Beyni xarab olmuş paltaryuyan

Поділитися
Вставка
  • Опубліковано 20 жов 2024

КОМЕНТАРІ • 76

  • @elektrotexnikamktbi9886
    @elektrotexnikamktbi9886  Рік тому +2

    Тelefonla məsləhət ala bilərsiz: 050 yaxud 055 538 99 56.
    Bəyənməyə görə tşk. Abunəçi olsanız daha yaxşı olar! Daha çox video paylaşaram!

  • @samiredadasova2668
    @samiredadasova2668 Місяць тому +1

    Salam usda menim paltar yuyanmasinim mideanindi isdiyemde arxaya firrananda altinda zamikaniya verir nedendir

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  Місяць тому

      @@samiredadasova2668 Çox güman ki, matorun kömürlərinin dəyişmə vaxtıdı.
      Bu paltayuyan mənə tanış deyil, güman edirəm, baraban motora remenlə birləşir.
      Remensizdirə invertoru yoxlamaq lazımdı.
      Çox az ehtimalla baranın iləşməsi də ola bilər. Əllə barabanı dala qabağa fırladıb, ilişmə ehtimalını yoxlamaq olar.İlişmə olsa mənimlə əlaqə saxlayın.

  • @bilalcerciyev1507
    @bilalcerciyev1507 11 днів тому +1

    Salam usda menim masinim sharpdi ise salanda biraz işleyir end yazib dayanır suyu cekir qapini acır neden olar coxx xais cavab yazardizz

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  11 днів тому

      @@bilalcerciyev1507 Əleyküm. Belə kod tanımıram, Ed kodu var, o da qapı kilidinin nasazlığı ilə bağlıdı. Ola bilər qapı kilidi öz- özünə açıldığından maşın dayanır. Diqqətlə yaxından izləyin, görün kilidin çıqqıltısı dayanmadan əvvəl dəlirsə kilid problemidi. Nəticəsini yazarsız.

    • @bilalcerciyev1507
      @bilalcerciyev1507 11 днів тому

      @@elektrotexnikamktbi9886 ise saliram elebil yuyub qurudub qutardi elede sonur ammaa hecne elemir

    • @bilalcerciyev1507
      @bilalcerciyev1507 11 днів тому +1

      15 deqqeye qoyuram bezen 12 deyqede bezen 3 deyqe qalanda bele afdamatik suyu cekir ve axiri olur qapini acır usda qorxuram basqa kimse masinim kökünden xarab eleyer

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  11 днів тому

      @@bilalcerciyev1507 Mən bilmək istəyirdim, kilid açıldığına görə maşın dayanır, yoxsa maşın dayandığı üçün kilid açılır., cavab ala bilmədim.
      Hər şeydən ola bilər, beyindən, motorun kömür kontaktından və sairə. Usta çağırın.

  • @GulsenMemmedli-xy3ks
    @GulsenMemmedli-xy3ks 27 днів тому +1

    Salam Usta her vaxtınız bizde maşın Supermax dı qaldığ yerde işiqları söndü indide yanmır neden olar sizce?

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  27 днів тому +1

      @@GulsenMemmedli-xy3ks1. Rozetka, 2 Vilka və şnur, 3, maşıının qoşma düyməsi, 4.beyin.Ola bilər beyində şəbəkə gərginliyinin qalxması nəticəsində qoruyucu yanmış olsun, yaxud hansısa element
      Bu hissələrin birində problem ola bilər.
      Elektrik qurğuları ilə iş təcrübəsi olan adama kömək edə bilərəm.

    • @GulsenMemmedli-xy3ks
      @GulsenMemmedli-xy3ks 27 днів тому

      @@elektrotexnikamktbi9886 çox sağolun usta yoldaşımın azdan çoxdan anlayışı var sizle elaqe saxlıyar.

