Azərbaycanda satılan ən ucuz 0 km avtomobillərin onluğu...

Поділитися
Вставка
  • Опубліковано 27 сер 2020
  • Salam əziz avtomobil həvəskarlari. Kanalima xoş gəlmisiniz. Bugünkü videomda sizə Azərbaycanda satılan ən ucuz 0 km avtomobillərin onluğu ilə tanış edəcək və onların xarakter xüsusiyyəti haqqında məlumatlandıracağam. Ümid edirəm ki, paylasacağım məlumatlar sizə faydali olacaq. Videoya keçməzdən oncə sizdən xahisim kanala abunə olub videonu bəyənməyinizdir. Hazırsınızsa başlayaq: Avtomobillərin qiymətləndirilməsi zamanı Azərbaycanın ən böyük satış portalı olan Turbo.az saytına əsaslanacağıq.
    Umid edirəm videomuz xoşunuza gəldi. Əgər bu tip videolarin davamli olmasini istəyirsinizsə kanala abunə olaraq videonu bəyənməyi və sizi maraqlandiran suallari videonun şərh bolməsində qeyd etməyi unutmayin. Novbəti videomda isə Azərbaycanda 5000 manata qədər alınması mümkün olan avtomobillərin onluğu ilə sizi tanış edəcəyəm. Diqqətiniz üçün təşəkkürlər.

КОМЕНТАРІ • 147

  • @ceyhunzabitli2665
    @ceyhunzabitli2665 3 роки тому +14

    Gələn dəfə bahadan ucuza doğru sıralasan daha məsləhətli olar. Kasıb psixologiyasıdır, bahalaşdıqca maraqsızlaşır.

  • @cakomusic1607
    @cakomusic1607 3 роки тому +12

    O boyda maşinin icinde ladanin khazarin ve digerlerinin içinde bidene duzemeli maşin var idi oda nissan idi alanda bilisenki yapon malidi yaxşi çixacaq qalanini tulla getsin

  • @nurddinhzili9523
    @nurddinhzili9523 3 роки тому +3

    Çox sağol ki məlumat verdiniz

  • @nadirabbasli
    @nadirabbasli 3 роки тому +8

    Qəşəng👍👍

  • @aslanovalim99
    @aslanovalim99 3 роки тому +12

    Allah razı olsun . Tənqid edənlər olacaq , haqlı tənqiddən bəhrələnmək olar . Amma irəli . Hər şey yaxşıdı . Bir xahişim var, yeni maşınların kreditlə satış şərtlərini də izah etsəniz əla olar və demək olar ki , məlumatınız bütövləşər .

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +3

      Verdiyiniz qiymət üçün təşəkkür edirəm. Qeyd etdiyiniz mövzu da da araşdırıb video hazırlamağa çalışacağam.

  • @ss.0175
    @ss.0175 2 роки тому +7

    Nissan SUNNY... Çox yaxşı maşındı...👍

  • @imtt.
    @imtt. 3 роки тому +14

    Bu maşınlardansa ikinci el avtomobiller maslehetdir.

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +3

      2 ci əl avtomobillər haqqında da kanalda video var və ardı olacaq. Mən sadəcə mənfi və müsbət cəhətləri qabartmağa çalışmışam.

    • @imtt.
      @imtt. 3 роки тому +2

      @@avtomeslehet3730 senin işine bir sözüm yox,sadece fikrimi bildirirem.

    • @nihat8111
      @nihat8111 3 роки тому +3

      Ikinci elə qoyduğun rasxoddansa təzə almaq yaxşıdır bilmək olmur maşını necə istifadə edib satırlar

