Qızının başını soyuducuya soxdu, ona görə özünü asan qadının qardaşına ərə getdi

Поділитися
Вставка
  • Опубліковано 7 лют 2025
  • Azərbaycan musiqi tarixinin ən önəmli ismlərindən birini anırıq... Biri var idi, Parçalanmış vətənini parçalanmış üəryində, nalə kimi səsində yaşadan Rübabə Muradova...
    Foto
    Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görür və Bakıya Filarmoniyada işləməyə dəvət edib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.
    Rübabə Muradovanın on altı yaşı olanda atası inqilab məhbusu kimi həbs olunur. Zindan rəisi işləyən Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Bir müddət sonra isə olduqca yaraşıqlı kişi olan Xəlilağa on altı yaşlı Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir.
    Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova isə Qulu Əsgərovla səhnəyə çıxıb oxumağa başlayır. Bundan qəzəblənən həyat yoldaşı bir övladları olandan sonra ona deyir: Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm. Müğənnilik səbəbindən onun ailəsi dağılsa da, o, heç kimə qulaq asmayıb, hətta qardaşlarını da dinləmədən səhnələrə çıxmağa, oxumağa davam edir.
    Xanəndə Bakıya gələndən sonra Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım müsahibələrinin birində belə deyir: “O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb.”
    Ərdəbildəki evlərinin həsrətini çox çəkir, gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurmuş. Bağında həyətini Ərdəbildəki evlərinin həyətinə bənzədir, ordakı ağaclardan həyətlərində əkdirir. Deyilənə görə bir dəfə Astaraya qastrola gedəndə, sərhəddin kənarından dayanıb o taya baxıb və birdən Qəfildən bir nalə çəkib, möhkəmdən ağlayır. Yaxınlıqdakı adamlar onu uzun müddət sakitləşdirə bilmirlər.
    1975-ci ilin sonunda rejissor Mehdi Məmmədovun qurluşunda hazırlanan "Leyli və Məcnun" tamaşasındakı "Şam" səhnəsində Rübabə necə nalə çəkirsə, tamaşaçılar ağlayır. O, özü də onlara qoşulub ağlayır. Deyilənə görə Rübabə o qədər təbii oynayırdı ki onun ağlaması üçün heç bir kimyəvi vasitədən istifadə olunmurmuş...
    Hindistandan məşhur "Cənab 420" adlı hind filminin yaradıcı heyəti Bakıya gələndə, Rübabəni görən hind aktyorları heyrətə gəlmişdi ki, necə gözəl qadındır. Onlar Rübabəni hind qızlarına oxşatmışdılar.
    Şəkər xəstəsi olduğundan şirniyyata və şirin meyvələrə həsrət qalır. Ölənə yaxın dodaqları parça-parça olur, heç nə yeyə bilmir, ancaq su içir. Xanəndə ölümündən bir neçə ay əvvəl dəhşətli dərəcədə arıqlayır. Görənlər onu tanıya bilmir. 1983-cü il avqustun 28-də Rübabə Muradova 50 yaşında serroz xəstəliyindən dünyasını dəyişir.
    Ölməzdən iki şey vəsiyyət edir. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev onun məzarı üstünə ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda isə deyir: Ürəyim gəlmədi, çala bilmədim.
    Beləliklə, Rübabə Muradova Cənubi Azərbaycanla sərhədlərimizin dağıdıldığı o tarixi günü görmədən, dünyadan köçdü... Səsindəki o yanğı isə, musiqi tariximizi əbədi naləsi kimi bizimlə yaşayacaq...

КОМЕНТАРІ • 409

  • @afethuseynova1908
    @afethuseynova1908 3 роки тому +295

    Allah Rübabə xanıma rəhmət eləsin.Həmişə ürəklə sevdiyim müğənni olub.Mahnılarıni həmişə zum-zümə etmişəm. 1981-ci il may ayı idi. Dərsdə tənəffüs idi. Tənəffüsdən sonra nəğmə dərsimiz olacaqdı. Sinifdə hamımız qızlar idik. Mən də Rübabə xanımın Qaragilə mahnısını oxuyurdum .Həmin gün nəğmə dərsini ədəbiyyat müəllimi keçəcəkdi. Zəng vurulmamisdan qabaq müəllimə sinifə yaxınlaşanda içəridən səs gəldiyini eşidib və qapıdan qulaq asıb. Birdən qapı açıldı, hamımız müəlliməni görüb öz yerlerimizə keçdik. Müəllimə soruşdu ki, oxuyan kim idi .Heç kimsəsini çıxarmadı. Mən utana -utana, mən idim dedim. Məni lövhəyə çıxarıb, o mahnını birdə oxu dedi. Sanki, müğənniyəm kimi oxudum. Səsin çox gözəldir, heç bilirsən hansı müğənninin səsinə oxşayır ? Mənə həmin vaxt elə gəldi ki, günah eləmişəm. Düzün deyim, bir az qorxdum da. Müəllimə dedi ki, Rübabə Muradovanın səsindən seçilmədi səsin, mənə elə gəldi ki, sinifdə radio var. Həmin gün nəğmə dərsindən 5qiymetdə aldım. Rübabə xanımın ölüm xəbərini də çox həyacanla qarşıladım. Amma hələ də onun mahnılarını sevə-sevə həm dinləyirəm, həm də özüm zümzümə edirəm. Kiminsə vaxtını aldimsa üzr istəyirəm .Millətimi çox sevirəm.

