Bu Surəni Oxuyana Gör Allah Nə Verir - Hacı Şahin - Hacət Dua Ruzi Isdiyənlər Bu Duanı Oxusun

Поділитися
Вставка
  • Опубліковано 16 вер 2024
  • Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    Vaqiə surəsi (ərəb və azəri):ehliwie-samux.c...
    Mənbə: UA-cam Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    Abunə ol bit.ly/2uR7dZv
    Hərdən elə olur ki, dualarımız qəbul olunmur. Belə ki, duanın həyatı keçməsi üçün şərait lazımdır. Bəzən də Allah bizim bir duada təkid etməyimizi istəyir. Bizim səbirimizi imtahana çəkir. Bu məsələ bizin inkişaf etməyimizə səbəb olar.
    Hədislərdə oxuyuruq ki, Allah bəndəsinə çətinliklər verər və əgər səbir edərsə, məqamını yüksəldər. Ona görə də insan gərək dua etməkdən yorulmasın. Həmçinin ümidsiz olmasın. Bunu bilək ki, Allah bizlərə ən layiqli və xeyirli nemətlər vermək istəyir. Bizim səbirimizin əcrini axirətdə verəcəkdir. Axirət nemətləri dünya nemətlərindən daha üstündür. (Tebyan)
    Allah Təala Quranda buyurur ki, Məndən istəyin ki, yerinə yetirim. Ancaq duanın həyata keçməsi hədislərə görə dörd şəkildə həyata keçər.
    1. Bəzən dualarınız tez yerinə yetər.
    2. Bəzən təxirə düşərək yerinə yetər.
    3. Bəzən axirət neməti şəklində insana verilər.
    4. Bəzən də günahların kəffarəsi olar və günahların bağışlanmasına səbəb olar.
    İnsan dua edən zaman özü üçün yəqin etməlidir ki, Allah onun dualarını eşidir və bizim xeyirimizə olaraq həmin duanı qəbul edəcəkdir.
    Bir nəfər Məsum İmamların (ə) birindən soruşur ki, bizim dualarımız niyə yerinə yetmir? Buyurur: “Çünki kimi çağırdığınızı bilmirsiniz və başqalarına ümid edirsiniz”.
    Ona görə də dua etməzdən əvvəl Allaha olan elmimizi və mərifətimizi artırmalıyıq. Bilməliyik ki, Allahdan savayı heç kəs bizim ehtiyaclarımızı yerinə yetirə bilməz. Bizim tək söykənə biləcəyimiz dayaq - Uca Allahdır.
    Başqa bir nöqtə budur ki, Allah Təalanın göstərişlərinə əməl etməliyik. Yəni, Allahın bizə buyurduğu bütün vacibatları ən yaxşı şəkildə yerinə yetirək və haramları tərk edək. İlahi əhkamlara əməl etmək dualarımızın qəbul olmasına yardım edər.
    Hədislərin bir çoxu buyurur ki, Allahın haram buyurduqlarına riayət etməmək duanın qəbul olmasına mane olar. Ona görə də bəndə gərək itaət etsin və həm də ümidli olsun ki, duaları qəbul olsun. Allah qorxu ilə rica arasında olan bu halı sevir.
    Duaların qəbul olması üçün bəzi tövsiyələr edilmişdir, o cümlədən Məsumlara (ə) təvəssül etmək və onları Allah yanında vasitə qərar vermək.
    Alimlərimizin də tövsiyələri vardır. Belə ki, Ayətullah Kəşmiri hədislərə əsasən duanın qəbul olmasının üç şərtini bəyan edir:
    1. İstiğfar zikrini demək.
    2. Salavat göndərmək.
    3. Sədəqə vermək.
    Rəhmət dönəmi olan rəcəb-şəban ayları Allah bəndəsi üçün yaxşı fürsətdir ki, bu İlahi rəhmət yağışını fürsət bilib, Allahdan dualarının həyat keçməsini istəsin.
    Həmçinin duanın şəraitləri vardır ki, bunlardır:
    1. Dua edən zaman təvazökar halda Allahdan qafil olmadan hacəti istəmək və bilmək ki, Kimin qarşısındasan.
    2. Mütləq təvazökar və müti şəkildə olmalısan, əks halda dua qəbul olmaz.
    3. Hacətimizin yerinə yetəcəyinə ümidimiz olsun.
    4. Allahı tanıyaq, elmini, qüdrətini və əzəmətini bilək.
    5. Allaha hüsni-zənn edək. Hədisdə oxuyuruq ki, hər kim Allaha necə güman bəsləsə, Allah da ona o cür bəsləyər.
    6. Allahın göstərişlərinə əməl edək və başqalarına zülm etməyək.
    7. Duanın şərtlərinə əməl etmək: təharətli olmaq, Allahı Ona məxsus adlarla çağırmaq, nemətlərini zikr etmək, günahları yada salmaq, duanı bir neçə dəfə təkrar etmək - ən az halı üç dəfədir, gizlində dua etmək, duanın əvvəlində və axırında salavat göndərmək, Məsumlara (ə) təvəssül etmək.
    8. Ürəyi Allahdan qeyrisindən pak etmək və ancaq Ona söykənmək.
    9. Yemək istəyən dilənçi kimi iki əli yuxarı qaldırmaq, Allahın Rəsulu (s) belə edərdi.
    10. Xüsusi zamanlarda dua etmək və ən çoxu cümə günü və cümə gecəsi və gecə yarısıdır.
    11. Xüsusi məkanlarda dua etmək: İmam Hüseynin (ə) qübbəsi, Ərəfat səhrası kimi.
    Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    Abunə ol bit.ly/2uR7dZv