  • @geraysadiqov6203
    @geraysadiqov6203 2 роки тому +2

    Əla yaxsi məlumatlardir

  • @vuqarmammadov9687
    @vuqarmammadov9687 3 роки тому +2

    👍👍👍

  • @cebrayilmusayev1149
    @cebrayilmusayev1149 8 місяців тому

    Əladuu

  • @adilhuseynli5225
    @adilhuseynli5225 3 роки тому +2

    👍

  • @PubgMobile-bt9bm
    @PubgMobile-bt9bm 3 роки тому +28

    Ən yaxşısı Nissandı bunların arasında

    • @efufusdkj939
      @efufusdkj939 2 роки тому +1

      Baksel nömrəsinin kimə məxsus olduğunu öyrənmək üçün kod

  • @partizan5984
    @partizan5984 3 роки тому +6

    Halaldı əmək vermisən

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +2

      Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm 😊

  • @amirrza2956
    @amirrza2956 3 роки тому +22

    Bunlarin arasinda bir masin adina layiq Nissandi.

  • @ilqarheydrov1728
    @ilqarheydrov1728 3 роки тому +10

    Bularin icinde nissan sunny kimi dozumlu masin yoxdu.hamisin vur tulla

  • @agahuseynatakisiyev
    @agahuseynatakisiyev 3 роки тому +16

    Nivanın içinə heç olmasa radio qoyun 😆

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +3

      Əgər baş mühəndis mən olsaydım mütləq qoyardım))

    • @agahuseynatakisiyev
      @agahuseynatakisiyev 3 роки тому +1

      @@avtomeslehet3730 😄😄😄

    • @nihat8111
      @nihat8111 3 роки тому +4

      2021 ci ildeyik helede airbagsiz maşınlar çoxdur lada tərəfdən

  • @NicatAliyev-oi7ip
    @NicatAliyev-oi7ip Рік тому +1

    Renoda fikir verdini 12900 yazilib amma 21900 deyur 😊😊

  • @ouroshravandi9903
    @ouroshravandi9903 2 роки тому +2

    Ravon R4 giymeti coh dozeldi, bu model ucun!

  • @Daglaroglu1234
    @Daglaroglu1234 3 роки тому +21

    İran -firansa .xain ölkeler bizde olarin maşinini alib suruki pulari coxalsin ermenlere köməkləri dahda coxalsin hetda ölkəmizdə zavodlarda tikmişik.bu ne demekdi maşinlarda köpükduyeee

    • @ericbrauthaaland1051
      @ericbrauthaaland1051 3 роки тому +5

      KEFINNEN ALMIR KI CAMAAT
      PULU CATSA BAHALISINI ALAR
      IMKANSIZLIQDAN ALIR KASIBCILIQDAN ALIR
      HEM DE IRAN-FRANSA-NIN BIRGE YARATDIGI O MASHINLARI BIZIM MILLET NAGD ALMIR AXI
      ALANLARIN 90%I KREDITNEN ALIR

    • @nihat8111
      @nihat8111 3 роки тому +1

      Nə aidiyyatı var ki düşməndir ya yox . Kim nə istəyir alır onda cammat lada sürməsin?

  • @ekberatakisiyev1900
    @ekberatakisiyev1900 Рік тому +1

    Salam zəhmət olmasa Nissan patrol 2010 model haqqında məlumat verərdiz. Hansı problemlər ilə qarşılaşa bilərəm?

  • @quliyevrovshan9696
    @quliyevrovshan9696 3 роки тому +2

    mende kohne sunnidir. Yag nakladka deyisirem ancaq. basqa xerci yoxdur.

  • @rashadkerimov137
    @rashadkerimov137 3 роки тому +3

    Nissan Sunny

  • @nurancavadov4013
    @nurancavadov4013 3 роки тому +1

    Xəzər maşını amma kreditlə alınanda 20-25000 aznə başa gəlir niyəsə.

  • @cavidmustafayev8106
    @cavidmustafayev8106 2 роки тому +1

    5min pulum var mene masin lazimdi kimde varsa bu qiymete uygun yazsin

  • @imranhemidov7812
    @imranhemidov7812 3 роки тому +1

    3min manata var

  • @agahuseynatakisiyev
    @agahuseynatakisiyev 3 роки тому +4

    20-30 min arası 0 km avtomobilləri hazırlıya bilərsiz?