    • @ramalnovruzov6099
      @ramalnovruzov6099 3 роки тому +19

      Ay xanim, madamki, milletini cox sevirsiz unutmayin ki, bu MILLETIN o sese boyuk ehtiyaci var

    • @mrsx483
      @mrsx483 3 роки тому +19

      Cox gozel xatire paylawdiniz, Allah Rubabe xanima rehmet elesin, size can sagligi versin, herden xatireleri kimseynen boluwdurmek hevesi de Olur insan

    • @gulmuresadiqov7093
      @gulmuresadiqov7093 3 роки тому +1

      2981ci il qelmeyib hele ay xanım 1981ci il olar duz yazin

    • @legend6304
      @legend6304 3 роки тому +3

      Oxumaqla belə gOzeldi ellerinize sagliq

    • @РашидСибир
      @РашидСибир 3 роки тому +6

      Ay necada xowdur manda Rubaba xanimin mahnisini zum zuma ediram hamiwa.bir qadin olaraq

  • @tahirehuseynova7382
    @tahirehuseynova7382 3 роки тому +32

    Həqiqətən gözəl sənətkar idi. Allah rəhmət eləsin.

  • @dilsadaliyeva986
    @dilsadaliyeva986 2 роки тому +14

    Rübabə cox gozel müğənnidir. Mən dəfələrlə gözəl səsin tamaşaçısı olmuşam. MƏKANI CƏNNƏT OLSUN! NUR İÇİNDƏ YATSIN! AMİN!

  • @kemalemikayilova342
    @kemalemikayilova342 3 роки тому +46

    Səsə bax daaa..... çağlayır elə bil.Allah rəhmət etsin

  • @sirvantv4314
    @sirvantv4314 3 роки тому +31

    Rübabə Muradova Azərbaycan incəsənətinin böyük korifey sənətkar qızı idi Əsrlər keçsə də Rübabəni kim isə əvəz etmək istəsədə Rübabə olmayacaq Allah rəhmət eləsin məkanı cənnət olsun insallah

  • @almazpashakizi6369
    @almazpashakizi6369 3 роки тому +16

    Əvəzolunmaz müğənni, görkəmli sənətkar. Yeganə müğənni idi ki, canlı, fonoqrammasız oxuyurdu. ALLAH rəhmət eləsin.

  • @qarabagazrbaycandr8635
    @qarabagazrbaycandr8635 2 роки тому +40

    Rübabe içse de neynese de menim üçün indiki bir çox müğənnidən qat qat üstündür korifey senetkardir

    • @АлмасКадырова-ъ9ж
      @АлмасКадырова-ъ9ж 7 місяців тому +2

      Рубабе ичкини хестелийине горе ичирди. Агры езабларыны хисс етмемейчун ичирди

  • @Bakuasigi6558
    @Bakuasigi6558 3 роки тому +35

    Bəzən öz həyatımızda çətinliklə rastlaşanda "mənim bəxtimnəndir" və bu kimi ifadələr işlədirik və zənn edirikki hərkəs həyatını xoş firavandır bir tək biz bədbəxtik. Bu cür tanınmış və öz zəhmətilə uğur qazanan insanlara baxıb həsəd aparanlar olur ama onların həyatda nələr yaşadığından xəbərimiz yoxdur. Allah Rübabə xanımın timsalında bütün dünyasını dəyişmiş sənət adamlarımıza rəhmət eləsin. Ruhları şad olsun. Məkanları cənnət olsun.

  • @adem3935
    @adem3935 2 роки тому +5

    Allah rəhmət eləsin gözəl səsi vardı .Rəhmətlik babamın xoşu gələrdi səsinnən qulaq asardı.

