Це відео не доступне.
Перепрошуємо.

PEYĞƏMBƏR İllər Əvvəl Deyibmiş - Sən Demə Yemişi...

Поділитися
Вставка
  • Опубліковано 4 вер 2021
  • #Peygember #Yemis #Qovun
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Qoxusu cənnət meyvələrinin ətri kimi, faydası onlarla dərmandan daha güclü - yemiş bitkisi. Lakin bu bitki faydasıyla yanaşı bəzi xəstələrə gizli zərər də verə bilir.
    Bu gün bir bax kanalında yemiş bitkisinin əksər insana məlum olmayan faydalarından və çoxumuza gizli qalan zərərlərindən danışcağıq. Diqqətiniz bizdə olsun!
    Yemişə sarılıq verən onun tərkibində olan beta karotindir, bu da bədənimizdə A vitamininə çevrilir. Göz qidalanması pozğunluqlarında çox faydalıdır. Yemişi bol yeyən insanlarda dəri qırışıqları az olar, dəri parlaq olar. Yemiş qaraciyərin dostudur, piylənmədən əziyyət çəkənlər üçün yemekdən əvvəl yemiş yeyilməsi xeyirlidir.
    Tərkibində A, C və B vitamin kompleksləri, əsasəndə zəngin B1 B6 vitaminləri var. Əsəbləri gərgin olanlar bu bitkidən çox yeməlidir. Çünki yemiş depressiya halında və yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalıdır.
    Tərkibindəki K və E vitaminləri cinsi istəyi artırır, yeni qan əmələ gəlməni sürətləndirir beləliklə qan azlığından əziyyət çəkənlər üçün yemiş faydalıdır. Yemişdəki zəngin C vitamini orqanizm üçün qalxan rolunu oynayaraq bədənimizi müxtəlif viruslardan və bakteriyalardan qoruyur. Yemiş ürəyin oksigenə olan tələbatını azaldır, ürəyin zərbə qüvvəsini artırır bununla da ürək mənşəli ödemlərdə qan dövranı pozulmalarında faydalıdır.
    Yemişin tərkibindəki fol turşusu infarkt olmasının qarşısını alır, təzyiqi olanlar üçün faydalıdır, yemiş beyinə gedən qanın miqdarını artırır, beyinin qidalanmasını yaxşılaşdırır.
    Bu bitki öskürəkdən əziyyət çəkənlər üçün də faydalıdır, qadınlarda adət düzənsizliyini normallaşdırır, qanı duruldur və orqanların qidalanmasını yaxşılaşdırır. Yemişin tərkibindəki bol beta karotin həm xərçəng olmadan bizi qoruyur. O, xərçəngin müalicəsində çox faydalıdır.
    Yemiş qadınlarda yumurtalamanı çoxaldır, follikul partlamasından əziyyət çəkən xanımlar üçün yemiş əla bir şəfavericidir. Yemiş bol yeyənlərdə dəri xəstəlikləri, dəmirov ekzema xəstəliyi olmaz, yemiş nəinki saç tökülməsinin qarşısını alır hətta saçların gür və qalın çıxmasına vəsilə olur. Yaxşı olar ki təzə- təzə yeyilsin.
    Bəs kimlər hansı halda yeyə bilməzlər?
    Yemiş şəkər xəstələri üçün arzuolunmaz bir meyvədir, şəkər xəstələri çalışdıqları qədər az yeməldiir. Yemiş yeyəndən sonra bal yemək olmaz, çünki çox güclü zəhərlənmə verir. Yemişin ən faydalısı yayda, isti havada bitən yemişdir. yemiş qarpız kimi geni dəyişilməmişdir. Yemiş nə qədər ətirli və şirindirsə o qədər də faydası çoxdur.
    Rusiya mətbuatında dərc edilən bir yazıda bildirilir ki, qovun az kalorili olmasına baxmayaraq, həzmi çətindir. 100 qram məhsul təxminən 35 kilokaloridir. Qovun acqarına və ya meyvələr də daxil olmaqla digər qidalarla yeyilməməlidir, çünki bu qaz və ya ishala səbəb ola bilər. Ən yaxşısı yeməkdən sonra bir saat gözləyin və sonra yeyin.
    Dietoloqun sözlərinə görə, qastrit, kəskin pankreatit (mədəaltı vəzin iltihabı), xolesistit (öd kisəsinin iltihabı), qastritin kəskinləşməsi olanların bu bostan bitkisindən uzaq durmasında fayda var.

