AZƏRBAYCAN DEYƏNDƏ ŞEİRİ

Поділитися
Вставка
  • Опубліковано 28 кві 2021
  • ✓ Müəllif: Tofiq Bayram
    ✓ Facebook: / balacabalaa
    ✓ Kanala Abunə Olun: goo.gl/7cuGEW
    Vətən mənim bu günüm,
    Sabahkı toy-düyünüm.
    Haqqım var ki, öyünüm
    Azərbaycan deyəndə.
    Ürəklərdə döyünüm,
    Azərbaycan deyəndə.
    “Hər ölkəyə, hər elə,
    Olsun hörmət”, deyirəm.
    “Vətənindir, vətənin,
    İlk məhəbbət”, deyirəm.
    “Onun şöhrət tacıdır,
    Şe’r-sənət” deyirəm.
    Mən vətənə, “Füzuli,
    Abbas Səhhət” deyirəm!
    Mən vətənə, “Sabiri
    Doğan qeyrət”, deyirəm!
    Mən vətənə, “Üzeyir,
    Müşfiq, Səməd”, deyirəm!
    “Günəş kimi müqəddəs
    Bir həqiqət”, deyirəm,
    Azərbaycan deyəndə.
    “Dünya məni dinləsin,
    - Diqqət, diqqət!”,
    deyirəm.
    Azərbaycan deyəndə!
    Azərbaycan deyəndə,
    Ləpələr şairləşir.
    Anaların bətnində,
    Qara gözlü körpələr
    Pələngləşir şirləşir.
    Azərbaycan deyəndə,
    Müdrik qocalar kimi
    Dağlar da fikirləşir.
    Azərbaycan deyəndə
    “Haralısan?” sualı,
    Verənlərə ar olur.
    Qeyrətlilər birləşir,
    Qeyrətsizlər xar olur
    Azərbaycan deyəndə!
    Dostdan sovqat, muştuluq,
    Düşməndən bac alaram,
    Azərbaycan deyəndə!
    İşıq sütunu kimi
    Sabaha ucalaram,
    Azərbaycan deyəndə!
    Körpüləri, səddləri
    Sinəmlə parçalaram.
    Sərhəd məftillərində,
    Bu kobud əllərimlə
    Bir muğamat çalaram,
    Azərbaycan deyəndə!
    Azərbaycan! - Bu nida
    Qayaları silkələr.
    Sal daşların köksündə
    Çiçək bitər, gül bitər.
    Azərbaycan deyəndə,
    Təbim coşar, sel gələr,
    Sanma şöhrət pərdəsi,
    Ürəyimi kölgələr,
    Azərbaycan deyəndə.
    Gözümdə doğmalaşar
    Bütün xalqlar, ölkələr,
    Azərbaycan deyəndə!
    Etiketlər: Azerbaycan deyende seiri, sheri, sheirler, seirler, usaq seirleri, uşaq şeirləri, Azərbaycan şeiri, Azerbaycan seiri, Vetene aid seir, Vətənə aid şeir, Azərbaycan şeri,
    #BalacaBala
    Müəllif hüquqları qorunur! Videonun başqa youtube kanallarında yayımlanması qadağandır!
    Copyright © Balaca Bala

КОМЕНТАРІ •