  • @dilareesgerova1542
    @dilareesgerova1542 2 роки тому +3

    Mər rübabə muradovanı çox çox sevirdim onun səsinin özünün vurğunu idim yeganə müğənni idiki o dünyasını dəyişəndə mən hönkür hönkür ağlamışam hələdə onu çox sevirəm mən onu həyatda canlı görməmişəm yalnız ekranlarda və radio dalğalarında dinləmişəm onun səsi mənim mənəvi qidam olub hansı həyatı yaşayıb dəxli yoxdu mən onu hələdə böyük hörmət və məhəbbətlə anıram dinləyirəm allah rəhmət eyləsin hamımız gedəcəyik heç kəs bu dünyada qalmır

  • @zualv7661
    @zualv7661 2 роки тому +5

    Sevimli müğənnim❤️
    Heç kim süddən çıxmış ağ qaşıq deyil. Səsi 1 xəzinə idi. İnsanın bəxti gətirməyəndə gətitmir. Qadın böyük qüvvədir. Qısqanclıqla sevgi olmur, ölür o sevgi
    Allah sizə rəhmət etsin Rübübə Xanım🙏🙏🙏

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy 3 роки тому +60

    Sizə əhsən Sərdar bəy. Bu verilişlər təkrarsızdı. Sizə sonsuz təşəkkürlərimiz var. Sizi televiziyalarda görməyə səbirsizlənirik.

  • @mominetehmedova858
    @mominetehmedova858 2 роки тому +5

    Bu gözəl sənətkar haqqında verdiyiniz məlumata görə təşəkkürlər

  • @cingizeliesger5046
    @cingizeliesger5046 2 роки тому +4

    Ruhu şad olsun sından səsindən heç vaxt olmayacaq çox təssüf

  • @ebelmammadova2497
    @ebelmammadova2497 3 роки тому +20

    Səsinin axarlığına,məlahətliliyinə heyran qaldığım sənətkarımız.nə qədər qulaq asıram ruhum dincəlir.Allah ona qəni qəni rəhmət eləsin.məkanı cənnət olsun.həyatı nakam sənətkarımız.Sərdar bəy sizlərə də çox minnətdarıq belə sənətkarları gündəmə gətirirsiz.işinizdə uğurlar...

  • @МилаМамедова-р3ч
    @МилаМамедова-р3ч 2 роки тому +4

    Məkanı cənnət olsun...mən dəyərli İnsanların yaşadığı zamanı bölüşdüyümə görə ömürə minnətdaram...var olun Bəy...tanıyıb tanıtdıran əməyinizə sağlıq.

  • @samgaxy2329
    @samgaxy2329 2 роки тому +5

    Səsidə gözəldi, özü də mən də onun həm səsinin həm də gözəlliyinin vurğunu idim. Allah rəhmət etsin. Heyif səndən Rübabə xanım. Heyif. Əvəzsiz sənətkar.

  • @nergizismayilov5533
    @nergizismayilov5533 2 роки тому +3

    O bəlkə də içib hər necə llub, amma o qadında bir sərtlik var idi. Səs də necə gözəl və təkrarolunmaz, allah rəhmət eləsin.

  • @taranaquliyeva8771
    @taranaquliyeva8771 2 роки тому +2

    Cox sagolun,Allah sizdən razı olsun!

  • @qoncaaliyeva5770
    @qoncaaliyeva5770 3 роки тому +65

    ALLAH RUS HÖKUMƏTİNƏ LƏNƏT ETSİN, YER ÜZÜNDƏN SİLİNİNİB YOX OLSUNLAR, DARMADAĞIN OLSUNLAR. AMİN YA ALLAH. ONLAR BİZİ BU GÜNƏ QOYDULAR. NİLLƏTİ , ÖLKƏNİ BÖLDÜLƏR, AYIRDILAR .

    • @_mmaviii19
      @_mmaviii19 Рік тому

      Rusa niye lenet elesin savadslz danlwma o vaxdl qarbacuq idi ssri vaxdl qarbacuqda amerkanln adaml idi amerka orgetdi daqlt ssrini sora qacdl amerkaya amerka o vaxdan millete dovran oynadlb putin o vaxdl olsaydl suzme daqlllardl ssri

  • @TV8AZE
    @TV8AZE 2 роки тому +3

    Düz danişmirsan
    QULU Əsgərovla ilk dəfə Salyanda oxuyub.Hər ikisin allah rəhmət eləsin

  • @elcinhuseynov8153
    @elcinhuseynov8153 3 роки тому +23

    Heyıf bele senetkar gelmez bır daha Allah qeni-qenı rehmet elesın mekanı cennet olsun

  • @kemalemikayilova342
    @kemalemikayilova342 3 роки тому +31

    Bütün məşhurların fərqli və qəmli həyat hekayəsi varmış

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 3 роки тому +5

    Cox saq olun. Var olun.

  • @sadiqsalami9929
    @sadiqsalami9929 3 роки тому +26

    Allah rəhmət eləsin, amma, vəfatından illər keçəndən sonra,xanım haqqında nahaq belə şeylər paylaşırsız,onun səsi, bənzərsiz ifaları yadımızdan çıxmaz,bir səhv edib, içib, indiki müğənnilər kimi lüt gəzmiyib.siz belə şeylər paylaşıb reytinq qazanmaq istəyirsiz,ayıb olsun.hər halda xanımın övladı, nəvə, nəticələri yaşayır,hər halda sizə çox sağ ol,deməyəcəklər

    • @dodoisuususu4346
      @dodoisuususu4346 Рік тому +1

      Allah lənət eləsin bu böyük,əvəzolunmaz sənətkar haqqında danışdıqlarına görə.