КОМЕНТАРІ • 46

  • @baqrnzirov9442
    @baqrnzirov9442 2 роки тому +25

    Şükür ALLAHA hecnəyi səbəbsiz yaratmayıb

  • @seidehuseynli1375
    @seidehuseynli1375 2 роки тому +10

    Mən yemişi cox sevirəm

  • @Herseyden_biraz_59
    @Herseyden_biraz_59 2 роки тому +6

    Çox maraqlı kanalınız var xeyirli uğurlu olsun Maarifləndirici kanaldı

  • @user-hv7rc3rt8i
    @user-hv7rc3rt8i 2 роки тому +8

    Yemiş őzůde tumuda faydalıdı 👍👌Faydalı melumat ücůn coh saqolun

  • @deryaislam8467
    @deryaislam8467 2 роки тому +5

    Allah sizdən razı olsun Amin Allah

  • @YaYa-nb4fc
    @YaYa-nb4fc 2 роки тому +4

    Çox sag olun faydali məlumata görə 👍

  • @zulfiyayusubova6593
    @zulfiyayusubova6593 2 роки тому +3

    Alhamdullah.

  • @fuadmanafov8548
    @fuadmanafov8548 2 роки тому +3

    cox faydali melumatlar idi tesekkur

  • @user-ls3qo9bg2z
    @user-ls3qo9bg2z 2 роки тому +14

    Hər bitkini hər meyvəni öz mövsümündə yemək cox xeyirlidir məlumata görə tşk-lər

  • @yamanoglan2730
    @yamanoglan2730 2 роки тому +23

    Peyğəmber s.a.s in sünnəsinde her derdin dermanı var

  • @sfhcfhhhiifyuffiv4224
    @sfhcfhhhiifyuffiv4224 2 роки тому +4

    Allah sizi qorusun çox gözəl çıxışlarınız var

  • @user-dj6xy5xq5e
    @user-dj6xy5xq5e 2 роки тому +11

    Yaziq seker xesteleri,cox seylerden mehrumdur.o cumleden ozum

    • @hikmt5389
      @hikmt5389 24 дні тому

      Allah kömək olsun yaRəbbim

  • @kemaleserifova5693
    @kemaleserifova5693 2 роки тому +3

    İnanın ki,deyilənlər doğrudur👍

  • @SamkoGarayli
    @SamkoGarayli Місяць тому

    Beh beh

  • @rzarza3707
    @rzarza3707 2 роки тому +4

    Bu bitkilər bizim eradan cox cox əvvəllər də olub və inssnlar onlardan həmişə istifadə ediblər mövsümi qiqası kimi onun xeyir və zərərlərini də biliblər .

  • @user-bl4lz2ze1c
    @user-bl4lz2ze1c Місяць тому

    Аллаhy Акбар 🤲❤❤❤

  • @almazcfrova1899
    @almazcfrova1899 2 роки тому +4

    Yemişin mürəbbəsi də cox gözəl olur hilnən müxək də vurulur sodalu suda saxlanur sonra yuyulur bir necə dəfəyə biçirilir mən hər il bişirirəm

