemanfreeman9430 4 місяці тому +1

      @@yeringulagi сагол