İSTİQRAZ ALMAQ ÜÇÜN MÜRACİƏT EDƏNLƏRİN SAYI ARTIB

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024
  • Aprelin 17-də SOCAR istiqrazları üzrə ikinci faiz ödənişlərindən sonra qiymətli kağızlar bazarında onlara tələbat artıb. PSJ Kapital şirkətinin nümayəndəsi Cəmilə Lələxanova belə deyib. Bildirib ki, ikinci faiz ödənişindən bu günədək 47 əqd baş tutub, 2265 ədəd istiqraz satılıb. SOCAR istiqrazlarına həm fiziki şəxslərin, həm dövlət işçilərinin, həm də sahibkarların marağı böyükdür.
    “Biznesmenlər də müraciət ediblər, öz bizneslərini qurana qədər əllərindəki vəsaitə istiqraz alıb və gəlir əldə ediblər. Bu kateqoriyadan olan biznesmenlər ən az 1000 ədəd istiqraz alıb”.
    Şirkət nümayəndəsinin sözlərinə görə, bəzi investorlar digər vasitələrə etdikləri yatırımı sonradan istiqraza yönəldir: “Bu yaxınlarda bizə bir investor müraciət etmişdi, 102 ədəd istiqraz aldı, evini satmışdı. Bəzi müştərilər isə bank depozitlərini geri götürüb istiqrazla əvəz edirlər”.
    Əvvəllər istiqraz alan müştərilər də təkrar qiymətli kağızları əldə edirlər. Şirkət rəsmisinin sözələrinə görə, Azərbaycanın bütün regionlarından SOCAR istiqrazlarını almaq üçün müraciətlər olur. Müştərilər arasında Azərbaycanda yaşayan əcnəbilər, eyni zamanda Qazaxıstan, Türkiyə, Ukrayna, Rusiya və Gürcüstan vətəndaşları da var.

КОМЕНТАРІ •