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +6

      Bu qiymət aralığında satışda olan avtomobillər haqqında video hazırlamağı düşünürəm. Siyahıya 0 km avtomobilləri də əlavə edəcəyəm. Bizi izləməkdə qalın 🙂

  • @yusifbayraqdarov9520
    @yusifbayraqdarov9520 3 роки тому +1

    Videodaki Sunny men bildiyim sade avtomat karopka olmalidi axi ..variator deyi.

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +2

      Bu model 2020 ci ilin ilk yarısına qədər 4 pilləli avtomatik surətlər qutusu ilə, 2 ci yarısından etibarən isə CVT (variator) tipli surətlər qutusu ilə istehsal olunmağa başlayıb. Video hazırlanan zaman satışda olan model CVT surətlər qutusu ilə olan model olduğu üçün ancaq onu qeyd etmişəm.

  • @elnuremiraslanov9774
    @elnuremiraslanov9774 3 роки тому +2

    Hardadir 16500e niva urban???

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +5

      Bəy, Niva markalı avtomobillərin qiyməti 16800 manatdan başlayır. Biz qiymətləndirmədə ən ucuz versiyanı seçmişik ki, bunu ilk şəkildən görə bilərsiz. Sizi Niva markasının urban komplektasiyali modeli maraqlandırırsa, bu modelin qiyməti 19500 manatdan başlayır.

  • @teleteliyev8370
    @teleteliyev8370 3 роки тому +2

    Ravon r 4 almaqa dəyər?

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +2

      İstifadə edənlər razılıqlarını bildirirlər. Rusiya bloqlarinda haqqında müsbət rəylər mövcuddur.

  • @iboazim4562
    @iboazim4562 3 роки тому +2

    4x4 də 83 at gücü var

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +2

      Salam. Siz bəhs etdiyiniz model lüks komplektasiya da olan modeldir. 16500 azn qiymətində olan baza modeli 1.7 litrlik 80 at güclü Motorla temin edilir 😊

  • @sarkhankhalilov4400
    @sarkhankhalilov4400 3 роки тому +1

    Renault logon

  • @eldanizkanbar5022
    @eldanizkanbar5022 3 роки тому

    Qardaşım Nissan sünni harda 20200 du? Bu havaxtin qiyməti? Bele deyill axi

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +2

      Bu avqustun qiymətlərdir. Hal hazırda videoda təqdim etdiyimiz model satışda deyil. Bu mövzu haqqında yaxın vaxtlarda yeni video hazırlayacağıq.

    • @eldanizkanbar5022
      @eldanizkanbar5022 3 роки тому

      @@avtomeslehet3730 oldu.men yeni munasib avtomobil axtariram

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +1

      Yeni avtomobil axtarırsınızsa sizə Skoda rapid məsləhət görürəm.

  • @esqineliyev176
    @esqineliyev176 Рік тому +1

    Bu qiymətlər hamsi salafan maşınlardi?

    • @avtomeslehet3730
      @avtomeslehet3730  Рік тому

      Salam. Bəli bu qiymətlər yeni maşınların qiymətidir amma 1 il əvvəlki qiymətlərdir

  • @resadderyamahmudov6825
    @resadderyamahmudov6825 2 роки тому

    Hər kəsə salam bu megane maşinlari necədi?

    • @avtomeslehet3730
      @avtomeslehet3730  2 роки тому

      Salam. Məncə normal modellərdir. Yanacaq sistemi Bosch olanları məsləhət görərdim

  • @ilqarcavadov
    @ilqarcavadov 11 днів тому

    Nissan və Reno yaxşıdır

  • @yerazbalas7115
    @yerazbalas7115 2 роки тому +2

    Kazarın başını burax Pis maşındı mende olun 40 50 min km sonra tezesini al😂

  • @aylin2102
    @aylin2102 3 роки тому +2

    Reno duster 4×4 dacia dusteri cek zehmet olmasa

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +1

      Pandemiyadan sonra istəyini yerinə yetirməyə çalışacağıq 🙂

    • @aylin2102
      @aylin2102 3 роки тому +1

      @@avtomeslehet3730 tesekkurler

  • @3dplywood279
    @3dplywood279 2 роки тому +1

    Canqan yaxsi masindi ?

