Varlığınıza şükür, Kamal bəy və Xəzər bəy, çox-çox təşəkkür edirik hər ikinizə, biz dinləyiciləri bu qarışıq dünyadan sehrli bir dünyaya aparırsınız, 1 saat ərzində olsa belə👏
Dəyərli şairimizlə bağlı gözəl bir xatirə parçası çox da əzizdir mənə hər zaman. Avqust ayında görkəmli B. Vahabzadənin yubileyi ərəfəsinə yaxın, telefonunu öyrənib zəng etmişəm və eləcə də öz dilindən ünvanını almışam. Avqustun 16-sı təbrik teleqramı göndərmişəm. Həyatımın ən əlamətdar günlərindən sanıram bu xatirə səhifəsini !
Allah rəhmət etsin ən sevdiyim şair idi,yaşıl teatrın yanında qalırdı,xəstə zamanında ziyarətinə getdim həkimlər icazə vermədi,dəfnində iştirak etmək qismət oldu
,, Kədərimin zirvəsində, Birdən dönüb şən olmuşam. Allah kəssin bu şənliyi, Əhdimdən dönən olmuşam. Haqq zorlanıb, zor haqlanib, Sabahıma yol bağlanıb. Dərd içimdə pardaqlanıb, Dərdlə öyünən olmuşam. Bilə -bilə , qana - qana, Bu əzabda yana -yana, Mən özümü dana - dana, Öz - özümdən gen olmuşam. Ömür yandı öz yağında, Bir diləyin sorağında. Gecənin oğlan çağında, Mən ağaran dan olmuşam ''.
Yazan özünsən. Səninçün həmişə açıq kitabam, Məni oxuyursan cümləbəcümlə. Mən sənə aydınam, aşkaram tamam, Fikrimlə, hissimlə, tələblərimlə. Ömür kitabıma səndən xəbərsiz, Bircə sətir belə yazılmamışdır. Könlümün ən dərin guşələrində, Yatan duyğular da sənə tanışdır. Sənsiz olanda da, gülüm, bircə an, Xəyalım, diləyim sənsiz olmamış. Səndən danışmayan, sənə yad olan, Bir duyğu könlümdə yuva salmamış. Oxu bu kitabı sən dönə - dönə, Onun əvvəli sən, sonu da sənsən. Görərsən, hər mətləb tanışdır sənə, Axı, bu kitabı yazan özünsən.
Varlığınıza şükür, Kamal bəy və Xəzər bəy, çox-çox təşəkkür edirik hər ikinizə, biz dinləyiciləri bu qarışıq dünyadan sehrli bir dünyaya aparırsınız, 1 saat ərzində olsa belə👏
Dəyərli şairimizlə bağlı gözəl bir xatirə parçası çox da əzizdir mənə hər zaman. Avqust ayında görkəmli B. Vahabzadənin yubileyi ərəfəsinə yaxın, telefonunu öyrənib zəng etmişəm və eləcə də öz dilindən ünvanını almışam. Avqustun 16-sı təbrik teleqramı göndərmişəm. Həyatımın ən əlamətdar günlərindən sanıram bu xatirə səhifəsini !
Möhtəşəm ,uğur olsun. Səsinizə qüvvət ❤
Allah rəhmət etsin ən sevdiyim şair idi,yaşıl teatrın yanında qalırdı,xəstə zamanında ziyarətinə getdim həkimlər icazə vermədi,dəfnində iştirak etmək qismət oldu
,, Kədərimin zirvəsində,
Birdən dönüb şən olmuşam.
Allah kəssin bu şənliyi,
Əhdimdən dönən olmuşam.
Haqq zorlanıb, zor haqlanib,
Sabahıma yol bağlanıb.
Dərd içimdə pardaqlanıb,
Dərdlə öyünən olmuşam.
Bilə -bilə , qana - qana,
Bu əzabda yana -yana,
Mən özümü dana - dana,
Öz - özümdən gen olmuşam.
Ömür yandı öz yağında,
Bir diləyin sorağında.
Gecənin oğlan çağında,
Mən ağaran dan olmuşam ''.
Şeeriniz cox xoşuma ğəldi. Ugurunuz bol olsun.
Yazan özünsən.
Səninçün həmişə açıq kitabam,
Məni oxuyursan cümləbəcümlə.
Mən sənə aydınam, aşkaram tamam,
Fikrimlə, hissimlə, tələblərimlə.
Ömür kitabıma səndən xəbərsiz,
Bircə sətir belə yazılmamışdır.
Könlümün ən dərin guşələrində,
Yatan duyğular da sənə tanışdır.
Sənsiz olanda da, gülüm, bircə an,
Xəyalım, diləyim sənsiz olmamış.
Səndən danışmayan, sənə yad olan,
Bir duyğu könlümdə yuva salmamış.
Oxu bu kitabı sən dönə - dönə,
Onun əvvəli sən, sonu da sənsən.
Görərsən, hər mətləb tanışdır sənə,
Axı, bu kitabı yazan özünsən.