Saffat Surəsi | 102-138🎙 Qari - دلشاد احمد الکردی | Dilshad Al Kurdi

Поділитися
Вставка
  • Опубліковано 9 лют 2025
  • 📖 Saffat Surəsi | 102-138
    🎙 Qari - دلشاد احمد الکردی | Dilshad Al Kurdi
    102
    O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən”.
    103
    Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman
    104
    Biz onu çağırıb dedik: “Ey İbrahim!
    105
    Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
    106
    Həqiqətən də bu, açıq-aydın bir imtahandır.
    107
    Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
    108
    Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
    109
    İbrahimə salam olsun!
    110
    Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
    111
    Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
    112
    Ona əməlisalehlərdən olacaq bir peyğəmbər - İshaq ilə müjdə verdik.
    113
    Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
    114
    Biz Musa ilə Haruna da nemət bəxş etdik.
    115
    Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
    116
    Onlara kömək göstərdik və qalib gəldilər.
    117
    Hər ikisinə aydın bir Kitab verdik.
    118
    Hər ikisini də doğru yola yönəltdik.
    119
    Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.
    120
    Musaya və Haruna salam olsun!
    121
    Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
    122
    Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.
    123
    Şübhəsiz ki, İlyas da elçilərdəndir.
    124
    Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
    125
    Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız -
    126
    həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı (tərk edirsiniz)?”
    127
    Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.
    128
    Yalnız Allahın seçilmiş (səmimi )qullarından başqa.
    129
    Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
    130
    İlyasinə salam olsun!
    131
    Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
    132
    Həqiqətən, o Bizim mömin qullarımızdandır.
    133
    Şübhəsiz ki, Lut da elçilərdəndir.
    134
    Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.
    135
    Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
    136
    Sonra da o birilərini yerli-dibli yox etdik.
    137
    Siz həm səhər çağı onların yanından keçirsiniz,
    138
    həm də axşam çağı. Məgər anlamırsınız?
    @quranayetleri #quranayetleri

КОМЕНТАРІ •