    • @avtomeslehet3730
      @avtomeslehet3730  2 роки тому

      Qiymətinə görə keyfiyyəti yaxşıdır.

    • @lalememmedova9502
      @lalememmedova9502 2 роки тому

      Vallah çörək.almağa pulu güclə qazanırıq maşın almağa pul hardadır maşını məmurlar alır kasıba qismət deyil.

  • @buludayazov1354
    @buludayazov1354 3 роки тому +2

    Nissan birdə qismən granta

  • @nurlinacivciv9014
    @nurlinacivciv9014 2 роки тому

    Kim bilir ladaalarda Luk olur?

  • @hesenabdulov312
    @hesenabdulov312 2 роки тому

    Niva 10. 5 saniyəyə yığır

  • @mirqadir5125
    @mirqadir5125 2 роки тому

    DASTERDE KONDINSIONER VAR .MEN ALMIŞAM 0 KM KONDINSIONERI VAR

    • @avtomeslehet3730
      @avtomeslehet3730  2 роки тому

      Ən ucuz versiyalarda kondisioner olmur, bir üst komplektasiadan başlayaraq kondisioner quraşdırılması başlanır

  • @elnurmemmedov5582
    @elnurmemmedov5582 3 роки тому +2

    7 neferlik qiymeti 13000 den yuxarı olmayan hansı masını almaq yaxsı olar?

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +1

      Bu qiymət aralığında Dacia Logan və Kia Carens almaq olar.

    • @elnurmemmedov5582
      @elnurmemmedov5582 3 роки тому +1

      @@avtomeslehet3730 Opel zafirada həmçinin

    • @azrbaycanbaki9274
      @azrbaycanbaki9274 3 роки тому

      Bu qiymətə ən yaxşı seçim zafira və kia corentodur(2004-2007)

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому

      @@elnurmemmedov5582 mümkündür amma yaratdığı problemlərə görə onu məsləhət görə bilmirəm.

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому

      @@azrbaycanbaki9274 Sorentonun forsunka və yanacaq nasosu problemləri baş ağrısıdır.

  • @eliw2180
    @eliw2180 3 роки тому +1

    Khazar 17mindi axı

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому

      Hal hazırda turbo.az saytında Khazar SD modelinin qiyməti 15800 azn dir.

  • @nurddinhzili9523
    @nurddinhzili9523 3 роки тому

    Nissan ın qiymətin 10min aşağı dedin eee elə bil

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому

      Bu qiymətlər 2020 ci il avqust ayının qiymətləridir. Yaxın zamanda 2021 ci il qiymətləri ilə bağlı video hazırlayacağıq.

  • @unknownxd7002
    @unknownxd7002 2 роки тому

    Niva 10,000 di

  • @demokratiyayolu.
    @demokratiyayolu. 3 роки тому

    o boyda russiya belə qanuna getmir azərbaycan nə tez çalışır məcburi utilizasiyaya?
    azərbaycan həmişə öz xalqını çalıb.hər iş düzəlib bircə bu qalıb?????

  • @resadeliyev1257
    @resadeliyev1257 3 роки тому

    Ən ucuz masi saypadi onu niye salmamisiz bura

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому

      Səbəb satıcıdan doğru düzgün məlumat ala bilmemeyimizdir.

  • @nuriyesemedova9129
    @nuriyesemedova9129 3 роки тому

    Qlymet.yazln

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому

      Salam Nuriye xanım. Sadalanan her bir avtomobilin qiyməti qeyd edilib.