  • @aaaaaa-vg6gn
    @aaaaaa-vg6gn 3 роки тому +20

    70ci illərin radio reportaj verilişini araşdırsaz dəqiq odur Allah rəhmət eləsin 🤲🙏dinlədikcə heyran oluram sənətkara🎤🎼

  • @umunagiyeva4825
    @umunagiyeva4825 2 роки тому +9

    Allah rəhmət eləsin. Rübabə xanımın bütün ifalarını həmişə dinləyirəm. Heyf ki 50 il ömür yaşadı onun yanığlı səsi məni məndən alıb aparırdı.Qızı Şahnaz xalamla bir həyətdə yaşayırdı.Xalam qızının toyunda Rübabə xanım oxuyub Allah qəni qəni rəhmət eləsin. Sərdar bəy sizə TŞK edirəm

    • @tomirisbayil2784
      @tomirisbayil2784 2 роки тому

      Şahnaz səhv etmirəmsə 8 ci sinifdən qoşulub qaçdı. Təzə Bazarın aşağısında 44 saylı məktəbdə

  • @elihesenzade2440
    @elihesenzade2440 2 роки тому +3

    Qardash sag olun gozel verilishdi! Var olasiz.
    Allah rehmet elesin.

  • @vasifmdtov3357
    @vasifmdtov3357 3 роки тому +10

    Teşekkürler size ugurlar

  • @NuranGamer1456
    @NuranGamer1456 2 роки тому +4

    Təxminən 70-ci illərin əvvəli olardı. 6-7 yaşım var idi. Rübabə xanımı ilk və son dəfə kəndimizdəki Sevil adlı bir qohumun palatka toyunda gördüm. Payız idi. Bayırda yağış tökürdü. Əynində dəri kurtka var idi, eləcə də toyu idarə edirdi. Çox şık görünürdü. Allah rəhmət eləsin.

  • @cmileqasimqizi5550
    @cmileqasimqizi5550 3 роки тому +14

    Təşəkkürlər Sərdar bəy oğlum bizləri məşhurların həyatları haqqında bilmədiklərimizlə bilgiləndirdiyiniz üçün.Çox sağol

  • @minayqaraisayeva973
    @minayqaraisayeva973 3 роки тому +11

    Allah rəhmət eləsin əsil sənətkar idi

  • @hediyyebayramova5203
    @hediyyebayramova5203 3 роки тому +23

    ALLAH SİZİ QORUSUN SƏRDAR BƏY.HƏQİQƏTƏN RÜBABƏ MURADOVA ƏVƏZOLUNMAZ SƏNƏTKAR İDİ.İLLƏR KEÇİB AMMA ONUN GÖZƏLLİYİ,GÖZƏL İFALARINI HEÇ VAXT UNUTMAMIŞAM.ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN BÖYÜK SƏNƏTKAR

  • @rehaurehau135
    @rehaurehau135 3 роки тому +11

    Gözdən yaş çıxarmı,
    Ürək yanmasa
    Bu sözlər sanki məhz Rübabə xanıma aiddi.Bütün nəğmələrini xüsusi ürək yanğısı ilə oxuyurdu!
    Allah Rəhmət eləsin əvəzolunmaz,unudulmaz sənətkarımıza!🇦🇿🇦🇿

  • @renamemmedova898
    @renamemmedova898 2 роки тому +2

    Çox sağ ol Həyatda ən çox vurğunu olduğum müğənni haqda məlumat verdiyinizə görə Allah rəhmət eləsin Rübabə Muradovaya nur içində yatsın

  • @ilhamequliyeva7082
    @ilhamequliyeva7082 3 роки тому +4

    Çox sağ olun,Sərdar bəy.Allah Rübabə xanıma qəni qəni rəhmət eləsin.Bu təqdimatınızla incəsənətimizə böyük xidmət etmiş oldunuz.Var olun.

  • @zahramammadova6487
    @zahramammadova6487 3 роки тому +13

    Allah rəhmət eləsin! Amin!

  • @sahibmediatv3660
    @sahibmediatv3660 2 роки тому +2

    Allahdan Rübabə xanıma rəhmət eləsin ruhu şad olsun.Yad elədiyinizə görə sizə təşəkkür edirəm Sərdar bəy.

  • @СулейманЭйюбов
    @СулейманЭйюбов 2 роки тому +3

    Allah rəhmət eyləsin böyük sənətkar , bəh- bəh nə gözəl səsi var .