  • @tural522
    @tural522 Рік тому +2

    Çox sağolun

  • @xaliqrzayev7097
    @xaliqrzayev7097 6 місяців тому +1

    Salam usta Axşamınız xeyir harda işliyirsiz məndə bu işləri görürəm ama elektronikanı bilmirəm öyrənə biərəmmi gəlim işləyim.

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  6 місяців тому

      Əleyküm, İşləmirəm Mərdəkanda yaşayıram. Öyrətmək mənim arzumdu!
      Təqaüdə çıxmışam, işsiz dayana bilmirəm deyə evdə təmirlə başımı qatıram. Öyrədərəm, təmənnasız.

  • @btsandblackpinkandstraykids
    @btsandblackpinkandstraykids 2 місяці тому +1

    Salam usta mənim paltaryuyan maşınım powerful markasıdı. LE xətası verir nə etmək lazımdır

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  2 місяці тому

      @@btsandblackpinkandstraykids Təlimata görə şəbəkə gərginliyi çox aşağı olanda bu kod çıxmalıdı gərginliyi yoxlayın, stabilizator varsa qoşub yoxlayın.
      Başqa markalı maşınlarda bu kod paltar ağır yaxud nataraz olanda da çıxa bilir. Şəbəkə gərginliyində sıçrayışlar olanda da çıxa bilir.
      Hələki, söndürün, şəbəkədən ayırın, barabanda nataraz paltar varsa çıxaırın.
      15 dəqiqədən sonra qoşun.
      Düzəlməsə, hansı mərhələdə dayanmasına fikir verin və mənə yazın!
      İşləsə, işiniz avand olsun! İstəsəz kanala abunə də ola bilərsiz.

  • @AynurŞabanova-d2s
    @AynurŞabanova-d2s 2 дні тому +1

    Salam bekpdu mende qapi kilide duwmur.qowuram atir sanki qapi kilidlenmir neden olar

  • @salehqasimov802
    @salehqasimov802 Рік тому +2

    Salam ağsaqqal, necəsiz. Məndə paltaryuyan indesitdir. Paltaryuyan qoşulub 10-15 dəqiqə işlədikdən sonra dayanır və bütün işıqları başlayır yanıb sönməyə. Platasını yoxltadım dedilər platada problem yoxdu. Dedilər qızdırıcıdan ola bilər. Qızdırıcıdan olub olmamasını yoxlamaq üçün qızdırıcının naqilini ayırdım, paltaryuyanı işlətdim yenə işıqlar yanıb sönməyə başladı. Siz nə məsləhət görürsüz problem nədən ola bilər. Zəhmət olmasa cavablandırardız

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  Рік тому +3

      Salam! İlk nöbədə "proqram yeniləmə əməliyyatı" elə, təlimat kitabçasında var.
      Maşını şəbəkədən ayır! ! !!!!
      Arxasını aç, tenə ( spirala) 5 naqil gəlir, 2 kənarda biri ortada olmaqla 3- ü qalındı, ortadakı korpusun torpaqlamasıdı, əl vurmağa ehtiyac yoxdu, 2- si biryerdə kiçik kolodkaya girən nazik naqillər termo datçikə aiddi, əl vurma.
      Kənarlarda dayanan 2 yoğun naqili tendən ayır, (çək çıxsın), izolə et, bir- birinə toxuna bilməsin.
      Maşını boş barabanla işə sal, bu zaman ən kiçik temperatur rejimi qoyulmalıdı 20 ya 30%.
      İşləsə, teni dəyişmək lazımdı.
      İşləməsə " ustaya zəng" variantın var!
      Bu məsləhətdən faydalanan hər kəsdən kanala abunəçi olmağı, yorum yazmağı, bəyənməyi umuram!

  • @elnurquliyev9707
    @elnurquliyev9707 8 місяців тому +1

    Salam usta diodlari hardan alirsiz?

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  8 місяців тому

      Harda yaşayırsız, mən hədiyyə edə bilərəm.
      Telefon zaryadka bloklarında, zibilə atılan hərhansı elektrik cihazında tapa bilərsiniz.

