Qax-1001 dərdə dərman ilisu hamamı

Поділитися
Вставка
  • Опубліковано 9 лип 2019
  • Təbiətin bəxş etdiyi unikal imkanlar və tarixi abidələr Qax rayonunu ekoturizm üçün əlverişli məkana çevirib. Rayonda müalicə, istirahət turizmi daha geniş yayılıb. El arasında hamının “İlisu hamamı” kimi tanıdığı termal və müalicəvi bulaqların yerləşdiyi məkan Böyük Qafqazın tam ətəyində, iki tərəfi sıldırım qayalıqların arasında yerləşir. Ağçaydan başlayan yol Hamam çayın vadisi ilə davam edir. Ziqzaqlı çığıra bənzər yollar, bəzən də qaya daşlarının kənarı ilə keçidlər hər an təhlükəlidir.
    Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən Hamam dərə vadisinə getmək üçün 5 km maşın, 2 km isə piyada yol qət etmək lazımdır.
    İlisu termal suları ilk dəfə 1866-cı ildə tədqiq olunub. Məlum olub ki, hamam daxilində yerdən çıxan termal, kükürdlü isti su çox böyük müalicəvi əhəmiyyətə malikdir. Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınıb və vanna qəbul etmək üçün istifadə olunur.
    qayaların içində ovularaq hazırlanan hamamlarda suyun temperaturu 38 dərəcədir. Bələdçilərin sözlərinə görə hər gün 3 dəfə olmaqla 15 dəqiqə kükürdlü suda yatmaqla revmatizm və digər xəstəlikləri müalicə etmək mümkündür...
    İlisu Dövlət Təbiət Qoruğu bazasında yaxın bir ildə yeni layihələrin icrası, termal bulaqlarla bağlı xüsusi işlərin görülməsi nəzərdə tutulur. Milli Park layihəsi reallaşan kimi burada turizmin müxtəlif istiqamətləri üzrə layihələr təqdim olunacaq.
    bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının yaradılmasını zəruri edir.

КОМЕНТАРІ • 45

  • @fernandomuslera7415
    @fernandomuslera7415 4 роки тому +16

    Şükürler olsun Allaha, nece gözel yerler var bizim Azerbaycanımızda

  • @canisi5059
    @canisi5059 3 роки тому +7

    Rebbime sonsuz sukurler olsun .🤲🏻Amin

  • @engenhodidentro7396
    @engenhodidentro7396 2 роки тому +4

    Must be very delightsome.....!!!

  • @rauf3286
    @rauf3286 2 роки тому +2

    İller once oldum orda cox tesirli sudur bedendeki yara xora sepgini aparir

  • @ayazferzaliyev8576
    @ayazferzaliyev8576 Рік тому +2

    😒insallah pullu etmezler kasiblara cox gormezler orani

  • @ulviqaffarov9094
    @ulviqaffarov9094 Рік тому +2

    Getmişem çooox çetin yol var ama ama getmeye deyer sonda gözelliy var

  • @canisi5059
    @canisi5059 3 роки тому +3

    Yolu uzaq ve çetin olsada getmeye deyer .kukurdlu ve isti suyu superdir .

  • @mursudezimmedov985
    @mursudezimmedov985 3 роки тому +5

    Hər yerini gəzmişəm iki dəfə getmişəm ən çoxda körpülər əlaydı

    • @Oz_Aramizdi
      @Oz_Aramizdi  3 роки тому

      Getməyə dəyər?

    • @mursudezimmedov985
      @mursudezimmedov985 3 роки тому +2

      Hə vallah

    • @mursudezimmedov985
      @mursudezimmedov985 3 роки тому +2

      @@Oz_Aramizdi amma maşın istəyir mən xalam gilnən getdim əlaydır

    • @Oz_Aramizdi
      @Oz_Aramizdi  3 роки тому

      @@mursudezimmedov985 yəqinki ancaq hündür maşınlar gedə bilər

    • @Oz_Aramizdi
      @Oz_Aramizdi  3 роки тому

      @@mursudezimmedov985 çox sağ olun🙏✌️

  • @nergizquliyeva4388
    @nergizquliyeva4388 11 місяців тому +1

    İnşaAllah bunu da pullu etməzlər.

  • @qarabagsavawcisi5544
    @qarabagsavawcisi5544 4 роки тому +1

    Ewq olsun İlkin Resulova

  • @AXMEDMAQALASVILI
    @AXMEDMAQALASVILI Рік тому +1

    ARAZ marketle QAX STORE arasinda bir mehsulda 3 manat qiymet ferqi var 10 manatliq erzaqda.ARAZ market Qax seherini yixib suruyur.Haram xoslari olsun insALLAH.

  • @cumasuleymanov6797
    @cumasuleymanov6797 3 роки тому +2

    Getmisem🙈🙈

  • @jalememmedova3722
    @jalememmedova3722 2 роки тому +3

    Millet bura sanatoriyadi rezerv etmek lazimdi

    • @TaherAsadi-bg5pd
      @TaherAsadi-bg5pd Рік тому

      Salam neceyedir necə adlanır sanatoriya

    • @Azizov7
      @Azizov7 Рік тому

      ​@@TaherAsadi-bg5pdSalam Aleykum.. İlisuya gedirsiz və ordan UAZ markalı maşınlar ilə (maşının gediş-gəliş qiyməti 60 manat) gedirsiz. Hamam qəbulu pulsuzdur. Yox əgər qalmaq istəsəniz kənd sakinləri tərəfindən yaradılmış kiçik gecəqondularda bir neçə gün qala bilərsiniz. Orada qalmaq da pulsuzdur lakin bu halda əvvəlcədən maraqlanıb evlərin boş olduğu zamanı təyin etməlisiniz. Bunun üçün də yenə sizə UAZ sürücüləri kömək edə bilər.

  • @vusal2222
    @vusal2222 Рік тому +1

    Psoriaza xeyri var??

  • @elvincabbarli5233
    @elvincabbarli5233 5 років тому +5

    Doğma məkan gözəl kəndimm👍👍

  • @gvgvgvgvrvrvrvrv6387
    @gvgvgvgvrvrvrvrv6387 3 роки тому

    men Qaxliyam getmisem bu yerlerin hamisina

  • @samiribrahimov6940
    @samiribrahimov6940 3 роки тому +3

    Görəsən Kəlbəcərdəki istisuyla oxşarliqi varmi?

  • @mr_987
    @mr_987 Рік тому

    Giriş pulludu?

  • @gunayrasulova8840
    @gunayrasulova8840 2 роки тому +2

    Salam qis aylarinda isliyir? Muraciet etmek olar?

    • @Oz_Aramizdi
      @Oz_Aramizdi  2 роки тому

      Yəqin ki, qışda ora getmək çox çətin olar.

    • @Azizov7
      @Azizov7 Рік тому

      ​@@Oz_AramizdiQış aylarında ora getmək çox çətindir lakin payız aylarında getmək daha məsləhətdir çünki həmin aylarda adam az olur.

  • @cabbaroff_01
    @cabbaroff_01 3 роки тому

    et si