  • @aynurvliyeva9543
    @aynurvliyeva9543 3 роки тому

    Elede uzuc maşınlar deyil

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому

      Çox təəssüf ki, ölkədə satışda olan ən ucuz avtomobillər bunlardır. 🙂

  • @Ibrahim-vf1bj
    @Ibrahim-vf1bj 3 роки тому +5

    Khazar iran istehsalı deyil made in Azerbaijan dır

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +10

      Əslində Khazar leqallaşdırılmis bir brend adıdır. Azərbaycanda rəsmi olaraq heç bir avtomobil istehsalı mövcud deyil. Khazar avtomobilləri İran khodro modeli olan avtomobilin detallarının İran İslam Respublikasından alınıb Neftçala avtomobil zavodunda yığılması ilə yaradılmış bir modeldir. Onu azərbaycan istehsalı saymaq üçün ən azı detalların 40% i Azərbaycanda istehsal olunmalıdır. Hal hazırda Azərbaycandaki istehsal 10% dən aşağıdır.

    • @ardada5042
      @ardada5042 3 роки тому

      Azerbaycan ne vaxtdan masin buraxir e bambili?

    • @warrior799
      @warrior799 3 роки тому

      o sene ele gelir

  • @3dplywood279
    @3dplywood279 2 роки тому

    Dunya elektromobile kecir biz helede mexaniki sururuk.

  • @rasimgurbanov2932
    @rasimgurbanov2932 3 роки тому +1

    İnformasiya verməmişdən əvvəl özünüz bir araşdırma etsəniz pis olmaz,1-cisi ravon nexia r3 modelinin koreya istehsalı daewoo nexia ilə heç bir əlaqəsi yoxdur,RAVON R3 əslində Chevrolet Aveodur,bir çox ölkələrdə Chevrolet Lova adı ilə buraxılır və Amerikan istehsalşısı GM-ə məxsusdur,2-si də ravon r3 də ravon r4 kimi avtomatı da olur,mexanikası da,mühərrik və sürətlər qutusunda heç bir fərq yoxdur

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +4

      Salam. İnformasiya verməmişdən əvvəl yetəri qədər araşdırmışam. Verilən məlumatların doğruluğunu siz araşdırıb əmin ola bilərsiniz. 1994 cü ildə Nexia istehsala başlayanda Chevrolet aveo deyə bir model mövcud deyildi. Düz deyirsiz Chevrolet aveo ilə platforma eynidir amma həmin Chevrolet aveo da vaxtilə Daewoo nexiada istehsal olunmuş platforma üzərində yığılıb. Platformanın əsası isə 1984 cü ildə istehsala başlamış opel kadett markasindan götürülüb. Opel kompaniyası GM tərəfindən alındıqdan sonra ona məxsus olan innovasiyalar GM tərəfindən istehsal olunan modellərdə istifadə olunmağa başladı. GM in opeli almaq məqsədi "joint venture" formasında birləşmə əsasında kompaniyanın məhsullarından və ixtiralarindan istifadə edə bilmək idi. O ki, qaldı avtomat və mexaniki surətlər qutusuna: video hazırlanarkən ravon r3 markasının avtomatik surətlər qutusu Bakıda satışda mövcud deyildi. Mən isə yalnız movcud satisda olan modellər və komplektasiyali haqqında danışmışam. Araşdırmaq istəsəniz salona zəng vurub avtomat surətlər qutusu ilə təchiz olunmuş ravon r3 markasının satışa çıxdığı vaxti dəqiqləşdirib videonun hazırlanması vaxtını müqayisə edə bilersiniz. Uğurlar.

    • @rasimgurbanov2932
      @rasimgurbanov2932 3 роки тому

      @@avtomeslehet3730 2017 ci ildə ravon r3 mexanika almışam o salonnan,2018 də ravon r3 avtomat almışam həmən salonnan,bu yaxınlar da da xezer lx almışam o salonnan bu bir,ikincisi bəli düz oxumusuz wikipediyadan ki daewoo nexianın mənşəyi opel kadetdir,amma problem bundadır ki,yəni sizin başa düşmək istemediyiniz nöqtə budur ki,özbekler nexia adını nexiayaya aid olmayan aveoya yapışdırıblar,aveo başqa nexia başqa,kuza baza başqa,aveonun menşyi de opel kadet deiyl,başqadı