  • @ranaibrahimova1277
    @ranaibrahimova1277 3 роки тому +4

    İsə xatırlamaq vacib deyil. Böyük sənətkar olub, Vətən həsrəti ilə yaşayıb və bu ayrılıq dərdi onun ömrünü qısaldıb. Allah rəhmət etsin.

  • @vefaelekberli3288
    @vefaelekberli3288 25 днів тому

    Allah özüdə səsidə gözəl olan Rübabə xanıma rəhmət eləsin məkanı cənnət və nurla dolsun Amin 🤲🕋🤲❤🌸🌸

  • @zibaelesger2810
    @zibaelesger2810 3 роки тому +19

    Talesiz olub rehmetlik cox gozel sesi var idi Yaniqli oxuyurdu

    • @СеваМуслим-заде
      @СеваМуслим-заде Рік тому +2

      Vallah talehsiz olub diyende ki insan özü özüne edir ne edirse !
      Az iceydi ! Qezeqenliq etmiyeydi ! Öz ailəsini dagitmiyeydi !
      Allah ona sesi kimi gözel ailede qismət etmişdi !
      Özü alkas həyatı secdi !

    • @ozumozum6093
      @ozumozum6093 Рік тому

      Düz deyirsən

  • @kamrantagzade1406
    @kamrantagzade1406 2 роки тому +1

    Telet Içerı Şeherde bızım gonşumuz ıdı. Çox şerefsız ınsan olub. Özü eledıyı cınayete göre menım boyuk emimin üzüne durub, emimi tutdurub. Allah rehmet elesin Rubabe xanıma, çox gözel sesı olub..

  • @svetlanaahmedova8775
    @svetlanaahmedova8775 2 місяці тому

    Allah rəhmət eləsin, məkanı cənnət ruhu şad olsun, əvəzolunmaz sənətkarımız özü kimi gözəl səsə, gözəl ifaya məxsus müģənni Rübabə xanın Muradava, bir daha allah rəhmət eləsin. Amin

  • @meridian2425
    @meridian2425 3 роки тому +23

    Allah rehmet elesin...Bele senetkarlar evezolunmazdirlar....

  • @lalaabushova3621
    @lalaabushova3621 6 місяців тому +1

    Əvəzsiz səs, bir də olmayacaq. Allah rəhmət etsin

  • @faraczad.i.7075
    @faraczad.i.7075 28 днів тому

    Çox təssüflər olsun ki,qadınların əksəriyyəti qadın azadliqini şərab içməkdə, gününü eşq isrətdə keçirməkdə görürlər..Allah rəhmət eləsin,çox gözəl səsi vardı.

  • @samamammmdova8737
    @samamammmdova8737 3 роки тому +11

    ALLAH rəhmət eləsin.Məkanı cənnət olsun .

  • @ilxame
    @ilxame 3 роки тому +4

    Cox gozel sese malik olub.evezolunmaz.
    Allah rehmet elesin.Ozu de gozel idi.

