Bədnəzər duası - دعاء العين الحسودة/tərcümə və ərəbcə /
Вставка
- Опубліковано 11 лют 2025
- ✍ Bədnəzər duası :
وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ اِنَّهُ لَمَجْنُونٌ وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
مَا شـآءَاللهُ لا قُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ
🔹Oxunuşu:
Və in yəkədulləzinə kəfəru ləyuzliqunəkə biəbsarihim ləm-mə səmiuz zikr, və yəqulunə innəhu ləməcnun, və ma huvə illə zikrul lil ə'ləmin.
Mə şəəllahu lə quvvətə illə billəhil ə'liyyil əzim.
🔹Tərcüməsi:
Bu məqsədlə
Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): "O divanədir!” - deyirlər. Halbuki bu (Quran) aləmlərə (insanlar və cinlərə) ancaq bir öyüd-nəsihətdir!
ayəsi oxunsun.
İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, əgər bir şəxs özünün başqasına və yaxud başqasının ona bəd nəzər etməsindən qorxsa, üç dəfə desin:
Allahın istədiyi mütləq gerçəkləşir. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
Yenə də nəql olunmuşdur ki, hər kəsin yaxşı bədəni və qiyafəsi olsa, evdən çıxanda, "Fələq” və "Nas” surələrini oxusun. Mütəal Allahın iznilə ona heç bir ziyan yetirilməz.
Həmçinin bəd nəzər üçün göstəriş verilmişdir ki, əllərini üzünün qarşısında saxlayıb "Həmd”, "İxlas”, "Fələq” və "Nas” surələrini oxuduqdan sonra əlini alnına çəksin.
📚 Məfatihul Cinan
Evdə,avtomobildə və ya boş olduğunuz yerlərdə quran sədasını qoyun oxusun..
Bərəkətdir ,rəhmətdir,sehr,cadudan,bədnəzərdən təmizlikdir..
#allah #dua #quran #nəzərduası #bədnəzər #cadu #sehr #nezer #gözdəymə #gozdeyme #nazarayeti