    • @rasimgurbanov2932
      @rasimgurbanov2932 3 роки тому

      ravon r4 de de nəsə ad qoymaq olar,amma hamı bilir ki r4 chevrolet kobalt modelidir,eləcə də gentra chevrolet lacetti modelidir və sair

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +1

      @@rasimgurbanov2932 bilmirəm siz məlumatları haradan toplayirsiz amma mən sizə Rusiya satış mərkəzlərinin məlumatlarını oxumaginizi məsləhət bilirəm. Hər şeyi açıq aydın anlayacaqsınız. Sadəcə 1 mənbə: ən mehsur avtoblog drive.ru Dan hər 3 model barədə məlumat ala bilərsiniz. O ki, qaldı texniki hissəyə, aveolarda, nexialarda və ravonlarda olan 1.5 litrlik motor və 5 pilləli mexaniki surətlər qutusu daewoonun öz istehsalıdır və bu aqqreqatlar opel kadett markası üzərində olan aqqreqatlarin təkmilləşdirilməsi əsasında hazırlanıb. Mən məlumatları maşın bazarındakı alvercilerden toplamıram.

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +1

      @@rasimgurbanov2932 siz niyə avtomobilləri vizual görünüşündəki oxşarlıqlar müqayisə edirsiniz axı?! Ona qalsa Amerika bazarında Daewoo racerle identik olan pontiak le mans modeli istehsal edilib. Biz racerin le mansdan oğurlandığını deyə bilmərik çünki dizaynın sahibi Daewoo markasidir. Adı bir araşdırma ilə ortaya çıxarmaq mümkündür ki, bütün sadalanan modellər T-body platformasında hazırlanıb və bu platforma opele aiddir.

  • @bakcellbakcello3043
    @bakcellbakcello3043 3 роки тому

    Niva 100km 8.3litr xəzər 100km 7litr benzin işlədir. Bilmədiyin şeylərdan danışma

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +5

      Avtomobillərin yanacaq serfiyyati qeyd edilərkən onların qarışıq rejimdə sərf etdikləri yanacağın miqdarını qeyd etmişəm. Bu dünya praktikasında beledir. İstehsalçının qeyd etdiyi serfiyyat samand lx modeli üçün 8.6, Lada Niva üçün isə 12.1 litr təşkil edir. Bunu istehsalçı bəyan edir, mən özümdən demirəm. O ki, qaldı siz dediyiniz serfiyyata bu göstərici şəhərkənarı serfiyyat göstəricisidir. Növbəti dəfə daha ətraflı araşdırmağı sizə məsləhət görürəm. Uğurlar.

  • @yadigarmahmudov5616
    @yadigarmahmudov5616 3 роки тому

    Ренонун гийматини дейир 21900 языда 12900 язылыб

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +2

      Xahiş edirəm ilk öncə valyutaları müqayisə edib sonra kimisə savadsız adlandırın. 12900$=21900 manat. Məncə heç bir səhv yoxdur. Uğurlar.

    • @avtomeslehet3730
      @avtomeslehet3730  3 роки тому +2

      Sizin də kommentinizi silmeyeceyem. İzləyicilər sizin kommentinizi də mənim sizə yazdığım mədəni cavabı da oxuyub müqayisə edə bilsinlər. Bu halda hər kəs ilk öncə düşünüb sonra başqasını günahlandırmaği öyrənər.

    • @quliyevrovshan9696
      @quliyevrovshan9696 3 роки тому +2

      Yadigar qaqa Riyaziyyat muellimene salam deyersen :)))))))))))))))

    • @teleteliyev8370
      @teleteliyev8370 3 роки тому +1

      Ayıf olsun sa a yadigar qaqa bu da məndən yadigar qalsın a yadigar qaqa😄

    • @orxanaze1639
      @orxanaze1639 3 роки тому +1

      Yadigarlar unudulmaz 😈

  • @feqanhuseynov3651
    @feqanhuseynov3651 3 роки тому +1

    👍👍👍

  • @kelle-pacaakif3560
    @kelle-pacaakif3560 3 роки тому +1

    👍👍👍