  • @togrulselimov6534
    @togrulselimov6534 Місяць тому +1

    Salam usta menim paltar yuyan maşınim qoşulur biraz yuyur sonra sönür səbəbi nedi

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  Місяць тому

      @@togrulselimov6534 Əziz qardaşım, kanalıma abunə olmağın vacibdi, ordakı videolarda ümumən cihas haqqındakı məlumatları eşitmək lazımdı.
      Əks hada sualı yetərli yaza bilmirsiz.
      Cavab üçün bilməyim gərək olan məlumatlar var.
      Markası, modeli nədi? Xəta kodu yazırsa nədi? Suyu kənara vurur- vurmur? Yuyarkən baraban hər iki istimatə fırlanır, yoxsa, geri fırlanma məqamında dayanıb qalır, kod da çıxmır ekrana.
      İndi xaiş edirəm çalışın bu sullara cavab yazın, əlimdən gələn köməyi edəcəm!

  • @gunayisrailova9369
    @gunayisrailova9369 3 місяці тому +1

    Salam usta mende paltaryuyan hoffmanndi.qurutmaya kecende suret goturub paltarlari qurutmur.deqiqesi 4 deqiqeden awagi duwmur mawini ozum pauzaya qoyub sondurmesem nece saat bir saga bir sola yavaw hereketlerle firlanir ama icindeki paltarlar sulu sulu cixir. Problem ne ola biler?

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  3 місяці тому

      Əleyküm! İki ehtimal ağlıma gəlir, ya proqram dolaşıb, ya da presostat düzgün işləmir, ola bilsin bakdan presostata gələn şlanqda tıxac yaranıb.
      Kitabçasına baxıb təlimata uyğun proqramı sıfırlamağa çalışın.
      Bir də bilmək isərdim, pauza verib, sıxma rejiminə çevirib ctart verdikdə nə baş verir?
      Və proqram çeviricisi, düymər, siqnal lampaları özlərini ağıllı aparırmı? Son variant kimi beyin də ola bilər.
      Maşında sıxma sürətini necə seçisiz?

    • @gunayisrailova9369
      @gunayisrailova9369 3 місяці тому +1

      @@elektrotexnikamktbi9886 sixma suretini 600 veya 1400 de qoyuram eyni hal baw verir.tek sixma proqraminada qoyuram eyni haldir.muxtelif proqramlari secirem eynidi yene.Kitabcasinda format etmeye dair hecne tapmadim ama youtubede bawqa firmanin paltaryuyanlarinin format usullarini yoxladim bu modele uygun deyil

    • @gunayisrailova9369
      @gunayisrailova9369 3 місяці тому +1

      @@elektrotexnikamktbi9886 mawin ozunu tamamile normal aparir. Deqiqesi 1 ireliye 1 geriye gedir sixmada nece saat firlansada "end" sonlandirmasinin musiqisini vermir. Yeni sixib qurtarmir. Hecbir xeta koduda vermir

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  3 місяці тому

      @@gunayisrailova9369 Bir variant da var, sıxmadan öncə bir çox modellərdə " tərəzi" var. Sağa sola fırladıb ölçmə aparır. Əgər paltarın ağırlağı baraban boyu bərabər paylanmasa, bərabər paylanmaya nail ola bilmirsə, belə hal müşahidə olunur.
      Yaxalama zamanı da sağa- sola fırlanma olur, mən bilə bilmirəm, maşın yaxalama rejimində ilişib qalır, yoxsa sıxma rejimində problem var? Yanında olmaq lazımdı.
      Harda yaşayırsız? Pressostatın şlanqı təmizdimi?

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  3 місяці тому +2

      Ən vacib olanı unutmuşam, bu hal motorun üstündə yerləşən taxodatçikdən də ola bilər. Maqnit oxu üzərində sürüşürsə bu cür hal yarana bilir.

