Qezel Efsanelerik bizler (ses) Orxan Dadashov (soz) Sabit Qasim.

Поділитися
Вставка
  • Опубліковано 16 вер 2024
  • Məcnun kimi eşq içrə, əfsânələrik bizlər !
    Zəncîr ilə râm olmaz, dîvânələrik bizlər !
    Âriflər üçün məna, âşiqlər üçün sevda,
    Nâtiqlərə bîhəmta, dürdânələrik bizlər !
    Mə'niyə nüfûz etdik, fâş etməyə əsrâri,
    Ərbâbi-süxən içrə, şâhânələrik bizlər !
    Biz nəfsi əsîr etdik, meydâni-şücâətdə,
    Şeytân ilə cəng etmiş, mərdânələrik bizlər !
    Zâhid, bizə çox görmə, bir qətrə meyi-nâbi,
    Gəl gör necə bîpərva, məstânələrik bizlər !
    Dilxəstəyə can verdik, növrəstəyə meydâni,
    Çün özgə təmənnâdə, pîrânələrik bizlər !
    Bir tâzə qəzəl nəqş et, sevsin şüəra şe'rün,
    Sâbit də desin ə'la, fərzânələrik bizlər.
    19. 01 .2020 Müəllif: Sabit Qasim

КОМЕНТАРІ •