🇺🇸 Amerikada həyat | Amerikaya köçmək | Royal İsmayılov | Söhbətgah

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ •

  • @celirzayev
    @celirzayev 2 роки тому +121

    Dünyanın istənilən yerində uğur qazanmış yerlimizi görəndə fərəhlənirəm. Röyal bəyi uzun zamandır izləyirəm. Səmimi söhbət üçün hər ikinizə minnətdaram.

  • @Coni_Conson
    @Coni_Conson 2 роки тому +8

    Röyal səmimi insandı. Çox maraqlı alındı bu video. Həmdə mühüm informasiyalar aldıq. Təşəkkürlər.

  • @rashadbabashov5567
    @rashadbabashov5567 2 роки тому +120

    Röyalı illərdir izləyirəm. Böyük rəğbətim var. Demək olar ki, bütün videolarına baxmışam . Anonsun eşidəndən səbrsizliklə gözləyirdim bu buraxlışı. Röyala şəxsi həyatında və işlərində dahada böyük uğurlar arzu edirəm.

    • @magajfr
      @magajfr 2 роки тому +2

      Hislerimiz qarsiliglidi

    • @Azerisafety
      @Azerisafety Рік тому

      Sosial şəbəkələrdə hesabı nədir?

  • @n96452
    @n96452 2 роки тому +21

    Hər ikinizə səmimi söhbət üçün təşəkkür edirəm. Həmyerlilərimizin xarici ölkələrdə daima və daima uğur xəbərini eşidək.

  • @Azerisafety
    @Azerisafety Рік тому +3

    Vaxtınıza görə təşəkkür.
    Amma Royal bəy, mövzunun birini qoyub o birinə keçirdiniz, əsas fikirdən və sualdan çox kənara çıxırdınız.
    Amma yenə də çox sağ olun , maraqlı alındı.

  • @nijaTalks
    @nijaTalks 2 роки тому +11

    Uzun zaman idi ki, bu qədər səmimi söhbət eşitməmişdim. Sonsuz təşəkkürlər.

  • @elvinaliyev9319
    @elvinaliyev9319 2 роки тому +20

    Həyatımda hələ yadıma gəlmir ki, bu qədər vaxtımı alan nəyəsə həyəcan və maraqla baxım.hər ikinizə təşəkkür.Royal bəyədə dahada bol-bol uğurlar arzulayıram.

    • @TheProVideo
      @TheProVideo 2 роки тому +1

      Cox sag ol Bey bunu eshitmek menede xosh oldu

  • @Amanoffs
    @Amanoffs 2 роки тому +7

    Halaldı qardaş. Bu cür əziyyətlər çəkmisən qarşılığında bəhrəsini görməyinə sevindim. Video çox maraqlı idi. Səmimi söhbətə görə təşəkkürlər.

  • @Celal.1988
    @Celal.1988 2 роки тому +7

    Çox təşəkkür sadə və səmimi söhbət üçün.Uğurlarınız bol olsun əziz qürbətdə olan həmvətənlərimiz.

  • @vetensevdalisi3619
    @vetensevdalisi3619 Рік тому +33

    O gun olardi Azerbaycandada butun insanlar ucun her bir werait duzgunluk qayda-qanun iw yerleri yaxwi maaw bir sozle yawayiw wertleri olardi onda hec kim olkeni terk etmezdi Royal beye ise uqurlar.

    • @quqqulu4251
      @quqqulu4251 Рік тому +4

      😂😂😂😂qayda qanun vurursan. Özün Ş hərfi yerinə w işlədirsən

    • @faridaabuzarova1015
      @faridaabuzarova1015 Місяць тому

      @@quqqulu4251üreyimden xeber verdiniz. Əhsən ! Yerində vurğuladınız

  • @amerikadagilir
    @amerikadagilir 2 роки тому +14

    Röyalın kanalını Amerikaya köçməmişdən çox izləmişəm və bir çox məlumatları ondan götürmüşəm. İndi özüm amerika barədə videobloqa başlamışam, və bu bir az qəribə gəlir adama. Həmçinin, sizinlə sonuncu vlogda, siz “sən” deyə müraciət etdiyiniz halda, sona qədər “siz” deyərək müraciət etməsi diqqətimi çəkdi. Uğur olsun!