  • @ElvinEsgerov-un3ov
    @ElvinEsgerov-un3ov 2 місяці тому +1

    Salam usda bizim paltaryuyan samsungdu nece defedi altinnan su axdigini gorurem her yumada yox iki yumadan birinde su axidirdi indi ise beyni xarab oldu rejime qoya bilmirem axirinci defe hansi rejim idise indide odu umumiyyetce ondada qosulmur ise dusmur ekran yanir amma play duymeside islemir

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  2 місяці тому

      @@ElvinEsgerov-un3ov Əleyküm, bu elə bir zədələnmədir ki, baxmadan bilmək olmaz. Çox güman ki, poroşok qabının ətrafından su sıçrayışı olurmuş, platanı isladıb . Təsadüfən ola bilər ki, quruyandan sonranişləsin. Hər haıda su axıdan yeri tapıb aradan qaldırmaq lazımdı. Bunu vaxtında etsəydiz, belə problem yaranmazdı, usta çağırın.

  • @AksinGulehmedov
    @AksinGulehmedov 7 місяців тому +1

    Salam usta məndə paltaryuyan suyu alır bir neçədəfə sola dönür soram dayanır nədən ola bilər kömürüdə deyişmişəm eyni şeydi

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  7 місяців тому

      Motorun kömürü, ten, elektromaqnit klapan.beyin( beyində revers relesi şübhəlidi)
      Poroşokqabında su l və ll kanaldan gəlməlidi, növbə ilə. Il kanaldan gəlmirsə, belə ola bilir
      Daha şox beyin probleminə oxşayır, amma dedikələrim yoxlanmalıdı

  • @farizdadashov9453
    @farizdadashov9453 7 місяців тому +1

    Salam usra
    Bizim maşın ROKOS firmasıdı paltar yuduğu yerdə səs elədi siqnal kimi söndürdük indi işləmir işığları belə yanmır nədən olar

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  7 місяців тому +1

      Barabanı əllə fırlatmaq olurmu? İkili poblemdi, çox güman ki. Beyinlə bağlı poblemi də var.

  • @gulluosmanova4993
    @gulluosmanova4993 7 місяців тому +1

    Salam mənim paltar yuyanım samsugdu işlədiyi yerdə dəyandı söndürüb içindəki paltarları çıxartdım sonra tezdən içinə paltar yıgdım işiqi yanır istədiyim rejimdə suyu içinə alır ancaq baraban fırlanmır bir neçə ustaya demişəm beyni pozulub deyirlər beyni pozulmuş olsa bunların hamısını edə bilərmi Birdə bunu deyim ki kömürlə işləmir

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  7 місяців тому

      Ustalar baxıb deyirlərsə, beyin olabilər! Vilkasını şəbəkədən çıxardın, 15 dəqiqədən sonra qoşun, suyu yığsın, sıxma rejiminə qoyun, suyu boşaldır ya boşaltmır? Kitabçası durursa açın oxuyun, sbros proqram deyilən əməliyyat var, onu icra edin.
      Maşının adını belə yazmamısınız, idarəetmə panelinin şəklini göndərin.

    • @gulluosmanova4993
      @gulluosmanova4993 7 місяців тому +1

      Suyu ancaq söndürüb tezdən başqa rejimə keçəndə boşaldır ikinci əl maşındır kitabçası yoxdur birdəki beynini deyişilsə işləyəcək deyirlər elci firmasının maşının beyni samsungada işləyərmi

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  7 місяців тому

      @@gulluosmanova4993 İşləməz. Xalqlar dostluğunda deyirlər 5 mərtəbənin zirzəmisində emalatxana var, onlara göstərə bilərsiz. Nəzəri cəhətdən presostatdan da ola bilər, proqram dolaşmasından da, tendən də, başqa səbəb də ola bilər. Amma yetərli məlumat verə bilmirsiz deyə bir söz deyə bilmirəm.