КОМЕНТАРІ • 26

  • @islam_tv_official1
    @islam_tv_official1  5 років тому +11

    Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram

  • @user-xn2ts6qh2u
    @user-xn2ts6qh2u 3 дні тому

    Allah sizə rəhmət eləsin Hacı can, inşaallah görüşərik

  • @MizahAnaliz0.-_
    @MizahAnaliz0.-_ 5 років тому +10

    Allah hər kəsi doğru yola hidayət eləsin.

  • @seidqahramanov224
    @seidqahramanov224 5 років тому +8

    ALLAH hamımıza kömək olsun

  • @hesenhuseynov2128
    @hesenhuseynov2128 Рік тому +1

    Allah rəhmət eləsin Qəbri nurla dolsun Məkanı cənnət olsun Gözəl Alım idi Yetim qoydu Biz milleti heyifki aramızda yoxdur Ölümü müəmmalı Oldu

  • @rzayevazemine2352
    @rzayevazemine2352 5 років тому +8

    Allah razi olsun .Allahim gunahmizi bagiwlasin

  • @crazyman0895
    @crazyman0895 2 роки тому +3

    Mən inaniram və qorxuram ki məni və Alləmə köməy olsun Allahim mən sənə inaniram bilirəm o dünya var Allah birdir cənət cəhənəm var Allahim günalarimi bağşla Sənin üçün Əziz allahim gücüm çatani edirəm Allahim bizi cənətinə layiq gör günalarimi bağşla.

  • @fatimemurtuzova5042
    @fatimemurtuzova5042 Рік тому

    Allah sən herseye qadirsən

  • @qalibmusazad3266
    @qalibmusazad3266 5 років тому +5

    Allah razı olsun çox sağolun

  • @akifguliyev3877
    @akifguliyev3877 2 роки тому +2

    ILAHI Sənə And Verirəm SONSUZ RƏHMINƏ, KƏRƏMINƏ, 124 m.P.r-ə və Əhli-Beyt və Onlarin Tərəfdarlarina Xatir Butun Musalmanlarin Gunahin Baqişla hər 2 Dunyasin Ən Xeyrli Et. XƏSTƏLƏRINƏ ŞƏFA VER, Hacətin Tezləşdir. Bizdə Onun icində 🤲AMIN !!!

  • @behmanhesenli4175
    @behmanhesenli4175 5 років тому +4

    Allahin mermetine siginmisam umidim varki O bagislayacaq insallah

  • @csur4232
    @csur4232 2 роки тому +1

    ALLAH KÖMƏYİNİZ OLSUN.

  • @fatimemurtuzova5042
    @fatimemurtuzova5042 Рік тому

    Allah sizi rəhmət eləsin

  • @crazyman0895
    @crazyman0895 2 роки тому +3

    Mən hərgün ölümü yada saliram deyirəm ki Allahim sənün üçün Nə edim.

  • @crazyman0895
    @crazyman0895 2 роки тому +1

    Dəyərli Qizil sözdərə ççoox sağolun👏👏👏👏👏

  • @arzuguseinova9273
    @arzuguseinova9273 9 місяців тому

    Səni nədən sağlığında dinləmədim sevmədim… ölümünü eşitsəm də hami kimi üzüldüm….Amma indi sənin ücün hönkür hönkür ağlaram… hər səsini eşidəndə…

  • @zulfiyy-ke2pb
    @zulfiyy-ke2pb Рік тому

    Can qardaş yerin behişt olsun 😢😢😢 sən bizlərə sanki. Cənnət alması idin.. kimlərinsə gözünə ox oldun seni aqacdan vurub saldılar 😢😢😢 amma sən yerə yox bizim qəlbimizə düşüb qaldın 😥😥

  • @vaqifhuseynov5800
    @vaqifhuseynov5800 3 роки тому +2

    Aminn

  • @xdicfatim8501
    @xdicfatim8501 5 років тому +6

    🙁😞👍

    • @tatimahmudov7531
      @tatimahmudov7531 5 років тому +1

      Salam allah ureyimice versin😍💕💟💖💗😘

    • @alikalik7518
      @alikalik7518 5 років тому +1

      Salam Hacı məninaníram

  • @y.p.482
    @y.p.482 3 роки тому +1

    Cok dor syluyorsan

  • @urfanamammadova3035
    @urfanamammadova3035 Рік тому +1

    adam vahimelenir qiyamet hedisleri seslenende