  • @anna-qb2uc
    @anna-qb2uc 2 роки тому +11

    Marağlı söhbətiniz üçün təşəkkür edirəm. Röyal da bu platformada izlədiyim insanlardan biridir. Özümdə amerikada yaşamaq arzusu olan biri kimi çox sevinirəm onun adına, uğurları davamlı olsun, işləri yağ kimi getsin 🙏 Söhbətgah 💙💚

  • @sevdaakberova4671
    @sevdaakberova4671 2 роки тому +8

    Belə səmimi söhbət üçün təşəkkür edirəm. Çox maraqla dinləyirəm.👍

  • @rovlanioo
    @rovlanioo 2 роки тому +9

    Royal bəyi bizə sevdirən əsas səbəb illərdi dəyisməyən sadəliyi və səmimiliyidir.Sevindirir bu insanın ugurları məni.
    Tural bəy təşəkür bu buraxliş üçün.

  • @Lifestyle_in_the_village
    @Lifestyle_in_the_village 2 роки тому +6

    Super ,Tural bəy siz də sağolun,Royal bəy də həqiqətən güclü insandır, uğurlar arzulayıram,hər bir rahatlıq böyük çətinliklə başa gəlir.Yerlimə uğurlar arzulayıram.

  • @gulsaraumarova9510
    @gulsaraumarova9510 Рік тому +3

    Belə çıxdıki bacarıgın varsa burda da yaxşı yaşayacagsan. Həmdə belə çıxdıki biz kefdəyik. Allah həmişə yardımçın olsun əziz gardaşım. Dürüst adamsan. Yolun açıg olsun.

  • @rasimguliyev5506
    @rasimguliyev5506 2 роки тому +7

    Mükəmməl söhbət idi. 5-10 dəqlik qisminə baxım deyə açdım, sonunadək baxdım. Röyal bəyə uğurlar arzu edirəm. USA ilə bağlı daha yaxşı fikir formalaşması üçün gözəl fikirlər səsləndirildi. USA-ə gəlib bir müddət yaşamaq istəyən biri kimi mənim üçün çox faydalı oldu.

  • @arzualiyeva3647
    @arzualiyeva3647 2 роки тому +6

    Royal, ilk gunden izleyirem.
    Hersheyin en gozeline layiqsen. Ugurlarin sonsuz olsun.

  • @Amanoffs
    @Amanoffs 2 роки тому +6

    Hər ikinizində uğurları bol olsun ❤️💪

  • @andreibrahimsoy4346
    @andreibrahimsoy4346 2 роки тому +4

    Amerika haqqında həqiqətlərə və əziyyətinizə görə təşəkkürlər Tural bəy.

  • @bulbulaliyev5292
    @bulbulaliyev5292 2 роки тому +9

    ROYALIN COX VIDEOLARINA BAXMISAM. O QEDER GOZEL IZAH EDIR KI SUAL VERMEYE EHTIYAC QALMIR. COX UREYI TEMIZ, SADE VE EN ESASI DUZ OQLANDIR. UQURLAR VE CAN SAQLIQI ARZULAYIRAM.

  • @fuadshahbazov7292
    @fuadshahbazov7292 2 роки тому +23

    Men inaniramki Royal yaxsi insandir amma Sohbetgah tarixinde bu gune qederki en zeif podcast oldugunu deyerdim. America-da California-da men de yasiyiram ve stekandaki suyun dolu terefi bos terefinden daha coxdur. This is my peaceful opinion!

  • @Ramal_Allahverdiyev
    @Ramal_Allahverdiyev 2 роки тому +5

    Super buraxılış olub, əla. ✔️

  • @halilturksoy8376
    @halilturksoy8376 Рік тому +3

    Bu Adamda olan paxilliq hissi heckime Arzulamiram .

  • @turalramazanov9610
    @turalramazanov9610 2 роки тому +7

    Məndə çoxdandı Röyalı izləyirəm, çünkü hər bir şeyi dürüst şəkildə izah edir, çalışır həmişə olduğu kimi izah etsin ve alınırda onda. Səmimiliyin üçün təşəkkürlər @Royal Ismayilov

  • @togrulmammadbayov4215
    @togrulmammadbayov4215 2 роки тому +4

    Əjdaha alınıb təşəkkür edirəm!Var olun əziyyət çəkirsiniz.

