“Beynəlxalq Əlillər Cəmiyyəti” İB -nin "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihəsi

Поділитися
Вставка
  • Опубліковано 4 лип 2024
  • “Beynəlxalq Əlillər Cəmiyyəti” İB
    “Dünya” TV-də “Biz sizinləyik” adlı veriliş hazırladı
    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin (BƏC İB) həyata keçirdiyi "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihənin icrası zamanı 5 iyul tarixində “Dünya” TV-də “Biz sizinləyik” adlı televiziya verilişi canlı şəkildə efirə getdi. Verilişdə BƏC İB-in sədri və layihə rəhbəri Tahir Xudiyev, Müdafiə Nazirliyi Şəhid ailələri və qadınlarla iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, TƏBİB-in Əlillik məsələləri üzrə iş şöbəsinin əməkdaşı Aynisə Ağayeva, BƏC İB-in Hüquq şöbəsinin rəhbəri, ədliyyə müşaviri Əlabbas Quliyev iştirak edirdilər.
    Tahir Xudiyev layihənin məqsədindən və layihə zamanı indiyədək görülən işlərdən danışdı. Aynisə Ağayeva əlilliyin təyin edilməsi zamanı əhali arasında olan narazılıqlara aydınlıq gətirdi, bununla bağlı əhalinin həssas təbəqəsi olan insanları maraqlandıran sualları cavablandırdı.
    Zümrüd Səmədova şəhid ailələri və qazilərlə Müdafiə Nazirliyinin gördüyü işlər barədə ətraflı məlumat verdi və BƏC İB ilə birgə və sıx əməkdaşlıqdan söhbət açdı.
    Əlabbas Quliyev əhalinin həssas təbəqəsi sayılan şəhid ailələri və qazilər, bütün kateqoriyalı əlilliyi olan insanların və digər imtiyazlı şəxslərin öz hüquq və vəzifələrini öyrənməsi istiqamətində həyata keçirilən bu layihəni və “Biz sizinləyik” adlı çanlı televiziya verilişini yüksək qiymətləndirdi. Agentliyin maliyyə dəstəyi ilə əvvəlki illərdə İB-in həyata keçirdiyi layihələr zamanı onların maarifləndirilməsi məqsədi ilə 10-dan yuxarı qanunlar toplusu kitabları dərc etdirdiyini də işləyicilərin nəzərinə çatdırdı.
    Layihə rəhbəri bildirdi ki, növbəti tədbirin Yardımlı rayonunda keçiriləcəyi nəzərdə tutulub. Həmin tədbirdə əlilliyi olan insanlar, şəhid ailələri və qazilərin problemləri öyrəniləcək və aidiyyəti dövlət qurumlarının nəzərinə çatdırılacaq.
    Tahir Xudiyev eyni zamanda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və çox əhəmiyyətli və baxımlı kanal olan “Dünya” TV-yə yaratdıqları bu şəraitə görə öz dərin minnətdarlığını bildirdi.
    Məlahət Abdullayeva
    Mətbuat Xidmətindən
    05.07.2024

КОМЕНТАРІ •