Yemək Resepləri/Ürək tortunun hazırlanması/

Поділитися
Вставка
  • Опубліковано 7 лип 2024
  • Salam dəyərli izləyicilərim. Bu gün sadə biskvitdən ürək tortunun asan üsulla hazırlanmasını paylaşıram
    6 ədəd yumurta
    1 st şəkər tozu
    1 çimdik duz
    1 st ələnmiş un
    1 paket vanil
    1 paket qabartma tozu
    2 ədəd biskviti nəmləndirmək üçün 1 st süddən istifadə etdim
    Bişmiş kremin hazırlanması:
    1 stəkandan 2 barmaq aşağı şəkər tozu ilə 1 ədəd yumurtanı yaxşıca qarışdırdıqdan sonra üzərinə 2 st soyuq süd əlavə edib qarışdırıram. Qarışımın üzərinə 2 dolu x.q ələnmiş un tökürəm, un birləşənədək yenidən qarışdırıram. Sonra qazın üzərində vam atəşdə əlimizi çəkmədən qarışdıraraq bişirirəm. Qaynadıqdan sonra qazın üzərindən götürürəm və üzərini bağlayıb soyuducuya qoyuram. Kənarda 250 qr yumşalmış kərə yağını mikserlə ağaranacan çalıram, bişmiş krem soyuduqdan sonra qaşıq-qaşıq yağın üzərinə əlavə edərək çalıram.
    Xoş izləmələr
    Kanalıma abunə olmağı unutmayın ❤️🙏

КОМЕНТАРІ • 20