  • @MemarZinyetRagimova
    @MemarZinyetRagimova Рік тому +1

    inanilmaz boyuk heves ile baxdim, tesehkkur edirem video eziyyetiniz ucun

  • @afetvelizada6887
    @afetvelizada6887 2 роки тому +1

    Axirki uzun gulur Royal)) Ugurlar olsun her birinize🤩🤩🤩

  • @fikretdovlyatov7675
    @fikretdovlyatov7675 2 роки тому +7

    Çox rahat və pozitiv intervyudu!
    Her ikinizə teşekkürlər!

  • @elman8199
    @elman8199 2 роки тому +13

    Podkast üçün təşəkkürlər! Amma sanki daha çox mənfilərdən danışıldı və müsbətlər çox kölgədə qaldı.Düşünürəm bütün olmasa da, əsas mənfi və müsbət cəhətləri öyrəndikdən sonra Amerikada yaşam haqqında ortalama bir fikir formalaşdırmaq olar. Belə biraz yarımçıq qalıb. Yenə də Röyal bəyə fikirlərinə görə təşəkkürlər!
    Tural bəy, sizə çoxlu uğurlar arzulayıram! Bu tərz kontentə ehtiyac var.

    • @teymursultanov2198
      @teymursultanov2198 2 роки тому +1

      Məncə də. Bugün avropalılar belə Amerikaya köçüb orda yaşamaq istəyirlərsə deməli nələrdə orda çox yaxşıdı ki can atırlar. Əsas da Amerikada qazanılan pulun alım gücündən heç danışılmadı.

    • @tagizademirasim
      @tagizademirasim 2 роки тому

      @@teymursultanov2198 nece avropaliyla tanis olmusan amerikaya getmek isteyen ?

  • @eminxlilov2487
    @eminxlilov2487 2 роки тому +2

    ela alındı, ela sohbet, sohbetgah

  • @kb7182
    @kb7182 2 роки тому +5

    Royal cox abirli oglandir. Gozel videolar edir her zaman.

  • @tamerlanqara
    @tamerlanqara 2 роки тому +10

    gözəl söhbət alınıb, informativ və səmimi. ugurlar

  • @ismshahriyar
    @ismshahriyar 2 роки тому +5

    Söhbətgahda səmimi informative söhbət və zövq ilə dinlədik

  • @aydansalmanova1553
    @aydansalmanova1553 2 роки тому +3

    Röyal bəyi görən kimi bu video izlənməlidir dedim) sadə, səmimi, pafosdan uzaq 👍 bəzi videolar olub ki, mütəmadi izləyiciyə "ağıl verir", cəmiyyətimizin neqativlikləri lağlağı şəkildə qabardılır. Hörmətli söhbətgah, sizi bəlli bir kütlə izləyir,hansı ki zaman onun üçün dəyərlidir və yeni nələrsə öyrənmək istəyir. Hansısa "qara kurtkalıların" düzgün olmayan davranış şəkli bizə maraqlı deyil, onsuzda onlar sizi izləmir))

  • @gametjahangirli1756
    @gametjahangirli1756 2 роки тому +3

    33:50 drel sesi yadima dushdu )) ugrunuz bol olsun super👍👍👍

  • @ProstoZritel.
    @ProstoZritel. 2 роки тому +3

    Röyal bəy, Tural bəy - uğurlarıviz bol olsun! 🫶👏👏👏

  • @umidmemmedli2500
    @umidmemmedli2500 2 роки тому +3

    Gözel video alınıb.

  • @aytanismayilova
    @aytanismayilova 2 роки тому +5

    Yene gelersiz. Ugurlar ishlerinizde Tural bey. ✌️

  • @meherremxamoyev
    @meherremxamoyev 2 роки тому +1

    Halaldı Sənə Həmyerlimiz Elmli Savadlı İnsandır bundan əlavə dünya görüşü çox zəngininsandır tam bir Ziyalı!

  • @ЯлчынАллахвердиев

    Allah hər yerdə millətimizi qorusun. bizim millət hər yerdə baş çixarır.