  • @dilsadsalayev587
    @dilsadsalayev587 5 місяців тому +1

    Salam usta mende paltaryuyanin qapisi xarab oldi bir muddet sonra sesi cix 3:02 madi qosanda indide qosuram islemir lg firmasi

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  5 місяців тому

      Usta çağırmağa biraz gecikmisiz. Qapı narahat edəndə usta çağırsanız, ya məndən məsləhət alsanız xərciniz az olardı.
      Güman edirəm qapının zamoku dəyişdirilməli, ekran da açılmırsa beyin təmir edilməli olacaq.

  • @NatiqSeyfullayev-m6y
    @NatiqSeyfullayev-m6y 6 місяців тому +1

    Salam usta paltaryuyanim Arçelik di 1ildi almışam paltar yuyan zaman altından isiq verir nədən olar

  • @AnaHasanof
    @AnaHasanof 11 днів тому +1

    Salam usta məndə samsung maşındı 8E1 xətası yazır nədən olar

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  11 днів тому

      @@AnaHasanof Məlumatınız yetərli deyil. Hərhalda bu maşının titrəməsi ilə bağlıdı. Nə vaxtdan işlədirsiz? İşləyib dayanır, müntəzəm olur, yoxsa bəzən bu kod çıxmır.

    • @AnaHasanof
      @AnaHasanof 11 днів тому

      @@elektrotexnikamktbi9886 Salam 10 ilin maşınıdır 3 dəfə təmir olub ama başqa səbəblərdən .indi su yığğdı yumağa başlayanda bu kod gəldi

    • @AnaHasanof
      @AnaHasanof 11 днів тому

      Birinci dəfədir bu kod gəlir titrəməsidə yoxdur

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  10 днів тому

      @@AnaHasanof Suala dəqiq cavab ala bilmədim. Ona görə bir dastan yazıram: Ola bilər yolda silkələnməsin deyə bağlanmış bağlar açılmayıb, yaxud amartizatorlar köhnəlib, böyük ağır paltar yükləyirsiz, maşın balansirovka yarada bilmir, Holl datçiki xarabdı və sair.

    • @AnaHasanof
      @AnaHasanof 10 днів тому

      @@elektrotexnikamktbi9886 cavab verdiyinüz üçün çox sağolun.xərci çox olar ay usta 10 ildi işlədirəm bu kod birinci dəfədir silkələnmə arada olub

  • @sevdasirinova
    @sevdasirinova 5 місяців тому +1

    Salam usta bizim maşın suyu buraxmır birdə 1 dəqiqədə qaldıqda hələdə işləyir içi dolu suyla söndürüb yandırdıqda qoyduğum dəqiqəyə qayıdır başqa ustada gətirdik filtiri dəyişdi yenə eyni oldu

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  5 місяців тому

      Bacı usta çağırmaq lazımdı. Başı çıxmayan hərnsı bir adamın işi deyil! Filtri özünüz təmizləməyi bacarmalısınız, və vaxaşırı təmizləməlisiniz.
      Suyu boşaltmırsa, ya pompa işləmir, ya beyindən pompaya qida gərginliyı gəlmir.
      Maşını paltar qoymadan soyuq su ilə sıxma rejiminə qoyun, suyu boşatmasa, çox güman ki, ya beyindi, ya pompa.Nəticəni mənə deyin.

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  5 місяців тому

      Videsunu çəkib göndərə bisəz, həm də xəta kodu yazərsa, kodu desəz, pis olmazdı, belə fikir söləmək çox çətindi. "1 dəqiqədə qaldıqda" ifadəsini başa düşmədim. Qyduğum dəqiyə qayıdır yazırsız, neçə dəqiqə doyursuz ki?

  • @kimkim-sb9xs
    @kimkim-sb9xs 2 місяці тому +1

    Salam usta bizdə LG paltaryuyan maşında play düyməsi işləmir neynəmək olar

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  2 місяці тому +1

      @@kimkim-sb9xs Əleyküm! Əgər düymədəndirsə, düyməni dəyişmək lazımdı.
      Başqa problem də ola bilər.