  • @xanmclilova5218
    @xanmclilova5218 2 роки тому +1

    Təşəkkür bu xəstəliklərin əksəriyyəti məndə var

  • @Vetenim041
    @Vetenim041 29 днів тому

    əla

  • @turanceferova5989
    @turanceferova5989 2 роки тому +15

    Başlığda Peyğəmbərimiz yazsaydınız daha yaxşı olardı 🥰

    • @adilnuri6791
      @adilnuri6791 2 роки тому +4

      "Hz. Peyğəmbərimiz (A.S.M.)
      yazılsa daha da yaxşı olardı....🌹🕋🤲💓😘

    • @kh.ra.790
      @kh.ra.790 2 роки тому +2

      @@adilnuri6791 , zatən başlıqda yazsalar belə həzrət Peyğəmbərimiz nə deyib, o barədə danışmadılar. Bizim kanalların adətidir, əvvəlcə bir sehirli işarə verib izləyici toplayırlar, sonra da susurlar! Nə etməli? Bəyənimizi geri qaytararıq. Guya heç yemiş yeməmişik!!!

  • @bahar8408
    @bahar8408 2 роки тому +3

    👍👍👍

  • @samirshekerov9625
    @samirshekerov9625 Рік тому

    Əla məlumantlardı. Minnətdarıq.

  • @mehritv
    @mehritv 2 роки тому +3

    Nə yaxşı bir şeyin xeyirli olduğu paylaşılır.

    • @elcinqribov5979
      @elcinqribov5979 Рік тому

      İndiki məhsullarda xeyir görmürəm, çünki hamısı kübrə dərmandan ibarətdir.

  • @aygunmemmedova2323
    @aygunmemmedova2323 10 днів тому

  • @user-hy6sk3bq5q
    @user-hy6sk3bq5q Місяць тому

    Faydali meslehete gore tesekkurler.

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 Рік тому

    cox tesekkur canim.hekime gezmekdense sizin meslehetinuze qulaq asmaq,yaxsidi pulumda cibimde qalsin❤

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Çox gözəl sözlərdir. Çox sağ olun❤

  • @sevdahuseynli1323
    @sevdahuseynli1323 2 роки тому

    Gah deyirsiz yemekden evvel gahda yemekden bir sora hansina inanaq xahis edirem cvb yazin men yemisi cooox sevirem

  • @afetkhanimguliyeva7848
    @afetkhanimguliyeva7848 Місяць тому

    Amma kökəldici meyvədir ariglar üçün yaxşidir

  • @turan3282
    @turan3282 2 роки тому +1

    Bu "ərəp"- lərdən öncə, yer üzərində deyəsən bor kəs yaşamayıbmış☺ bular bir kəsbiıçəzmoş ? Nu mə məntig ?

  • @arzumemmedova7959
    @arzumemmedova7959 2 роки тому +4

    O zaman karonanin dermanida demek olar

  • @smimisohbtlr3528
    @smimisohbtlr3528 Рік тому +2

    Salam, şərhiniz üçün sağ olun. Bəs Hz peyğəmbər nə demişdir, onu niyə demədiniz?🕋🇦🇿

    • @yus8283
      @yus8283 Рік тому +1

      Məndə tapmadım Peyğəmbər Efendimiz s.ə.s nə deyib tapmadım! Neçə dəfə təkrar qulağ asdım! Ayıb olsun kanala ki baxışı artırmağ üçün dini dəyərləri alət edərək insanları aldadır! Pazor, pazor🤨

  • @gulcohreabdullayeva663
    @gulcohreabdullayeva663 2 роки тому +1

    Yemiş qanı durultmur.əksinə qanı kristallaşdırır...yemişi balla yeyındə.zəhərləmir...qanı sürətli kritallaşdırır; mükafatlandırır...qanın damarlarda axınını saxlayır...kirəcləşdirir qanı damarlarda...insan 3:5 dəqiqəyə.öldürür...heç nə qurtara bilmir insanı.

  • @violetline1460
    @violetline1460 Рік тому +1

    Bali. Yemiwle.birlikde yemek olmaz mədədə dawa donur hezim cok cok cetinlewir

  • @kemaleserifova5693
    @kemaleserifova5693 2 роки тому

    Bircə təzyiqə zərərdi.burda xeyirdi deyildi

  • @alidashdemir9793
    @alidashdemir9793 11 місяців тому

    İller evvel yox esrler evvel 1400 il evvel