  • @faridvaliyev1115
    @faridvaliyev1115 2 роки тому +5

    Umumiyyetle bacariqli insan Gencedede olsa Bakidada ve Amerikadada olsa bele axir evvel oz yerini tutacaq bawqa variant yoxdu..esas odurki iwini hevesle goresen,cixan problemlerden ruhdan duwmuyesen Royal bey demiw ordan ozune netice cixardasan..Royal beyi coxdan izliyirem ve hemiwe hevesle baxiram,ve esas odurki real daniwir hadiseleri menfini demeyden cekinmir..Ikinci hisseni gozleyirem💥💥💥

  • @pasapasayev1674
    @pasapasayev1674 2 роки тому +3

    Salam uğurlu olsun. Allah adama Zaur kimi dost qismət etsin super

  • @RaufGuliyev-rh8yk
    @RaufGuliyev-rh8yk 2 роки тому +6

    Röyal bəy, uğurunuza sevinirəm! Ardı gəlsin. bir çox həqiqətləri də danışdığınız üçün sağ olun.
    Buraxılışa görə təşəkkürümü bildirirəm! 💙💚

  • @gunelalizadeh9844
    @gunelalizadeh9844 Рік тому +3

    sənin düşüncə dəyişmədikcə ölkə dəyişməyin faydası olmayacaq, əhsən Röyal bəy👍🏻

  • @javalion4741
    @javalion4741 2 роки тому +13

    Royal-burani kesersen
    Tural-he he keserem narahat olma
    33:33

  • @Pluton30
    @Pluton30 2 роки тому +4

    27:00 dəq. sonra hami diqqətlə baxsin . Bütün həqiqətlər olduğu kimi ...

  • @nuriyyaruslanovna8995
    @nuriyyaruslanovna8995 2 роки тому +3

    cox semimi ve ela sohbet idi

  • @srxanabdurahmanov843
    @srxanabdurahmanov843 2 роки тому +3

    Çox Sağolun Tural Bəy bu gözğl iş üçün
    Röyal Bəyi 2018 ci ildən izləyirəm
    Ona Həyayında uğurlar Arzulayıram

  • @nuranamammadzadeh
    @nuranamammadzadeh 2 роки тому +16

    Röyal bəy o qədər gözəl izah edib ki, xaricdə yaşamağın çətinliklərini.
    Mən də xaricdə yaşayıram. Azərbaycanda Asan xidmətə gedirsən az qalır günortaya nə yemisən onu da bilirlər.
    Mən yaşadığım ölkədə hər sənəd üçün başqa bir yerə getməlisən. Və sistemdə heç kəs haqqında heç nə yoxdur. 1 registor üçün 10 yerdən sənəd yığıb gedirik. 3 saat gözlədim mən sonuncu dəfə. Və çıxdıqdan sonra 2 dəfə də zəng edib geri çağırdılar ki, səhv yazmışıq məlumatınızı. İmza atdırmağı unutmuşuq.
    Restoranda 45 dəqiqə yeməyi gözləməlisən. Hesab üçün də 20-25 dəqiqə gözləməlisən.
    Və ən pis tərəfi hər kəs sənə miqrant kimi baxır və sən burda kim olursan ol 2ci dərəcəli insansan.
    Hətta sənin maaş verdiyin insan belə sənə 2ci dərəcəli insan kimi baxır.
    Bu tək mənim yaşadığım ölkədə deyil. Almaniya, Norveç, İsveçdə yaşayanlarla da danışıram eyni sözləri deyirlər.
    Tibb sistemi isə ölmürsənsə getmək lazım deyil. Gedirsənsə əsəbdən öləcəksən orda.
    Məni təcili əməliyyata almalı idilər dedilər ptotokola görə gözləməliyik. Ən son momentdə əməliyyata aldılar.
    Azərbaycanlı həkimlə konsultasiya etdik online situasiyanı ora gətirməyə bilərdilər və başqa cür ola bilərdi. Və belə bir psixologiyakarı var ki, güclü olan yaşamalıdır. Sən sağlam insan deyilsənsə ölə də bilərsən. Biz protokolla getdik xəstə zəif idi öldü. Bu qədər sadə.
    Qolu sınan bir tanışıma dedilər ged 4aydan sonra gəlırsən. Növbəyə yazıl.
    Sual versələr ki, Azərbaycana qayıdarsan. Xeyr.
    Niyə? Çünki mənim üçün qohumlarla ayda ildə bir dəfə kontaktda olmaq belə ən ağır işgəncədir.
    Əgər belə bir probleminiz yoxdursa yaxşı ölkədir Azərbaycan.
    İş məsələsinə gəldikdə isə online işlədiyim üçün Azərbaycanda da yaşadığım ölkədə də eynidir.
    Amma ailə üzvüm sahibkardır vergi və qayda qanundan çox razıdır. Bir dəfə vergini verirsən hər şey qaydasındadırsa hər gün biri gəlib obyektinin qapısını döyüb mən vergidənəm, mən fövqaladanam, bilməm hardanam deyib hər kəs pul almır.
    Deyir: Davulun səsi uzaqdan xoş gələr. Amma başqa ölkənin reallıqları Azərbaycandan göründüyü kimi deyil.