    • @kimkim-sb9xs
      @kimkim-sb9xs 2 місяці тому

      @@elektrotexnikamktbi9886 sagolun

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  2 місяці тому

      @@kimkim-sb9xs Nə köməyim dəydi ki, sağol deyirsiz?))) Siz sağ olun, Tanrı qorusun!

  • @elektrotexnikamktbi9886
    @elektrotexnikamktbi9886  Рік тому +3

    230v gərginlikdən özünüzü qoruyun!

  • @AfaMemmedzade
    @AfaMemmedzade 4 місяці тому

    Salam.simens paltaryuyan su almir beyninde problemdi ne ede bilerik? komek eleseniz sevinerikdik

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  4 місяці тому +1

      Çətin sualdı, əgər düzgün diaqnoz qoyulubsa, Xalqlar dost. yaxınlığında təmir emalatxanası var, söküb platanı onlara aparıb göstərmək olar.
      Hər halda qoşduqdan sonra baş verənləri, nə yanır, nə sonür, kod çıxırm, dəqiqliklə mənə yazsaz, pis olmazdı, bəlkə heç plata deyil.

  • @humayagayev
    @humayagayev 10 місяців тому +2

    Salam .mənim maşınımda bekodu.paltaryuduğu yerdə xarab olub.paraşok yerinə su alır birdəfə fırlanıb yenidən paraşok yerinə su alır .eyni şeyi təkrarlayır

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  10 місяців тому +1

      Bu suala cavab vermədiniz.
      Ekranda yazı çıxırmı? Çıxırsa ya şəklini çək göndər, ya sözlə yaz: 055 204 11 58. Ekran yoxdursa, hansı siqnal işıqlarının yandığını bilmək lazımdı.

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  10 місяців тому

      Hesab edirəm bu problemi özünüz mənim məslətimlə həll edə biləcəksiniz! Abunə olun, zəhmət olmasa!

    • @humayagayev
      @humayagayev 10 місяців тому +1

      Mən usta cagırdım.beyni pozulub dedi.

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  10 місяців тому

      @@humayagayev Hər üstaya inanmaq olmur!
      1. Kanalizasiya gedən şlanqı kənarda bir vedrəyə qoyun, vedənin ağzı bakdakı suyun səviyyəsindən vuxarda olmalıdı.Bak dolana qədər su vedrəyə axmamalıdı.
      2. Elektromaqnit klapanlar maşın qoşulduqdan sonra suyun yolunu açmalı, bak dolandan sonra bağlamalıdı.baraban gah sağa- gah sola fıtlanmalı, ancaq bundan sonra pompa vedrəyə su vurmalıdı.
      Bu ardıcığın harda pozulmasını izləyib mənə deyin.
      Əgər mator bir tərəfə fırlanıb dayanırsa, ehtimal etmək olar, beyində revers relesi xarabdı.
      Problem presostatda da ola bilər, şlanqlarda da.

    • @humayagayev
      @humayagayev 10 місяців тому +1

      @@elektrotexnikamktbi9886 cox sagolun.məlumat üçün.bəli ustada dediki beynində. revers relesi xarab olub.

  • @azerquliyev2562
    @azerquliyev2562 4 місяці тому +1

    Salam usda paltaryuyan eləcə su vurur slanqini yuxaridadi yenedə su vurur isleye isleye

    • @elektrotexnikamktbi9886
      @elektrotexnikamktbi9886  4 місяці тому

      Bakla presostat arasında nazik bir şlanq var, ya o şlanq hardasa deşilib, ya çıxıb ya da pesostat özü xarabdı. Beyindən də ola bilər.
      Bun ları yoxlayıb əlaqə saxlayın.

  • @NerminQedirova-h8g
    @NerminQedirova-h8g 4 місяці тому +1

    Salam