  • @IbrahimMemmedov-w7t
    @IbrahimMemmedov-w7t Рік тому +3

    Allah rəhmət eləsin Amin

  • @ТахираБайрамова
    @ТахираБайрамова 2 роки тому +11

    SALAM HÖRMƏTLİ APARICI. ALLAH RƏHMƏT EYLƏSİN RÜBABƏ XANIMA. MƏN QISA YAZACAM. RÜBABƏ XANIM TƏKRAR OLUNMAZ BİR SƏNƏTKARDIR .ONUN YANĞILI SƏSİ BULAQ KİMİ QAYNAYAN AŞIB DAŞAN SƏSİ HEÇ VAXT OLMAYACAQ . RÜBABƏ XANIMIN SAĞLIĞINDA ONUN PAXILLIĞINI ÇƏKƏN BİR NEÇƏ SƏNƏTKARLAR OLUB Kİ HƏMİŞƏ ONA LƏKƏ VURMAQ ONU GÖZDƏN SALMAQ İSTƏYİBLƏR AMMA BACARMAYIBLAR ELİN GÖZÜ TƏRƏZİDİR. ARAQ İÇƏN ADAM OXUYA BİLMƏZ ARAQ İÇƏN ADAM TOY APARA BİLMƏZ NƏ QƏDƏR DÜŞÜNCƏSİZ XAİN PAXIL İNSANLAR VAR HƏYATDA NİYƏ ÖLMÜRLƏR.RÜBABƏ XANIM ALLAHIN BƏXŞ ETDİYİ MÖCÜZƏ İDİ.ÇOX HEYİF ÇOX ERKƏN GETDİ.GÖRÜN NECƏ ALÇAQ ADAMLARDIR ÖLÜSÜNDƏN MƏZARINDAN DA ƏL ÇƏKMİRLƏR O DÜNYADA NƏ CAVAB VERƏCƏKLƏR. HƏR İTİ QURDU FAHİŞƏLƏRİ FƏXRİ XİYABANDA DƏFN EDİBLƏR FƏXRİ XİYABANIDA ONA ÇOX GÖRÜBLƏR. O O DÜNYADA CƏNNƏTDƏ YATANDA ONA LƏKƏ VURAN ONA TORBA TİKƏN FAHİŞƏLƏR CƏHƏNNƏMDƏ YANACAQLAR İNŞƏALLAR. QURU DİVARA PALÇIQ YAPIŞMAYAN KİMİ RÜBABƏ XANIMADA O LƏKƏLƏR YAPIŞMADI. XALQIMIZ ONU SEVİB YENƏDƏ SEVİR SEVƏCƏKDİR ONA GÖRƏKİ YALAN AYAQ TUTAR AMMA YERİMƏZ. ONA LƏKƏ VURAN MÜĞNİNİN BİRİDƏ QOCA QƏHBƏ AMERİADA YAŞAYIR HƏLƏ YAXŞI ZİBİL OLSAYDI ÇOXDAN ÖLÜB GEDƏRDİ.HƏMİŞƏ RÜBABƏ XANIMIN AYAĞININ ALTINI QAZIYIB ONA GÖRƏ Kİ ONUN SƏSİ KİMİ SƏSİ OLMAYIB ONUN ZƏNCULƏLƏRİ KİMİ ZƏNCULƏ EDƏ BİLMƏYİB İNDİDƏ ONUN PAXILLIĞINI ÇƏKİR HEÇ ONU DİNLƏYƏN YOXDUR SAĞLIĞINDA AMMA RÜBABƏ XANIMI İNDİDƏ DİNLƏYİRLƏR. ALLAH QƏNİ QƏNİ RƏHMƏT EYLƏSİN MƏKANI CƏNNƏT OLSUN QƏBRİ NURLANDOLSUN RUHU ŞAD OLSUN DAİMA İNŞƏALLAH.

  • @heqiqethuseynova4886
    @heqiqethuseynova4886 3 роки тому +10

    Məkanı cənnət olsun.Onun yerin bir kimsə verməz Əsil sənətkar idi.

  • @SjdudnRjdjdjd
    @SjdudnRjdjdjd 10 місяців тому +3

    Ruhu şad olsun.

  • @ArzuHuseynova-o4p
    @ArzuHuseynova-o4p 23 дні тому

    RUBABE MURADOVA MENIM ÇOX SEVDIYIM KARIFEY SENETKARLARDAN BIRI OLUB MEN ONUN MAHNILARINI INDI DE DINLEYIREM HANI INDI BELE SENETKARLAR ALLAH REHMET ELESIN RUBABE XANIMA

  • @DahiFuzuliasiqiym
    @DahiFuzuliasiqiym 2 роки тому +4

    BÖYÜK İNSAN. ALLAH RƏHMƏT ELƏSİN. BİR NEÇƏ DƏFƏ BAXMIŞAM. YENƏ DƏ BAXIRAM.
    🇦🇿☀
    SƏSİ BİR ALOVDUR.. 🔥

  • @meryemquliyeva4704
    @meryemquliyeva4704 Рік тому

    Cox sevdiyim sənətkar .Allah rəhmət eləsin,heyif cavan ölub cox sag olun

  • @NusabeHuseynova-op6zt
    @NusabeHuseynova-op6zt Рік тому +1

    Allah rəhmət etsin məkanı cənnət olsun Bizim evimizdə əvvəlki illər vallar olardı bizikilədə hər axşam Rübbabə xanima qulaq asardılar kaş həmin günlər olsrdı

  • @eldenizazer8831
    @eldenizazer8831 2 роки тому +4

    Allah sənə rəhmət eləsin Rübabə xanım. Azərbaycan səhnəsinin əvəzolunmaz ilduzu. Qəbrin nurla dolsun məkanın çənnət olsun.

  • @azerbaijan_az
    @azerbaijan_az 2 роки тому +13

    Öz gözəl səsinidə özü ilə apardı, leylini də özü ilə apardı, öz gözəlliyini də. Mən Ondan sonra ikinci Leyli görmədim. Allah sizi rəhmət etsin, gözəl xanım.

    • @user-dz6ly9pk6m
      @user-dz6ly9pk6m 4 місяці тому

      Rübabə xanımdan sonra Leyli, Qulu Əsgərovdan sonra da Məcnun. ALLAH hər iki SƏNƏTKARA rəhmət eləsin.

  • @validaseidova129
    @validaseidova129 3 роки тому +2

    Beh .beh..cox gozel sesi vardl rehmetliyin gel bize xalq mahnlsl ve Qaragile mahnlslnln mohrunu vurmuw Senetkar ruhun wad olsun.
    Cenabi Allahdan Sene rehmet dileyirem.