    • @RoyalIsmayilov
      @RoyalIsmayilov 2 роки тому +2

      Nurane xanim cox sag olun etrafi yazdiginiza gore cox sag olun , hele men o qeder derine girmedim her sheyi oldugu kimi danishanda da deyirler Amerikani pisleyirsen , Burda dovletle problem yoxdur ve pul qazanmaq rahatdir adami saxlayanda ele budur

    • @Pluton30
      @Pluton30 2 роки тому

      @@ismayilismayilov8551 getmisən " məcbursan qatlaşasan " seriyasindan 😂 sistem olaraq kapitalizm insan mənəviyyatina yaddir . xaricə çixmaq üçün qul karti depozit tələbləri bütün nəslivi yoxlayib buraxirlar . Məncə dəyməz .. Bakida öz evin varsa sadə yaşam üçün təkbaşina 200$ kifayət edir .

    • @leylamemmedova4289
      @leylamemmedova4289 Рік тому

      Siz harda yaşayırsız, Nuranə xanım?

  • @70L1Z1H
    @70L1Z1H 2 роки тому +3

    səmimi söhbet alınıb👍

  • @sahilmusayev286
    @sahilmusayev286 2 роки тому +5

    Röyalı əvvəl bir gündən izləyirem yaxşı qardaşdı

  • @gulyamammadova1718
    @gulyamammadova1718 2 роки тому +9

    Söhbətin səməmiliyi sözün əsl mənasında zövq verdi, çətinliklər hər zaman olub və olacaq da, bu çətinliklərin öhdəsindən gəlmək üçün uca Allah hər birimizə güc-qüvvət versin.
    Söhbətgah mənəvi qida mənbəyidir.😊🍀💙

  • @esgerquluyev7226
    @esgerquluyev7226 Рік тому

    Çox gözəl işdi söhbətgah.gözəl prayekti marifləndirici,gəncələrimizə örnəg olası prayekti

  • @familbaxis4564
    @familbaxis4564 2 роки тому +4

    İzlədiyim insanlardan biri. Oralarda yaşamaq istəməzdim. 😇😇😇

  • @rovzetmustafayev5195
    @rovzetmustafayev5195 2 роки тому +6

    Allah sizi və balalarınızı qorusun.Ancaq irəli.

  • @farida_s.kitchen
    @farida_s.kitchen 2 роки тому +5

    Yenə maraqlı bir söhbət alınıb hər zamankı kimi 👍👍

  • @seymurqulamov1204
    @seymurqulamov1204 2 роки тому +2

    Xeyirlisi nedise,o olsun.🤲🏻

  • @siracovaydin6452
    @siracovaydin6452 2 роки тому +3

    Minnətdaram , özümə bir-iki qeyd etdim .

  • @aliyarjavadov1631
    @aliyarjavadov1631 2 роки тому +1

    qaqaş axıra kimi neqativ vibe ötürdü. əvvəldən də demişdi, birinci pis şeylərdən danışıram. yenə də, işlərində uğurlar.

    • @TheProVideo
      @TheProVideo 2 роки тому

      Menim ugur hekayem negativ bashlayib bunu danishanda insanlar sonunu dushunmur evvelde olan cetinliyi ancaq dushunur , sonunda dediklerim mence her sheyin nece oldugunu deyir

  • @rahimkhalilov
    @rahimkhalilov 2 роки тому +4

    Röyal rəğbət bəslənəcək insandır. Daha böyük uğurlar arzulayıram

  • @elvin_pasha
    @elvin_pasha 2 роки тому +3

    Əla ! 💚💙

  • @frdn128
    @frdn128 2 роки тому +28

    Röyal hər şeydən əvvəl azərbaycanlımızdı və ordakı uğurlarına sevinirəm. Həm lənkəranlı kimi yerlimdi, həm də eyni məktəbi oxumuşuq(məndən 2 sinif yuxarıda). Uzun illərdir Röyalı izləyirəm. Bu podkastı da həvəslə gözləyirdim. Çox maraqlı oldu mənim üçün. Həm Röyala, həm Tural bəyə işlərində uğurlar diləyirəm

    • @kenanmemmedli4066
      @kenanmemmedli4066 2 роки тому

      Röyal bəyin Lənkəranlı olmağın danışığından bildim.)) Siz hansı məktəbdə oxumusuz?

