AAC müasir tikinti materialları zavodu_istehsalat prosesi
Вставка
- Опубліковано 12 лис 2024
- AAC şirkəti Almaniyanın qabaqcıl orijinal avadanlıqları və yüksək texnologiyaları əsasında gobustone hörgü bloklarını istehsal edir. Hörgü blokları dünyanın 50-dən çox ölkəsində yerləşən və sayı 200-dən artıq olan zavodlarda istehsal olunur.
Gobustone hörgü blokları digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. Hazırda gobustone hörgü bloklarından hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkənlərin tikilməsində istifadə olunur. Gobustone hörgü bloklarının Azərbaycan bazarına çıxması tikinti işlərinin texnologiyasını və müddətini əsaslı dəyişəcək.
Qafqaz regionunda gobustone hörgü bloklarını istehsal edən ilk zavod kimi, biz daim yeni metod və texnologiyaları inkişaf etdirir və fəaliyyət dairəmizi genişləndirməyə çalışırıq.
Biz həmişə müştərilərimizin maraq və imkanlarını nəzərə alır, onları lazımi informasiya ilə təmin etmək üçün çalışırıq.
AAC müasir tikinti materialları zavodu Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan "Synergy Group" ASC-yə daxildir.
ətraflı məlumat: gobustone.az/
Əla! Tələbələrimə elə bu məssisənin iş trukturunu göstərmək istəyirdim
Maşallah.Allah bərəkət versin
Qiymətin öyrənməg istərdim
Mobil nomrenizi vererduz