  • @kalbinlesaklabeni7000
    @kalbinlesaklabeni7000 2 роки тому

    Tesegür edrem bele gözel reportaj hazrlamlslz

  • @xuramanquliyeva3248
    @xuramanquliyeva3248 2 роки тому +2

    Allah rəhmət eləsin,gözəl sənətkar idi.

  • @yusifhuseynov92
    @yusifhuseynov92 29 днів тому

    Rubabe xanim,evezsiz ses, qeyri_adi senetkar,allah sene rehmet etsin❤❤

  • @safigarasulova5673
    @safigarasulova5673 3 роки тому +4

    ALLAH rəhmət eləsin. Çox gözəl səsi və avazı vardı

  • @gioulzarkassoumova5678
    @gioulzarkassoumova5678 3 роки тому +17

    ALLAH Rehmet elesin! Mekani Cennet olsun! Ruhu shad olsun Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺

    • @natellaabdullayeva1828
      @natellaabdullayeva1828 3 роки тому

      Loooijĺlpp

    • @vusalaliyev9810
      @vusalaliyev9810 3 роки тому

      Allah rəhmət eləsin əvəzolunmaz sənətkara 50 yaşında dünyasını dəyişmiş imiş amma 70 yaş kimi görünürdü yazik

  • @FarizAbbasov-f2r
    @FarizAbbasov-f2r 3 місяці тому +1

    ALLAH BULARİN HƏR BİRİNƏ RƏHMƏT ETSİN NƏDƏNSƏ ÖZÜMDƏN ASLI DEYİL HƏR DƏFƏ BU ÇƏKİLİŞƏLƏRƏ BAXANDA KÖVRƏLİB AĞLAYRAM ÇOX TƏFFÜFKİ ÖLKƏMİZİN ƏSL SƏNƏTKARLARI QALDI O DÖVRDƏ NƏ YAXŞIKI QARDAŞ BU VERLİŞİN VAR UNUDULMAĞA QOYMURSAN MƏHŞUR SƏNƏTKARLARIMIZI

  • @BakuTelecom-q3h
    @BakuTelecom-q3h Рік тому +1

    Korifey senetkar Allah Rehmet Elesun Mekani Cennet olsun

  • @turanturku961
    @turanturku961 6 місяців тому

    Azərbaycan musiqisində ən mükəmməl səs Rübabə xanımda olub. Kimsə onun qədər gözəl oxumadı…

  • @zaraqarayeva3682
    @zaraqarayeva3682 3 роки тому +3

    Gözəl videolar ərsəyə gətirirsiz. Təşəkkürlər.

  • @ilqarguseynov
    @ilqarguseynov 20 днів тому

    Аллаh сана раhмат еласин Азарбайчан саhнасинин авазолунмаз Лейлси Азарбачанын унудулмаз санаткары.🥀🥀🥀🥀🥀🥀

  • @rinaazizov8074
    @rinaazizov8074 3 роки тому +2

    Gözel çatmagaş Rübabe Muradova!

  • @mehribanmmmdova3932
    @mehribanmmmdova3932 3 роки тому +11

    Necə gözəl bir səs.Bənzərsiz səs.Heç vaxt qulaq asmaqdan yorulmadan.

  • @xumayberenq8283
    @xumayberenq8283 3 роки тому +13

    АЛЛАН☝️🤲 РУБАБА🎼 ХАНЫМ🎶 МУРАДОВАЯ РЕНМЕТ☝️🤲 ЕЛЕСИН😥!😥!😥!

  • @burhankerimli7990
    @burhankerimli7990 3 роки тому +4

    Allah rehmet elesin
    Mekani cennet olsun.
    Dovrumuzun gozel Rubabasi.

  • @renaisayeva9070
    @renaisayeva9070 17 днів тому

    Allah rəhmət eləsin. Təkrar olmaz səsə malik idi.

  • @tamellapashayeva1425
    @tamellapashayeva1425 3 роки тому +3

    Cox gozəl verlisdir
    Rubabə xanimi cpx sevirəm Allah ona rəhmət eləsin Qulaq asmaqdan dotmuram Bəzən aglayiram

  • @musfiqamahmudova3191
    @musfiqamahmudova3191 3 роки тому +2

    Belə bir səs cətin birdə ola Allah rəhmət eləsin əvəz olunmaz sənətkara

  • @aideeliyeva2251
    @aideeliyeva2251 3 роки тому +4

    Allah rehmet eylesin cox gozel sesi olub esl ses

  • @Carait
    @Carait 3 місяці тому

    ALLAH RƏHMƏT ELƏYƏ RÜBABƏ XANIMA.

  • @emin5883
    @emin5883 2 роки тому +1

    Oxuyanlar çoxdur,İ.Mənsum da oxuyur,X.Könül də oxuyur,amma rəhmətliklər Rübabə və Səxavətin səsləri ecazkar səslərdi gözəl səslərdi.