  • @nuriyyaruslanovna8995
    @nuriyyaruslanovna8995 2 роки тому +8

    Söhbətin sonunu indi dinləyə bildim,çox önəmli tipslər vermisiz.Royal bəy baxmayaraq ki,çəkiliş işləri ilə məşguldur amma bütün detallar,biz developerlər və digital sahələrdə işləyən hər kəs üçün yararlı olacaq.Çox tesekkurler video üçün,bir daha.

  • @ayxanrufetoglu846
    @ayxanrufetoglu846 2 роки тому +2

    Supersiniz💐

  • @kananalizada4239
    @kananalizada4239 2 роки тому +10

    Alinin zarafatlari olmayanda cox ciddi sohbet olur( bir de onun ferqli felsefi yanasmasi olur her movzu ile bagli, burda da yeri gorunurdu

  • @beauty2339
    @beauty2339 2 роки тому +14

    Amerika əvvəlki kimi deyil, xüsusən də Kaliforniya. Mən 28 ildən çoxdur Seattle, WA-da yaşayıram və bunun şahidi oluram. Keyfiyyətli yerdə yaşasam da, 2020-ci ildən sonra indi fərqlidir. Aşağı şəhər yaşamaq üçün təhlükəli yer olsa da, hazırda keyfiyyətli yerlər belə təhlükəsiz deyil. Düzünü desəm, burada ev alıb tam ödəyəndə o sənin deyil, çünki hər il torpaq vergisi ödəməlisən. Torpaq vergiləri böyükdür və ödənişinizin arxasında qalsanız, bank evinizi alır və bunun üçün sizə bir az pul verir. Ev sizindir ama torpaq satılmır. Evinizin tikdiyi torpağa görə hər il torpaq vergisi ödəyirsiniz. Təcili yardım otağına qəbul olundum və bəzi testislər üçün bir gecə qaldım və hesabım 14 min dollar idi. Xoşbəxtəm ki, sığortam bunun böyük hissəsini ödəyib.

    • @Azerisafety
      @Azerisafety Рік тому +4

      28 ildir xaricdə yaşayırsınız, amma azərbaycan dilində super qrammatic yazırsınlz, səhvsiz. Bravo.
      Amma mən 5 ildir xaricdəyəm, artıq dili unuduram 😢

  • @anarsgrov8044
    @anarsgrov8044 2 роки тому +3

    Etibar və inam və yüksək səviyyəli xidmət.

  • @emilismayilov9517
    @emilismayilov9517 2 роки тому +7

    Yani ki tural amerikada yawamadigi halda bele amerikani bu insandan daha yaxsi qavrayib ve daha gozel tesvir etdi

  • @ayka1378
    @ayka1378 2 роки тому +2

    Royal bey zehmetkes insandi Ugur olsun

  • @elshanmammadov6023
    @elshanmammadov6023 2 роки тому +2

    Çox maraqlı söhbət idi ...zövq aldim

  • @muslimselefi8844
    @muslimselefi8844 2 роки тому +7

    Səmimi söhbətə görə təşəkkür edirəm. Amerika mənlik deyil. )))) 45 yaşımda kiməsə yenidən özümü doğrultmaq istəmirəm. Amerikaya gərək 25 yaşında gələsən ki, 35 sonra normal həyat qura biləsən

    • @TheProVideo
      @TheProVideo 2 роки тому +2

      Tam raziyam men 29 da geldim basha dishdum ko bir az gecikmishem )

  • @rovzetmustafayev5195
    @rovzetmustafayev5195 2 роки тому +13

    2016 və ilin çətinlikləri,ailəsiz,narahat evdə olan günlər geridə qalıb çox şükür.Nəqədər cavansız irəli.Allah köməyiniz olsun.Qismət olsa görüşərik haçansa.

  • @ulviyyerustamova9666
    @ulviyyerustamova9666 2 роки тому +4

    Royal beyi Qarabag muharubesi zamaninda tanidiq.Oradaki mitinqler zamani muracietlerden

  • @sadiqovalem
    @sadiqovalem 2 роки тому +3

    Vəə o bildirim gəldi😍💙💚

  • @ЕмильБайбалали
    @ЕмильБайбалали 2 роки тому +3

    Royal əla insan 👍👍

  • @vahidaliyev88
    @vahidaliyev88 Рік тому +2

    Allah Ishlerivi avand elesin! Eziyyetle halal yolnan Pul qazanilir..Asan ish yoxdur..Tebii ki bu boyda ezab eziyyetden sonra Azerbaycana qayitmaq absurd olardi..Royalin en cetin gunlerinin videolarinida izlemishem cox shukur ki indi her shey oz qaydasina dushub.

  • @isaramiz
    @isaramiz 2 роки тому +2

    Royal çox bacarıqlı və səmimi insandır.

  • @alionides
    @alionides 2 роки тому +7

    14 ildi greencarda sened verirem. hele udmamisam ama bu il daha heves qalmamishdi bu vidyonu gorduyden sonra lap heves oldu. ozum hele amerikada bir defe olmusam orda heyat eslinde cox cetindi. Saolsun Royalda 100 faiz her seyin aciglamasini verdi

    • @Azerisafety
      @Azerisafety Рік тому

      Amerikada iş və imkanlar çoxdur. Çünki imkanlar çoxdur, ölkə böyükdür.

  • @metecsur8621
    @metecsur8621 2 роки тому +3

    Səmimi söhbətə görə sağ olun mənim oğlum bu il Çinə mağirstra qəbul olunub amma pandemiyaya görə gedə bilmədi onlayn dərs keçir dövlət xətti lə oxuyur sözün açığı ana kimi getməyini çox istərdim bu
    çətinlikləri görəndə nə yaxşı belə alındı deyirəm xaricdə yaşamaq elə də asan deyil hər kəsə uğurlar

  • @MrVusal1
    @MrVusal1 2 роки тому +3

    Uzun illərdi Röyal bəyi izliyənlər nə demək istədi çox yaxşı başa düşüdü.Burda Röyal bəy sadəcə öz təcrübəsini danışdı.Və hər kəs üçün belə olacaq demir sadəcə deyir ki,B planınız olsun sora pulsuz parasız yolda qalmıyın.

  • @tomrisazeri2941
    @tomrisazeri2941 Рік тому +5

    Yerden izleyirem.Allah gozel gunler nesib elesin.Ne yaxsi ki,gedibsiz.Azad olkede yasamag boyuk xosbextlikdi.

    • @НамикКяримов
      @НамикКяримов Рік тому

      Size ele qelir ki azad olkedi qanisdiqinnan qorunur ki orada cetindi yasamaq men istemedim vallah allah hamiya komek olsun

  • @Slavik822
    @Slavik822 2 роки тому +5

    +plus cox negative tesir bagishladi mence, gorunmeye gozle terefleri de var axi.
    Oz ishinle ve ixtisasinla ve yaxud planli formada gelirsense, niye problem olsun ki?

  • @samjalil8289
    @samjalil8289 Рік тому +2

    Mənim də disleksiyam var. Sizi çox yaxşı anlayıram.

  • @faridnusratli2565
    @faridnusratli2565 Рік тому +1

    Royal bəyin danışıq tərzi adamın ürəyini üzür elə bil Tural ağzından sözləri kəlpətinlə alır. Mövzunu danışanda başdan soldu danışır. Amerikada yaşamla bağlı daha başqa həmyerlilərimizlə müsahibə almaq olardı

  • @samirturalov
    @samirturalov 2 роки тому +2

    Semimi sohbet idi. Muxtelif yerlerde muxtelif zamanlarda searitler ve yanasmalar muxtelifdir. Sizin ucun pis olan, cetin gelen seyler, kimin ucunse yaxsi gelir. Movzudur, muzakire olunur.
    Ama bir youtuberin izleyicilerine "cehenneme ne yazirlar yazsinlar" (50:30) demek etikadan kenar, edebsizlikdir. Paylasilan videolara tehqir olmadiqca her kes her sey (tenqid daxil) yaza biler.

  • @SESİL42
    @SESİL42 2 роки тому +1

    Röyalı izləyirəm yutubdan 🔥

  • @ВахидГаджиев-х8м
    @ВахидГаджиев-х8м 2 роки тому +2

    Tessekurler. Ela 👍👍👍👍

  • @samadmehriban
    @samadmehriban 2 роки тому +2

    Eşq olsun!👍

  • @perviztube9676
    @perviztube9676 2 роки тому +1

    Möhtəşəm talış balası❤

  • @ihsantuncer8030
    @ihsantuncer8030 2 роки тому +4

    Parasiz Amerika da kalma taktikleri bravo....izmir den selamlar" guzel bir kanaliniz var...