  • @Роза-ь8о
    @Роза-ь8о 2 роки тому

    Аллах рахмат еласин,чох гозал санаткар иди.

  • @gultakinvaliyeva801
    @gultakinvaliyeva801 3 роки тому +4

    Allah rehmet elesin. Evezsiz senetkar Rubabe Muradova yaniqli ses sahibi.🥀🥀

  • @heqiqethuseynova4886
    @heqiqethuseynova4886 2 роки тому +3

    Allah rəhmət etsin.Bir gün televizorda Vətən daşı verlişinə baxırdım Bir oğlanın Yasamal qəbiristanlığında kiminsə məzarın axtardığın gördüm Ürəyimə damdiki bu.Rubabə xanımın məzarı olacaq.Elədə oldu Bu oğlan Rübabə xanımın bacısı oğlu idi ..Adı yadımda qalmayıb.O İrandan torpaq gətirmişdi.Məzarin üstünə torpağı səpdi.Rubaba xanımın bir arzusu yerinə getdi .Ovaxt sərhədlər yenicə açılmışdı Rübabə xanıma o günləri görmək qismət olmadı.Vaxtsiz əcəl onu apardı.Ruhu şad olsun.

  • @gozelquliyeva7899
    @gozelquliyeva7899 Рік тому +3

    Mən irandan gələndə oranın torpağından gətirib onun qəbrinə səpdim Cox sevdiyim müğəni idi Allah onu qəni qəni rəhmət etsin😢😢

  • @Real6622-g7p
    @Real6622-g7p 2 роки тому +1

    Allah qeni qeni rehmet elesun korifey senetkarimiz rubabe muradovaya.

  • @RahileGulmaliyeva
    @RahileGulmaliyeva 4 місяці тому

    ALLAH RƏHMƏT ELƏSİN GÖZƏL SƏNƏTKARIMIZA 🤲🕋🥀❤

  • @azeriazeri2308
    @azeriazeri2308 3 роки тому +4

    Cavan idi.Allah rəhmət Eləsin.
    Habil Əliev rəhmətlikdə cox kaprizzni insan olub .Ürəyim gəlmədi nə sözdü.Nə isə.

  • @rasimasadov8153
    @rasimasadov8153 2 роки тому +1

    Allah size qeni qeni rehmet elesin . Amin ! !

  • @unudulanxzin.3519
    @unudulanxzin.3519 2 роки тому +2

    Emekdar artist olan əmim tez tez rayona qastrola gelirdi.O Əbulfet Əliyev , Tukezban İsmayílova , Sara Qedimova ,Rubabe Muradova ,Xaneli Ekberov ve adlarini unutdugum bir cox mugenniler tez tez bizim eve qonaq olurdular.Allah rehmet elesin hamisina.Gozel insan , gozel senetkarlar idi.

  • @tairabbaszade4096
    @tairabbaszade4096 3 роки тому +10

    Termosta araq yox, konyak gətirirdi (eşitdiyimə görə).
    Amma özü bilərdi, bizə qalan onun sənəti, ifası və gözəl səsidir !!!
    Allah rəhmət eləsin, amin !

  • @elxanazimli1729
    @elxanazimli1729 3 роки тому +1

    Tewekkur emeyinize saqliq🙏🙏😔👏👏👏

  • @abbrashad1857
    @abbrashad1857 3 роки тому +8

    Senatkar idi Allah rehmet etsin

  • @rubabuibrahimova7480
    @rubabuibrahimova7480 Рік тому

    ALLAH RƏHMƏT ELƏSİN SƏNƏ ADAŞ.GÖZƏL SƏNƏTKAR HEYİF İNDİ BELƏ OXUYANLAR AZDI.😢

  • @AidaUmar-w2e
    @AidaUmar-w2e 22 дні тому

    Şəlalalər çaylar səsini Rübabə xanımın səsindən alıb...Allah rahmet etsin

  • @БекогланШахбазов
    @БекогланШахбазов 3 роки тому +1

    Аллах Рахмат Етсин СИЗИ

  • @АфганКеримов-ц1и
    @АфганКеримов-ц1и 2 роки тому

    Чох сах ол гардаш аллах сандан разы олсун давамы галсин

  • @aygunaliyeva6089
    @aygunaliyeva6089 3 роки тому +6

    Allah rehmet etsin🤲🤲

  • @elmiramusayeva9054
    @elmiramusayeva9054 3 роки тому +2

    Allah sənə rəhmət eləsin Amin.

  • @Məlahət_123Məlahət_12
    @Məlahət_123Məlahət_12 2 місяці тому +1

    Rübabə xanım bir gəldi bir getdi.

  • @turan2117
    @turan2117 3 роки тому +1

    EH,ALLAH REHMET EYLESIN.MUGAMIN SAHI.🙏☝️🌹❤