  • @wonders7566
    @wonders7566 2 роки тому +19

    Her ne deyir duz deyir. 15 ildi Washingtonda yashayiram. Eyni veziyyet burdadi. Men Bakida burda ki qeder eziyyet chekseydim, ele burdaki uguru Bakida elde ederdim.

    • @yusifmhrrmov7190
      @yusifmhrrmov7190 2 роки тому +1

      Siz 15ildir orda nece yaşayırsız necə getdiz ora?

    • @wonders7566
      @wonders7566 2 роки тому

      @@yusifmhrrmov7190
      Telebe kimi geldim bura. Sonra da qaldim burda

    • @vusalaziz6273
      @vusalaziz6273 2 роки тому

      Qayit gel onda vetende qazan o uguru niye 15ildi ordasan?

    • @yasarcabbarov383
      @yasarcabbarov383 Рік тому +4

      Bakida o pulu hec vaxt qazanmaq sansi olmazdi. Vəziyyət fərqlidir Amerika və Azərbaycan arasında . One way ticket only

    • @forweek6541
      @forweek6541 Рік тому

      @@wonders7566 Cetinlikler neden ibaretdi ? Amerika vetendashi olmusuz ?

  • @agaelihuseynov1257
    @agaelihuseynov1257 Місяць тому

    Semimi sobetive gore sene cox tesekkur edirem Royal.men ozumde Isvecde yasayan biri.olarag deyiremki bir yere kocub orda yerlesmey cox cetin olur ve zaman alir ve butun bu yola cixmag isteyenler buna hazir olmalidi.her kese ugurlar

  • @vugarmirzaev3921
    @vugarmirzaev3921 2 роки тому +11

    Michigan statinda yasiyiram ,Royalin tam dediyi kimiyem bu deqiqe depresiyadayam(( bura gelen hammiya demek istiyirem amerika xos sifeti kimi pis sifetide var

    • @forweek6541
      @forweek6541 Рік тому

      Nece aydi ordasiz ? Green Card qalibisiz ?

  • @auto__blogger7007
    @auto__blogger7007 2 роки тому

    Röyal ismayılovu mən demək olarki 3 ilə yaxındı izləyirəm. Tam səmimi söhbət halaldır.

  • @Goathomee
    @Goathomee 2 роки тому +4

    Sohbetgahı hec vaxt dinlememisdim .Röyalın sehifəsində gördüm baxdım bunların hamsını Röyalın sehifesinde 7 il erzinde izlemisdim amma yenede o qeder maraqlı idi 1 saat 10 deqiqe nece keçdi bilmedim. Tural b dediyiviz hisseni kesmemisiniz😊

  • @gourmettv6476
    @gourmettv6476 2 роки тому +7

    Könlümün sevgili məhbubu mənim,
    Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim!!!!

  • @validcavid3805
    @validcavid3805 2 роки тому +3

    Öncələr reyi destek olmaq naminə yazırdım baxıram artıq ehtiyac yoxdur Maşallah))

    • @validcavid3805
      @validcavid3805 2 роки тому

      Tural ındı videonun ortasındayam həqiqətən sıxıldıme hem qonağa gore hem söhbət rəngsiz gedıe

    • @aysunnamazova4890
      @aysunnamazova4890 2 роки тому

      @@validcavid3805 Ali olmadığı üçün?(((

    • @validcavid3805
      @validcavid3805 2 роки тому

      @@aysunnamazova4890 ali de sebebdı reng qatır mence Turalında işləri cox olub sualları dolğun və mezmunlu deyil

  • @fidybeanbird
    @fidybeanbird Рік тому

    Heç vaxt xarici ölkədə yaşamayan azərbaycanlılar bu insanın dediklərini qəti dərk edə bilməzlər. Səhiyyə sahəsində dediklərini mən Yaponiyada yaşayanda təcrübədən keçirmişəm. Çox gözəl anlayıram dermatoloqlarla olan problemi. Hazırda başqa xarici ölkədəyəm və sistem eynidir təəssüf ki. Bakı və Türkiyədə mənə daha rahatdır həkimlərə getmək.

  • @suliko1988
    @suliko1988 2 роки тому +2

    Fəxr ediləsi qardaşdı.